Kbt я25 uot (059) Baş redaktor


Mədəniyyət.Maarif.Təhsil Abbas Hacıyev



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə13/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   9   10   11   12   13   14   15   16   ...   276

27

Mədəniyyət.Maarif.Təhsil

Abbas Hacıyev 

1933-2011    

YANV

AR

Abbas  Məhəmməd  oğlu  Hacıyev 

1933-cü il yanvar ayının 1-də Gürcüs-

tan  Respublikasının  Marneuli  rayonu-

nun  Sarvan  kəndində  anadan  olmuş-

dur.  Orta  məktəbi  bitirdikdən  sonra, 

1948-1952-ci  illərdə  Borçalı  Pedaqoji 

Texnikumunda,  1952-1957-ci  illərdə 

isə ADU-nun  (indiki  BDU)  fılologiya 

fakültəsində təhsil almışdır. 

Əmək  fəaliyyətinə  1957-ci  ildə 

Marneulidə  müəllimliklə  başlamışdır. 

1959-1961-ci  illərdə  Marneuli  rayon 

komsomol  komitəsinin  birinci  kati-

bi  olmuşdur.  1961-ci  ildə  Gürcüstan 

SSR  Marneuli  rayon  Sovetinə  depu-

tat  seçilmişdir.  1961-1964-cü  illərdə 

Azərbaycan  EA-nın  Nizami  adına 

Ədəbiyyat  İnstitutunda  aspiranturada 

təhsilini  davam  etdirmişdir.  1964-cü 

ildə  M.F.Axundov  adına  Azərbaycan 

Dövlət Dillər İnstitutunda işləməyə baş-

lamışdır. 1974-1979-cu illərdə əvvəlcə 

Ədəbiyyat kafedrasının, sonra isə Azər-

baycan dili və ədəbiyyatı kafedrasının 

müdiri vəzifələrində işləmişdir.

1965-ci ildə görkəmli alim Mir Cə-

lal Paşayevin rəhbərliyi ilə “Tiflis ədəbi 

mühiti”  mövzusunda  namizədlik  dis-

sertasiyası  müdafiə  edərək  filologiya 

elmləri  namizədi  alimlik  dərəcəsi  al-

mışdır. 


1970-ci ildə yazıçı Mirzə İbrahimo-

vun yaradıcılığına həsr edilmiş doktor-

luq  dissertasiyasını  müdafiə  etmişdir. 

1973-cü ildən professor elmi rütbəsini 

almışdır. 

1979-cu ildə Azərbaycan Dövlət Pe-

daqoji  Universitetində  çalışmağa  baş-

lamışdır.  Professor,  sonra  isə  kafedra 

müdiri seçilmiş, uzun illər Azərbaycan 

ədəbiyyatı kafedrasına rəhbərlik etmiş, 

Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat 

nəzəriyyəsi,  ədəbiyyatşünaslığın  əsas-

ları,  ədəbi  tənqid  və  digər  fənlərdən 

dərs  demişdir.  Müəllim  və  kafedra 

müdiri  kimi  yeni  ədəbiyyatşünaslar 

nəslinin  formalaşmasında  böyük  rol 

oynamış,  bir  çox  dissertasiya  işlərinin 

elmi  rəhbəri,  məsləhətçisi,  opponenti, 

rəyçisi olmuşdur.

Onun  “Tiflis  ədəbi  mühiti”,  “Tiflis 

Azərbaycan Teatrı”, “Tiflis Azərbaycan 

və Adıgün türk teatrı”, “Mirzə İbrahi-

mov”, “Yazıçı şəxsiyyəti və bədii qanu-

nauyğunluq”, “Ədəbiyyat nəzəriyyəsi”, 

“Ədəbiyyatşünaslığın əsasları”, “Sənət-

karın yaradıcılıq fərdiliyi”, “Bədii əsərin 

strukturu”,  “Ədəbi  növlər  və  janrlar”, 

“Ədəbi meyillər və cərəyanlar” adlı ki-

tabları çap edilmişdir.

A.Hacıyev  1961-ci  ildə  Gürcüs-

tan  SSR Ali  Sovetinin  Fəxri  Fərmanı 

ilə,  2006-cı  ildə  isə  Azərbaycan  Res-

publikası  Prezidentinin  sərəncamı  ilə 

“Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Abbas  Hacıyev  2011-ci  il    yanvar 

ayının  21-də  Bakı  şəhərində  vəfat  et-

mişdir.

Ə d ə b i y y a t

Ədəbiyyatşünaslığın 

əsasları: ali məktəblərin 

filologiya fakültələri 

üçün dərslik /A.Haciyev; 

red. H.Qasımov; 

rəycilər: X.Məmmədov, 

M.Mustafayev, E.Quliyev.- 

Bakı: [s. n.], 2009.- 371, 

[1] s.

Həyat və əbədi tale:  

ədəbi-tənqidi məqalələr 

/A. Hacıyev; red. M. 

Allahmanlı.-Bakı:Səda, 

2008.-[Təknur MMC].- 

255, [1] s.

Tiflis Azərbaycan və Adı-

gün türk teatrı /A.Hacıyev; 

naşir və sponsoru 

M.Borçalı.- Bakı: Borçalı 

“NPM”, 2006.- 32 s.

Publisistika şeirə, şeir də 

publisistikaya söykənəndə 

[Şair-publisist Əli Rza 

Xələflinin yaradıcılığı 

haqqında] /A.Hacıyev             

//Kredo.- 2010. -9 yanvar. 

- S. 6;11;13.

Allahmanlı, M. Professor 

Abbas Hacıyev və yaxud 

sizsizliyin iki ili /Mahmud 

Allahmanlı //525-ci qəzet.-

2012.- 19 dekabr .- S.7.

1

85 

illiyi

Ədəbiyyatşünas



28

Mədəniyyət.Maarif.Təhsil

90  

illiyi

Gülrux Əlibəyli 

1928-2016

YANV

AR

Gülrux Sabir qızı Əlibəyli 1928-ci 

il yanvar ayının 12-də Bakı şəhərində 

anadan olmuşdur. 

Orta  məktəbi  bitirdikdən  sonra, 

1947-1952-ci illərdə A.A.Jdanov adı-

na  Leninqrad  Dövlət  Universitetində 

şərqşünaslıq  fakültəsini  bitirmiş, 

Moskvada  M.Qorki  adına  Ədəbiyyat 

İnstitutunda aspiranturada təhsil almış-

dır. Dissertasiya müdafiəsindən sonra 

Bakıya  qayıtmış,  Azərbaycan  Elmlər 

Akademiyasının Nizami adına Dil və 

Ədəbiyyat  İnstitutunda  çalışmışdır. 

1952-1954-cü  illərdə  ADU-nun  filo-

logiya  fakültəsində  müəllim,  1959-

1971-ci  illərdə  fasilə  ilə  Azərbaycan 

SSR  EA  (indiki  Azərbaycan  Milli 

Elmlər  Akademiyası)  Nizami  adı-

na  Ədəbiyyat  və  Dil  İnstitutunun 

baş  elmi  işçisi,  1962-1965-ci  illərdə 

Azərbaycan  SSR  Mədəniyyət  naziri-

nin müavini  vəzifələrində işləmişdir.

1974-cü  ildən  Azərbaycan  Xalq 

Təsərrüfatı 

İnstitutunda 

(indiki 

Azərbaycan  Dövlət  İqtisad  Univer-

siteti)    əvvəlcə  baş  müəllim,  sonra 

isə  Fəlsəfə  kafedrasının  professo-

ru  olmuşdur.  Gülrux  Əlibəylinin  ilk 

məqaləsi 1958-ci ildə Moskvada nəşr 

olunan  “Ədəbiyyat  problemləri”  jur-

nalında  çap  olunmuşdur. Azərbaycan 

və keçmiş Sovet ədəbiyyatının nəzəri 

problemlərinə,  estetika  və  bədiilik 

məsələlərinə dair əsərlərin, 500-ə qədər 

ədəbi-tənqidi məqalələrin, “Axtarışlar, 

tapıntılar”,  “Daim  yolda”,  “Düşünən 

dünyamız”,  “  Cırpınan  dünyamız”,  “ 

Dəyişən dünyamız”, “ Dağılan dünya-

mız” adlı kitabların müəllifidir.

Gülrux  Əlibəyli  xeyli  sayda  bey-

nəlxalq  konfransların,  o  cümlədən, 

Beynəlxalq  Pen  Klubun  toplantısının 

iştirakçısı olmuşdur. 

2006-cı ildə nəşr etdirdiyi “Zaman 

və  özüm  haqqında”  kitabında  altmış 

illik elmi, pedaqoji fəaliyyətinə yekun 

vurmuşdur.  Görkəmli  mədəniyyət  və 

incəsənət  xadimi,  Azərbaycan  icti-

mai fikrində mühüm yeri olan Gülrux 

Əlibəyli bu əsərində oxucuları öz port-

reti ilə tanış etmişdir.

Görkəmli  publisist,  yazıçı  Gülrux 

Əlibəyli 2016-cı il fevral ayının 15-də 

Bakı şəhərində vəfat etmişdir.

Ə d ə b i y y a t 

Dəyişən dünyamız: [fəlsəfi düşüncələr] /G.Əlibəyli; [naşir. Ş.Xuduoğlu; üz qapağının dizaynı və tərt. R.Quliyev].- Bakı: Qanun, 2010.-

203, [1] s.

Gülrux Əlibəyli //Mehriban Vəzir. Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar /Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC); 

layih. müəl. və rəhb. Ş.İsmayılova; red.: B.Əhmədov, S.İsmayılova; tərc. F.Axundov.- Bakı, 2008.- S.65-66. 

Gülrux Əlibəyli //Azərbaycan yazıçıları: (XX-XXI yüzillikdə).- Bakı, 2011.- S.371.

Gülrux Əlibəyli - 85: [Azərbaycan Yazıçılar Birliyi Gülrux Əlibəylinin  85 illiyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin təbriki]      

//Ədəbiyyat qəzeti.- 2013.- 18 yanvar.- S.6.

Gülrux Əlibəyli: [ədəbiyyatşünas alimin vəfatı münasibətilə AYB-nin başsağlığı] //Ədəbiyyat qəzeti.- 2016.- 27 fevral.- S.12.

Akimova, E. Xoşbəxt adam - Gülrux Əlibəyli /Elnarə Akimova //Ədəbiyyat qəzeti.- 2016.- 27 fevral.- S.12.

Алибейли, Г. О времени и о себе /Г.Алибейли.- Баку: Нурлан, 2006.- 362 с.

Ədəbiyyatşünas

12



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə