K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

30
koqol  və  narkoman  özü  özlüyündə  ailədə  uşaqların  tərbiyəsi 
üçün ciddi təhlükə mənbəyidir. 
Valideynlik hüququndan məhrum edildikdən sonra valideyn-
lər qohumluğa əsaslanan hüquqları itirər (maddə 66), birgə yaşa-
yış  qaydalarını  pozarsa,  mənzildən  çıxarıla  bilərlər.  Məhkəmə 
uşaqların  mənafeyini  rəhbər  tutaraq,  valideynlik  hüququndan 
məhrum etmədən uşaqları valideynlərdən ala bilər. Əgər uşaqla-
rın  həyatı  üçün  təhlükə  yaranarsa,  məhkəmə  uşaqlar  barəsində 
mübahisə həll olunana kimi onları müvəqqəti olaraq valideynlər-
dən  və  yaxud  qəyyum  və  ya  himayəçilərdən  ala  bilər.  Məhkə-
mənin  qərarı  ilə  uşaqların  mənafeyi  naminə  (əgər  o,  övladlığa 
götürülməmişsə) valideynlərin valideynlik hüquqları bərpa oluna 
bilər (maddə 67).
9. Uşaqların şəxsi hüquqları da mühüm əhəmiyyət kəsb edir. 
Belə ki, uşaqlar:
– ailədə yaşamaq və tərbiyə olunmaq;
– valideynləri və qohumları ilə ünsiyyətdə olmaq;
– öz hüquqlarını müdafiə etmək;
– öz fikrini ifadə etmək;
–  öz  adını,  soyadını  və  atasının  adını  daşımaq  hüqu quna 
malikdirlər.
10. Valideynlərin ayrılması, nikahın etibarsız sayılması vali-
deynlərin ayrı-ayrılıqda və ayrı-ayrı dövlətlərdə yaşaması uşağın 
öz valideynləri və qohumları ilə ünsiyyət saxlamasına mane ola 
bilməz.  Uşaqların  hüquqlarından  söhbət  gedəndə  Azər baycan 
Respublikasının «Uşaq hüquqları haqqında» Qanunu əsas götü-
rülür (100, 14).
Bu  Qanun  Azərbaycan  Respublikasının  Konstitusiyasına, 
Uşaq hüquqları Bəyannaməsinə, Uşaq hüquqları haqqında Kon-
vensiyaya  və  digər  beynəlxalq  hüquqi  aktlara  uyğun  olaraq 
Azərbaycan Respublikasında uşaqların hüquqları və azadlıqları-
nı, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların 
müdafiəsi  sahəsində  dövlət  orqanlarının,  digər  hüquqi  və  fiziki 
şəxslərin vəzifələrini müəyyən edir.


31
IX MÖVZU
VALİDEYNLƏRİN VƏ UŞAQLARIN ALİMENT
HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
1. Məlumdur ki, yetkinlik yaşına çatmayanların öhdədə olma-
sının özünəməxsusluğu onların iqtisadi asılılığındadır. Ailə üzv-
lərinin saxlanılması daha geniş və əhatəli anlayışdır. Bu da vali-
deyn lərin  ən  başlıca  vəzifəsinin  meyarıdır.  Lakin  bu  vəzifəni 
yerinə  yetirməkdən  imtina  edən  valideynlər  aliment  («alimen-
tum» latın sözün olub, «yemək, qida» mənasını verir) alınması 
ilə bağlı problemli situasiyanı stimullaşdırmış olurlar.
2. Aliment aşağıdakı funksiyaların daşıyıcısıdır:
– uşağın ailədə yaşamasının maddi mənbəyidir;
–  ciddi  məqsədli  təyinat  –  yetkinlik  yaşına  çatmayan ların 
saxlanmasına yönəlmişdir;
– aybaay, yəni müntəzəm ödənilir;
– maddi vəziyyətindən asılı olaraq, hər iki valideynin vəzifə-
lərini özündə təcəssüm etdirir;
– sırf şəxsi xarakter daşıyır;
– uşaqların maddi rifahını valideynlərin imkanı səviyyəsində 
saxlamağa imkan verir;
–  uşaq  anadan  olandan  18  yaşa  çatana  kimi  ödənilir  (əmək 
qabiliyyəti olmayanda ömürlük);
– harada olmasından, nə ilə məşğul olmasından asılı olmaya-
raq hər bir yetkinlik yaşına çatmayanın təminat səviyyəsindən və 
sərəncamında  qiymətli  əmlakın  olub-olma masından  asılı  olma-
yaraq ödənilir;
– valideyn hüquqlarından məhrum etmə yolu ilə valideynlərin 
hüquq  münasibətlərinə  xitam  verilib-verilməməsindən  asılı  ol-
mayaraq ödənilir;


32
–  qəsdən  icra  olunmaması  cinayət  əməli  kimi  qanunda 
müəyyən edilir.
Müharibə şəraitində yaşayan xalqın mütləq «Aliment fondu» 
olmalıdır. Bir milyondan çox qaçqın və köçkünü olan Azərbaycan 
Respublikasında,  təbii  ki,  alimentlə  bağlı  səbəbli  və  səbəbsiz 
problemlər çoxdur. Söhbət məhz gələcəyimiz olan uşaqlarımızın 
normal yaşayış və tərbiyəsindən gedir.
Hesab edirik ki, bu cür fondun yaranmasında çox gecikmişik. 
Bu məsələnin həlli dövlət səviyyəsində olmalıdır.
3.  Qeyd  etmək  lazımdır  ki,  yetkinlik  yaşına  çatmayanların 
saxlanması  üçün  valideynlərdən  tutulan  alimentin  miqdarı  qa-
nunda dəqiq və aydın göstərilmişdir.
4. Alimentin ödənilməsinin tərəflərin razılığı ilə müəyyən ləş-
dirilməsi valideynlərin iradə azadlığı nöqteyi-nəzərindən səmə rəli 
və effektivlidir. Lakin valideynlər razılığa gəlmədiyi halda sabit 
(dəyişilməz)  pul  məbləği  ilə  alimentin  ödənilməsinə,  aliment 
verməli olan valideyn müntəzəm əmək haqqı almayanda (yaradı-
cı əməklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda) yol verilir.
5.  Öhdəsində  başqa  yetkinlik  yaşına  çatmayan  uşaqlar  olan 
valideynlərdən aliment tutularkən alimentin məbləğinin azaldıl-
masına  yol  verilir.  Belə  halların  labüdlüyünü  məhkəmə  müəy-
yənləşdirir,  habelə  aztəminatlı  valideynin  xeyrinə  alimentlərin 
məbləğinin azaldılmasını nəzərdən keçirir və həll edir.
6. Tədris prosesində belə bir cəhətə də diqqət vermək lazım-
dır ki, aliment hüququna yalnız yetkinlik yaşına çatmayanlar de-
yil, yetkinlik yaşına çatan, lakin əmək qabiliyyəti olmayanlar da 
malikdirlər  (Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  80-ci 
maddəsi).
7. Valideynlərin aliment öhdəlikləri qarşılıqlı hesab olunmur. 
Bu, qanunda nəzərdə tutulsa da, əksər hallarda yetkinlik yaşına 
çatanlar tərəfindən valideynlərin sosial vəziyyətindən və yetkin-
lik yaşına çatanların maddi vəziyyətindən asılı olaraq həll edilir. 
Lakin valideynlik vəzifələrinin yerinə yetirilməsindən bu və ya 
digər  şəkildə  boyun  qaçıranlar  istisna  olmaqla  bütün  hallarda 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə