Kbt я25 uot (059) Baş redaktor


Tarixdə bu gün Yеni il



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə18/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   14   15   16   17   18   19   20   21   ...   276

37

Tarixdə bu gün

Yеni il 

YANV

AR

Yeni  il  bayramı  ilin  sonuncu 

günündən  növbəti  təqvim  ilinə  keçid 

ilə  əlaqədar  keçirilən  bir  bayramdır. 

Bu günü bayram etməklə insanlar belə 

hesab edirlər ki, bütün uğursuzluq və 

kədərli  anlar  köhnə  ildə  qalır,  yeni  il 

yeni arzular və ümidlər gətirir.

Bu bayramın yaranmasının ən azı 25 

əsrlik tarixi var. Bəzi fərziyyələrə görə, 

Yeni  ili  ilk  dəfə  qədim  çinlilər  qeyd 

ediblər. Digər mənbələrdə bu bayram 

qədim german və romalılarla bağlıdır. 

Başqa bir mənbəyə görə  isə Yeni ili 

bayramla qarşılamaq ənənəsinin əsası 

eramızdan  əvvəl  üçüncü  minillikdə 

Mesopotamiyada qoyulub.  

Hər  bir  xalq  yeni  il  üçün    tarixi 

və  ya  mifik  hadisə  ilə  bağlı  öz  tarixi 

günlərindən istifadə edib. 

Eramızdan  əvvəl  misirlilər  hər  bir 

sülalənin  hakimiyyətə  gəlməsini  ilin 

başlanğıcı hesab ediblər.  

Qədim Romada Günəş Tanrısı Mit-

ranın  doğum  günü  kimi  qeyd  edilən   

yanvarın 1-i  İşığın Qaranlıq üzərində 

qələbəsi  günü    kimi  səciyyələndirilir.

Başqa bir mənbədə romalılar bu günə 

Yanus allahının adını veriblər. 

Bizim  istifadə  etdiyimiz  təqvim 

miladi  təqvim  adlanır.  Bu  təqvimə 

əsasən yeni il yanvarın 1-dən başlanır.

Yeni ilin əsas atributları Şaxta baba və 

Qar  qızı  hesab  olunur. Yeni  il  bayra-

mını al-əlvan, bərli-bəzəkli şam ağacı-

sız təsəvvür etmək qeyri-mümkündür. 

Çoxları şam ağacları bəzəmək ənənəsini 

də  xristian  dini  ilə  əlaqələndirir. 

Əslində  isə,  hələ  miladdan  çox-çox 

əvvəl qədim Misirin sakinləri dekabrın 

ən qısa günlərində yaşıl palma ağacla-

rını evlərinə gətirirmişlər. Bu, həyatın 

ölüm üzərində qələbəsinin rəmzi sayı-

lırmış, küknar ağacları rəngli kağızlar, 

meyvələr və şirniyyatla bəzədilirmiş. 

Yer üzündə ilk olaraq Yeni ili Fici 

arxipelaqının  160    adasının  sakinləri 

qarşılayır.   Dekabrın 31-i gecəsi insan-

lar bayram süfrəsi ətrafında toplaşırlar.

Artıq həmişəlik vidalaşdıqları ilin son 

anlarında musiqini dayandıraraq sükut 

içərisində saat 12.00-ı gözləyirlər. 

1991-ci ildən Azərbaycanda dekab-

rın  31-i  Dünya  Azərbaycanlılarının 

Həmrəylik günü kimi qeyd olunduğun-

dan    Yeni  il  bayramı  azərbaycanlılar 

üçün ikiqat bayramdır.

Ə d ə b i y y a t

Planetimizdə neçə Yeni il 

bayramı var //Azərbaycan.- 

2008.- 1 yanvar.- S. 8.

Axundov, T. Yeni il xalqı-

mıza firavanlıq, xoşbəxtlik 

gətirsin /Tural Axundov       

//Respublika.- 2013.- 1 

yanvar.-  S.6.

Əlibalaqızı, S. Dünya-

da Yeni il:Fərqli ənənə 

və mərasimlər /Səbinə 

Əlibalaqızı // Mədəniyyət.-

2014.- 30 dekabr.- S. 15.

1



38

Tarixdə bu gün

Azərbaycan Respublikasının dövlət dili 

haqqında Qanunu qəbul olmuşdur

2003

YANV

AR

Azərbaycan  xalqının  ümummilli  lideri 

Heydər  Əliyev        hələ  birinci  dəfə Azərbaycana 

rəhbərlik  etdiyi  dövrdə  1978-ci  il  Konstitusi-

yasında  Azərbaycan  dilinin  dövlət  dili  kimi 

rəsmiləşdirilməsinə    nail  olmaqla    dilimizin   

gələcək      inkişaf  perspektivlərini  müəyyənləş-

dirmiş,    bu sahədə mütəxəssislərin qarşısına mü-

hüm vəzifələr qoymuşdur. 

Ulu    öndər  Heydər  Əliyev  ikinci  dəfə  Azər-

baycana rəhbərliyi dövründə 1995-ci ildə referen-

dum  yolu  ilə  qəbul  olunmuş  konstitusiyamızda 

dilimizin adının Azərbaycan dili olmasını  təsbit 

etdirdi. Bununla da dilimizin adı ilə bağlı olan al-

ternativ  variantlara  (Azərbaycan  türkcəsi,  Azəri 

türkcəsi, Azərbaycan türk dili və s.) son qoyuldu. 

Heydər Əliyev 2001-ci il iyunun 18-də dövlət dili-

nin tətbiqi işinin təkmilləşdirilməsi ilə bağlı Fərman 

imzaladı.  Bu  fərmandan  irəli  gələn  məsələləri 

yerinə  yetirmək  üçün  4  iyul  2001-ci  il  tarixli 

Sərəncamla dil komissiyası yaradıldı. Ulu Öndərin 

Azərbaycan dilinə  olan hədsiz məhəbbətinin və 

dövlət başçısının qayğısının nümunəsi kimi 2001-

ci il avqust ayının 9-da “Azərbaycan Əlifbası və 

Azərbaycan Dili Gününün təsis edilməsi haqqın-

da” Prezident Fərman imzalandı. Bu fərmanla hər 

il avqust ayının 1-i respublikamızda Azərbaycan 

Əlifbası  və  Azərbaycan  Dili  Günü  kimi  qeyd 

olunması təsdiq edildi. 2002-ci il sentyabr ayının 

30-da  “Azərbaycan  Respublikasında  dövlət  dili 

haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 

qəbul  edildi.  Heydər  Əliyev  Azərbaycan  dilinə 

dövlət dili statusunun verilməsində öz təcrübəsini 

və əməyini əsirgəmədi, Azərbaycan dilini qorudu, 

yaşatdı və dövlət dili səviyyəsinə qaldırdı.

Azərbaycan dövlətinin dil siyasəti     “Azərbaycan 

xalqının  ən  böyük  milli  sərvətidir”  prinsipinə 

əsaslanır.  Azərbaycan  Respublikasında  dövlət 

dili haqqında Azərbaycan Respublikası Qanunu-

nun  tətbiq  edilməsi  haqqında Azərbaycan  Prezi-

dentinin 4 yanvar 2003-cü il tarixində Sərəncamı 

imzalandı və həmin tarixdən qüvvəyə mindi. 20 

maddədən ibarət olan bu qanun Azərbaycan Res-

publikasının  Azərbaycan dilinin dövlət dili olaraq 

işlədilməsini  öz  müstəqil  dövlətçiliyinin  başlıca 

əlamətlərindən biri sayır, onun tətbiqi, qorunma-

sı və inkişaf etdirilməsi qayğısına qalır. Bu qanun 

Azərbaycan Respublikası Konstitusiyasına

 

uyğun 


olaraq, Azərbaycan Respublikasında Azərbaycan 

dilinin dövlət dili kimi hüquqi statusunu nizam-

layır.

 

Ə d ə b i y y a t



Azərbaycan dili əsas ünsiyyət vasitəsidir, dövlət dilidir: Buna nail olmağımızda ümummilli lider Heydər Əliyevin böyük rolu olub //Üç 

nöqtə.- 2016.- 6 aprel.- S.5.

Cəfərov, N. Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu öndər Heydər Əliyevin xidmətləri tarixi 

əhəmiyyət kəsb edir /Nizami Cəfərov // P.S.Elm, təhsil və həyat.-2015.- 24-31 iyul.- S.3.

Xəlilov, B. Azərbaycan dili: milli varlığımız, mənəvi sərvətimiz  /B. Ə. Xəlilov ; elmi red. V. Əliyev.- Bakı:Bakı Çap Evi, 2013.- 268 s.

Xəlilov, B. Dövlət dili həmişə taleyüklü məsələlərdən biri olmuşdur /Buludxan Xəlilov // Azərbaycan məktəbi.- 2013.- №3.- S.66-70.

4


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə