etmək, və onunla daha yaxın birləşmək üçün Kilsəyə
imkan verir. Həvarilərin və kanon Yazılarında təqdim
olunan duaların formaları məsihçi duası üçün normativ
olaraq qalır.
550. Məsihçi duasının əsas formaları hansılardır?
2643-2644
Şükür etmə, ibadət, niyaz, vəsatətçilik duası,
minnətdarlıq və tərif. Evxaristiya duanın bütün
formalarını əks etdirir.
551. Şükür etmə nədir?
2626-2627
2645
Şükür etmə Allahın ənamlarına insanın cavabıdır: biz hər
şeyə Qadir olan Allaha şükür edirik. O, ilk olaraq bizə
xeyir-dua verir və Öz ənamları ilə doldurur.
552. İbadətin tərifi nədir?
2628
İbadət Üçqat Müqəddəs olan Yaradanın siması qarşısında
özünün məxluq olduğunu etiraf edən insanın daxili
əyilməsi və ruhən üzüstə səcdə etməsidir.
553. Xahiş dualarının formaları hansılardır?
2629-2633
2646
Bunlar bağışlanma yaxud ruhani və maddi ehtiyaclarımız
barədə təvazökarlıqla və ümidlə dolu xahişdir. Lakin ilk
növbədə Padşahlığın gəlməsini arzulamalıyıq.
554. Vəsatətçilik duası nədən ibarətdir?
2634-2636
2647
232
Vəsatətçilik duası başqaları üçün rifah diləməkdən
ibarətdir. O bizi Xilaskarın duasına bənzədir və Atanın
qarşısında bütün insanlar, xüsusilə də günahkarlar üçün
vəsatətçilik edən İsanın duası ilə birləşdirir. Vəsatətçilik
duası hətta düşmənlərə də aid edilməlidir.
555. Allaha nə vaxt minnətdarlıq edilməlidir?
2637-2638
2648
Kilsə durmadan Allaha minnətdarlığını bildirir, ilk
növbədə, Evxaristiya keçirdiyi zaman. Evxaristiyada
Məsih Kilsəyə Ataya Öz minnətdarlığı ilə birləşməyə
imkan verir. Məsihçi üçün hər bir hadisə minnətdarlıq
səbəbinə çevrilir.
556. Tərif duası nədir?
2639-2643
2649
Tərif Allahın Allah olduğunu bilavasitə etiraf edən dua
formasıdır. Tərif tamamilə təmənnasızdır: o, Allahı Onun
Özlüyünə görə izzətləndirir və Onun Var olduğuna görə
Ona şükür edir.
İkinci fəsil
Dua ənənəsi
557. Rəvayətin duaya aid mənası nədir?
2650-2651
Məhz canlı Rəvayət vasitəsilə Müqəddəs Ruh dua etməyi
Allah övladlarına öyrədir. Həqiqətən, dua daxili təkandan
öz-özünə əmələ gələn nida deyil, seyretmə, tədqiqat və
təcrübədə əldə edilən ruhani reallığın dərkini tələb edir.
Dua mənbələrində
233
558. Məsihçi duasının mənbələri hansılardır?
2652-2662
Məsihi «tanımağın üstün dəyərini» (Fil 3:8) əldə etmək
imkanını bizə verən Allah Kəlamı; xəbər verən və indiki
zamana bizi daxil edən və Xilaskarın sirrini bizə çatdıran
Kilsə Liturgiyası; ilahiyyat fəzilətləri; gündəlik vəziyyətlər,
çünki bunlarda biz Allaha rast gələ bilərik.
«Ey Allah, Səni sevirəm və Səndən yalnız bir mərhəmət
diləyirəm ki, Səni daim sevim. Allahım, dilim Səni
sevdiyimi həmişə söyləyə bilməsə də, istəyirəm ürəyim
Sənə hər nəfəsimlə bunu təkrar etsin» (müq. İohann
Məryəm Vianney).
Duanın yolu
559. Kilsədə müxtəlif dua yolları varmı?
2663
Müxtəlif tarixi, ictimai və mədəni kontekstə uyğun olaraq
Kilsədə müxtəlif dua yolları mövcuddur. Həvari imanının
Rəvayətinə onların uyğunluğunu sezmək Kilsənin
Müəllimlik səlahiyyətindədir, ruhanilər və katexizatorlar
isə onların İsa Məsihə tabe olan mənasını izah
etməlidirlər.
560. Duamızın yolu nədir?
2664
2680-2681
Duamızın yolu Məsihdir. O Özü Atamız Allaha
istiqamətlidir. Yalnız, gizli də olsa, İsanın adı ilə dua
edəndə, İsa bizi Atanın yanına gətirir. Beləliklə, Onun
insani təbiəti Müqəddəs Ruhun bizi Ataya dua etməyi
öyrətməsinin yeganə yoludur. Buna görə Liturgiya
duaları bu ifadə ilə bitir: «Rəbbimiz Məsih vasitəsilə».
561. Duada Müqəddəs Ruhun rolu nədir?
234
2670-2672
2680-2681
“Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik”
(Rom 8:26). Buna görə Müqəddəs Ruh məsihçi duasının
daxili Müəllimidir və Kilsə Onu çağırmağı və hər bir
vəziyyətdə Ondan diləməyi bizə öyrədir: «Gəl, ey
Müqəddəs Ruh!»
562. Məsihçi duaları bizi Bakirə Məryəmlə
ünsiyyətə necə daxil edir?
2673-2679
2682
Bakirə Məryəm Müqəddəs Ruhun işinə müstəsna yolla
kömək etdiyinə görə Kilsə Kamil Duaçı (Oranta) Məryəmə
müraciət edir və Məryəmlə birlikdə dua edir, Rəbbi
yüksəldir və çağırır. Həqiqətən, Məryəm Yeganə
Vəsatətçi olan öz Oğlunun «Yolunu göstərən Şəxsdir»
(Odiqitriya).
563. Kilsə Bakirə Məryəmə müraciət etməyi necə
öyrədir?
2676-2678
2682
İlk növbədə Ave Mariya (Salam, Məryəm) duası ilə. Bu
duada Kilsə Müqəddəs Bakirədən himayə diləyir. Allah
Anasına ünvanlanan digər dualar bunlardır: Rozari,
Akafist, Paraklis, müxtəlif məsihçi ənənələrin himnləri və
nəğmələri.
Dua göstəriciləri
564. Müqəddəslər hansı mənada bizə duada
yardım edirlər?
2683-2684
2692-2693
235
Müqəddəslər dua nümunələridir və biz onlardan bizim
üçün və bütün dünya üçün Müqəddəs Üçlük qarşısında
vəsatətçilik etməyi diləyirik. Onların himayəsi Allahın
niyyətinə olan ən yüksək xidmətdir. Kilsə tarixi boyu
müqəddəslərin ünsiyyətində dua ilə yaşamağı və onu
təcrübə etməyi öyrədən ruhaniliyin müxtəlif formaları
yaranmışdır.
565. Kim dua etməyi öyrədə bilər?
2685-2690
2694-2695
Məsihçi ailə - dua etməyi öyrənmənin ilkin ocağıdır.
Ailədə edilən gündəlik dua xüsusilə məsləhət edilir, çünki
bu, Kilsənin dua həyatının ilk şəhadətçiliyidir.
Katexizasiya, dua qrupları, «ruhani rəhbərlik» dua etməyi
öyrədir və dua etməkdə kömək edir.
566. Dua üçün yaxşı yerlər hansılardır?
2691
2696
Hər yerdə dua etmək olar, lakin Liturgiya duası və
Evxaristiya ibadəti üçün lazımi yerin seçilməsi
əhəmiyyətsiz deyil. Məbəd Liturgiya duası və Evxaristiya
ibadəti üçün xüsusilə yaxşı yerdir. Başqa yerlər də duaya
kömək edir, məsələn, evdə «dua guşəsi», monastırlar,
sanktuariyalar.
Üçüncü fəsil
DUA HƏYATI
567. Dua üçün daha hansı anlar məsləhət görülür?
2697-2698
2720
236
Dostları ilə paylaş: |