“kapital bank” AÇiq səhmdar cəMİYYƏTİ



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix14.09.2018
ölçüsü1,11 Mb.
#68353
1   2   3   4   5   6   7   8   9   ...   28

12 

 

2.11.  Seçilmiş  proforma  maliyyə  məlumatı.  Seçilmiş  proforma  maliyyə  məlumatının 



emitentin fərziyyəyə əsaslanan vəziyyətinin təsvir edilməsi və buna görə də şirkətin 

faktiki maliyyə göstəricilərini özündə əks etdirməməsi barədə qeyd: 

Mövcud deyil. 



2.12. Gəlir proqnozunun mövcud olduğu zaman bu barədə qeyd: 

 

2018-ci ilin gəlir və xərc proqnozu                  

                                                       (min manat) 

Faiz və gəlirlərin bu qəbildən olan növləricəmi 

272,370 

Faizlər və onlara bağlı xərclər, cəmi 

(80,452) 

Xalis faiz gəliri (zərəri) 

191,918 

Qeyri-faiz gəlirləri, cəmi 

115,011 

Qeyri-faiz xərcləri, cəmi 

(158,272) 

Əməliyyat mənfəəti (zərəri) 

148,657 

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın 

yaradılmasına ayırmalar (xərclər), cəmi 

(30,751) 



Vergilər ödənilənədək mənfəət (zərər) 

117,906 

Mənfəətdən vergilər 

(24,785) 

Xalis mənfəət (zərər) 

93,121 

2.13. Audit edilmiş maliyyə məlumatlarına dair auditorun rəyinin qısa təsviri: 

Emitentin 31 dekabr 2017-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin 

tarixdə  başa  çatan  il  üzrə  mənfəət  və  ya  zərər,  ümumi  gəlir,  kapitalda  dəyişikliklər  və  pul 

vəsaitlərinin  hərəkəti  haqqında  hesabatlardan,habelə  mühüm  mühasibat  uçotu  prinsiplərinin 

icmalı  da  daxil  olmaqla  maliyyə  hesabatlarına  dair  qeydlərdən  ibarət  olan  maliyyə 

hesabatlarının auditi aparılmış və maliyyə hesabatlarının 31 dekabr 2017-ci il tarixinə bankın 

maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin 

hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (bundan sonra – MHBS) uyğun 

olaraq bütün əhəmiyyətli aspektlərində düzgün əks etdirdiyi təsdiq olunmuşdur. 

2.14. Dövriyyə kapitalının emitentin cari ehtiyacları üçün kifayət etmədiyi təqdirdə tələb 

olunan əlavə vəsaitlərin mənbələri barədə məlumat: 

Dövriyyə  kapitalı  emitentin  cari  ehtiyacları  üçün  kifayət  etmədiyi  təqdirdə  emitent 

qanunvericilikdə  nəzərdə  tutulmuş  bütün  vasitələrdən  istifadə  etməklə  hesablar  üzrə  və 

əmanətlərə vəsaitlərin cəlb edilməsi, maliyyə və kapital bazarından kreditlərin cəlb edilməsi, 

habelə  qiymətli  kağızların  buraxılması  və  s.  formada  əlavə  vəsaitləri  cəlb  etmək  imkanına 

malikdir. 



 

3. Səhmlər haqqında məlumat 

3.1. Səhmlərin növü: İmtiyazlı sənədsiz adlı səhmlər. 

3.2.  Emitentin  emissiya  hesabında  olan  səhmlərinin  sayı  və  nominal  dəyəri.  Emitentin 

törəmə müəssisələrinə məxsus emitentin səhmlərinin sayı və nominal dəyəri:  

- Emitentin emissiya hesabında olan səhmlərinin sayı və nominal dəyəri:  

Mövcud deyil. 



3.3. Səhmlərlə təsbit olunan hüquqlar: 


13 

 

– imtiyazlı səhmlərin bir buraxılışı daxilində hər biri eyni nominal dəyərli olmaqla onun 



sahibinə eyni həcmdə hüquqlar verir; 

–  emitentin  fəaliyyətinin  nəticəsindən  asılı  olmayaraq,  səhmin  nominal  dəyərinin  sabit 

faizi  şəklində dividend almaq, Səhmdarların  Ümumi Yığıncağının qərarları ilə səhmlər üzrə  

dividendlər illik ödənilir

–  emitentin  ləğvindən  sonra  qalan  əmlakının  bir  hissəsini  almaqda  digər  səhmdarlara 

nisbətən üstünlük hüququ verir; 

– səhmdar cəmiyyətinin yenidən təşkil edilməsi

– səhmdar cəmiyyətinin ləğv edilməsi; 

– səhmdara məxsus olan imtiyazlı səhm növü üzrə hüquqları məhdudlaşdıran dəyişiklik 

və əlavələrin nizamnamədə edilməsi

–  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  və  emitentin 

nizamnaməsində nəzərdə tutulan digər hüquqlar verir. 



3.4. Səhmlərlə təsbit olunan məhdudiyyətlər: Mövcud deyil.

 

3.5.  Səhmlərin  tənzimlənən  bazarda  ticarətə  buraxılması  barədə  emitent  tərəfindən 

müraciətin  edilməsinin  nəzərdə  tutulub-tutulmaması  barədə  məlumat.  Belə  bir 

müraciətin  edilməsi  nəzərdə  tutulduğu  halda  səhmlərin  ticarətə  buraxılacağı 

tənzimlənən bazar barədə məlumat və ticarətə buraxılmanın şərtləri: 

Səhmlərin  yerləşdirilməsi  “Bakı  Fond  Birjası”  QSC-nin  (bundan  sonra  –  Fond  Birjası) 

ticarət  platformasında  həyata  keçirilir  və  alğı-satqı  əqdləri  Bakı  Fond  Birjası  vasitəsi  ilə 

bağlanılır. Bununla bağlı müraciət maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bu səhmlərin 

buraxılışının dövlət qeydiyyatı və emissiya prospekti təsdiq edildikdən sonra baş tutmalıdır. 

İnvestisiya  şirkəti  vasitəsi  ilə  səhmlərə  alğı-satqı  əqdləri  Azərbaycan  Respublikasının 

ərazisində Bakı Fond Birjasında bağlanılır. 

Bakı  Fond  Birjasında  səhmlərlə  alğı-satqı  əqdləri  yalnız  bu  səhmlərin  Bakı  Fond 

Birjasının daxili qaydalarına əsasən kütləvi ticarətə qəbulundan sonra həyata keçirilir.   

3.6. Emitentin dividend siyasətinin təsviri: 

Emitentin  mənfəətinin  bölüşdürülməsi  nəticəsində  dividendlərin  ödənilməsi  həyata 

keçirilir. Dividend ödənilməsi Emitentin Səhmdarlarının Ümumi Yığıncağının Qərarına əsasən 

və Maliyyə Bazarlarına Nəzarət Palatasının icazəsi ilə ödənilir.  

İmtiyazlı səhm üzrə dividend səhmdar cəmiyyətinin təsərrüfat fəaliyyətinin nəticəsindən 

asılı olmayaraq, imtiyazlı səhm sahiblərinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit 

faizi şəklində ödənilən vəsaitdir.  

 

4. Risk faktorları 



4.1. Təklif olunan səhmlərlə  əlaqəli bazar risklərini  qiymətləndirmək üçün zəruri  olan 

risk faktorları aşağıdakılardır: 

 

–  Kredit riski – borcalanın öhdəliklərinin tam və ya qismən yerinə yetirilməməsi riski; 



 

 Faiz dərəcəsi riski – faiz dərəcəsinin əlverişsiz dəyişməsi nəticəsində yaranan itki riski



 

Valyuta riski – valyuta məzənnələrində əlverişsiz dəyişikliklər nəticəsində yaranan itki 



riski; 

 



Likvidlik  riski  –  planlaşdırılmış  və  gözlənilməyən  öhdəliklərin  vaxtında  və  effektiv 

yerinə yetirilə bilməməsi, əlavə likvid vəsaitin əldə edilməməsi riski




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə