Kafedra: Mühəndis Fizikası və Elektronika Fənnin adı: Fizika 2 slayd fakültə


(n=3, 4, 5) Burada R=3,291015 san-1 Ridberq



Yüklə 1,49 Mb.
səhifə11/18
tarix31.12.2021
ölçüsü1,49 Mb.
#81284
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
Musa Əlizadə

(n=3, 4, 5)

Burada R=3,291015 san-1 Ridberq sabiti, düstur Balmer düsturu və düstura uyğun gələn xətlər yığınına isə Balmer seriyası deyilir ( burada n – xətlərin sıra nömrəsidir).

Sonralar hidrogenin spektrinin ultrabənövşəyi oblastında Layman, infraqırmızı oblastında isə Pasen, Breket və Pfund adlanan seriyalar müşahidə edildi və həmin seriyaların da düsturları verildi.

Bütün bu seriyaların hamısını Balmerin ümumiləşmiş düsturu adlanan aşağıdakı düsturla da ifadə etmək olur:

burada, verilmiş seriyada, m=1, 2, 3, … kimi sabit qiymətlər alıb seriyanı ifadə edir, n isə (m+1)-dən başlayaraq tam qiymətlər alır və hər bir seriyada ayrı-ayrı xətləri göstərir.

Bu düstur, emprik verilmiş olsa da, çox böyük dəqiqliklə təcrübədə təsdiq edilmişdir, lakin uzun müddət nəzəri olaraq onu əsaslandırmaq mümkün olmamışdır. Halbu ki, bu düsturlarda tam ədədlərin qeyri-adi təkrarlanması və Ridberq sabitinin bütün seriyalar üçün universal olması, tapılan qanunauyğunluğun dərin fizika mənasının olmasından xəbər verir. Bu mənanı isə klassik fizika nöqteyi-nəzərindən əsaslandırmaq mümkün deyildi. Bunun üçün atomun yeni – kvant nəzəriyyəsini yaratmaq lazım idi.



2) Bu nəzəriyyəni yaratmaq yolunda ilk addımı 1913-cü ildə Danimarka alimi Nils Bor atdı.

Bor, xətti spektirdəki emprik qanunauyğunluqları, atomun nüvə modelini və şüaudma-şüaburaxma prosesinin kvant təbiətini bir nəzəriyyə ilə izah etmək məqsədi ilə 2 postulat irəli sürdü. Qeyd edək ki, bu postulatlarda Bor, elektronun atomda hərəkətinə klassik nöqteyi-nəzərdən baxsa da, bu postulatların heç biri klassik fizika nöqteyi-nəzərindən izah edilə bilinmirdi.Burada bir şeyi də qeyd edək ki, Bor nəzəriyyəsi əsasən hidrogen (H) və hidrogenəbənzər (He+, Li++ və s.) atomlar üçün daha çox yarayır.




Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə