Kafedra: neft-qaz geologiyasi müƏLLİM : dos. MƏMMƏdov. H. M geokiMYƏVİ TƏDQİqatlar


NEFT-QAZ TƏZAHÜRLƏRİNİN GEOLOGİYASI



Yüklə 0,66 Mb.
səhifə4/14
tarix28.12.2022
ölçüsü0,66 Mb.
#97997
1   2   3   4   5   6   7   8   9   ...   14
C fakepathMühazir l r tam toplu

NEFT-QAZ TƏZAHÜRLƏRİNİN GEOLOGİYASI
Amerika alimi Link neft-qaz təzahürlərini əmələ gəlməsinə görə 5 tipə ayırır:

  1. Yer səthinə çıxan monoklinal laylarla əlaqədar olan neft-qaz təzahürləri;

  2. Singenetik laylara əlaqədar olan neft-qaz təzahürləri;

  3. Erroziya və ya qırışıq əmələgəlmə nəticəsində qırılmalara müşahidə olunaniri yataqların neft –qaz təzahürləri;

  4. Uyğunsuzluqların Yer səthinə çıxdığı zonalarla əlaqədar olan neft-qaz təzahürləri;

  5. Palçıq vulkanları, maqmatik süxurların intruziyaları və duz diapirləri ilə əlaqədar olan neft-qaz təzahürləri .

I tipə daxil olan neft-qaz təzahürləri həcmcə az olmasına baxmayaraq, aktiv olurlar. Bunlara Miçiqan hövzəsində olan Ordovik yaşlı trenton əhəngdaşlarında, II tipə Yuinta və Yuta hövzələrində Qrin-River formasiyalı çöküntülərdə, III və IV tipə Azərbaycanda Qırmakı dərəsində, İranda-Məscid-Süleyman yatağında, Trinidad və Tobaqoda, V tipdə Azərbaycanda, Rusiyada, Ukraynada rast gəlinir.
Sualtı neft-qaz təzahürlərinə dənizdə kontinental şelfdə rast gəlinir. Bu təzahürlər Xəzər dənizində, Meksika körfəzində, Şimal dənizində,Süveyş körfəzində, Cənubi-Çin dənizində müşahidə olunmuşdur.

( MÜHAZİRƏ 4 )
GEOKİMYƏVİ AXTARIŞ ÜSULLARININ NƏZƏRƏİ VƏ
METODOLOJİ ƏSASLARI
Geokimyəvi axtarış üsulları dedikdə, Geoloji-kəşfiyyat işlərinin müxtəlif etap və mərhələlərində ərazilərin və Geoloji kəsilişlərin neft-qazlılıq proqnozu və perspektivliyinin qiymətləndirilməsi məqsədi ilə istifadə edilən tədqiqatlar nəzərdə tutur. Bu da öz növbəsində geokimyəvi anomal sahələrin təbiətinin və paylanma qanununa uyğunluqlarının öyrənilməsinə əsaslanır. Geokimyəvi axtarış üsullarının inkişaf tarixində 3 mərhələ ayırmaq olar:
İlk 2 mərhələ- 1920-1968-ci illər və 1968-1973-cü illər aşağıdakı xüsusiyyətlərlə səciyyələnir.
İlk növbədə neft-qaz yataqları üzərində anomal konsentrasiyalı sahələrin formalaşmasında diffuzion miqrasiyaya geniş önəm verilməsi; aydındır ki, əgər neft-qaz yığımı vardırsa, Kh-ın diffuziyası qaçılmazdır. Lakin bu amil az dərinlikli çöküntülərdə və lay sularında anomal konsentarsiyalı sahələrin formalaşmazında həlledici və yeganə faktor ola bilər.
Diffuzion miqrasiyanın uzun müddətli proses olduğunu nəzərə alsaq, geokimyəvi anomal konsentrasiyalı sahələrin az müddət ərzində yanmasında filtrasiya prosesinin rolu qabardılmalıdır.

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə