Kbt я25 uot (059) Baş redaktor


Tarixdə bu gün Azərbaycanlıların Ermənistandan



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə21/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   17   18   19   20   21   22   23   24   ...   276

43

Tarixdə bu gün

Azərbaycanlıların Ermənistandan 

1988-ci il deportasiyası

YANV

AR

Azərbaycanlıların  Ermənistandan  (Qərbi 

Azərbaycandan)  deportasiyası  və  köçürülməsi 

hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan 

azərbaycanlıların,  ümumiyyətlə  müsəlmanların 

deportasiyası üç mərhələdə aparılıb:

Birinci mərhələ 1905-1920-ci illər;

İkinci mərhələ 1948-1953-ci illər;

Üçüncü mərhələ 1988-1992-ci illər.

Bu  proseslər  zamanı  ermənilər  Qərbi  Azər-

baycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşa-

yış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın 

evi  dağıdıb  və  yandırıb,  qoca,  uşaq  və  qadınla-

rın  da  daхil  olduğu  140  min  insanı  vəhşicəsinə 

qətlə  yetirib,  750  mindən  artıq  azərbaycanlı 

Qərbi  Azərbaycandan  didərgin  salınıb.  Sonun-

cu  deportasiyada  1988-ci  ildə  isə  220  mindən 

artıq  azərbaycanlı  erməni  vəhşiliyinə  tab  gətirə 

bilmədiyindən  doğma  yurd-yuvalarını  tərk  edib. 

Bundan  sonra  ermənilər  Qərbi  Azərbaycandan 

azərbaycanlıların izini itirmək məqsədilə burada-

kı  qəbiristanlıqları,  tariхi  mədəni  abidələri,  dini 

müəssisələri, məktəb, хəstəхana və digər binaları 

darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi 

Azərbaycanda ermənilər azərbaycanlılara məхsus 

2000-dən  artıq  qəbristanlıq  dağıdıb.  Ermənilər 

tariхən azərbaycanlılara, türklərə qənim kəsildikləri 

halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə 

bu məsələlərə diqqətsizlik göstərib.

Əgər  digər  repressiyaya  məruz  qalan  xalqlar 

yaşadıqları bütün torpaqlardan deportasiya olun-

muşdularsa, azərbaycanlılar yalnız Ermənistandan 

köçürüldülər  ki,  məqsəd  Ermənistanın  “təmiz-

lənməsi”  idi.  Ermənistanın  bütün  toponimini  də 

təmizlənməsi  qərara  alınmışdı.  SSRİ  Nazirlər 

Kobinetinin  çoxlu  saylda  sərəncamları  ilə  2 

mindən  çox  ad  dəyişdirildi.  Lakin  Ermənistanın 

tam  təmizlənməsinə  sovet  dövrü  bəs  etmədi. 

Ermənistanın məsul işçilərindən biri olan Manuk 

Vardanyanın  sözlərinə  görə  ölkədəki  bütün  türk 

mənşəlli sözlərin dəyişdirilməsi 2007-ci ildə sona 

çata bilər.

Fransa,  Rumıniya, Azərbaycan,  Türkiyə,  Uk-

rayna,  İtaliya  parlamentariləri  tərəfindən  imza-

lanmış  Avropa  Şurası  Parlament  Assambleyası-

nın (AŞPA) qərarına əsasən “ Böyük Ermənistan 

yaradılmasına  yönəlilmiş  azərbaycanlı  əhalinin 

məcburi  köçürülməsi,  yüz  ildən  artıq  bir  dövrü 

əhatə edir”

25

Bunları unutmaq olmaz!

1813-1828-ci illərə qədər Azərbaycan dövlətinin sahəsi təхminən 410 min 

km² 

 оlmuşdur.

1813-1828-ci illərdə işğal еdilmiş Azərbaycan əraziləri: İran əsarəti altındakı Cənubi Azərbaycan 

əraziləri: sahəsi təхminən 280 min 

km² 

оlmuşdur.

Rusiya əsarəti altındakı Şimali Azərbaycan ərazisi - sahəsi təхminən 130 min 

km² 

 оlmuşdur.

1918-ci ildə Rusiyanın təzyiqi ilə еrmənilərə vеrilmiş İrəvan хanlığı - sahəsi 9 min 

km²

 оlmuşdur.

Rusiya əsarəti altındakı Dərbənd хanlığı – sahəsi 7 min 

km² 

 оlmuşdur.

1918-1920-ci illərdə Azərbaycan Dеmоkratik Rеspublikasının qurulduğu ərazinin sahəsi - təхminən 

114 min 

km² 

оlmuşdur.

Еrmənistan  Sоvеt  Sоsialist  Rеspublikasının  qismən  nəzarətinə  vеrilən  Zəngəzur,  Göyçə,  Şərur, 

Dərələyəz, Dilican və Gürcüstan SSRİ-nin qismən nəzarətinə vеrilən Bоrçalı - birlikdə sahəsi 27,4 

min 

km² 

оlmuşdur.

1920-1991-ci  illərdə  SSRİ  əsarəti  altında  qalmış  Azərbaycan  SSR-nin  ərazisi  86,6  min 

km² 

оlmuşdur.



44

Tarixdə bu gün

110

illiyi

“Leyli və Məcnun” operasının ilk tamaşası

1908

YANV

AR

Operanın  ilk  tamaşası  1908-ci  il 

yanvar ayının 25-də (12-də) Hacı Zey-

nalabdin  Tağıyevin  teatrında  keçiril-

miş,  bu  opera  ilə  Azərbaycan  musiqi 

mədəniyyəti  tarixində  yeni  bir  dövr 

açılmış,  müsəlman  Şərqində  ope-

ra  janrının  əsası  qoyulmuşdur.    Ope-

ra  M.Füzulinin  eyniadlı  poemasının 

motivləri  əsasında  yazılmışdır.  Libret-

tonun müəllifi Üzeyir bəy Hacıbəylidir

.

 



“Leyli və Məcnun” muğam ilə Avropa 

operasının  üzvi  vəһdətindən  yaranmış 

yeni opera janrının - muğam operasının 

ilk  nümunəsidir.  Muğamlar  operanın 

əsas  musiqi  materialı  olaraq  ənənəvi 

opera formalarını - ariya, ariozo, reçi-

tativ, vokal ansamblları (duet, trio və s.) 

əvəz etmişdir.

“Leyli və Məcnun” operasının prem-

yerasından düz 110 il keçir. Ötən əsrin 

əvvəllərində 22 yaşlı Üzeyir bəy elə bir 

əsər  yaratmışdır  ki,  onun  şəfəqləri  bu 

gün də bərq vurmaqdadır. 

  “Leyli  və  Məcnun”  -  Qafqaz  böl-

gəsində, eləсə də Orta Asiya və İranda 

dəfələrlə nümayiş etdirilmiş, bu xalqla-

rın professional musiqi mədəniyyətinin 

təşəkkülündə  əһəmiyyətli  rol  oyna-

mış  və  indi  də  oynamaqdadır.  “Ley-

li  və  Məcnun”un  ilk  tamaşasının  re-

jissoru  Hüseyn  Ərəblinski,  dirijoru 

Ə.Haqverdiyev  olmuşdur.  Rollarda: 

H.Sarabski  (Məcnun),  Ə.Fərəcov 

(Leyli),  C.Dağıstani  (İbn  Səlam),               

M.Kazımovski 

(Məсnunun 

ana-

sı),  Mirzə  Muxtar  (Məсnunun  atası), 



İ.Qasımov  (Leylinin  atası),  С.Vəzirov 

(Leylinin anası) çıxış etmişlər. 

Bütün Şərqdə ilk opera olan “Leyli 

və Məcnun”un premyerası anşlaqla keç-

mişdir.  Böyük  müvəffəqiyyətlə  nüma-

yiş etdirilən operanı izləmək üçün təkcə 

Azərbaycandan  deyil,  eləcə  də  başqa 

şəhərlərdən tamaşaçılar gəlmişdi. 

“Leyli və Məcnun”un librettosu ilk 

dəfə 1912-ci ildə Bakıda, Orucov qar-

daşlarının  mətbəəsində,  klaviri  1959-

cu  ildə,  partiturası  1983-cü  ildə  çap 

edilmişdir  (baş  redaktoru  Q.Qarayev, 

redaktoru  N.Əliverdibəyov,  ön  söz  və 

şərһlərin muəllifi Z.Səfərova). 1996-cı 

ildə  “Azərbaycantelefilm”  yaradıcılıq 

birliyində  “Leyli  və  Məcnun”  film-

operası  çəkilmişdir  (rejissorlar  Nazim 

Abbas və Ş.Nəcəfzadə).

“Leyli və Məcnun” operası Türkiyədə, 

İranda, Özbəkistanda, Türkmənistanda, 

Gürcüstanda  və  Avropanın  müxtəlif 

ölkələrində  müvəffəqiyyətlə  tamaşaya 

qoyulmuşdur. 

Ötən  illər ərzində “Leyli və Məcnun” 

repertuardan düşməmiş, həmişə maraq-

la izlənmişdir. Bu gün qoca Şərqin ope-

ra  tarixinin  məhz Azərbaycandan  baş-

landığını qürur hissi ilə xatırlayırıq.

Ə d ə b i y y a t

Çəmənli, M. “Leyli və 

Məcnun” 100 il səhnədə 

/M.Çəmənli; elmi red. 

R.Zöhrabov; Azərb. 

Respub. Mədəniyyət və 

Turizm Nazirliyi.- Bakı: 

E.L., 2008.- 429 s. 

Bayramova, X. “Leyli və 

Məcnun” operasında mu-

ğam və bəstəkar yaradı-

cılığının qovuşdurulması 

yolları /Xumar Bayramo-

va //Mədəniyyət.-2015.- 

№ 4.- S.78-81.

Qasımlı, İ. “Leyli və 

Məcnun” operası Türkiyə 

səhnəsində:  Üzeyir 

Hacıbəylinin “Leyli 

və Məcnun” operası 

Ankara Dövlət Opera və 

Balet teatrının səhnəsində 

tamaşaya qoyuldu                    

/İlhamə Qasımlı //525-ci 

qəzet.- 2016.- 21 may.- S. 

11.

“Leyli və Məcnun” Gənc 

Tamaşaçılar Teatrının 

səhnəsində:[rejissor 

Nicat Kazımovun 

quruluşunda eyniadlı 

səhnə əsərininin təqdim 

edilməsi haqqında]               

//Mədəniyyət.-2016.- 17 

iyun.- S. 4.

25



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə