Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə4/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   2   3   4   5   6   7   8   9   ...   276

9

Milli ədəbiyyat

155 

illiyi

Firidun bəy Köçərli 

1863-1920  

YANV

AR

Firidun bəy Əhməd ağa oğlu Köçərli 

1863-cü  il  yanvar  ayının  26-da  Şuşa 

şəhərində,  bəy  ailəsində  anadan  ol-

muşdur. İlk təhsilini 1872-ci ildə Mirzə 

Kərim  Münşidzadənin  mədrəsəsində 

almış,  1876-cı  ildə  Şuşadakı  rus  mək-

təbinə  daxil  olmuşdur.  1879-1885-ci 

illərdə  Zaqafqaziya  Müəllimlər  Semi-

nariyasının  Azərbaycan  bölməsində 

oxumuşdur.

Pedaqoji fəaliyyətə 1885-1890-cı il-

lərdə  İrəvan  şəhərindəki  gimnaziyada 

başlamış,  1895-1918-ci  illərdə  Qoridə 

fəaliyyətini  davam  etdirmiş,  1918-

1920-ci  illərdə  Qazax  Müəllimlər  Se-

minariyasının müdiri işləmişdir.

Elmi-pedaqoji və maarifçilik fəaliy-

yətində  təlimin  ana  dilində  aparılması 

ideyası  mühüm  yer  tutmuşdur.  Onun 

fəaliyyətinin İrəvan dövründəki çox mü-

hüm xidmətlərindən biri də “Azərbaycan 

dili  proqramı”nı  tərtib  etməsi,  özünün 

müasirləri ilə yanaşı XIX əsr görkəmli 

nümayəndələri barəsində xeyli və əsaslı 

məlumat verməsidir.

Görkəmli ədib özünü teatr sahəsində 

də  sınamış,  1886-cı  ildə  İrəvanda 

M.F.Axundovun  “Müsyo  Jordan  və 

Dərviş  Məstəli  şah”  komediyasını  ta-

maşaya qoymuşdur. 

1895-ci  ildə  “Tatar  komediyaları” 

adlı  ilk  elmi  məqaləsi Tiflisdə  “Novo-

ye obozreniye” qəzetində çap olunmuş-

dur. 1898-ci ildə “Ərəb əlifbası və onun 

qüsurları”  silsilə  məqaləsi  “Qafqaz” 

qəzetində  dərc  edilmişdir.  Azərbaycan 

ədəbiyyatı  tarixinə  dair  ilk  əsərlərin 

müəllifi kimi tanınmışdır. 1903-cü ildə 

rus  dilində  nəşr  etdirdiyi  “Azərbaycan 

tatarlarının  ədəbiyyatı”,  1908-ci  ildə 

yazdığı, lakin ölümündən sonra, 1925-

1926-cı  illərdə  çap  edilmiş  2  cild  4 

hissədən  ibarət  məşhur  “Azərbaycan 

ədəbiyyatı  tarixi  materialları”  adlı 

dəyərli  tədqiqat  əsərlərinin  müəllifidir. 

“Vətən  dili”  dərsliyinin  I  hissəsinin 

(VII  nəşr)  yenidən  işlənməsində  bö-

yük xidmətləri olmuşdur. 300-dən artıq 

dərsliyə düzəliş etmiş, nəzəri materialı, 

hekayələri artırmış, metodika və stilisti-

kasını  dəyişdirərək  zənginləşdirmişdir. 

Köçərlinin “Darı və buğda” əsəri “Vətən 

dili” kitabına salınmışdır. 

Tərcüməçilik fəaliyyətilə də məşğul 

olmuş, bir sıra rus  şairlərin - A.S.Puşkinin 

“Torçu  və  balıq”,  M.Y.Lermontovun 

“Üç  xurma  ağacı”,  A.B.Koltsovun  “A 

kişi, niyə yatıbsan?!”, A.P.Çexovun “At 

familiyası” və b. müəlliflərin əsərlərini, 

“Təlimati-Sokrat”  kitabını Azərbaycan 

dilinə,  1903-cü  ildə  M.F.Axundovun 

“Aldanmış  kəvakib”  əsərini  isə  rus 

dilinə tərcümə edərək, İrəvanda və Şu-

şada nəşr etdirmişdir.

Azərbaycan  uşaq  ədəbiyyatının  in-

kişafında mühüm xidmətləri olmuşdur. 

1912-ci  ildə  “Balalara  hədiyyə”  adlı 

əsəri nəşr edilmiş və bu bir tədris vəsaiti 

rolunu oynamışdır.

Görkəmli ədib göstərdiyi xidmətlərə 

görə 1899-cu ildə III dərəcəli “Müqəd-

dəs Anna”, 1902-ci ildə isə II dərəcəli 

“Müqəddəs  Stanislav”  ordenləri  ilə 

təltif olunmuşdur.

Firidun  bəy  Köçərli  1920-ci  il  may 

ayının 4-ü “xalqa xəyanətdə”, “milli ni-

faq”  törətməkdə  ittiham  edilərək  həbs 

edilmiş,  iyun  ayının  4-də  isə  Gəncə 

Xalq  Komissarlar  Sovetinin  qərarına 

əsasən Gəncə şəhərində güllələnmişdir.

Elm,  maarif  yolunda  göstərdiyi 

xidmətləri bu gün də geniş tədqiq olu-

nur, yüksək qiymətləndirilir. 

Respublika  Uşaq  Kitabxanası  gör-

kəmli  mütəfəkkir,  maarifpərvər  ziyalı 

Firidun bəy Köçərlinin adını daşıyır.

Ə d ə b i y y a t

Azərbaycan ədəbiyyatı: 

2 cilddə /F.Köçərli; tərt. 

ed., müqəd., izah və qeyd. 

müəl. R.Qənbərqızı; red.: 

Ə.Mirəhmədov, B.Nəbiyev.- 

Bakı: Avrasiya Press, 

2005.- C.I.- 560 s.; C.2- 

464 s.

Firidun bəy Köçərli: 

şifahi və yazılı ədəbiyyat              

/red. M.Kazımoğlu; tərt.: 

K.Əliyev, F.Qasımova; 

AMEA, Folklor İn-tu.-

Bakı: [Nurlan], 2013.-  

178 s.

Firidun bəy Köçərli: 

biblioqrafiya /Azərb. Resp. 

Mədəniyyət və Turizm 

Nazirliyi, F.Köçərli ad. 

Resp. Uşaq Kitabxana-

sı; tərt. ed.: N.Tahirova, 

L.Qafarova; red. 

G.Səfərəliyeva; ixtisas 

red. və burax. məsul 

Ş.Qəmbərova; ön söz. 

müəl. Z.Əsgərli.- Bakı, 

2014.- 174 s.

Mikayılqızı, P. Fi-

ridun bəy Köçərli: 

“Ümmətdən millətə 

doğru”  /P.Mikayılqızı; 

elmi red. Ş.Vəliyev; Azərb. 

Resp. Prezidentinin İşlər 

İdarəsinin Siyasi Sənədlər 

Arxivi.- Bakı: Elm və 

təhsil, 2016.- 489 s.

26

Ədəbiyyatşünas



10

YANV

AR

6

Dünya ədəbiyyatı 

135 

illiyi

Cübran Xəlil Cübran 

1883-1931

Cübran  Xəlil  Cübran

 

1883-cü  il 



yanvar ayının 6-da Osmanlı imperiya-

sının muxtar vilayətində, Livanın Bşar-

ra şəhərində katolik ailəsində anadan 

olmuşdur. Yoxsulluq səbəbindən nor-

mal təhsil ala bilməsə də, kənd keşişi-

nin dərslərini ziyarət etmiş, elmə olan 

həvəsini görən keşiş İncilin əsaslarını, 

ərəb dilinin qrammatikasını, tarixi və 

b. elmləri ona öyrətmişdir.

1895-ci  ildə  anası,  qardaşı  və  ba-

cıları  ilə  birlikdə  Nyu-Yorka  gəlmiş, 

daha  sonra  Bostonda  yerləşmişlər. 

Burada  o,  məktəbə  getməyə  başla-

mış, rəssamlıq qabiliyyəti müəllimləri 

tərəfindən kəşf edilmişdir. Keşməkəşli 

bir həyat yaşayan Xəlil Cübran 1908-

ci  ildə  rəssamlıq  sənətini  öyrənmək 

məqsədilə  Parisə  getmişdir.  1910-cu 

ildə  yenidən  Nyu-Yorka  qayıtmışdır. 

Bütün  həyatı  boyu  700  rəsm  əsəri 

yaratmışdır.  Onların  içərisində  dost-

ları Vilyam Batler Yeytsin, Karl Qus-

tav  Yunqun  və  Oqyustin    Rodenin 

də  portretləri  vardır.  Əsərləri  indi  də 

sərgilərdə nümayiş edilməkdədir. 

Ədəbi  fəaliyyətə  1904-cü  ildə 

“Emiqrant” adlı ərəb qəzetində çıxan 

məqaləsi ilə başlamışdır. İlk əsərlərini 

ərəbcə, 1918-ci ildən sonra isə ərəbcə, 

əsasən də ingiliscə yazmışdır. 1906-cı 

ildə “Arayis Al-Muruj” (Ruh gəlinlər), 

1908-ci ildə isə “Asi ruhlar” kitabları 

nəşr edilmişdir. 1918-ci ildə “Dəli” adlı 

aforizm və metaforalardan ibarət kitab 

ilk ingilis dilində çap edilən kitabı ol-

muşdur. Xəlil Cübranın dini görüşləri 

özünəməxsusluğu  ilə  fərqlənmişdir. 

O,  xristian  adət-ənənələri  ilə  böyüsə 

də, üzərində islam dininin təsirləri də 

sezilir.  Xəlil  Cübran  xristianlıq,  is-

lam,  iudaizm,  sufizmdən  təsirlənərək 

universal məhəbbət, həyata tam fərqli 

və yeni baxış, insanlara olan sevgidən 

ibarət  olan  janrda  yaradırdı.  1912-ci 

ildə “Sınıq qanadlar” romanı, 1914-cü 

ildə mahnı və şeirlərindən ibarət “Göz 

yaşları və gülüş” kitabı işıq üzü gör-

müşdür. 1920-ci ildə isə “Fırtına” adlı 

hekayələrdən ibarət məcmuəsi çapdan 

çıxmışdır.  Filosofun  “Peyğəmbər” 

(1923) adlı ən məşhur əsəri yaradıcı-

lığının zirvəsi hesab olunur. Əsər 100-

dən artıq dilə tərcümə edilmişdir. 

1920-ci  ildə ABŞ-da  ərəb  ədəbiy-

yatı  nümayəndələrindən  ibarət  “Qə-

ləmlər  Birliyi”ni  yaradanlardan  biri 

olmuşdur.

Xəlil Cübran 1931-ci il aprel ayı-

nın  10-da  Nyu  York  şəhərində  vəfat 

etmiş dir. Öz arzusuna görə Livanda, 

monastırda dəfn olunmuşdur. 

Dəfn  olunduğu  monastır  sonralar 

“Xəlil  Cübran  muzeyi”nə  çevrilmiş-

dir.  Muzeydə  əsasən  onun  çəkdiyi 

rəsmlər (440 rəsm əsəri) yer almışdır.

Azərbaycanda  Cübran  Xəlil  Cüb-

ranın  ilk  araşdırmaçısı  görkəmli 

şərqşünas-alim, professor Aida İman-

quliyeva  olmuşdur.  Onun  “Cübran 

Xəlil Cübran (həyatı və yaradıcılığı)” 

adlı  kitabı  (Bakı:  Elm,  1975;  2002) 

nəşr edilmişdir.



Ə d ə b i y y a t

Peyğəmbər /X.Cübran; 

ingiliscədən tərc. S.Bulut.- 

[Bakı]: [Qanun], [2014].-

104 s.

Sükutun poeziyası : 

[əsərləri]: ərəb, ingilis və 

rus dillərindən seçilmiş 

tərcümələr /C. X. Cübran; 

məsul red. və ön sözün müəl. 

N. Paşayeva .-Bakı: Şərq-

Qərb, 2009.-243, [1] s.

Əzizəliyeva, B.Cibran Xəlil 

Cibranın yaradıcılığında 

Şərq-Qərb konsepsiyası: 

filol. e. n. a. dər. al. üçün təq. 

ol. dis.: 10.01.06; 10.01.03 

/B.H.Əzizəliyeva; BDU.-

Bakı, 2002.- 182 s.

İmanquliyeva, A. Cüb-

ran Xəlil Cübran 

/A.İmanquliyeva; red. 

A.Əsədova.- Bakı: Elm, 

2002.- 119 s.

Osho. Bizə sevgidən da-

nışın... : [Xəlil Cübranın 

“Peyğəmbər” əsərinə aid 

düşüncələr] /Osho ; ing. 

tərc. A. Qasımova ; red. K. 

Nəsibova. -[Bakı]: [Qanun], 

[2016].-239, [1] s.

Каменева, С. Халил 

Джебран - поэт 

мистических глубин 

/С.Каменева //Dil və 

ədəbiyyat. Beynəlxalq 

elmi- nəzəri jurnal.-2014.- 

№1(89). - S.319-321.

Livan yazıçısı


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə