Kbt я25 uot (059) Baş redaktor


Milli Qəhrəmanlar Mübariz  Əhmədov



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə9/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   5   6   7   8   9   10   11   12   ...   276

19

Milli Qəhrəmanlar

Mübariz  Əhmədov     

1963-1992       

YANV

AR

  Mübariz  Əlizadə  oğlu  Əhmədov 

1963-cü  il  yanvar  ayının  1-də  Sabi-

rabad rayonunda dünyaya göz açmış-

dır. 1969-cu ildə burada orta məktəbə 

getmişdir.  1980-ci  ildə  Azərbaycan 

Pedaqoji  Dillər  İnstitutuna  daxil  ol-

muş,  üçüncü  kursda  oxuyarkən  hərbi 

xidmətə çağırılmışdır. 1985-ci ildə or-

dudan tərxis olunmuşdur. 1988-ci ildə 

Meydan hərəkatının iştirakçısı olmuş-

dur.  Erməni  basqınçıları  Azərbaycan 

torpaqlarına hücum etməyə başlayanda 

Mübariz yenicə yaranan özünümüdafiə 

batalyonuna ilk yazılan könüllülərdən 

olmuşdur.

Mübariz Ağdamda  rota  komandiri 

kimi döyüşlərə girmişdir. Daha sonra 

isə  Dovşanlı,  Qazançı,  Əsgəran,  Pir-

camal, Aranzəmin, Xanabad, Şuşa və 

digər  kənd  və  şəhərlərimiz  uğrunda 

gedən  döyüşlərdə  göstərdiyi  igidliyə 

görə adı dillər əzbəri olmuşdur. 1991-ci 

ildə Müdafiə Nazirliyi ona Türkiyədə 

hərbi  təhsil  almağı  tövsiyə  etmiş,  la-

kin vətəninə, dövlətçiliyimizə, xalqına 

bağlı  olan  Mübariz  döyüşməyi  üstün 

tutmuşdur.  Onun  son  döyüşü  1992-ci 

il sentyabrın 24-ü oldu. Abdal-Gülablı 

kəndini  erməni  faşist  dəstələrindən 

təmizləyən  zaman  qəfil  partlayan 

mərmi Mübarizin həyatına son qoydu.

Azərbaycan  Respublikası  Prezi-

dentinin 16 sentyabr 1994-cü il tarixli 

203  saylı  Fərmanı  ilə  Əhmədov  Mü-

bariz  Əlizadə  oğlu  ölümündən  sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adına layiq görülmüşdür.

Sabirabad rayonunun Qaratəpə kən-

dindəki  Şəhidlər  Xiyabanında  dəfn 

edilmiş,  Sabirabad  rayonunda  büstü 

qoyulmuşdur.



Ə d ə b i y y a t

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Əhmədov Mübariz Əlizadə oğlu – sıravi –Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin 

torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə

öz müqəddəs əsgəri və xidməti borcunun yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərinə görə]: Azərbaycan Respublikası Preziden-

tinin Fərmanı, 16 sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21 sentyabr.- S.1.- (Ölümündən sonra).

Əhmədov Mübariz Əlizadə oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.- 

Bakı, 2008.- S.50. 

Əhmədov Mübariz Əlizadə oğlu //Azərbaycan müəllimi.- 2016.- 16 yanvar.

Əlili, İ. Əhmədov Mübariz Əlizadə oğlu //Əlili İ. Vətənin cəsur döyüşçüləri.- Bakı, 2015.- S.19-20.

Əsgərov, V. Əhmədov Mübariz Əlizadə oğlu  //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2005.- S.46.

Seyidzadə, M. Əhmədov Mübariz Əlizadə oğlu //Seyidzadə M. Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.74.

1

55 

illiyi

Milli Qəhrəman


20

Milli Qəhrəmanlar

Muxtar Qasımov 

1958-1992   

YANV

AR

 Muxtar Cahid oğlu Qasımov 1958-

ci  il  yanvar    ayının  10-da  Beyləqan 

rayonunun  Kəbirli  kəndində  ana-

dan  olmuşdur.  1974-cü  ildə  Ağdam 

şəhər 5 saylı məktəbi bitirmişdir. Elə 

həmin  il  Nəriman  Nərimanov  adına 

Azərbaycan  Dövlət  Tibb  İnstitutuna 

daxil olmuşdur. Tibb təhsilini başa vur-

duqdan  sonra  işləmək  üçün  təyinatla 

Xankəndinə  yola  düşmüşdür.  Orada 

işləyərkən  ermənilər  arasında  separa-

tizmin,  millətçi  ünsürlərin  təbliğinin 

şahidi  olmuşdur.  Müxtəlif  təzyiqlərə 

baxmayaraq işinə davam etmiş, milliy-

yətindən asılı olmayaraq insanlara tib-

bi  yardım  göstərmişdir.  1988-ci  ildə 

vəziyyət nəzarətdən çıxandan və kiçik 

qarşıdurmalar baş verəndən sonra Ağ-

dama  qayıdıb  hospitalda  həkim  kimi 

çalışmışdır.

Ağdamda  gedən  bütün  döyüşlərdə 

yaralıları xilas etmək üçün qəhrəmanlıq 

göstərmişdir.  Xocalı  faciəsindən  son-

ra  isə  həyatını  tamamilə  cəbhəyə 

bağlamışdır.  1992-ci  ilin  iyun  ayın-

da  Aranzəmin,  Pircamal,  Ağbulaq 

kəndlərinin  azad  edilməsi  uğrunda 

gedən  döyüşlərdə  həkim  kimi  öz  bi-

lik və bacarığını nümayiş etdirmişdir. 

1992-ci  il  iyul  ayının  16-da  Naxçı-

vanlı kəndi uğrunda gedən döyüşlərdə 

xidməti  borcunu  yerinə  yetirərkən 

həlak olmuşdur.

Azərbaycan Respublikası Preziden-

tinin 5 fevral 1993-cü il tarixli 457 say-

lı Fərmanı ilə Qasımov Muxtar Cahid 

oğlu ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adına layiq gö-

rülmüşdür.

Bakı şəhərindəki Şəhidlər Xiyaba-

nında dəfn edilmişdir.



Ə d ə b i y y a t

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Qa-

sımov Muxtar Cahid oğlu – tibb xidməti kapitanı – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc 

əhalinin təhlükəsizliyinin təmin edilməsində şəxsi igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 

5 fevral 1993-cü il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1993.- №3.- S.11.- (Ölümündən sonra).

Əsgərov, V. Qasımov Muxtar Cahid oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2005.- S.116.

Qasımov Muxtar Cahid oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.- 

Bakı, 2008.- S.116.

Milli Qəhrəmanlar haqqında sənədli filmlər təqdim olunub: [Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə rejissor Rəşad Qa-

sımovun Milli Qəhrəman Muxtar Qasımovdan bəhs edən “Vətən sevgisi” sənədli filminin şəhidin məzunu olduğu Azərbaycan Tibb 

Universitetində göstərilməsi haqqında] //Mədəniyyət.- 2015.- 4 dekabr.- S.7.

Seyidzadə, M. Qasımov Muxtar Cahid oğlu //Seyidzadə M. Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.119.

10

60 

illiyi

Milli Qəhrəman


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə