Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə15/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   11   12   13   14   15   16   17   18   ...   276

31

YANV

AR

18

90 

illiyi

Ağa Əhməd İsazadə   

1928-2007 

Ağa Əhməd İsa oğlu İsazadə 1928-

ci il yanvar ayının 18-də anadan olmuş-

dur. 1938-ci ildə Azərbaycan  Dövlət 

Konservatoriyasının  nəzdindəki  onil-

lik  musiqi  məktəbinə  daxil  olmuş, 

1948-ci ildə oranı bitirmişdir. 1955-ci 

ildən Mədəniyyət və İncəsənət institu-

tunda işləməyə başlamışdır.  

1963-cü ildə namizədlik dissertasi-

yası müdafiə edərək, xalq musiqi janr-

larının toplanılması, notlaşdırılması və 

tədqiq olunması ilə məşğul olmuşdur. 

Respublikanın  və  xarici  ölkələrin 

elmi-mədəni  ictimaiyyəti  arasında 

Azərbaycan  xalq  musiqi  irsinin  yo-

rulmaz  və  görkəmli  tədqiqatçısı  kimi 

tanınan  Ə.İsazadə,  eyni  zamanda, 

pedaqoji  işlə  də  məşğul  olmuş,  digər 

tərəfdən böyük elmi şöbəyə rəhbərlik 

edərək,  musiqişünaslıq  sahəsində 

elmi  işlərin  aparılmasına,  elmi  kadr-

ların  yetişdirilməsinə  əməli  diqqət 

və  qayğı  göstərmişdir.  1960-1980-ci 

illərdə  məqsədyönlü  şəkildə  aparılan 

folklor  ekspedisiyalarının  nəticəsində 

Azərbaycan EA Memarlıq və İncəsənət 

İnstitutunda müstəqil şöbə - Xalq mu-

siqisinin tarixi və nəzəriyyəsi  şöbəsi  

yaradılmış və Ə.İsazadə şöbəyə müdir 

seçilmişdir.

O, 1960-cı illərin ikinci yarısından 

etibarən Azərbaycanın, demək olar ki, 

bütün  bölgələrinə  –  Qarabağ  (Şuşa, 

Ağdam, Füzuli, Ağcabədi, Kəlbəcər), 

Lənkəran,  Astara,  Masallı,  Sabira-

bad,  Salyan,  Quba,  Dəvəçi,  Xaçmaz, 

Kürdəmir, Göyçay, Şəki, Qax, Şəmkir, 

Naxçıvan, Şərur və başqa folklor eks-

pedisiyalarına  gedərək,  yüzlərlə  folk-

lor, nümunələri toplamış, nota yazmış, 

bölgələrdəki xalq musiqi ifaçıları haq-

qında  dəyərli  informasiyalar  əldə  et-

miş, yeni xalq çalğı alətləri nümunələri 

tapmışdır.  Toplanmış  qiymətli  mate-

riallar  əsasında  o,  bəstəkar  Nəriman 

Məmmədovla  birlikdə  iki  hissədən 

ibarət  “Azərbaycan  xalq  mahnı  və 

oyun  havaları”  adlı  folklor  toplusu 

tərtib etmiş və bu toplular 1975, 1984-

cü illərdə nəşr olunmuşdur.

Alimin  rəhbərliyi  ilə  20  il  ərzində 

şöbə tərəfindən “Azərbaycan xalq mu-

siqisi  antologiyası”  oncildliyi  tərtib 

olunmuşdur.  Ə.İsazadə  Azərbaycanda 

doktorluq dissertasiyası müdafiə etmiş 

ilk musiqişünas alimdir.

Onun 300-dən artıq publisist, elmi-

kütləvi və  elmi məqalələri nəşr olun-

muşdur.  Kitabları  sırasında  isə  daha 

çox  Bülbülün  həyat  və  yaradıcılığına 

həsr etdiyi monoqrafiya “Azərbaycan 

musiqisinin  salnaməsi  (1920-1932)” 

diqqəti  cəlb  edir.  Bu  kitabda  müəllif 

1920-1932-ci  illərdə  Azərbaycan 

mətbuatında  musiqiyə  dair  bütün 

məqalələrin biblioqrafiyasını tərtib et-

mişdir. 


Azərbaycan  musiqi irsinin təd-qiqi 

və  öyrənilməsi  sahəsindəki  xidmət-

lərinə görə Azərbaycan Respublikanın 

“Əməkdar elm xadimi” fəxri adına la-

yiq görülmüşdür. 

Sənətşünaslıq  doktroru,  professor 

Ə.İsazadə 2007-ci ildə vəfat etmişdir.

                                           



Musiqişünas

Ə d ə b i y y a t

Azərbaycan xalq musiqisi-

nin antologiyası [Notlar]: 

10 cilddə /Ə.İsazadə, 

Ə.Məmmədova və b.; 

red. А.Məlikov; АМЕА, 

Memarlıq və İncəsənət 

İnstitutunun xalq musiqi-

sinin tarixi və nəzəriyyə 

şöbəsi.- Bakı: [s. n.], 

2003.- C.1: Azərbaycan 

xalq mahnıları.- 352 s.; 

C.2: Azərbaycan xalq rəqs 

havaları.- 205 s.; 

Azərbaycan xalq musiqisi-

nin antologiyası [Notlar]: 

10 cilddə /Ə.İsazadə, 

Ə.Məmmədova və b.; 

red. А.Məlikov; АМЕА, 

Memarlıq və İncəsənət 

İnstitutunun xalq musiqi-

sinin tarixi və nəzəriyyə 

şöbəsi.- Bakı: “Azpetrol 

Neft Şirkəti”, 2005.-  C.4: 

Azərbaycan muğamları və 

rəngləri.- 222, [6] s.; C.5: 

Azərbaycan muğamları və 

rəngləri.- 308, [6] s.;  

Azərbaycan xalq musiqisi-

nin antologiyası [Notlar]: 

10 cilddə /Ə.İsazadə, 

Ə.Məmmədova və b.; red. 

А.Məlikov; АМЕА, Memar-

lıq və İncəsənət İnstitutu-

nun xalq musiqisinin tarixi 

və nəzəriyyə şöbəsi.- Bakı, 

2007.- C.7: Azərbaycan 

aşıq musiqisi.- 242 s.

Mədəniyyət.Maarif.Təhsil


32

Mədəniyyət.Maarif.Təhsil

Həmidə xanım Cavanşir-

Məmmədquluzadə 

1873-1955 

YANV

AR

Həmidə  xanım  Əhməd  bəy  qızı 

Cavanşir-Məmmədquluzadə  1873-cü 

il yanvar ayının 19-da Şuşa qəzasının 

Kəhrizli  kəndində  (İndi Ağcabədi  ra-

yonunun  ərazisindədir), zəmanəsinin 

görkəmli  maarifçi  ziyalısı,  tarixçi 

Əhməd bəy Cavanşirin  ailəsində ana-

dan olmuşdur. Ailə məktəbində təhsil 

alan  Həmidə  xanım  hələ  yeniyetmə 

illərində  rus  dilini  səlis  qavrayaraq, 

o dövrün kənd qızları üçün səciyyəvi 

olmayan  yüksək  intellektə,  geniş 

dünyagörüşünə  malik  olmuşdur.  İlk 

həyat yoldaşı zadəgan nəslindən olan 

podpolkovnik  İbrahim  bəy  Davatda-

rov cəbhədə həlak olandan və atasını 

itirəndən  sonra  Həmidə  xanım  Ca-

vanşir  Kəhrizlidə  ata  mülkünü  idarə 

etməklə dolanmışdır. 1907-ci ildə iki il 

əvvəl Tiflisdə tanış olduğu Mirzə Cəlil 

Məmmədquluzadəyə ərə gedərkən bu 

izdivac  çoxlarının  xoşuna  gəlməmiş, 

bu  nigahı  onun  əsilzadə  nəslinə  ya-

raşdırılmamışlar.  Lakin  Həmidə  xa-

nım  bütün  maneələrə  cəsarətlə  sinə 

gərərək, Mirzə Cəlilə vəfalı və fədakar 

ömür-gün  yoldaşı  olmaqla  yanaşı, 

həm də ustad sənətkarın ən yaxın maa-

rifçi silahdaşı, ziyalı həmdəmi, “Molla 

Nəsrəddin”in isə xeyirxah himayədarı 

olmuşdur.  Bütün  varidatını,  sərvətini 

həyat  yoldaşının  yaradıcılığına  bö-

yük  ürəklə  sərf  edən  Həmidə  xanım 

Cavanşir-Məmmədquluzadə 

Mirzə 


Cəlillə 25 il ömür sürmüşdür. 

Tək Kəhrizli kəndinin deyil, cümlə 

Qarabağın  ona  kömək  üçün  pənah 

gətirən insanlarının əlindən tutan, qay-

ğılarını çəkən  bu xanım həm də o döv-

rün yardıma ehtiyacı olan ziyalılarının 

da problemlərini həll etmişdir. Həmidə 

xanımın  M.Ə.Sabirə  göstərdiyi  qayğı 

haqqında isə Azərbaycan ziyalılığının 

baş  tacı  olan  Üzeyir  bəy  Hacıbəyli 

xüsusi  məqalə  yazmışdır.  Məqalə 

bu  sözlərlə  bitirdi:  “Qoy  ədəbiyyat 

tarixinə  yazılsın  ki,  Sabir  kimi  şai-

ri  diriliyində  təqdir  edən  bir  kişi  ol-

madısa  da,  bir  nəfər  arvad  oldu  ki, 

şairin  iadei-səhhəti  üçün,  milyonçu 

kişilərə rəğmən, öz varından keçəcək 

qədər  böyük  bir  hamiyyət  göstərdi”. 

Bu  hadisə  Həmidə  xanım  Cavanşir-

Məmmədquluzadənin vətəndaş mahiy-

yətini, xeyirxah əməllərini əks etdirən 

yüzlərlə faktdan yalnız biridir.

Həmidə xanım Cavanşir-Məmməd-

quluzadə insanlara əl tutmaqdan, ehti-

yacı olanlara yardım etməkdən böyük 

zövq alan xalqımızın ilk mesanat xa-

nımlarından biri olmuşdur.

Həmidə xanım 1912-ci ildə Kəhriz-

lidə öz vəsaiti hesabına məktəb açmış 

və burada dərs demişdir. 

Həmidə xanım Cavanşir-Məmməd-

quluzadə 1955-ci il fevral ayının 6-da 

vəfat  etmiş,  Fəxri  Xiyabanda,  Mirzə 

Cəlilin məzarı yanında dəfn olunmuş-

dur.

Ə d ə b i y y a t

Xatirələrim /H.X.Cavanşir; 

ruscadan çevirəni və nəşrə 

haz. M.Vəzir; dil red., 

qeydlərin və aydınlatmaların 

müəl. Ə.Tahirzadə.- Bakı: 

Apostroff, 2012.- 399, [1] s.

Cəlil Məmmədquluzadənin 

xatirə fondu: kataloq  /tərt. 

X.Bəşirova, S.Hüseynova, 

Ş.İsmayılova; red. İ.İsrafilov; 

N.Gəncəvi ad. Azərbaycan 

Ədəbiyyatı Muzeyi.- Bakı: 

[Vətən], 1996.- 80 s.

İsmayıl. Həmidə xanım 

Cavanşir sınaqlardan üzüağ 

çıxıb: Qadınlarımız da 

azərbaycançılığın inkişafına 

təbliğinə öz töhfələrini 

verib /İsmayıl //Şərq.- 2014.- 

19 dekabr.- S.11.

Abbaslı, T. Millətimizin və 

milli Mirzəmizin ali xanımı    

/Tahir Abbaslı //Mədəniyyət.-

2013.- 18 yanvar.- S. 13.

Adıgözəlova, E. Ehtiram 

əlaməti  /Elmira Adıgözəlova 

//Mədəni həyat.-2013.- № 

4.- S.55-56.

Dünyaminqızı, Q. Həmidə 

xanımın iztirablı uşaqlıq 

illəri //QərənfilDünyaminqızı 

//Kaspi.-2015.- 13-16 iyun.- 

S.7.

19

145 

illiyi

Maarifçi



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə