“kapital bank” AÇiq səhmdar cəMİYYƏTİ



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix14.09.2018
ölçüsü1,11 Mb.
#68353
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

19 

 

səhmdarlarının  növbədənkənar  iclasının  Qərarına  əsasən  “BUSBank”ın  adı  dəyişdirilərək 



“Kapital Bank” Səhmdar Bankı adlandırılmışdır. 

10 iyul 2006-cı il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi 

şəxsin  adında  edilmiş  dəyişikliyin  dövlət  qeydiyyatı  haqqında  19  nömrəli  şəhadətnamə  ilə 

Emitent “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.  



3.5.  Emitentin  olduğu  yer,  poçt  ünvanı,  elektron  poçt  ünvanı,  emitentin  internet 

səhifəsinin ünvanı və əlaqə telefonları:  

Azərbaycan Respublikası, AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 71. 

office@kapitalbank.az  

www.kapitalbank.az

  

(+99412) 598-12-95 



3.6. Son üç maliyyə ili ərzində hər bir maliyyə ili üçün emitentin əsas investisiyalarının 

təsviri (məbləği göstərilməklə): 

Hüquqi şəxsin adı 

2017 

2016 

2015 

Azərbaycan Beynəlxalq Bankı ASC 

478,000 

478,000 


460,000 

Bakı Fond Birjası QSC 

60,420 

60,420 


60,420 

MasterCard Inc 

1,716,370 

1,219,440 

1,012,660 

Visa Inc 

2,284,280 

1,627,960 

1,425,610 

Cəmi: 

4,539,070 

3,385,820 

2,958,690 

 

3.7.  Emitentin  cari  investisiyalarının  təsviri,  onların  coğrafi  bölüşdürülməsi  (xarici  və 

daxili) və maliyyələşdirmə üsulu (daxili və xarici): 

Hüquqi şəxsin adı 

Məbləğ 

(31-May-

2018) 

Coğrafi 

bölüşdürül

məsi 

Maliyyələşdirilmə 

üsulu 

Növü 

Azərbaycan Beynəlxalq Bankı ASC 

478,000 

Daxili 


Daxili 

Səhm 


Bakı Fond Birjası QSC 

60,420 


Daxili 

Daxili 


Səhm 

MasterCard Inc 

2,073,048 

Xarici 


Daxili 

Səhm 


Visa Inc 

2,767,532 

Xarici 

Daxili 


Səhm 

Azərbaycan Kredit Bürosu MMC 

250,000 

Daxili 


Daxili 

Səhm 


Birkart BOKT MMC 

500,000 


Daxili 

Daxili 


Səhm 

3.8. İdarəetmə orqanlarının emitentin gələcək investisiyaları ilə bağlı öhdəlikləri:

 

Mövcud deyil. 



 

4. Emitentin biznesinin icmalı 

4.1.  Son üç maliyyə ili ərzində (hər maliyyə ili üzrə ayrı-ayrılıqda göstərməklə), emitentin 

satılmış məhsullarının və ya göstərilmiş xidmətlərin əsas kateqoriyalarını göstərərək, 

emitentin əməliyyatlarının və əsas fəaliyyətlərinin xarakteri ilə bağlı əsas faktorlar 

və onların təsviri: 

Emitentin son üç maliyyə ili ərzində hər bir maliyyə ili üzrə əsas fəaliyyət istiqaməti bank 

fəaliyyətidir. Eyni zamanda, milli və xarici valyutada fiziki və hüquqi şəxslərdən depozitlərin 

və digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, 

habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarının məcmu halda 

həyata  keçirilməsi,  Nizamnaməsində,  bank  lisenziyasında  və  qanunvericilikdə  nəzərdə 




20 

 

tutulmuş  digər  fəaliyyət  növləri  ilə  məşğul  olur.  Bundan  əlavə,  kiçik  və  orta  sahibkarlığın 



inkişafına  köməklik  göstərilməsi,  istehlak,  korporativ  kreditlərin  verilməsi,  plastik  kartların 

istifadəsi  sahəsində  təşkilatlarda  əmək  haqqının  verilməsinin  kartlar  vasitəsilə  həyata 

keçirilməsi, nağdsız hesablaşmaların həyata keçirilməsi məqsədilə POS-terminalların, “cash-

in”lərin quraşdırılması və s. kimi xidmətlər göstərir. 



Əsas faktorlar 

Xarici faktorlar

 

Daxili faktorlar 

Dövlət büdcəsinin kəsrinin aşağı/yuxarı 

səviyyədə olması 

Emitent tərəfindən yaradılmış ehtiyatların 

həcmi 

ÜDM-in illik artım tempi 



Emitentin kredit portfelinin artımı 

Manatın məzənəsinin kəskin dəyişkənliyi 

Əmək haqqı layihələri çərçivəsində 

korporativ müştəri bazası 



4.2.  Təqdim  olunmuş  yeni  məhsul  və  ya  xidmətlər  barədə  məlumat,  onların  inkişaf 

statusu: 

Mobil Bankçılıq – MDB ölkələri arasında ən innovativ, rahat və sürətlə inkişaf etdirilən 

mobil əlavələrdən olan “BirBank” mobil tətbiqi müştəri məmnuniyyətini yükslətmək, nağdsız 

əməliyyatların  daha  çevik  və  təhlükəsiz  formada  həyata  keçirilməsi  üçün  bazara  təqdim 

olunmuşdur.  Daim  inkişaf  etdirilən  əlavə  müştərilərə  banka  gəlmədən  bank  əməliyyatlarını 

həyata  keçirmək  imkanı  verir.  Hal-hazırda  da  operativ  şəkildə  təkmilləşdirilən  “BirBank” 

mobil təbiqinə gələcəkdə də yeni funksiyaların mütəmadi şəkildə əlavə olunması planlaşdırılır. 

BirKart – kredit və taksit funksiyalarını özündə birləşdirən unikal bir kartdır. Eyni zamanda 

BirKart  müştərilərə  alış-veriş  zamanı  hər  ödənişə  görə  vəsaitin  bir  hissəsini  geri  qazanma 

(cashback) imkanı təqdim edir. 

Mobil elektron imza – layihə çərçivəsində müştərilər qısa müddət ərzində “Mobil elektron 

imza” sertifikatlarına sahib ola biləcəklər. Müvafiq xidmət bank əməliyyatlarının rahat şəkildə 

aparılması  ilə  yanaşı,  sənədlərin  imzalama  prosesinin  sürətli,  təhlükəsiz və  elektron  şəkildə 

həyata keçirilməsinə imkan yaradır. 

Trio Debet kartları – Kart sahibi müştərilər dünyanın hər yerində xüsusi münasibət, yüksək 

xidmət, malvə xidmətlərin haqqının ödənilməsi zamanı özəl  endirim və  sərfəli təkliflər əldə 

edirlər. Ən əsas üstünlüklərdən biri isə AZN, EUR və USD hesablarında olan üç kartın bir kart 

və bir ədəd PİN kod ilə idarə edilməsidir. 



4.3. Emitentin rəqabət apardığı əsas bazarların təsviri və son üç maliyyə ili ərzində (hər 

maliyyə ili üzrə ayrı-ayrılıqda göstərməklə) fəaliyyət kateqoriyası və coğrafi amilləri 

nəzərə alaraq ümumi gəlirlərin qruplaşdırılması: 

 

Emitentin  2018-20-ci  illər  üzrə  strateji  plana  uyğun  olaraq  müasir  bank  xidmədləri  və 



yanaşmaları  tətbiq  etməklə  bütün  seqmentlər  üzrə  bazar  payının  artırılması  nəzərdə 

tutulmuşdur.  Ümumiyyətlə  aşağıdakı  rəqabət  bazarlarında  fəaliyyət  göstərilməsi  müəyyən 

olunmuşdur:  

1.  Cari istehlak müştəriləri bazarınında nağdsız ödənişləri təşviq edəcək xüsusi müştəri 

seqmentlərinin ehtiyacına uyğun bank məhsullarının sayının və payının artırılması; 

2.  KOS  (kiçik  və  orta  sahibkarlıq)  üzrə  kredit  portfelinin  və  rəsmi  əməliyyat 

dövriyyəsinin artırılması; 

3.  Korporativ müştəri bazasının distant bank xidmətləri vasitəsilə artırılması. Fəaliyyət 

əsasən Azərbaycan Respublikası ərazisində həyata keçirilir.  



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə