Kbt я25 uot (059) Baş redaktor


Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq 90



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə6/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   2   3   4   5   6   7   8   9   ...   276

13

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

90 

illiyi

Ələsgər Hüseynov     

1928-1976  

YANV

AR

Ələsgər Nurəli oğlu Hüseynov  1928-

ci il yanvar ayının 10-da  anadan olmuş-

dur.


1953-cü  ildə Azərbaycan Politexnik 

İnstitutunu bitirmiş, 1953-1967-ci illərdə 

“Azərdövlətlayihə” institutunda və  Sə-

naye  Tikintisi  Nazirliyində  müxtəlif 

vəzifələrdə işləmişdir. 1968-1971-ci il-

lərdə Bakının Baş rəssamı, 1971-1976-

cı illərdə Bakı şəhəri İcraiyyə Komitəsi 

sədrinin  müavini  olmuşdur.  Bakı  Met-

ropoliteninin “Qara Qarayev” stansiya-

sının (1972, Hənifə Ələsgərovla)  və s. 

tikililərin layihələrini hazırlamışdır. 

Xidmətlərinə  görə  keçmiş  SSRİ 

(1972)  və  Azərbaycan  SSR  (1976) 

Dövlət mükafları laureatı olmuş, “Okt-

yabr İnqilabı” ordeni və medallarla təltif 

edilmişdir.

Hüseynov  Ələsgər  1976-cı  il  may 

ayının 3-də Bakı şəhərində vəfat etmiş-

dir.

                                           

Ə d ə b i y y a t

Hüseynov Ələsgər Nurəli oğlu //Fəxri xiyaban /Heydər Əliyev Fondu.- Bakı, 2007.- S.87.

www..anl.az

10

115 

illiyi

Ələkbər Rzaquliyev   

1903-1974      

Ələkbər  Ələsgər  oğlu    Rzaquliyev 

1903-cü il yanvar ayının 31-də Bakıda 

anadan olmuşdur. 

Yaradıcılığının erkən dövründə inqi-

labdan  əvvəlki  Azərbaycan  məişətinin 

xarakterik səhnələri təsvir olunan boya-

karlıq əsərləri yaratmışdır (“Azərbaycanlı 

qadın”  (1926),    “Pəhləvanlar”  (1926), 

“Mollaxana” (1927) və s.

Ə.Rzaquliyev qrafika sahəsində daha 

geniş fəaliyyət göstərmiş, “Köhnə Bakı” 

silsiləsi  (1958-1972),  “M.Ə.Sabir” 

(1963),  “Bakılılar  Berlində”  (1968), 

“V.İ.Lenin  və  Azərbaycan  rəhbərləri” 

(1970), “Çaybecərənlər” (1972), “Azər-

baycan madonnası” (1973) və s. linoq-

ravüralar işləmişdir.

Əsərləri  Şərq  Xalqları  İncəsənəti 

Muzeyi  (Moskva),  R.Mustafayev  ad. 

Azərbaycan  Dövlət  İncəsənət  Muze-

yi,  Azərbaycan  Dövlət  Şəkil  Qale-

reyası  və  digər  muzeylərdə  saxlanı-

lır.  Xidmətlərinə  görə  1964-cü  ildə 

Azərbaycan Respublikasının “Əməkdar 

rəssam” fəxri adına layiq görülmüşdür.

Rzaquliyev  Ələkbər  Ələsgər  oğlu  

1974-cü il yanvar  ayının 31-də Bakıda 

vəfat etmişdir.

Ə d ə b i y y a t

Kərimov, Ç. Ələkbər Rzaquliyevin ağlı-qaralı dünyası /Ç.Kərimov //525-ci qəzet.- 2009.- 26 sentyabr.- S.19.

www. adam.az 

www. az.wikipedia.org

31

Memar

Rəssam



14

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

95 

illiyi

Cavad Mircavadov   

1923-1992 

YANV

AR

Cavad  Mirhaşım  oğlu  Mircava-

dov  1923-cü  il  yanvar  ayının  19-da 

Bakıda  anadan  olmuşdur.  1949-cu 

ildə    Ə.Əzimzadə  adına  Azərbaycan 

Dövlət  Rəssamlıq  Məktəbini  bitirmiş-

dir.  1949-1954-cü  illərdə  Leninqrad-

da  yaşamış,  Dövlət  Ermitajında  fəhlə 

kimi  çalışmışdır.  Muzeyin  direktoru 

M.T.Artamonovun  köməyilə  rəsm 

əsərləri  saxlanan    anbara  daxil  olmaq 

icazəsi  almış  və  burada  qeyri-sovet 

rəssamlıq sənətinin  dahilərindən “dərs” 

almışdır. Bu dövrdə o, Şərq rəssamlıq 

məktəbinin  incəlikləri,  həmişə  maraq-

landığı, əsərlərində aydın sezdirdiyi şa-

man ayin və mərasimləri ilə tanış olmaq 

imkanı da qazanmışdır. Cavad Mircava-

dov 1954-cü ildə Leninqraddan (indiki 

Sankt-Peterburq) Bakıya qayıdaraq 10 

il  Buzovnadakı  tanışının  sahibsiz  qal-

mış  mənzilində  tək-tənha  yaşamış, 

yaradıcılıq  eksperimentləri  ilə  məşğul 

olmuşdur.  Rəssam  öz  təcrübələrində 

təsviri sənət üçün qətiyyən ənənəvi ol-

mayan materiallardan - metal, daş, qum, 

bitum, qatran və sementdən istifadə et-

mişdir.


Ən  erkən  rəngkarlıq  əsəri  1967-

ci  ildə  yaratdığı  “Yırtıcı”  əsəridir. 

C.Mircavadov  üçün  sənətdə  sərhəd 

olmamış,  o,  ürəyinin  diqtə  etdiyi  və 

zövq aldığı üslubda yaratmışdır. Sovet 

dövründə  rəssamların  müstəqil  üsluba 

meyli, sənətə yenilik gətirmələri etiraz 

və  maneələrlə  qarşılanırdı.  Onlardan 

yalnız rejimin maraqlarını təbliğ edən 

əsərlər tələb olunurdu. 

İlk  dəfə  1970-ci  ildə  insəcənət 

sərgisində  iştirak  etmişdir.  Ekspozi-

siyada    rəssamın  -  “Çəpərdə”  (kətan, 

yağlı  boya),  “Avinyon  qadınları”  (ka-

ğız),  “Ağlayan”  (kağız),  “Kollaj” 

(kağız),  “Qorxu”  (kətan,  yağlı  boya), 

“Qaçırılma” (kətan, yağlı boya), “Rey-

lefli kompozisiyada qırıntılar” (fanera; 

qum,  nitro,  boyaitum),  “Triada.  Dik-

Tik”  (kətan. Yağlı  boya),  “Tanrı”  (or-

qalit), “Atılmış at” (kətan, yağlı boya), 

“Cadugər  Qabon”  (kətan;  yağlı  boya) 

əsərləri nümayiş etdirilmişdir. 

1987-ci ildən rəssamın əsərləri yer-

li  və  xarici  sərgilərdə  uğurla  nümayiş 

olunmuş,  az  bir  vaxtda  bütün  dün-

yada  maraqla  qarşılanmışdır.  Cavad 

Mircavadovun  yaratdığı  əsərlərin  sayı 

çoxdur.  Rəssamın  yaradıcılığında  iki 

əsər:  “Məxfi  gecə”  (1982)  və  “Ümid 

işığı”  (1982)    xüsusi  yer  tutur.  İkin-

ci əsərini  o, Salvador Daliyə həsr et-

mişdir.  Rəssamın  əsərlərində    bir  çox 

təkrarlanan  kompozisiyalara  da  rast 

gəlmək  olur.  “Şubanda”  (1984),  “Na-

xır” (1986) əsərləri, “Dəvə belində”nin 

bir neçə kompozisiyası bu qəbildəndir.

Rəssam  1988-ci  ildə  Azərbaycan 

SSR-in  “Əməkdar  incəsənət  xadimi” 

fəxri adına layiq görülmüşdür.

Cavad  Mircavadov  1992-ci  il 

iyun  ayının  24-də  səfərdə  olarkən, 

Kopenhagen-Moskva  qatarında  vəfat 

etmişdir.



                                           

Ə d ə b i y y a t

Cavad Mircavadov [İzo-

material]: 1923-1992 /

lay. rəhb. Ç.Fərzəliyev; 

mətnin müəl. N.Hacıyeva; 

ing. dilinə tərc.: 

İ.Peart, S.İbrahimova, 

Ə.Məlikova; fotolar 

Ə.Ağasiyev; baş dizayner 

İ.Eldarova.- Bakı: [Şərq-

Qərb], 2013.- 104 s.

Böyük sənətində “tənha” 

fırça ustası... //Azadlıq.- 

2013.- 10 sentyabr.- S.14.

Əliyev, Z. Müasirlik 

ənənəyə tapınanda...: 

Azərbaycan rəssamlığının 

“Mircavad əfsanəsi”... 

/Z.Əliyev //Kaspi.- 2015.- 

24-26 yanvar. - S.16-17.

Руслан, М. Произведения 

известного 

художника Джавада 

Мирджавадова: 

И традиционные 

азербайджанские ковры 

будут выставлены 

на аукционе Sotheby’s 

/М.Руслан //Эхо.-2015.- 

18 февраля.- С.8.

İ n t e r n e t d ə

http://www.buro247.az/

culture/art/sotheby-s-h-

rrac-evind-az-rbaycanl-r-

ssam-cavad-mi.html 

19

Rəssam


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə