K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

37
3. Alimentlər indeksasiya edilməlidir. Bunun ən etibarlı həlli 
yolu minimum əmək haqqına əsaslanmaqdır.
Aliment almaq hüququ olan şəxsə alimentin verilməsi müd-
dəti bildirilməli və bu müddətə əməl olunmalıdır. Aliment tutu-
lan vətəndaş başqa işə keçdikdə və ya yaşayış yerini dəyişdikdə 
aliment onun yeni verilmiş ərizəsi əsasında tutulur. Belə hallarda 
alimentin ödənilmədiyi vaxt ərzində əmələ gəlmiş borc borclu-
nun ərizəsi üzrə tutula bilər və ya məhkəmə tərəfindən alına bilər 
(Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106-cı maddəsi).
4. Ona da diqqət yetirilməlidir ki, aliment verməli olan şəxs 
daimi yaşayış üçün başqa ölkəyə getmək istədiyi halda tərəflər 
razılığa gələ bilmirsə, bu məsələ məhkəmə tərəfindən nizamlanır. 
Məhz məhkəmə alimentin məbləğini, onun birdəfəlik ödənil mə-
sini və yaxud müəyyən edilmiş məbləğin əmlakla kompensasiya 
olunmağını müəyyən etməlidir. Digər ödəniş formaları da istisna 
olunmur. Əgər aliment verənin getdiyi ölkə ilə aliment alanın ya-
şadığı dövlət arasında hüquqi yardım barədə müqavilə imzalan-
mışdırsa, məsələ daha asan yolla həll olunur.
Aliment  tutulması  haqqında  işlərə  baxılması  ilə  əlaqədar 
məhkəmə təcrübəsində qanunvericiliyin tətbiqi haqqında Plenu-
mun 4 dekabr 1994-cü il 3 saylı qərarında göstərilir ki, əgər ni-
kahın pozulması ilə yanaşı, aliment də tələb edilirsə, məhkəmə 
zəruri olan hallarda cavabdehi məhkəməyə gəlməyə məcbur edə 
bilər. Bu halda cavabdeh məhkəmənin üzrsüz hesab etdiyi səbəb-
lərə görə məhkəmə iclasına gəlməzsə, o, Azərbaycan Respublika-
sı Ailə  Məcəlləsinin  163-cü  maddəsinə  əsasən  cərimə  edilir  və 
məcburi məhkəmə iclasına gətirilir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 de-
kabr 1994-cü il 8 saylı «ər-arvad arasında əmlak mübahisələri 
ilə əlaqədar məhkəmə təcrübəsində qanunvericiliyin tətbiqi haq-
qında» qərarı.
Bütün hallarda aliment tutulması məsələsi məhkəmələr tərə-
findən uşaqların mənafeyi əsas götürülməklə həll edilir.


38
5. Yalnız əmək haqqıdan deyil, habelə aliment verməli olan 
şəxsin əmlakından, daha doğrusu, bank və digər kredit müəssisə-
lərindəki pul vəsaitlərindən də aliment tutula bilər. Məqsəd ali-
ment almaq hüququna malik olan şəxslərin maddi vəsaitsiz qal-
mamasını  təmin  etməkdən  ibarətdir.  Əlavə  etmək  lazımdır  ki, 
məhkəmə tərəfindən mübahisələr həllini tapana qədər yetkinlik 
yaşına çatmayanların xeyrinə aliment tutulmasına da yol verilir.
6. Alimentlər  üzrə  borcların  məbləği  alimentin  tutulmadığı 
dövrdə aliment verməli olanın faktiki əmək haqqından hesabla-
nır. Əgər bu müddət ərzində borcu olan işləməmişdirsə, onda ali-
ment tutulduğu vaxtda qazanılan əmək haqqı əsas götürülür. Ali-
mentin tutulması haqqında tələbin verilməsi müddətləri Azərbay-
can Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsi ilə müəyyən 
olunur.


39
XII MÖVZU
ÖVLADLIĞA GÖTÜRMƏ
Bu  mövzunu  öyrənməyə  başlayarkən  tələbələr,  hər  şeydən 
əvvəl,  göstərilən  institutun  tarixi  köklərinə  fikir  verməlidirlər. 
Çünki Ailə hüququnda bu instituta müxtəlif dövrlərdə müxtəlif 
cür münasibət olmuşdur.
1. Övladlığa götürmənin qanun əsasında valideyn hüquq və 
vəzifələrini doğuran akt kimi qiymətləndirilməsi zəruridir.
2. Övladlığa götürmə yalnız yetkinlik yaşına çatmayan uşaq-
ların maraq və mənafeyinə xidmət edir. Onun həlli ilə müvafiq 
yerli icra hakimiyyət orqanları məşğul olur (Azərbaycan Respub-
likası Ailə Məcəlləsinin 118-ci maddəsi).
Övladlığı götürmə məhkəmə tərəfindən ərizə əsasında həyata 
keçirilir (118-ci maddə). Övladlığa götürmə yalnız uşağın vali-
deyn lərinin razılığı ilə reallaşır (122-ci maddə).
Bundan əlavə, qanun ilə müəyyən olunmuş qaydada, on yaşı-
na  çatmış  uşaqların  övladlığa  götürülməsi  yalnız  övladlığa 
götürülənin razılığı ilə ola bilər.
3. Ona da diqqət yetirmək lazımdır ki, valideynlərin övladlı-
ğa götürməyə razılığı tələb olunmayan hallar da mövcuddur:
– əgər valideynlər itkin düşmüşdürsə;
– valideyn hüququndan məhrum edilmişdirsə və bundan 1 il 
müddət keçmişdirsə;
– altı aydan artıq müddətdə üzrsüz səbəblərə görə uşaqla bir 
yerdə yaşamırsa və onu saxlamaqdan imtina etmişdirsə (Azərbay-
can Respublikası Ailə Məcəlləsinin 123-cü maddəsi).
Qeyd etmək lazımdır ki, Avropa ölkələrində, ABŞ-da övladlı-
ğa götürmə çox dəyərli bir institut kimi öz işləmə mexanizmini 
çoxdan müəyyən etmişdir.


40
Dövlət övladlığa götürənlər üçün çox böyük güzəştlər müəy-
yən  etmişdir. Təbii  ki,  birinci  növbədə  övladlığa  götürmə  həm 
övladlığa götürənlər, həm də övladlığa götürülənlər üçün mənəvi 
boşluğu doldurmaq üçün tətbiq edilən bir institutdur. Övladlığa 
götürülmüş uşaq özünə ailə, ailə tərbiyəsi və qayğısı tapır. 
4. Övladlığa götürmə zamanı övladlığa götürənlər övladlığa 
götürülənin valideynləri kimi qeydə alınmalı, onun adı, soyadı və 
atasının  adı,  anadan  olduğu  yerin  adı  dəyişdirilməli,  övladlığa 
götürülmənin məxfiliyi təmin olunmalıdır (Azərbaycan Respub-
likası Ailə Məcəlləsinin 125-130-cu maddələri). Övladlığa götür-
mə  va lideyn  himayə  və  nəzarətindən  məhrum  olmuş  uşaqların 
tərbiyəsinin  əsas  formalarından  biridir.  Övladlığa  götürmə 
dedikdə elə hüquqi akt başa düşülür ki, onun nəticəsində övladlı-
ğa götürülənlə övladlığa götürən arasında valideynlərlə uşaqlar 
arasında mövcud olan eyni cür hüquqi münasibətlər yaranır.
V.A.Ryasentsev qeyd edir ki, övladlığa götürmə elə bir hüqu-
qi aktdır ki, onun nəticəsində övladlığa götürülən övladlığa götü-
rənə  və  onun  qohumlarına  münasibətdə  valideynlər  və  uşaqlar 
üçün qanunla müəyyən edilmiş hüquq və vəzifələr əldə edir və 
öz doğma qohumlarına münasibətdə bu hüquq və vəzifələri itirir. 
Ümumiyyətlə, övladlığa götürmənin tərifini belə vermək olar ki, 
övladlığa götürmə dedikdə özgə uşağın doğma uşağın malik ol-
duğu hüquqla ailəyə qəbul edilməsi və bu zaman övladlığa götü-
rən şəxs və onun qohumları ilə övladlığa götürülən uşaq arasında 
mənşəcə qohum olanlar arasındakı münasibətlərə uyğun hüquq 
münasibətlərinin müəyyən edilməsi başa düşülür (76, 253).
Övladlığa  götürmə  nəticəsində  uşaq  üçün  əlverişli  şəraitin 
yaradılmasına  baxmayaraq,  keçmiş  SSRİ  qanunvericiliyi  sovet 
dövlətinin müxtəlif inkişaf mərhələlərində buna eyni cür müna-
sibət bəsləmirdi. Mövcudluğunun lap başlanğıcında sovet qanun-
vericiliyi  mahiyyət  etibarilə  övladlığa  götürməni  inkar  edirdi. 
Övladlığa  götürməyə  mənfi  münasibət  öz  əksini  RSFSR-in  ilk 
1928-ci il Nikah və Ailə Məcəlləsində tapmışdı. Məcəllənin 183-cü 
maddəsində  göstərilirdi:  «Bu  qanunun  qüvvəyə  mindiyi  andan 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə