Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə20/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   16   17   18   19   20   21   22   23   ...   276

41

Tarixdə bu gün

25 

illiyi

Azərbaycan Respublikasının  

Dövlət gerbi 

1993

YANV

AR

1990-cı  il  noyabr  ayının  17-də 

Naxçıvan  Muxtar  Respublikasının 

Ali  Məclisində  ümummilli  lider 

Heydər Əliyevin təşəbbüsü ilə Azər-

baycanın yeni Dövlət gerbinin hazır-

lanması və təsdiqi məsələsinə baxıldı, 

üçrəngli  milli  bayrağımızın  bərpası 

və qəbulu ilə yanaşı, Dövlət gerbi və 

himnimizin  də  qəbul  edilməsi  üçün 

müsabiqə elan olunması qərara alın-

dı.  Bu  məsələləri  həll  etmək  üçün 

Azərbaycan  Respublikasının  keç-

miş  Ali  Sovetinə  müraciət  olundu. 

Azərbaycan Respublikası Ali Soveti 

1991-ci  il  5  fevral  tarixli  qərarı  ilə 

üçrəngli  Dövlət  bayrağını  bərpa  və 

qəbul  etməklə  yanaşı,  “Azərbaycan 

Respublikasının  Dövlət  gerbinin 

ən yaxşı təsviri üçün müsabiqə elan 

olunması  haqqında”  (05.02.1991, 

№20-XII)  xüsusi  qərar  da  qəbul  et-

mişdi.  Qərara  görə,  Azərbaycan 

Respublikasının  Dövlət  gerbinin  ən 

yaxşı təsviri üçün 5 min manat müka-

fat  təsis  edilmiş,  müsabiqəyə  yekun 

vurulması isə Respublika Ali Soveti 

Rəyasət  heyətinə  həvalə  edilmişdi. 

1991-1992-ci  illərdə  müxtəlif  mət-

buat  orqanlarında  çoxlu  yeni  gerb 

layihələri  çap  olunmuşdu  və  1993-

cü  ilin  əvvəllərində  Azərbaycan 

Respublikasının  Milli  Məclisində 

həmin  layihələr,    eləcə  də  1919-

1920-ci  illərdə  hazırlanmış  gerb  la-

yihəsi  müzakirə  edilmişdi.  Gərgin 

müzakirələrdən  sonra  Azərbaycan 

Respublikasının Milli Məclisi 1919-

1920-ci  illərdə  hazırlanmış  gerb 

layihəsini  müəyyən  düzəliş  və  tək-

milləşdirmələrlə  Azərbaycan  Res-

publikasının Dövlət gerbi kimi təsdiq 

etmişdi. Beləliklə, Dövlət gerbimizin 

rəngli və ağ-qara təsviri “Azərbaycan 

Respublikasının Dövlət gerbi haqqın-

da” Azərbaycan  Respublikasının  19 

yanvar  1993-cü  il  tarixli  460  saylı 

Konstitusiya Qanunu ilə təsdiq edil-

mişdir. 

Azərbaycan Respublikasının Döv-

lət gerbində qalxan - azərbaycanlıların 

Şərq xalqlarından biri, Azərbaycanın 

isə  Şərq  dövləti  kimi  özünümüdafiə 

qüdrətinə  malik  olduğunu,  qalxa-

nın üzərindəki dairəvi üçrəng - milli 

bayrağımızdakı  simvolları  (türklük, 

müasirlik, islam), səkkizguşəli ulduz 

əbədiyyət rəmzi olan Günəşi, alov - 

“Odlar Yurdu”nu - Azərbaycanı, pa-

lıd budaqları - milli hərbi qüdrətimizi, 

sünbül  -  Vətənimizin  bolluğunu, 

bərəkətliliyini, çörəyə olan müqəddəs 

münasibətini, günəşin ağ rəngdə ve-

rilməsi  isə  Azərbaycan  dövlətinin 

sülhsevərliyini,  xalqımızın  sülh,  ba-

rış, əmin-amanlıq tərəfdarı olduğunu 

bildirməyə xidmət edir. 

Azərbaycan 

Respublikasının 

Dövlət  gerbində  Azərbaycan  milli 

dövlətçiliyinə,  eləcə  də  milli  ənə-

nələrinə  və  ümumbəşəri  dəyərlərə 

əsaslanan simvolikadan geniş istifadə 

olunmuşdur.



Ə d ə b i y y a t

Azərbaycanda dövlətçilik və 

onun rəmzləri: [kitab-albom] 

/tərt. ed. və müəl. N.Vəlixanlı; 

AMEA Azərbaycan Tarixi 

Muzeyi.- Bakı, 2000.- 95 s.

Dövlət Bayrağı Meydanı.- 

Bakı: [s.n.], 2010.- 75 s.

Əhmədov, S. Azərbaycan 

Respublikasının Dövlət 

Bayrağı /S.Ə.Əhmədov, 

V.S.Məmmədov; elmi red. və 

ön sözün müəl. N.Vəlixanlı; 

maliyyə dəstəyi Azərb. Resp. 

Dövlət Neft Şirkəti.- 

Bakı: [Mega basım], 2010.-

153, [1] s.

Əliyev, İ. Azərbaycan Respub-

likasının dövlət rəmzləri /İq-

rar Əliyev, E.Ə.Məhərrəmov.- 

Bakı, 2008.- S.20-22.

İ n t e r n e t d ə

www.anl.az

www.e-qanun.gov.az

19


42

Tarixdə bu gün

Ümumxalq hüzn günü

1990

YANV

AR

1990-cı il yanvar ayının 20-si  Azər-

baycan  xalqının  tarixinə  ən  faciəli  

günlərdən  biri  kimi  daxil  olmuşdur. 

28  il  əvvəl  doğma  yurdunun,  xal-

qının  azadlığını,  şərəf  və  ləyaqətini 

hər  şeydən  uca  tutan  vətənpərvər 

Azərbaycan  övladları  həmin  müdhiş 

gecədə  canlarından  keçərək  şəhidlik 

zirvəsinə ucalmışlar. 

Bədnam  M.Qorbaçov  başda  ol-

maqla,  SSRİ  rəhbərliyinin  Azərbay-

cana  qarşı  qərəzli,  ermənipərəst 

siyasətinə,  əzəli  torpaqlarımıza  id-

dia  edən  Ermənistanın  təcavüzkar 

hərəkətlərinin  açıq-aşkar  dəstək-

lənməsinə  və  o  zamankı  respublika 

rəh-bərliyinin  xəyanətkar  mövqeyinə 

etiraz  əlaməti  olaraq  ayağa  qalxmış 

geniş  xalq  kütlələrinə  qarşı  sovet 

ordusunun  iri  hərbi  birləşmələrinin 

yeridilməsi  Azərbaycanda,  xüsusilə 

Bakıda  misli  görünməmiş  faciəyə 

gətirib  çıxarmışdı,  böyük  itkilərlə, 

günahsız  insanların  ölümü  ilə  nəti-

cələnmişdi. Nəticədə 170 nəfər həlak 

olmuş, 400-ə yaxın insan yaralanmış-

dı. Bunların arasında gənclər, uşaqlar, 

qocalar, qadınlar hətta hərbi qulluqçu-

lar da var idi .

  Buna  baxmayaraq, Azərbaycanın 

o vaxtkı səriştəsiz, kölə psixologiya-

lı  rəhbərlərinin  əksinə  olaraq,  həmin 

vaxt  Moskvada  yaşayan  xalqımızın 

dahi  oğlu  Heydər  Əliyev  həyatını 

təhlükədə  qoyaraq,  faciənin  ertəsi 

günü  Azərbaycanın  daimi  nüma-

yəndəliyinə  gələrək,  Qanlı  Yanvar 

qırğınını  törədənləri  pisləyən  kəskin 

bəyanatla çıxış etmiş, xalqımızın ba-

şına  gətirilən  müsibəti  dünyaya  çat-

dırmışdı.  Bununla  da  ulu  öndərimiz 

cəsa-rətini,  mərdliyini,  xalqının 

sədaqətli oğlu olduğunu bir daha sü-

but etmişdir.

Ümummilli lider Heydər Əliyevin 

Azərbaycan rəhbərliyinə yenidən qa-

yıdışından sonra, 1994-cü ildə 20 Yan-

var hadisələrinə siyasi-hüquqi qiymət 

verilmişdi  və  cinayəti  törədənlərin 

adları  ictimaiyyətə  çatdırılmışdı.  20 

Yanvar - Ümumxalq hüzn günü elan 

edilmişdi. 

Bakının  ən  uca  nöqtələrindən  bi-

rində  hər  bir  azərbaycanlı  üçün  mü-

qəddəs  and  yerinə  çevrilmiş  bir  yer 

var.  Bu,  20 Yanvar  qurbanlarının  və 

Ermənistanın  hərbi  təcavüzünə  qarşı 

döyüşlərdə həlak olanların dəfn edildi-

yi Şəhidlər Xiyabanıdır. Hər il yanvar 

ayının  20-də  minlərlə  insan  vətənin 

azadlığı  və  suverenliyi  uğrunda  can-

larından  keçmiş Azərbaycan  oğul  və 

qızlarının  əziz  xatirəsini  ehtiramla 

yad etmək üçün buranı ziyarət edirlər. 

Nəsillər dəyişəcək, lakin Vətən oğul-

larının xatirəsi ürəklərdə əbədi yaşa-

yacaqdır.  



Ə d ə b i y y a t

Hüseynova, X. Bilik Fon-

du 20 Yanvar şəhidlərini 

yad etdi:[Milli Azərbaycan 

Tarixi Muzeyində keçiril-

miş 20 Yanvar faciəsinin 

27-ci ildönümünə həsr 

olunmuş tədbir haqqında]                    

/XatirəHüseynova //525-ci 

qəzet.-2017.- 20 yanvar.- S. 6.

20 Yanvar tariximizin həm 

qanlı, həm də qəhrəmanlıq 

səhifəsidir: [Milli Azərbaycan 

Tarixi Muzeyində 20 Yanvar 

faciəsinin 27-ci ildönümünə 

həsr olunmuş tədbir haqqın-

da] // Azərbaycan.-2017.- 19 

yanvar.- S. 5.

“20 Yanvar - Şəhidlik zirvəsi” 

mövzusunda konfrans: [Dini 

Qurumlarla İş üzrə Dövlət 

Komitəsinin təşkilatçılığı 

ilə]//Azərbaycan.-2017.- 20 

yanvar.- S. 3.

20 Yanvar faciəsi: xalq 

hərəkatına və müstəqil 

dövlətin yaranmasına            

//Respublika.- 2017.- 19 

yanvar.- S. 8.

Salmanlı, R. Xalqımı-

zın qəhrəmanlıq tari-

xi  /Rəhman Salmanlı                                   

//Azərbaycan.-2017.- 17 

yanvar.- S.5.

20


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə