17
V MÖVZU
ƏR-ARVADIN ŞƏXSİ HÜQUQ VƏ VƏZİFƏLƏRİ
1. Qeyd etmək lazımdır ki, nikah qadın və kişinin Azərbaycan
Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən ittifaqıdır.
Məhz
nikah bağlanandan sonra onların hər ikisi ər-arvad statusu almış
olurlar. Ər və arvad ailə hüquq norması ilə nəzərdə tutulan hüquq
və vəzifələrin daşıyıcısına çevrilirlər (Azərbaycan Respublikası
Ailə Məcəlləsinin 29-42-ci maddələri). Həmin hüquq və vəzifələr
iki qrupa bölünür: şəxsi və əmlak hüquq vəzifələri.
2. Ər-arvadın şəxsi hüquq və vəzifələri:
– daşıyıcılarından ayrılmazdır;
– sahiblərinin iradəsi
ilə özgəninkiləşdirilə bilməz;
– hər hansı
bir əqdin predmeti ola bilməz;
– pul ekvivalentinə malik deyildir.
3. Ona da diqqət yetirilməlidir ki, ər-arvadın şəxsi hüquqları
bərabərdir. Bu hüquqlar Azərbaycan Respublikası Ailə Məcəllə-
sinə müvafiq olaraq prioritet əsaslarla həyata keçirilməlidir. Ana-
lıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, ailənin digər məsələləri
ər-arvadın hüquq bərabərliyi prinsipinə uyğun olaraq birgə həll
edilir.
4. Ər-arvadın qeyri-maddi vəzifələri də az əhəmiyyət kəsb et-
mir. Ər və arvad bir-birinə məşğuliyyət, sənət və yaşayış yeri
seçməkdə mane olmamalıdırlar. Ailədə münasibətlər qarşılıqlı
hörmət və yardıma, uşaqların firavanlığına və sağlam inkişafına
əsaslanmalıdır. Bu, mənəvi dayağa söykənən bəyannamə səciy-
yəsi daşıdığından hüquqi təminata malikdir. Ər və arvad öz arzu-
ları ilə onlardan birinin soyadını seçmək, nikaha qədərki soyadı
saxlamaq və ya soyadları birləşdirmək hüququna malikdirlər.
5. Ərlə arvadın şəxsi hüquq və vəzifələri zəminində uşaqların
tərbiyəsi mühüm və prioritet səciyyə daşıyır. Valideynlər uşaqları
18
sağlam böyütmək, təhsil almaq və peşə secmələrinə imkan yarat-
maq, yeni nəslin iqtisadi müstəqilliyinin təməlini qoymaq
istiqamətində yalnız şəxsi hüquqlarını konkret vəzifələri ilə üzvi
vəhdətdə reallaşdırmalıdırlar.
6. Nikaha daxil olan ər-arvadın hər biri:
– ərin və ya arvadın soyadını
ümumi soyad kimi qəbul edir;
– nikaha qədərki soyadı saxlayır;
– öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirir.
Əlavə etmək lazımdır ki, nikah pozulanda soyadların
dəyişdirilməsi zəruri deyildir. Bu halda ər-arvad öz istəyinə uy-
ğun qərar qəbul edir. Əgər nikah məhkəmə qaydasında pozulur-
sa, problemin həlli məhkəmənin qərarında öz əksini tapmalıdır.