Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə5/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   2   3   4   5   6   7   8   9   ...   276

11

Dünya ədəbiyyatı 

135 

illiyi

Aleksey Nikolayeviç Tolstoy  

1883-1945 

YANV

AR

Aleksey  Nikolayeviç  Tolstoy  1883-

cü il yanvar ayının 10-da Nikolayevsk 

şəhərində  (indiki  Saratov  vilayəti, 

Puqaçov  şəh.),  qraf  ailəsində  ana-

dan  olmuşdur.  Samara  real  məktəbini 

bitirdikdən  sonra,  1901-ci  ildə  Peter-

burq Texnoloji İnstitutuna daxil olmuş, 

lakin  ədəbiyyata  olan  güclü  həvəsinin 

təsiri ilə 1907-ci ildə təhsilini yarımçıq 

qoymuşdur. Elə həmin il onun “Lirika” 

adlı  ilk  şeirlər  kitabı,  bir  il  sonra  isə 

“Niva” jurnalında “Köhnə qala” adlı ilk 

hekayəsi,  1910-cu  ildə  “Sağsağan  na-

ğılları”  hekayələr  kitabı  çap  olunmuş-

dur.  Böyük  Oktyabr  Sosialist  İnqilabı-

nı  əvvəlcə  düşməncəsinə  qarşılamış, 

1919-cu  ildə  Fransaya,  sonra  isə  Al-

maniyaya  mühacirət  etmişdir.  1923-cü 

ildə SSRİ-yə qayıtmışdır. Avtobioqrafik 

“Nikitanın uşaqlığı” povestində vətənə 

məhəbbət öz əksini tapmışdır.

Böyük  Oktyabr  Sosialist  İnqila-

bı  və  Rusiyada  vətəndaş  müharibəsi 

hadisələrini əhatə edən “Əzablı yollar-

la”, “On səkkizinci il”, “Tutqun səhər” 

trilogiyasında rus ziyalılarının inqilaba 

doğru  keçdiyi  yol  dolğun,  epik  realist 

əksini tapmışdır. “Birinci Pyotr” roma-

nının “İvan Qroznı” pyesinin müəllifidir. 

Antifaşist publisistik məqalələri ilə ya-

naşı uşaqlar üçün əsərlərin də müəllifidir. 

Əsərləri ekranlaşdırılmışdır.

Xidmətlərinə  görə  “Lenin”  ordeni,  

başqa  orden  və  medallarla  təltif  edil-

mişdir. 


Aleksey  Nikolayeviç  Tolstoy  1945-

ci il fevral ayının 23-də vəfat etmişdir.



          

Ə d ə b i y y a t

Seçilmiş əsərləri: 

hekayələr, roman 

/A.N.Tolstoy.- Bakı: 

Şərq-Qərb, 2006.- 336 s.

Mühəndis Qarinin 

hiperboloidi; Aelita: 

roman /A.N.Tolstoy; 

red. M.Ələkbərli.- Bakı: 

Gənclik, 1988.- 369 s. 

www..anl.az

10

170 

illiyi

Kazbeqi Aleksandr 

1848-1898  

Kazbeqi  Aleksandr  1848-ci  il  yan-

var  ayının  20-də  Gürcüstanın  Ste-

pantsminda  kəndində  indiki  Kazbeqi 

qəsəbəsində, zadəgan ailəsində anadan 

olmuşdur.  Mülkədar  imtiyazlarından 

əl  çəkərək  kəndlilərinə  azadlıq  ver-

miş,  7  il  çobanlıq    etmişdir.  “Elqoca” 

(1881),  “Ata  qatili”  (1882),  “Səfil  qa-

dın” (1884) “Çoban” və s. povestlərin 

müəllifidir.  Vətənpərvərlik,  humanizm 

və  ədalət  ideyalarının  tərənnümü  ya-

radıcılığının leytmotividir. Əsərlərində 

çar  məmurlarını,  yerli  feodalları  ifşa 

etmiş, mərd və mübariz dağlı obrazları 

yaratmışdır.

Kazbeqi Aleksandr 1898-ci il yanvar 

ayının 22-də vəfat etmişdir.



Ə d ə b i y y a t

Ata qatili: roman /A.Kazbeqi; tərc. ed. R.Şıxəmirova; red. Ə.Əhmədova; rəss. İ.Piçxadze.- Bakı: Uşaqgəncnəşr, 1960.- 223, [1] s.

Kazbeqi Aleksandr //Xəlilov, P. SSRİ xalqları ədəbiyyatı.- Bakı, 1975.- H.1.- S.123.

Kazbeqi Aleksandr //Azərbaycan Sovet Ensiklopediyası:10 cilddə.-Bakı, 1981.- C.V.-S.208. 

www..anl.az

20

Rus yazıçısı

Gürcü yazıçısı


12

Dünya ədəbiyyatı

230 

illiyi

Corc Bayron  

1788-1824  

YANV

AR

Corc  Noel  Qordon  (Bayron)  1788-

ci  il  yanvar  aynın  22-də  Londonda, 

yoxsullaşmış bir lord ailəsində anadan 

olmuşdur. Bayron ilk təhsilini zadəgan 

uşaqlarına  məxsus  qapalı  Harrou 

məktəbində  almışdır.  İlk  şeirlərini  də 

burada  yazmışdır.  Harrou  məktəbini 

bitirdikdən  sonra  1805-ci  ildə  Kemb-

ric universitetinə daxil olmuş və 1808-

ci  ildə  universiteti  bitirmişdir.  1807-

ci  ildə  “Asudə  saatlar”  adlı  ilk  şeir 

məcmuəsini, 1809-cu ildə isə mürtəce 

romantiklər və burjua tənqidi əleyhinə 

“İngilis bardları və şotland icmalçıları” 

satirik poemasını nəşr etdirmişdir. 

1809-cu  ildə  Bayron  səyahətə  çıx-

mış,  İspaniyada,  Malta  adasında,  Yu-

nanıstanda  və  Türkiyədə  olmuşdur. 

Bayron “Çayld Haroldun səyahətləri”, 

“Şərq  poemaları”,  “Qabil”,  “Don 

Juan”,  “Manfred”  və  s.  kimi  dün-

ya  ədəbiyyatı  xəzinəsinə  daxil  olmuş 

əsərlərin müəllifidir. 

 Böyük şair 1824-cü il aprel ayının 

19-da Yunanıstanda vəfat etmişdir. 



                                           

Ə d ə b i y y a t

Seçilmiş əsərləri 

/C.Q.Bayron; tərc. 

A.Aslanov və b.- Bakı: 

Şərq-Qərb, 2006.- 224 s.

22

235 

illiyi

Stendal 

1783-1842  

Mari-Anri Beyl (Stendal) 1783-cü il 

yanvar ayının 23-də Fransanın Qrenobl 

şəhərində anadan olmuşdur. 

Almaniyanın Stendal şəhərinin adın-

dan götürülmüş təxəllüs müəllifin 100-

dən çox təxəllüsündən biridir. 

1830-cu  ildə  yazdığı  “Qırmızı  və 

qara”  və  1839-cu  ildə  qələmə  aldığı 

“Parmanın  kartezian  kilsəsi”  romanları 

ilə tanınmışdır.

Romantizm  dövründə  yaşamış  yazı-

çının özündə ironiyanı, psixoloji və ta-

rixi təsvirləri birləşdirən realist əsərləri 

kifayət  qədər  qiymətləndirilməmişdir. 

Ölümündən  sonra  Stendalın  romanları 

və novellaları ən çox oxunan əsərlər si-

yahısına düşmüşdür. Onun “Napoleonun 

həyatı”  adlı  bioqrafik  və  avtobioqrafik 

əsərləri yazıçının həyat və yaradıcılığını 

öyrənməkdə qiymətli materialdır.

Stendal 1842-ci il mart ayının 23-də 

vəfat etmişdir.

Ə d ə b i y y a t

Qırmızı və qara: roman /Stendal; ruscadan tərc. G.Mövlud.- [Bakı]: [Qanun], [2013].- 616 s.

Пармская обитель: роман /Стендаль; пер. с фр. Н.Немчиновой и др.; Серийное оформление художника. А.Яковлева.- Москва: 

Эксмо, 2006.- 672 с. 

23

İngilis şairi

Fransız yazıçısı



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə