Kbt я25 uot (059) Baş redaktor


Siyasət.Hərbi iş Qara bəy Qarabəyli



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə11/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   7   8   9   10   11   12   13   14   ...   276

23

Siyasət.Hərbi iş

Qara bəy Qarabəyli 

1873-1953   

YANV

AR

Qara bəy İsmayıl Ağa oğlu Qarabəyli 

1873-cü il yanvar ayının 14-də Yeliza-

vetpol  (indiki  Gəncə)  quberniyasının 

Yuxarı Ayıblı kəndində anadan olmuş-

dur.  Şəmkir  alman-rus  liseyini,  daha 

sonra Tiflis klassik gimnaziyasını bitir-

mişdir. 1892-ci ildə Moskva Universi-

tetinin tibb fakültəsinə daxil olmuşdur. 

1896-cı ildə siyasi fəaliyyətə görə bir il 

həbsdə olmuş, həbsdən sonra təhsilini 

Yuryev  (Tartu)  Universitetinin  tibb 

fakültəsində davam etdirmişdir. 1899-

cu ildə universiteti bitirdikdən sonra iki 

il Moskvada işləmişdir.1901-ci ildə Ba-

kıya qayıtdıqdan sonra şəhərdə ilk dəfə 

olaraq  zöhrəvi  xəstəliklərin  müalicəsi 

üzrə kabinet açmışdır.

Həmin  illərdə  siyasətlə  məşğul  ol-

muş,  publisist  fəaliyyətinə  başlamış, 

“Həyat”, “İrşad”, “Kaspi” və müxtəlif 

mətbu orqanlarda yazıları çap edilmiş-

dir. 1906-cı ildə İrana mühacirət edərək 

inqilabi  fəaliyyətini  davam  etdirmiş-

dir.  1908-ci  ildə  İstanbula  gələrərək 

“Səadət” adlı təşkilat yaratmışdır.

1911-ci ildə Bakıya gələrək   həkim-

lik və publisistik fəaliyyətini davam et-

dirmiş,  “Haqq  yolu”  adlı  jurnal  nəşr 

etməyə  başlamışdır. Azərbaycanda  ilk 

ikicildlik  türk-rus  lüğətini  hazırlayıb 

çap  etdirmiş,“Kaspi”  və  “Yeni  həyat” 

qəzetlərinin  baş  redaktoru  olmuşdur. 

Mart soyqırımından sonra Bakını tərk 

edərək Dağıstana getmişdir.

Bakı azad edildikdən sonra Vətənə 

qayıdan  Qarabəyli  “İttihad“  partiyası-

nın  sədri  olmuş,  1918-1920-ci  illərdə 

fəaliyyətdə olan Azərbaycan Demokra-

tik  Respublikası  parlamentinə  deputat 

seçilmişdir. 1920-ci il Aprel işğalından 

sonra həbs edilərək Arxangelskdəki So-

lovki həbs düşərgəsinə göndərilmişdir. 

Nərimanovun  xahişindən  sonra  1923-

cü ildə həbsdən azad edilmiş, Moskvaya 

köçərək  Rusiya  fövqəladə  komissarlı-

ğının xəstəxanasında həkim işləmiş, bir 

müddət Kreml xəstəxanasına rəhbərlik 

etmişdir.  Bununla  yanaşı,  xalq  ko-

missarlığı  şurasının  işlər  idarəsində 

tərcüməçi olmuşdur.

1924-cü  ildə  Qazaxıstana  köçərək 

orada  ilk  Mamalıq  Texnikumunun 

əsasını qoymuşdur. 1933-cü ildə Səmər-

qənd xəstəxanasında baş həkimin müa-

vini işləmişdir. 1934-cü ildə gizli ola-

raq  Bakıya  gəlmiş,  burada  bir  erməni 

döydüyü üçün həbs edilmişdir. 1936-cı 

ildə  həbsdən  buraxılaraq  Səmərqəndə 

göndərilən  Qarabəyli  Vərəm  sanato-

riyasının baş həkimi işləmişdir. Lakin 

bir həkimin şikayət məktubu əsasında 

“pantürkist,  panislamist”  kimi  həbs 

edilərək,  10  il  müddətinə  Kolıma-

ya  (Rusiya,  Maqadan  vilayəti)  sür-

gün  olunmuşdur.  1947-ci  ildə  Bakı-

ya  qayıtsa  da,  burada  iş  və  qeydiyyat 

problemləri  ilə  üzləşdiyindən  yenidən 

Səmərqəndə qayıtmışdır.

Q.Qarabəyli  1953-cü  ildə  Səmər-

qənddə vəfat etmişdir.

Ə d ə b i y y a t

Nəsihətlər məcmuəsi: 

İnsana qəfildən toxunan 

bədbəxtlik və nagəhan 

azara qarşı görülməsi 

lazım gələn ilk köməklər 

barəsində /Q.Qarabəyli; 

kitabın naşiri Ş.Alırzayev; 

ərəb qrafikasından 

çevirən X.İbrahim.- Bakı: 

Letterpress, 2015.- 118, 

[5] s.

Qarabəyli Qara bəy İsma-

yıl ağa oğlu (14.1.1873, 

Yelizavetpol quberniyası, 

Yuxarı Ayıblı kəndi - sent-

yabr, 1953, Səmərqənd) 

//Azərbaycan Xalq 

Cümhuriyyəti Ensiklope-

diyası: 2 cilddə.- Bakı, 

2005.- C.II.- S.132-133.  

Quliyeva, S. İstiqlal 

yolunun şanlı mücahidləri 

- Cümhuriyyət dövrü-

nün dövlət və hökumət 

xadimləri:  ADR xadimi 

Rəşid xan Qaplanov, Qara 

bəy Qarabəyli  və Sadıq 

bəy Ağabəyzadə haqqında 

/Samirə Quliyeva //525-ci 

qəzet.-2015.- 23 may.- 

S.25.

14

145 

illiyi

İctimai xadim



24

Siyasət.Hərbi iş

Əli Əhmədov

1953

YANV

AR

Əli  Cavad  oğlu  Əhmədov  1953-

cü il yanvar ayının 27-də Ermənistan 

Respublikası  Basarkeçər  rayonunun 

Dərə kəndində anadan olmuşdur.

Orta  məktəbi  bitirdikdən  sonra 

Moskva  Dövlət  Tarix-Arxiv  İnstitu-

tunun  tarix  fakültəsinə  daxil  olmuş, 

1975-ci ildə institutu bitirmişdir. 

1975-ci  ildən    Baş  Arxivlər  İda-

rəsinin baş elmi işçisi, Azərbaycan EA-

nın Mərkəzi Elmi Baş Arxivinin müdi-

ri olmuşdur. 1980-ci ildən Azərbaycan 

Dövlət Universitetində laborant, müəl-

lim, baş müəllim, dosent, kafedra mü-

diri  vəzifələrində  işləmişdir.  Bakı 

Dövlət  Universitetində  Politologiya 

və Sosiologiya kafedrasının müəllimi 

və müdiri olmuşdur.

1997-1999-cu  illərdə  Azərbaycan 

Respublikası  Prezidentinin  İcra  Apa-

ratında  şöbə  müdirinin  müavini 

vəzifəsində çalışmışdır. 

1999-2000-ci  illərdə  Bakı  şəhəri 

Xətai Rayon İcra Hakimiyyətinin baş-

çısı olmuşdur.

1999-cu ildə Yeni Azərbaycan Par-

tiyasının I qurultayında İcra katibi se-

çilmişdir.  Yeni  Azərbaycan  Partiyası 

sədrinin  müavini  və  partiyanın  icra 

katibidir.  İkinci  çağırış  Azərbaycan 

Respublikası Milli Məclisinin deputa-

tı  olmuşdur.  2005-ci  il  noyabr  ayının 

6-da 19 saylı Nərimanov birinci seçki 

dairəsindən deputat seçilmişdir. 2005-

ci il mart ayının 26-da III qurultayda 

YAP  Sədrinin  müavini  və  İcra  kati-

bi seçilmişdir. Milli Məclisin Elm və 

təhsil məsələləri daimi komissiyasının 

üzvü olmuşdur.

 2000, 2005 və 2010-cu illərdə Mil-

li Məclisin deputatı olmuşdur. 

Azərbaycan-Çin  parlamentlərarası 

əlaqələr  üzrə  işçi  qrupunun  rəhbəri, 

Azərbaycan-Belarus,  Azərbaycan-İta-

liya  parlamentlərarası  əlaqələr  üzrə 

işçi qruplarının üzvüdür. 2009-cu ildə 

Polşa  prezidentinin  sərəncamı  ilə  iki 

ölkənin  münasibətlərinin  inkişafına 

göstərdiyi  xidmətlərə  görə  “Kavaler” 

ordeni ilə təltif olunmuşdur. 

BDU-nun  politologiya  və  sosio-

logiya  kafedrasının  müdiri,  fəlsəfə 

doktoru, professordur. 1 dərsliyin, 50-

dən  çox  elmi  əsərin  və  məqalələrin 

müəllifidir.  

2013-cü  il  oktyabr  ayının  22-dən 

Azərbaycan  Respublikasının  Baş  na-

zirinin müavinidir.

Azərbaycan  Respublikasının  icti-

mai-siyasi  həyatında  fəal  iştirakına 

görə    2013-ci  il  yanvar  ayının  21-də  

“Şöhrət” ordeni ilə təltif edilmişdir. 

Ə d ə b i y y a t

Ə.C.Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 21 yanvar  2013-ci il 

[Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə] //Azərbaycan.- 2013.- 26 yanvar.- S.1.

Politologiya: ali məktəblər üçün dərslik /H.Şirəliyev, Ə.Əhmədov; red. Ə.Abdullayev.- Bakı: Təbib, 1997.- 416 s.

Azərbaycanda inkişafın yeni modeli yaranır: Baş nazirin müavini Əli Əhmədov Yevlaxda ictimaiyyət nümayəndələri ilə görüşüb          

//Azərbaycan.-2016.- 3 fevral.- S.4.

27

65 

illiyi

 İctimai-siyasi xadim

 



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə