Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə19/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   15   16   17   18   19   20   21   22   ...   276

39

Tarixdə bu gün

55  

illiyi

Abşeron rayonunun yaradılması

1963

YANV

AR

Abşeron rayonu Xəzər dənizinin qərb 

sahilində  yerləşir.  Rayon  Azərbaycan 

Respublikasının  ən  iri  sənaye  və  kənd 

təsərrüfatı  rayonlarından  biridir. Abşe-

ron  rayonunun  ərazisi  1966,1  kv  km-

dir. Qeydiyyatda olan əhalinin sayı 01 

yanvar  2016-ci il tariхə rayon Statisti-

ka idarəsinin rəsmi məlumatına əsasən  

208,2 min  nəfərdir.

Abşeron  rayonunun  ərazisində 

Ermənistan  respublikasından  etnik 

təmizləmə nəticəsində 3327 nəfər qaç-

qın,  torpaqlarımızın  işğalı  nəticəsində 

isə 36,6 min nəfər (9957 ailə) məcburi 

köçkün müvəqqəti məskunlaşmışdır.

  Abşeron  rayonu  15  inzibati  ərazi 

dairəsindən  (Хırdalan  şəhəri,  Sa-

ray,  Mehdiabad,  Ceyranbatan,  Qobu, 

Güzdək, Hökməli, Digah, Aşağı Güzdək 

qəsəbələri  və  Məmmədli,  Novхanı, 

Masazır,  Fatmayı,  Görədil  Pirəkəşkül-

Qobustan kəndlərindən) ibarətdir.

Rayon  ərazisində  64  idarə  və 

müəssisə,  11  bank  filialı,  2  rabitə 

müəssisəsi,  3  mehmanхana  və  otel 

fəaliyyət göstərir. İşçilərin sayına görə 

ən  iri  müəssisələr  olan  «Azbento-

nit»  MMC  (589  nəfər)  “Bakı  Baltika”  

MMC (256 nəfər) “Mətanət-A”  MMC 

(175 nəfər) işçisi vardır..

Abşeron 


rayonunun 

əsas 


xüsusiyyətlərindən biri burada yerləşən 

Ceyranbatan  su  anbarıdır.  Xırdalan 

şəhərinin şimalında yerləşən bu su an-

barı Bakı şəhərini su ilə təmin edir. 

Kənd  və  qəsəbələrdə  böyük  tikinti 

və  abadlıq  işləri  aparılır.  Ceyranbatan 

və Saray qəsəbəsi, Novxanı, Mehdiabad 

kəndlərinin hərəsi bir rayon mərkəzini 

xatırladır.

Ölkə başçısı möhtərəm cənab İlham 

Əliyevin  Abşeron  rayonunda  irimiq-

yaslı  sosial  şəbəkələrin  yaradılması-

na  dair  bir-birinin  ardınca  imzaladığı 

sərəncamlara əsasən Xırdalan şəhərində 

200 çarpayılıq ən müasir xəstəxana bi-

nası, Olimpiya İdman Kompleksi, yet-

miş  üç  min  nəfər  əhalinin  yaşadığı  5 

yaşayış  məntəqəsini  birləşdirən  Saray-

Novxanı-Mehdiabad-Fatmayı-Goradil 

avtomobil  yolu  Azərbaycan  Respubli-

kası Prezidentinin ehtiyat fondu hesabı-

na inşa edilmişdir.

Son  illər  rayonun  coğrafi  xəritəsinə 

yaşamaq,  işləmək  və  istirahət  etmək 

üçün  hər  cür  şəraiti  olan  “Yeni  Bakı”, 

“Gənclik”,  “Qurtuluş-93″  və  s.  on  iki 

yeni yaşayış massivinin adı daxil edil-

mişdir.


Rayonda  36  tam  orta,  iki  ümumi 

orta  məktəb,  bir  universitet,  bir  orta 

ixtisas  məktəbi  (kollec),  iki  peşə  lise-

yi,  23  uşaq  bağçası-körpələr  evi,  üç 

stasionar  müalicə  müəssisəsi,  iki  ra-

yon poliklinikası, 16 həkim məntəqəsi, 

19  mədəniyyət  ocağı,  iki  uşaq  musiqi 

və  üç  uşaq  incəsənət  məktəbi,  uşaq-

gənclər məktəbi, yaşılörtüklü iki futbol 

meydançası, ağır atletika idman bazası 

fəaliyyət göstərir. 

Hazırda rayon üzrə məşğul əhalinin 

sayı  123637  nəfərdir.  O,  cümlədən 

sənayedə  çalışanların  sayı  4120  nəfər, 

tikintidə  3271  büdcə  təşkilatlarında 

10326  nəfər,  təhsildə  4121  nəfər, 

səhiyyədə  1020  nəfər  digər  sahələrdə 

105920 nəfərdir.



Ə d ə b i y y a t

Cəfərli, R. Davamlı inki-

şafın Abşeron nümunəsi : 

/R.Cəfərli//Azərbaycan

.-2017.-15 fevral.- S.6.

Fəridə. Abşeron rayo-

nunu əvvəlki şöhrətini 

qoruyur /Fəridə

//Azad Azərbaycan

.-2017.- 8 mart.- S.4.

Hüseynoğlu, S. Abşeron: 

uğurlar silsiləsi daha da 

zənginləşir  /S. Hüsey-

noğlu//Xalq qəzeti

.-2015.- 1 mart.- S.5. 

Salmanlı, R. Abşeron 

yarımadasının folklor 

nümunələri /R.Salmanlı  

//Azərbaycan.-2016.- 18 

mart.- S. 11.

İ n t e r n e t d ə

http://www.anl.

az/down/meqale/

az_azerbaycan/2017/

mart/532554.jpg

http://www.anl.az/down/

meqale/xalqqazeti/2015/

mart/423909.htm

4


40

Tarixdə bu gün

55 

illiyi

Azərbaycan Kinematoqrafçılar İttifaqı 

1963 

Dünya Qoruqlar və Milli Parklar Günü 

1997 

YANV

AR

11  yanvar  Dünya  Qoruqlar  və  Milli  Parklar 

Günü kimi qeyd olunur.

Qoruqların  yaradılmasında  əsas  məqsəd  sayı 

azalmaqda  olan  bitki  və  heyvan  növlərini  qoru-

maqdır. Qoruğun başqa forması isə Milli Parkdır. 

Milli Parkda ayrı-ayrı növlər yox, bütün təbiət qo-

runur. Dünyada yaradılan ilk milli park isə Yelo-

uston milli parkıdır. Bu park Şimali Amerikadadır.

Burada min hektar iynəyarpaqlı meşə qorunur.

Azərbaycanda  9  Milli  Park,  11  Dövlət  Qo-

ruğu  mövcuddur.  Milli  Parklar  -  xüsusi  ekoloji, 

tarixi,  estetik  və  digər  əhəmiyyət  daşıyan  təbiət 

komplekslərinin  yerləşdiyi  və  təbiəti  mühafizə, 

elmi  tədqiqat  statusuna  malik  olan  ərazilərdir.

Azərbaycanda  Milli  Park  və  Qoruqlar  ölkə 

ərazisinin 10,3 faizini təşkil edir.

Azərbaycanda  ilk  qoruq  olan  Göy-göl  Dövlət 

Təbiət Qoruğu 1925-ci ildə yaradılıb. 

Hazırda Azərbaycanda 890 min hektaradək xü-

susi mühafizə olunan təbiət ərazisi, o cümlədən 8 

Milli Park, 12 Dövlət Təbiət Qoruğu və 24 Dövlət 

Təbiət Yasaqlığı mövcuddur.

Bununla  yanaşı  Ekologiya  və  Təbii  Sərvətlər 

Nazirliyi tərəfindən yeni, xüsusi mühafizə olunan 

təbiət ərazilərinin yaradılması istiqamətində işlər 

davam  etdirilir.  Digər  tərəfdən  mövcud  qoruqla-

rın  əraziləri  də  genişləndirilir.  Ümumiyyətlə  isə 

bu qoruqlar, sayı azalmaqda olan bitki və heyvan 

növlərini qorumağa hesablanıb. Qoruqlar həm də 

elmi əhəmiyyət daşıyır. Burda alimlər bitki və hey-

vanlar üzərində müşahidə aparır, nəsli kəsilməkdə 

olan növlərin sayını artırmaq üçün yollar axtarır-

lar.


Azərbaycan Kinematoqrafçılar İttifaqı 1963-cü 

il yanvar ayının 11-də yaradılmışdır. 

1981-ci ildə ittifaqın beşinci qurultayında kino-

dramaturq Rüstəm İbrahimbəyov AKİ-nin birinci 

katibi seçilmişdir. 

1996-cı  ildə  Müstəqil  Dövlətlər  Birliyi  və 

Baltikanın  Kinematoqrafçılar  Birliyi  Konfedera-

siyasında  Azərbaycan  Kinematoqrafçılar  Birliyi 

və  Fondu  Azərbaycanda  dünya  kinosunun  100 

illiyinə həsr olunmuş ilk Beynəlxalq Bakı festivalı 

olan “Şərq-Qərb” festivalı keçirilmişdir. Hər cümə 

günü kino pərəstişkarları üçün dünya və milli kine-

matoqrafının “Qızıl Fond”unu təşkil edən filmlərin 

nümayişləri keçirilir, həmçinin yeni çəkilmiş bədi 

 

filmlər də nümayiş olunurdu.



2005-ci ildə səfirliklər və Mədəniyyət Nazirliyi 

ilə birgə keçirilən tədbirlər arasında İsrail filmləri 

festivalı və Holostok günü; İran kino günləri; “Yeni 

Rus kinosu” günləri; “Yeni Macar kinosu” günləri, 

Hind və Türk filmləri festivalı yer almışdı.

21  iyun  2012-ci  ildə Azərbaycan  Respublika-

sı  Kinematoqrafçılar  İttifaqı    təsis  edilib.  Sədri 

Azərbaycan  Respublikasının  xalq  artisti  Şəfiqə 

Məmmədovadır. 

İttifaq  tərəfindən  Milli  Kino  Mükafatı  təsis 

olunub. Bu mükafat hər ilin 2 avqustunda - Kino 

Günündə Azərbaycan  kinosuna  verdiyi  töhfələrə 

görə fərqlənən kinematoqrafçıya təqdim olunur. 

Ə d ə b i y y a t

Nərimanoğlu, M. Gözəlliklər diyarı Azərbaycanda ekoturizmin inkişafı üçün geniş imkanlar var: 11 yanvar  Dünya Qoruqları və Milli 

Parklar Günüdür /MəhəmmədNərimanoğlu //Azərbaycan.- 2017.-  11 yanvar.- S. 7.

Ə d ə b i y y a t

Yaradıcılıq İttifaqlarının  bədii mədəniyyətin təbliğində rolu /Mehdiyeva, N. Azərbaycan yaradıcılıq ittifaqlarının mədəniyyətin inkişafı 

sahəsində fəaliyyəti (1960-1980-ci illər):[monoqrafiya] /N.C.Mehdiyeva; red. T.H.Musayeva.-Bakı: Mütərcim, 2014.-S. 141.

http://www.arki.az/

11

11



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə