K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

41
etibarən,  özgə  uşaqlarını  övladlığa  götürməyə  icazə  verilmir. 
Baş vermiş hər hansı bir övladlığa götürülmə üçün heç bir hüquq 
və vəzifələr yaranmır».
Övladlığa götürməyə belə münasibət bəsləməyin öz səbəbləri 
var idi. Bu səbəb, hər şeydən əvvəl, ondan ibarət idi ki, qanunun 
özgə əməyini istismar etməyə yol verməməsinə baxmayaraq, is-
tismarçı elementlər özgə əməyini istismar etmək üçün çox vaxt 
övladlığa götürmə institutundan istifadə edirdilər.
Vətəndaş müharibəsi nəticəsində bir çox uşaqlar valideynsiz 
qalmışdılar.  Uşaq  nəzarətsizliyi  və  tərbiyəsizliyi  artırdı.  Uşaq 
nəzarətsizliyi və tərbiyəsizliyi ilə mübarizə aparmaq, onların hü-
quq  və  mənafelərini  qoruyub  təmin  etmək  məqsədilə  məhz  bu 
institut qanunvericilik tərəfindən inkişaf etdirildi. Həm də bu za-
man övladlığa götürmə münasibətlərinin qanunvericilik tərəfin-
dən tənzim olunması zəruriliyi həmin dövrdə o dərəcədə kəskin 
surətdə qarşıda durmuşdu ki, övladlığa götürmə üçün sənədlərin 
rəsmiləşdirilməsinə dövlət tərəfindən ciddi nəzarət edilirdi. Öv-
ladlığa  götürmənin  əsaslarına  himayəçi  qismində  şəxsin  ailə 
üzvlərinin  bərabər  hüquq  və  vəzifələri  ilə  özgə  uşağını  ailəyə 
qəbul etməsi və həmin uşaq 12 yaşa çatdıqdan sonra onun ailə 
üzvləri ilə birlikdə çalışması nə sosialist hüquq düşüncəsinə, nə 
də sovet hakimiyyətinin siyasətinə zidd idi (25, 183).
 
Hal-hazırda 
ölkəmizdə hər bir uşağın tərbiyə olunması hüququ təmin edilir. 
Bir qayda olaraq, uşaqlar öz valideynləri tərəfindən tərbiyə olu-
nurlar, lakın valideynlər bu tərbiyəni hər hansı səbəbdən həyata 
keçirə bilmirlərsə, onda uşaqların tərbiyələndirilməsi, saxlanma-
sı  qayğısını  dövlət  öz  üzərinə  götürür.  Bu  vəzifənin  bilavasitə 
yerinə yetirilməsi qəyyumluq və himayə orqanlarına həvalə edi-
lir.  Nəzarətsiz  qalmış  uşaq  barədə  bilavasitə  lazımi  yerə  xəbər 
vermək  vəzifəsi,  mahiyyət  etibarilə,  bu  haqda  məlumata  malik 
olan hər bir vətəndaşa həvalə edilir. Lakin qəyyumluq və himayə 
orqanları  kiminsə  belə  məlumat  verməsini  gözləməklə  kifayət-
lənmirlər, onlar birbaşa öz ictimai müfəttişləri vasitəsilə uşaqla-
rın valideynsiz qalmaları və yaxud valideynlər uşaqlara münasi-


42
bətdə öz vəzifələrini lazımınca yerinə yetirmədiklərindən uşaqla-
rın sonrakı tərbiyəsini vaxtında təmin etmək üçün gəldiyi bütün 
nəticələri müəyyən etməyə çalışırlar (93, 158). Nəhayət, «övlad-
lığa götürmə» termini övladlığa götürmə münasibətlərini tənzim-
ləmək, övladlığa götürmənin müəyyən edilməsi və ləğv edilməsi 
qaydasını, habelə bu hüquq münasibətlərinin iştirakçılarının hü-
quq və vəzifələrini müəyyən edən normaların cəmindən ibarətdir. 
Uşağın ailəyə verilməsi ilk növbədə, uşağın özünün mənafeyinə 
xidmət edir. Buna görə də uşağın həm ailəyə verilməsi, həm də 
sonradan onun ailədə qalmasının elə şəraitini yaratmaq lazımdır 
ki,  onlar  uşağın  hüquq  və  mənafeyinin  qorunmasını  tamamilə 
təmin edə bilsinlər (52, 280).
5. Övladlığa götürmə sayəsində yetkinlik yaşına çatmayanla-
rın hüquq və vəzifələrinin müdafiəsi reallaşır və ailə institutunun 
bu forması, ilk növbədə, məhz uşaqların marağına uyğun gəlir. 
Odur ki, övladlığa götürməyə namizədlər:
– uşaq haqqında, onun qohumlarının olub-olmaması barədə 
məlumat almaq;
–  uşağın  müstəqil  tibbi  müayinəsinin  keçirilməsi  üçün  tibb 
müəssisəsinə müraciət etmək hüququna malikdirlər.
6. Xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər tə-
rəfindən Azərbaycan Respublikasında doğulmuş uşaqların övlad-
lığa götürülməsi də qanunvericilikdə nəzərdə tutulmuşdur. Bu da, 
ilk növbədə, onların vətəndaşlığı, Azərbaycan Respublikası vətən-
daşının xarici vətəndaşlarla və əksinə, xarici vətəndaşların Azər-
baycan  Respublikası  vətəndaşı  ilə  nikaha  girməsi, Azərbay can 
Respublikası vətəndaşının xarici ölkə vətəndaşı ilə nikahına xitam 
verilməsi və s. ilə bağlıdır. Bu sahədə meydana çıxan prob lemlər 
Azərbaycan Respublikasının Ailə Məcəlləsi əsasında həll edilir.
7. Övladlığa götürmənin ləğv olunması da, ilk növbədə, məhz 
yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiə 
edilməsindən irəli gəlir. Bu, son dərəcə arzuolunmaz haldır. La-
kin aşağıda göstərilən hallarda övladlığa götürmənin ləğv edil-
məsi labüd olur:


43
–  övladlığa  götürənlər  onlara  həvalə  edilmiş  vəzifələrini 
yerinə yetirmədikdə;
– əldə etdiyi valideynlik hüquqlarından sui-istifadə etdikdə;
– övladlığa götürdüyü uşağa qəddar münasibət bəslədikdə;
– övladlığa götürən xroniki alkoqol və narkoman olduqda.
Göstərilən hallarda övladlığa götürmənin məhkəmə tərəfindən 
ləğv  edilməsi Azərbaycan  Respublikası Ailə  Məcəlləsinin  131-
134-cü maddələrində nəzərdə tutulmuşdur.
8.  Övladlığa  götürmənin  etibarsız  sayılması  barədə  qərar 
qəbul olunduğu andan övladlığa götürmə etibarsız sayılır. Qeyd 
etmək lazımdır ki, belə hallarda övladlığa götürən, onun qohum-
ları  və  övladlığa  götürülən  arasında  övladlığa  götürmədən  irəli 
gələn heç bir hüquq və vəzifəyə malik olmur.


44
XIII MÖVZU
VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM 
OLAN UŞAQLARIN TƏRBİYƏ FORMALARI
1. Qəyyumluğun və himayəçiliyin tarixi kökü patriar  xal ailə-
nin mövcud olduğu dövrə təsadüf edir ki, onun da əsas məq sədi 
valideyn himayəsindən məhrum olan və yetkinlik yaşına çat ma-
yan uşaqların tərbiyəsinin təşkilindən ibarətdir. Tədris pro se sində 
uşaqların  valideyn  himayəsindən  məhrum  olması  hallarını, 
habelə  onların  şəxsi  əmlak  hüquqlarının  qorunmasının  dövlət 
təmina tının  xüsusiyyətlərinin  mənimsə nil məsinə  diqqət  artırıl-
malıdır.
2.  Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  136-141-ci 
mad də lərində qəyyumluq və himayəçilik subyektlərinin yaş həd di, 
qəyyumluq və himayə orqanları, onların funksiyaları, bu orqan-
ların fəaliyyətini nizamlayan əsasnamələri təsdiq edən icra orqa-
nı göstərilmişdir. Buradan məlum olur ki, qəyyumluq 14 yaşına, 
himayəçilik isə 18 yaşına qədər uşaqlar üçün nəzərdə tutulur.
3. Müəssisə və təşkilatlar, habelə ayrı-ayrı şəxslər qəy yum-
luğa və himayəçiliyə ehtiyac duyan uşaqlar barədə qəyyumluq və 
himayə  orqanlarına  məlumat  verməklə,  uşaqların  tərbiyəsindən 
imtina  edən  valideynlərin,  eləcə  də  üzrlü  səbəbdən  uşaqların 
tərbiyəsi  ilə  məşğul  ola  bilmədiyi  hallarda  onlara  ailədə  qayğı 
göstərilməsinin  təmin  edilməsi  üçün  qəyyum  və  himayəçinin 
təyin olunmasına real imkan yaradır.
4.  Tədris  prosesində  xüsusi  diqqət  ona  yönəldilməlidir  ki, 
qəyyum və ya himayəçinin seçilməsi ciddi məsələdir. Odur ki, 
yetkinlik yaşına çatmayanların, onların valideyn lərinin, gələcək 
himayəçinin və ya qəyyumun ərinin (arvadının) razılığı alınmaq-
la aşağıdakı şəxslər istisna olmaqla qəyyumluğa və himayəçiliyə 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə