“kapital bank” AÇiq səhmdar cəMİYYƏTİ


İnvestisiya fəaliyyətindən əldə edilmiş pul vəsaitləri



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix14.09.2018
ölçüsü1,11 Mb.
#68353
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

29 

 

İnvestisiya fəaliyyətindən əldə edilmiş pul vəsaitləri 

 

Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının alınması 



(1,153,081) 

Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının satılmasından və 

geri alınmasından daxilomalar 

868,787 


Əmlak və avadanlıqların satılmasından daxilolmalar 

110 


Əmlak və avadanlıqların alınması 

(10,750) 

Qeyri-maddi aktivlərin alınması 

(8,267) 


İnvestisiya fəaliyyəti üzrə əldə edilmiş / (istifadə edilmiş) xalis pul 

vəsaitləri 

(303,201) 

Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin hərəkəti 

 

Bankın səhmdarlarına ödənilmiş dividendlər, vergini çıxmaqla 



(47,146) 

Maliyyələşdirmə fəaliyyəti üzrə (istifadə edilmiş) / əldə edilmiş xalis pul 

vəsaitləri 

(47,146) 

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinə valyuta məzənnələrinin 

dəyişməsinin təsiri 

(17,240) 



Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artım / (azalma) 

88,210 

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, dövrün əvvəlinə 

1,108,010 

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, dövrün sonuna 

1,196,220 

8.2. Emitentin borclanma ehtiyacları və maliyyələşmə strukturu barədə məlumat: 

Emitentin  borclanma  ehtiyacları  yarandığı  təqdirdə  qanunla  nəzərdə  tutulan  bütün 

vasitələrdən istifadə etməklə maliyyə vəsaitləri cəlb edə bilər. Emitentin Nizamnamə kapitalı 

və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 32-

ci  maddəsində  nəzərdə  tutulan  fəaliyyətlər  nəticəsində  əldə  olunan  bütün  gəlirlər  emitentin 

maliyyələşmə strukturunu təşkil edir. 



8.3. Emitentin əməliyyatlarına birbaşa və ya dolayı yolla təsir etmiş və ya təsir edə bilən 

kapital  qoyuluşlarının  istifadəsinə  dair  hər  hansı  bir  məhdudiyyətlərlə  əlaqəli 

məlumat: 

Emitentin əməliyyatlarına birbaşa və ya dolayı yolla təsir etmiş və ya təsir edə bilən kapital 

qoyuluşlarının istifadəsinə dair hər hansı bir məhdudiyyətlər Qanunun 22.2-ci, 22.3-cü,30-cu 

və 33-cü maddələrində təsvir olunmuşdur. 

Qanunun 22.2-ci maddəsinə əsasən Emitent, kapitalına mühüm iştirak payı olan şəxsin başqa 

hüquqi  şəxsin  kapitalında mühüm iştirak payını  əldə etməsindən və  ya artırmasından xəbər 

tutan kimi bu barədə maliyyə bazarlarına nəzarət orqanına yazılı bildiriş göndərməlidir. 

Qanunun  22.3-cü  maddəsinə  əsasən  Emitent,  kapitalında  mühüm  iştirak  payı  olan  hüquqi 

şəxsin kapitalında hər hansı şəxsin mühüm iştirak payını əldə etməsindən və ya artırmasından 

xəbər tutan kimi bu barədə maliyyə bazarlarına nəzarət orqanına yazılı bildiriş göndərməlidir. 

Həmin  Qanunun  30.1-ci  maddəsinə  əsasən  Emitentin  başqa  hüquqi  şəxsdə  iştirak  payı  əldə 

etməsi aşağıdakı hallardan birinə səbəb olarsa, Emitent həmin payı əldə etmək hüququna malik 

deyildir: 

– iştirak payının balans məbləği Emitentin məcmu kapitalının 10 faizindən çox olduqda

–  Emitentin  bütün  bu  cür  iştirak  paylarının  məcmu  balans  məbləği  Emitentin  məcmu 

kapitalının 40 faizindən çox olduqda. 

Qanunun 33-cü maddəsinə əsasən emitent topdansatış və  ya pərakəndə  ticarət,  istehsal, 

nəqliyyat, kənd təsərrüfatı, yataqların işlənilməsi, tikinti və sığorta fəaliyyəti ilə məşğul olan 




30 

 

və ya sığorta təşkilatları istisna olmaqla tərəfdaş, şərik və ya payçı kimi bunlarda iştirak edə 



bilməz. Öhdəlik üzrə tələblərini ödəmək məqsədilə Emitent yalnız maliyyə bazarlarına nəzarət 

orqanının icazə ilə və yalnız icazədə göstərilən müddət ərzində bu qanunun 33.1-ci maddəsində 

nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirə və ya həmin fəaliyyət növlərini həyata keçirən 

hüquqi şəxslərdə tərəfdaş, şərik və ya payçı kimi iştirak edə bilər. 



8.4.  Bu  Emissiya  Prospektinin  I  hissəsinin  3.7-ci  və  6.1-ci  bəndlərində  qeyd  olunmuş 

öhdəlikləri yerinə yetirmək üçün tələb olunan vəsaitlərin mənbələri barədə məlumat:  

Bu  Emissiya  Prospektinin  I  hissəsinin  3.7-ci  və  6.1-ci  bəndlərində  qeyd  olunmuş 

öhdəlikləri  yerinə  yetirmək  üçün  tələb  olunan  vəsaitlərin  mənbələri  qismində  Emitentin 

fəaliyyəti nəticəsində əldə olunan bütün gəlirlər çıxış edir. 



 

9. Tədqiqatlar, lisenziyalar və patentlər 

9.1.  Son  üç  maliyyə  ili  ərzində  emitentin  hesabına  aparılmış  tədqiqat  və  inkişaf 

fəaliyyətlərinə  sərf  olunmuş  məbləğ  daxil  olmaqla,  emitentin  tədqiqatları, 

patentləri, əqli mülkiyyət obyektləri və lisenziyaları barədə məlumat: 

Emitentin “1Kart və şəkil” əmtəə nişanı 17.05.2016-cı il tarixində 2016 0539 nömrəli 

əmtəə nişanı ilə dövlət reyestrində qeydiyyata alınıb; 

Emitentin “1KART  və şəkil” əmtəə nişanı 17.05.2016-cı il tarixində 2016 0541 nömrəli 

əmtəə nişanı ilə dövlət reyestrində qeydiyyata alınıb; 

Emitentin “BİRKART” əmtəə nişanı 17.05.2016-cı il tarixində 2016 0540 nömrəli əmtəə 

nişanı ilə dövlət reyestrində qeydiyyata alınıb; 

Emitentin “Kapital Bank Birinci Bank” əmtəə nişanı 03.08.2016-cı il tarixində 2016 0860 

nömrəli əmtəə nişanı ilə dövlət reyestrində qeydiyyata alınıb; 

Emitentin “Kapital Bank loqo elementi və şəkil” əmtəə nişanı 17.05.2016-cı il tarixində 

2016 0542 nömrəli əmtəə nişanı ilə dövlət reyestrində qeydiyyata alınıb; 

Emitentin “Səndən 1 dənədir” əmtəə nişanı 03.08.2016-cı il tarixində 2016 0861 nömrəli 

əmtəə nişanı ilə dövlət reyestrində qeydiyyata alınıb; 

Emitentin  “Xəzri  ”  əmtəə  nişanı  26.09.2017-ci  il  tarixində  2017  0911  nömrəli  əmtəə 

nişanı ilə dövlət reyestrində qeydiyyata alınıb; 

Emitentin “BİRLİK KLUBU” əmtəə nişanı 26.09.2017-ci il tarixində 2017 0912 nömrəli 

əmtəə nişanı ilə dövlət reyestrində qeydiyyata alınıb; 

Emitentin “BirBank” əmtəə nişanı 28.09.2017-ci  il tarixində 2017 0963 nömrəli əmtəə 

nişanı ilə dövlət reyestrində qeydiyyata alınıb;  

Emitentin “BirBank” əmtəə nişanı 16.03.2018 -ci  il tarixində 2018 0320 nömrəli əmtəə 

nişanı ilə dövlət reyestrində qeydiyyata alınıb; 

Emitentin  “Taksit”  əmtəə  nişanı  09.04.2018-ci  il  tarixində  2018  0469  nömrəli  əmtəə 

nişanı ilə dövlət reyestrində qeydiyyata alınıb. 

 

10. Tendensiyalar barədə məlumat 

10.1.  Cari  maliyyə  ilinin  əvvəlindən  səhm  buraxılışı  haqqında  qərarın  qəbul  edilməsi 

tarixinədək  emitentin  fəaliyyət  göstərdiyi  iqtisadi  sahədə  (istehsalat,  satışların 

həcmi  və  mal-material  ehtiyatları,  xərclər  və  satış  qiymətləri)  müşahidə  olunan 

tendensiyalar:  



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə