19
VI MÖVZU
ƏR VƏ ARVADIN ƏMLAK HÜQUQ
VƏ VƏZİFƏLƏRİ
1. Ər və arvadın əmlak hüquq və vəzifələrinə onlara məxsus
əmlakla bağlı olan hüquq və vəzifələr aiddir (Azərbaycan Res-
publikası Ailə Məcəlləsinin 31-40-cı maddələri). Əgər şəxsi hü-
quq və vəzifələr onların birgə ailə həyatının daxili əsasını təşkil
edirsə, ərin və arvadın əmlak hüquqları tamamilə başqa əhəmiy-
yət kəsb edir. Belə hüquqların mövcudluğu nikah pozulanda
meydana çıxır və əmlak hüquqlarının müdafiəsi zərurətə çevrilir.
Lakin əmlak hüquqları heç də ailə həyatının digər sahələrini üstə-
ləyə bilməz.
2. Hansı əmlak obyektindən söhbət gedirsə getsin, həmişə
mahiyyət öz spesifikasına malik olan hüququn təbiətindən doğur.
Bu hüquqlar:
– qanuna əsaslanan müxtəlif əqdlərin predmeti ola bilər;
– pulla qiymətləndirilir (maddi ekvivalentə malikdir).
3. Ər-arvadın mülkiyyətinə aşağıdakı əmlak aid edilir:
– nikaha qədər onlara məxsus olan əmlak;
– aldığı hədiyyələr, mükafatlar və dövlət təltifləri;
– vərəsəlik hüququ ilə aldığı əmlak;
– əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, habelə nikahda ol-
duqları zaman ümumi vəsait hesabına alınan fərdi istifadə şeyləri.
Qloballaşan iqtisadi böhran şəraitində ailə həmrəyliyi dövlət
həmrəyliyindən üstündür. Dövlət ailəyə hər cür kömək göstərir,
bununla belə, «çörək gətirənin gətirdiyi çörəyi çörək paylayanın
düzgün bölməsi» qaydasına əməl olunmasa, ailədə heç bir
müsbət nəticə əldə etmək olmaz.
4. Tədris prosesində diqqəti ona yönəltmək lazımdır ki, iqti-
sadi sahədə son zamanlar baş verən dəyişikliklər ər-arvadın ümu-
20
mi birgə əmlakı siyahısını zənginləşdirmişdir. Bu siyahıya aşağı-
dakılar daxildir:
– ər və arvadın əmək və sahibkarlıq fəaliyyətindən əldə
etdikləri gəlirlər;
– intellektual fəaliyyət nəticəsində əldə olunan gəlirlər;
– ər və arvadın aldığı müavinətlər, pensiyalar, xüsusi təyinatı
olmayan digər ödəmələr;
– ər və arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar
və daşınmaz əmlak;
– qiymətli kağızlar, kredit idarələrinə və ya digər kommersiya
təşkilatlarına qoyulan paylar, əmanətlər, kapitaldan olan paylar
və əmlak (kimin adına qoyulmasının əhəmiyyəti yoxdur);
– nikah dövründə ər və arvadın qazandığı hər hansı bir əmlak.
5. Əmlak bölgüsü nikah pozulanda mübahisə obyek tinə
çevrilən problemlərdəndir. Ər və arvadın əmlak mübahisə lərini
həll edərkən məhkəmələr çox hallarda yalnız tərəflərin izahatı ilə
kifayətlənir, şahidlər dindirilmir, mübahisəli əmlakın cehiz,
hədiyyə və ya birgə nikah müddətində qazanılmış əmlak olduğu-
nu aydınlaşdırmır. Azərbaycan Respublikası Ailə Məcəlləsində
ilk dəfə olaraq nikah müqaviləsi təsbit edilmişdir. Ailə Məcəllə-
sinin VIII fəsli bütövlükdə nikah müqaviləsinə həsr olunmuşdur.
On iki illik bir tarixi olan nikah müqavilələrinin Azərbaycan Res-
publikasının notariat orqanlarının təcrübəsində sayı, təəssüf ki,
çox azdır. Məhkəmə təcrübəsində isə belə müqavilələrin müba-
hisə predmeti olması hallarına, demək olar ki, rast gəlinmir.
Nikahın pozulması ər-arvadın əmlak mübahisələrinə dair
mülkü işlərə baxılmasında məhkəmələrin nöqsanlarının aradan
qaldırılması və qanunla düzgün tətbiq edilməsi məqsədilə tələbə-
lərin diqqətini Azərbaycan Respublika sı Ali Məhkəməsi Plenu-
munun 1988-ci il 26 aprel tarixli, 2 №-li qərarına yönəltmək la-
zımdır.
21
VII MÖVZU
NİKAHIN POZULMASI HAQQINDA İŞLƏRƏ
BAXILMASININ PROSESSUAL XÜSUSİYYƏTLƏRİ
Nikahın xitamı ər-arvadın birinin ölümü və ya məhkəmə qay-
dasında ölmüş elan edilməsi ilə, habelə tərəflərdən birinin və ya
hər ikisinin ərizəsi ilə boşanma yolu ilə həyata keçirilir. Bu za-
man ər-arvaddan hər hansı birinin üstün səlahiyyətləri olmur. La-
kin qadın hamilə olarkən, körpə bir yaşına çatana kimi nikahın
xitamına yol verilmir. Məqsəd ana və uşaqların hüquqlarının
müdafiə olunmasından ibarətdir. Burada diqqət ailə hüququ baxı-
mından nikahın xitamına xüsusi hal kimi yanaşılmasının izahına
yönəldilməlidir. Digər tərəfdən boşanmanın sosial hal kimi
dəyərləndirilməsi vacibdir.
Kursun materiallarının öyrənilməsində boşanmanın sosial hal
kimi stimullarına xüsusi diqqət yetirmək zəruridir. Azərbaycan
Respublikasının məhkəmələrində mülki işlərin sayı son vaxtlar
həddən artıq çoxalıb, onların arasında ailə-hüquq münasibətlərin-
dən irəli gələn işlər xüsusi yer tutur, ən çox boşanmalara, ər-
arvadın ümumi birgə mülkiyyətinin bölgüsünə, uşağın bir vali-
deyn dən alınıb o biri valideynə verilməsi hallarına rast gəlinir.
Çox təəssüf ki, Azərbaycan Respublikasının Mülki Prosessual
Məcəlləsində boşanmanın daha mürəkkəb bir formada müəyyən
edilməsi əvəzinə qətnamənin çox sadələşdirilmiş bir forması
təsbit olunmuşdur. Yəni artıq təzə MPM-də boşanma haqqında
qətnamənin əsaslandırıcı hissəsi tərtib edilməyə də bilər.
Nikaha xitam verilməsinin əsasları Azərbaycan Respublikası
Ailə Məcəlləsinin 14-cü maddəsində göstərilmişdir. Həmin mad-
dədə qeyd edilir ki, ər-arvaddan biri öldükdə və ya məhkəmə
qaydasında ölmüş elan edildikdə, tərəflərin ərizəsi əsasında,
eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan he-
22
sab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xi-
tam verilə bilər.
Məhkəmə nikahın pozulması haqqında qətnamə çıxararkən
yetkinlik yaşına çatmayan uşaqların və əmək qabiliyyəti olmayan
ərin (arvadın) mənafeyini müdafiə etmək üçün zəruri hal larda
tədbirlər görür. Digər motiv ər-arvadın bir-birinə qarşılıqlı qayğı
və diqqət göstərməməsi ilə bağlıdır. Ailə münasibətlərində boşan-
maya rəvac verən amillərdən biri də ər-arvad arasında fizioloji
təsəvvürlərin arzuolunmaz şəkildə qabardılması ilə izah olu nur.
Nikahın xitamı səbəbləri olduqca müxtəlif və mürək kəbdir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə, nikgaha da-
xil olan şəxslər pulsuz olaraq tibbi müayinədən keçə bilərlər.
Təəssüf ki, təcrübədə belə hallara rast gəlinmir. Yaxşı olardı ki,
tibbi müayinə vaxtı gənclərin bioloji yaxınlıqları haqqında onlara
əlavə məlumat verilsin.
Nikahın xitamı həm məhkəmə, həm də icra hakimiyyəti or-
qanları vasitəsi ilə reallaşdırılır.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17-ci maddəsinə
əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-
arvadın qarşılıqlı razılığına görə (ər-arvaddan hər hansınınsa uşa-
ğı olmasa, əgər digər ər (arvad) bu uşağın valideyni deyildirsə və
uşağı övladlığa götürməmişdirsə, onda bu hal onların nikahları-
nın icra hakimiyyəti orqanlarında pozulmalarına maneçilik
törətmir. Bu da ailənin dövlət tərəfindən müdafiəsinin konstitusi-
on müddəalarından irəli gəlir.
Kursun tədrisi prosesində diqqət ona yönəldilməlidir ki, yet-
kinlik yaşına çatmayan uşaqları olan ailələrdə bütün hallarda ər
və arvaddan biri boşanmanın əleyhinə çıxarsa, bu problem məh-
kəmə vasitəsilə həll olunur. Bu da təsadüf deyildir. Məhz belə
qayda bütün hallarda yaranmış ailə münasibətlərinə ciddi qiymət
verməyə real zəmin yaradır, ər-arvaddan hər birinin, onların
uşaqlarının və dövlətin mövqelərinin müdafiəsinə imkan verir.
Nikahın pozulması ilə əlaqədar ər-arvadın ümumi birgə
mülkiyyəti olan əmlakın bölünməsi məsələsini həll edərkən,
Dostları ilə paylaş: |