Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə48/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   45   46   47   48   49   50   51   52   53

etmək, və onunla daha yaxın birləşmək üçün Kilsəyə 
imkan verir. Həvarilərin və kanon Yazılarında təqdim 
olunan duaların formaları məsihçi duası üçün normativ 
olaraq qalır.
550. Məsihçi duasının əsas formaları hansılardır?
2643-2644 
Şükür etmə, ibadət, niyaz, vəsatətçilik duası, 
minnətdarlıq və tərif. Evxaristiya duanın bütün 
formalarını əks etdirir.
551. Şükür etmə nədir?
2626-2627
2645 
Şükür etmə Allahın ənamlarına insanın cavabıdır: biz hər 
şeyə Qadir olan Allaha şükür edirik. O, ilk olaraq bizə 
xeyir-dua verir və Öz ənamları ilə doldurur.
552. İbadətin tərifi nədir?
2628
İbadət Üçqat Müqəddəs olan Yaradanın siması qarşısında 
özünün məxluq olduğunu etiraf edən insanın daxili 
əyilməsi və ruhən üzüstə səcdə etməsidir.
553. Xahiş dualarının formaları hansılardır?
2629-2633
2646
Bunlar bağışlanma yaxud ruhani və maddi ehtiyaclarımız
barədə təvazökarlıqla və ümidlə dolu xahişdir. Lakin ilk 
növbədə Padşahlığın gəlməsini arzulamalıyıq.
554. Vəsatətçilik duası nədən ibarətdir?
2634-2636
2647
232


Vəsatətçilik duası başqaları üçün rifah diləməkdən 
ibarətdir. O bizi Xilaskarın duasına bənzədir və Atanın 
qarşısında bütün insanlar, xüsusilə də günahkarlar üçün 
vəsatətçilik edən İsanın duası ilə birləşdirir. Vəsatətçilik 
duası hətta düşmənlərə də aid edilməlidir.
555. Allaha nə vaxt minnətdarlıq edilməlidir?
2637-2638
2648
Kilsə durmadan Allaha minnətdarlığını bildirir, ilk 
növbədə, Evxaristiya keçirdiyi zaman. Evxaristiyada 
Məsih Kilsəyə Ataya Öz minnətdarlığı ilə birləşməyə 
imkan verir. Məsihçi üçün hər bir hadisə minnətdarlıq 
səbəbinə çevrilir.
556. Tərif duası nədir?
2639-2643
2649
Tərif Allahın Allah olduğunu bilavasitə etiraf edən dua 
formasıdır. Tərif tamamilə təmənnasızdır: o, Allahı Onun 
Özlüyünə görə izzətləndirir və Onun Var olduğuna görə 
Ona şükür edir.
İkinci fəsil
Dua ənənəsi
557. Rəvayətin duaya aid mənası nədir?
2650-2651
Məhz canlı Rəvayət vasitəsilə Müqəddəs Ruh dua etməyi 
Allah övladlarına öyrədir. Həqiqətən, dua daxili təkandan 
öz-özünə əmələ gələn nida deyil, seyretmə, tədqiqat və 
təcrübədə əldə edilən ruhani reallığın dərkini tələb edir.
Dua mənbələrində
233


558. Məsihçi duasının mənbələri hansılardır?
2652-2662 
 Məsihi «tanımağın üstün dəyərini»  (Fil 3:8) əldə etmək 
imkanını bizə verən Allah Kəlamı; xəbər verən və indiki 
zamana bizi daxil edən və Xilaskarın sirrini bizə çatdıran 
Kilsə Liturgiyası; ilahiyyat fəzilətləri; gündəlik vəziyyətlər,
çünki bunlarda biz Allaha rast gələ bilərik.
«Ey Allah, Səni sevirəm və Səndən yalnız bir mərhəmət 
diləyirəm ki, Səni daim sevim. Allahım, dilim Səni 
sevdiyimi həmişə söyləyə bilməsə də, istəyirəm ürəyim 
Sənə hər nəfəsimlə bunu təkrar etsin» (müq. İohann 
Məryəm Vianney).
Duanın yolu
559. Kilsədə müxtəlif dua yolları varmı?
2663
Müxtəlif tarixi, ictimai və mədəni kontekstə uyğun olaraq
Kilsədə müxtəlif dua yolları mövcuddur. Həvari imanının 
Rəvayətinə onların uyğunluğunu sezmək Kilsənin 
Müəllimlik səlahiyyətindədir, ruhanilər və katexizatorlar 
isə onların İsa Məsihə tabe olan mənasını izah 
etməlidirlər. 
560. Duamızın yolu nədir?
2664
2680-2681
Duamızın yolu Məsihdir. O Özü Atamız Allaha 
istiqamətlidir. Yalnız, gizli də olsa, İsanın adı ilə dua 
edəndə, İsa bizi Atanın yanına gətirir. Beləliklə, Onun 
insani təbiəti Müqəddəs Ruhun bizi Ataya dua etməyi 
öyrətməsinin yeganə yoludur. Buna görə Liturgiya 
duaları bu ifadə ilə bitir: «Rəbbimiz Məsih vasitəsilə».
561. Duada Müqəddəs Ruhun rolu nədir?
234


2670-2672
2680-2681
“Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik”
(Rom 8:26). Buna görə Müqəddəs Ruh məsihçi duasının 
daxili Müəllimidir və Kilsə Onu çağırmağı və hər bir 
vəziyyətdə Ondan diləməyi bizə öyrədir: «Gəl, ey 
Müqəddəs Ruh!»
562. Məsihçi duaları bizi Bakirə Məryəmlə 
ünsiyyətə necə daxil edir?
2673-2679
2682
Bakirə Məryəm Müqəddəs Ruhun işinə müstəsna yolla 
kömək etdiyinə görə Kilsə Kamil Duaçı (Oranta) Məryəmə
müraciət edir və Məryəmlə birlikdə dua edir, Rəbbi 
yüksəldir və çağırır. Həqiqətən, Məryəm Yeganə 
Vəsatətçi olan öz Oğlunun «Yolunu göstərən Şəxsdir» 
(Odiqitriya).
563. Kilsə Bakirə Məryəmə müraciət etməyi necə 
öyrədir?
2676-2678
2682 
İlk növbədə Ave Mariya (Salam, Məryəm) duası ilə. Bu 
duada Kilsə Müqəddəs Bakirədən himayə diləyir. Allah 
Anasına ünvanlanan digər dualar bunlardır: Rozari, 
Akafist, Paraklis, müxtəlif məsihçi ənənələrin himnləri və 
nəğmələri.
Dua göstəriciləri
564. Müqəddəslər hansı mənada bizə duada 
yardım edirlər?
2683-2684
2692-2693 
235


Müqəddəslər dua nümunələridir və biz onlardan bizim 
üçün və bütün dünya üçün Müqəddəs Üçlük qarşısında 
vəsatətçilik etməyi diləyirik. Onların himayəsi Allahın 
niyyətinə olan ən yüksək xidmətdir. Kilsə tarixi boyu 
müqəddəslərin ünsiyyətində dua ilə yaşamağı və onu 
təcrübə etməyi öyrədən ruhaniliyin müxtəlif formaları 
yaranmışdır.
565. Kim dua etməyi öyrədə bilər?
2685-2690
2694-2695
Məsihçi ailə  - dua etməyi öyrənmənin ilkin ocağıdır. 
Ailədə edilən gündəlik dua xüsusilə məsləhət edilir, çünki
bu, Kilsənin dua həyatının ilk şəhadətçiliyidir. 
Katexizasiya, dua qrupları, «ruhani rəhbərlik» dua etməyi
öyrədir və dua etməkdə kömək edir.
566. Dua üçün yaxşı yerlər hansılardır?
2691
2696 
Hər yerdə dua etmək olar, lakin Liturgiya duası və 
Evxaristiya ibadəti üçün lazımi yerin seçilməsi 
əhəmiyyətsiz deyil. Məbəd Liturgiya duası və Evxaristiya 
ibadəti üçün xüsusilə yaxşı yerdir. Başqa yerlər də duaya
kömək edir, məsələn, evdə «dua guşəsi», monastırlar, 
sanktuariyalar.
Üçüncü fəsil
DUA HƏYATI
567. Dua üçün daha hansı anlar məsləhət görülür?
2697-2698
2720
236


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə