23
məhkəmə, hər şeydən əvvəl, hansı əmlakın bölünməli olmasını
müəyyən etməlidir. Bu zaman üçüncü şəxslərin mənafeyinə to-
xunularsa, məhkəmə əmlak bölgüsünü nikahın pozulması ilə bir
icraatda həll etməlidir. Üçüncü şəxslərin mənafeyinə toxunulma-
sı ilə əlaqədar, əmlak mübahisəsinin nikahın pozulması ilə bir ic-
raatda baxılmasına dair qayda kredit idarələrindəki əmanətin
bölünməsinə aid oluna bilməz. Belə ki, Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 393-cü maddəsinə əsasən, kredit idarələrin-
dəki əmanətlər yalnız ər-arvadın birgə mülkiyyəti hesab edilir.
Bu, əslində, nikah ittifaqına xitam verilməsi ilə bağlı olan
münasibətlərin dövlət tərəfindən hüquqi nizamlanması deməkdir.
Nikahın xitamı ər-arvad münasibətlərinin pozulmasına gətirib
çıxarır. Əgər ailədə yetkinlik yaşına çatmayan uşaq varsa, uşağın
kimlə qalacağı, onlara hansı həcmdə maddi yardım göstəriləcəyi
ciddi məsələlərdir və onların hüquqi cəhətdən düzgün həlli
diqqətdən yayınmamalıdır. «Nikahın pozulmasına dair işə məh-
kə mələr tərəfindən baxılması təcrübəsində meydana çıxan bəzi
məsələlər haqqında» Azərbaycan Respublikası Ali Məh kəməsi
Plenumunun 1979-cu il 19 aprel tarixli, 3 №-li qərarına görə,
məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Ailə
Məcəlləsinin 87-ci maddəsinə məhkəmə aşağıdakı hallarda əri
(arvadı) nikah dövründə və nikah pozulduqdan sonra maddi yar-
dıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) sax-
lamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə
məhdudlaşdıra bilər: 1) maddi yardıma ehtiyacı olan ər (arvad)
əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin, psixo-
trop maddələrin qəbulu və qəsdən törətdiyi cinayət əməli
nəticəsində itirdikdə; 2) aliment ödənilməsini tələb edən ər (ar-
vad) ailədə ləyaqətsiz davrandıqda; 3) nikah çox çəkmədikdə.
Bir çox hallarda nikaha xitam verilməsi zamanı boşanmanın
özü ön plana çıxır, onun nəticələri bir növ ikinci plana keçir. Baş-
qa sözlə, tərəflər arasında nikahın xitamının hüquqi nəticələri
prinsipial münaqişəyə səbəb olmur. Yetkinlik yaşına çatmayan
uşaqları olmayan ailələrdə boşanmanın hüquqi nəticələri, prakti-
24
kada göstərildiyi kimi, daha asan nizamlanır. Məhkəmənin qət-
naməsindən çıxarış nikahın dövlət qeydiyyatı yeri üzrə icra
hakimiyyəti orqanlarına göndərilir. Nikahın xitamı da dövlət
qeydiyyatından keçirilməlidir. Boşanma ilə əlaqədar keçmiş ər-
arvad arasında, eyni zamanda onların yaxın qohumları arasında
düşmənçilik yox, normal münasibətlərin saxlanılması lazımdır.
Boşanma aktı düşmənçiliyə gətirib çıxartmamalıdır. Çünki bu,
uşaqların normal inkişafına mənfi təsir göstərir. Uşaqların nor-
mal inkişafına hər iki tərəf və onların yaxın qohumları köməklik
etməlidirlər.
Tələbələrin nəzərinə çatdırmaq lazımdır ki, xalqın gələcəyi
uşaq tərbiyəsindən xeyli asılı olduğundan valideynlər boşanma
vaxtı iki «düşmən» tərəfə çevrilməməli, öz isti münasibətləri ilə
uşaqlarını daxili intriqalarından uzaq tutmalıdırlar.
Heç bir uşaq dünyaya gəlmək üçün öz valideynlərinə «ərizə»
vermir. Məhz bu baxımdan heç bir günahsız olan xoşbəxt uşaqlıq
dünyasını məhv etmək, fikrimizcə, ən ağır cinayətdir. Çünki
məhkəmə təcrübələri göstərir ki, bu cür ailələr faktiki olaraq ailə
münasibətləri yaratmır. Lakin «müsəlmançılıqdan» və ya adət-
ənənələrdən asılılıq kimi bu ailə münasibətləri mövcud olur. Bu
isə bu günün tələb lərinə cavab verməyən uşaq tərbiyəsinə gətirib
çıxarır.
Nəzərə almaq lazımdır ki, ər-arvad nikahın pozulmasına dair
məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra da barışa
bilərlər. Belə halda əgər nikahın pozulması icra hakimiyyəti or-
qanlarında qeyd edilmişsə, məhkəmə Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin 378-ci maddəsinin ikinci bəndinə
müvafiq olaraq, icra işinin icraatının xitam edilməsi barədə qərar
çıxara bilər.
Müasir dövrdə nikaha xitam verilməsinə dair qanunvericilik
ailəyə dövlət təsiri üsulu kimi əksər dövlətlərdə mövcuddur.
Amma bütün ölkələr üçün ailə hüququnun əsrlər ərzində forma-
laşan beynəlxalq etalonu, əsasən, eynidir. Amma ümumi cəhətlərə
25
baxmayaraq, nikaha xitam verilməsi müxtəlif ölkələrdə özünə-
məxsus xüsusiyyətlərdən də xali deyildir.
Nikahın etibarsız sayılması ilə onun məhkəmə yolu ilə xitamı
arasında köklü fərqə xüsusi diqqət yetirilməlidir.
Qeyd etmək lazımdır ki, nikahın etibarsız sayılmasının
əsaslarından biri onun bağlanması şərtlərinin pozulmasıdır.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-12-ci maddə-
lərində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozul-
duqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq
niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
Belə hallarda nikahın etibarsız hesab olunması nisbətən asan
yolla həllini tapır. Lakin saxta nikahların etibarsız hesab edilməsi
müəyyən problemlər doğurur.
Əgər nikahın bağlanmasına mane olan hallar işə baxılan vaxt
aradan qaldırılmışsa, nikah etibarsız hesab edilə bilməz. Azərbay-
can Respublikası Ailə Məcəlləsinin 27.1-ci maddəsinə əsasən,
nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qal-
dırıldığı vaxtdan məhkəmə nikahı etibarlı hesab etməyə haqlıdır.
26
VIII MÖVZU
VALİDEYNLƏRİN VƏ UŞAQLARIN ŞƏXSİ HÜQUQ
VƏ VƏZİFƏLƏRİ
1. Yeni insanın formalaşması demokratiyanın və müstəqilliyin
ən əsas və birinci vəzifəsidir. Həmin vəzifənin yerinə
yetirilməsində ailə mühüm rol oynayır. Ailədə uşaqların tərbiyəsi
üçün bütün forma və metodlardan düzgün istifadə edilməlidir.
İndiki şəraitdə, hər şeyin dəyişildiyi və yenidən qurulduğu bir
vaxtda dövlətin, ailənin və xalqın bütün səyi yeni nəslin
mütərəqqi formada tərbiyəsinə yönəldilməlidir.
Uşaqların tərbiyəsi üzrə valideynlərin vəzifələrinə qanun hü-
quqi məna verir. Qeyd etdiyimiz kimi, ailə qanunvericiliyində
valideynlərin bərabərliyi təsbit olunmuşdur və bu zaman diqqət
ona cəlb edilmişdir ki, tərbiyəvi xarakterli bütün məsələlərin
həllində onların qarşılıqlı razılığı zəruridir. Tələbələrin nəzərinə
çatdırmaq lazımdır ki, bütün hüquq sahələrindən fərqli olaraq,
ailə hüququna (xüsusilə valideynlərin və uşaqların şəxsi hüquq
və vəzifələrinə) istər dövlət, istər qanunvericilik, istərsə də hüqu-
qi ədəbiyyatda çox incə və ehtiyatla yanaşılmalıdır. Hüquqi
ədəbiyyatda çox yazılsa da, lazımi qədər tədqiq edilməmiş
sahələrdən biri də valideynlərin və uşaqların şəxsi hüquq və
vəzifələri institutudur. Tədris prosesində onu da tələbələrin
diqqətinə çatdırmaq lazımdır ki, Azərbaycan Respublikasının
tarixində ilk dəfə 1998-ci il mayın 19-da 45 maddədən ibarət
«Uşaq hüquqları haqqında» Qanun qəbul edilmişdir. Bu Qanu-
nun 19-cu maddəsində valideynlərin hüquq və vəzifələrindən
bəhs edilir. Tədris prosesində tələbələrə izah etmək lazımdır ki,
bu sahədə tədqiq edilən problemlər içərisində əsas istiqamət
valideynlərin hüquq və vəzifələrinə, o cümlədən onların uşaqları
şəxsən tərbiyə etmək hüququna yönəlmişdir.
Dostları ilə paylaş: |