Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə26/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   22   23   24   25   26   27   28   29   ...   276

54

Milli ədəbiyyat

90  

illiyi

Əliağa Kürçaylı 

1928-1980     

FEVRAL

Əliağa  Həsənağa  oğlu  Vəliyev 

(Əliağa  Kürçaylı)  1928-ci  il  fevral 

ayının  20-də  Salyan  rayonunun  Kür-

qaraqaşlı kəndində doğulmuşdur. Orta 

məktəbin 9-cu sinfindən çıxmış, 1944-

1946-cı  illərdə  Zaqafqaziya  dəmir 

yolu idarəsinin Salyan şöbəsində mü-

hasib  işləmişdir.  1946-1947-ci  illərdə 

Bakı 


Dəmiryolu 

Texnikumunda                                     

birillik mühasiblər kursunu bitirdikdən 

sonra Salyan dram teatrında mühasib 

işləmişdir. 

1946-cı ildə “Azərbaycan gəncləri” 

qəzetində  çap  olunmuş  “Sənin 

gözlərin”  adlı  ilk  şeiri  ilə  ədəbiyyata 

gəlişi uğurlu olmuş, sonralar mərkəzi 

və  respublika  dövri  mətbuatında 

müntəzəm çıxış etmişdir. 

1947-ci  ildə  Salyan  radio  qovşa-

ğında  redaktor  işləmiş,  gənc  yazıçı-

ların  I  Respublika  müşavirəsində  iş-

tirak  etmişdir.  Bakıda  Fəhlə  gənclər 

orta  məktəbinin  son  sinfini  bitirmiş, 

ADU-nun  filologiya  fakültəsinə  da-

xil  olmuşdur.  1949-1954-cü  illərdə 

M.Qorki  adına  Ədəbiyyat  İnstitutun-

da  təhsil  almağa  göndərilmiş,  lakin 

səhhəti ilə əlaqədar olaraq geri qayıdıb 

universitetdə təhsilini davam etdirmiş-

dir.  1951-ci ildən Azərbaycan Yazıçı-

lar Birliyinin üzvü olmuşdur.

1953-1955-ci    illərdə  “Kommu-

nist” qəzeti redaksiyasında ədəbi işçi, 

“Ədəbiyyat  və  incəsənət”  qəzetində 

şöbə  müdiri,  1955-1957-ci  illərdə 

“Azərbaycan  gəncləri”  qəzeti  redak-

siyasında şöbə müdiri,  1959-1965-ci 

illərdə  “Azərbaycan”  jurnalı  redak-

siyasında  məsul  katib,  1965-1966-cı 

illərdə  Azərbaycan  Yazıçılar  İttifaqı 

nəşriyyat şöbəsinin rəisi, “Literaturnıy 

Azerbaydjan”  jurnalı  redaksiyasın-

da  məsul  katib,  1966-1967-ci  illərdə  

Azərbaycan Dövlət Nəşriyyatında re-

daktor  vəzifələrində işləmişdir. 

Məsul  vəzifələrdə  işləməklə  yana-

şı,  yaradıcılıq fəaliyyəti ilə məşğul ol-

muş, bir-birinin ardınca “Arifin bağça-

sı”, “Salam, gələcək illər”, “Gözəllik”, 

“Cavabsız  məktublar”,  “Nargindən 

əsən  külək”,  “Seçilmiş  əsərləri”  , 

“Yollarda  axtar  məni”  (şeirlər  və  po-

emalar), “Dünya ovcumdadır” (şeirlər 

və  poemalar),  “Bütövlük”  (şeirlər  və 

poemalar), “Seçilmiş əsərləri” kitabla-

rı nəşr edilmişdir. Ümumilikdə 20-dən 

çox kitabın müəllifidir. Yaradıcılığında 

tərcüməçilik fəaliyyəti geniş yer tutur.

Rus  yazıçılarından  etdiyi  tərcümələr 

diqqitəlayiqdir.

1975-ci  ildə  Yazıçılar  İttifaqında 

dramaturgiya  bölməsinə  rəhbərlik  et-

mişdir.  1978-ci  ilin  mayından  ömrü-

nün sonunadək “Yazıçı” nəşriyyatında 

baş redaktor vəzifəsində işləmişdir.

1979-cu  ildə  Azərbaycan  Respub-

likasının “Əməkdar incəsənət xadimi”  

fəxri adına layiq görülmüşdür.

Əliağa  Kürçaylı  1980-ci  il  fevral 

ayının 11-də vəfat etmişdir.

Ə d ə b i y y a t

Seçilmiş əsərləri 

Ə.Kürçaylı.- Bakı: Şərq-

Qərb, 2004.- 400 s.

Dünya ovcumdadır/Ə. H. 

Kürçaylı.-Bakı: Gənclik, 

1976.-242, [2] s.

 İstanbullu Kamal: [şeirlər] 

/Ə.Kürçaylı //Olaylar.-2017. 

- 5 aprel.- S.11.

Qəlbin sıxılsa əgər...: şeirlər 

və poemalar /Ə.Kürçaylı.- 

Bakı: Yazıçı, 1987.- 300, 

[4] s. 

Xəlilov, Ə. Kürçaylı 

/Ə.Xəlilov.- Bakı: Nurlan, 

2003.- 128 s. 

Eminov, A. Əliağa Kür-

çaylı poeziyasına bir baxış            

/Allahverdi Eminov  

//525-ci qəzet.-2016.- 19 

iyul.- S.6.

Çəmənli, M. Nəşriyyatlarda 

keçən ömrüm: (Əliağa Kür-

çaylı haqqında) /M.Çəmənli 

//Ədalət.- 2016.- 5 noyabr.- 

S.10. 

20

Şair



55

Milli ədəbiyyat

105 

illiyi

Ənvər Məmmədxanlı  

1913-1990    

FEVRAL

Ənvər  Qafar  oğlu  Məmmədxanlı 

1913-cü il fevral ayının 29-da Göyçay 

şəhərində doğulmuşdur. 

İbtidai  məktəbi  bitirdikdən  son-

ra  1926-1931-ci  illərdə  Bakıdakı 

N.Nərimanov  adına  Sənaye  Texniku-

munda  təhsil  almışdır.  1931-1934-cü 

illərdə Bakıda mexaniki zavodda, ener-

getika  və  elektrikləşdirmə  idarəsində 

texnik  işləmişdir.  Eyni  zamanda 

Azərbaycan Neft İnstitutunda iki il qi-

yabi təhsil almışdır. 

1934-1936-cı  illərdə  Azərnəşrin 

Bədii şöbəsində redaktor və tərcüməçi 

işləmişdir. 

1936-1938-ci illərdə Moskvada Ali 

Kinematoqrafiya İnstitutunda oxumuş-

dur.  

1941-1942-ci  illərdə  “Azərbaycan-



film” 

kinostudiyasında 

Ssenari 

şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 

İkinci Dünya müharibəsində  cənub-

qərb  cəbhəsində  “Qızıl  Ordu”  cəbhə 

qəzetinin  Azərbaycan  redaksiyasının 

xüsusi müxbiri işləmişdir. 1942-ci ilin 

axırlarında  bir  qrup  Azərbaycan  ya-

zıçısı  ilə  Şimali  Qafqaz  cəbhəsində, 

416-cı  diviziyada  olmuşdur.  1943-

1944-cü  illərdə  Bakıda  Azərbaycan 

Radio Verilişləri Komitəsində redaktor 

kimi çalışmışdır. Yenidən Zaqafqaziya 

cəbhəsinə, oradan İrana hərbi xidmətə 

göndərilmişdir.  1944-1946-cı  illərdə 

Təbrizdə  nəşr  olunan  “Vətən  yolun-

da”  ordu  qəzeti  redaksiyasında  xüsu-

si  müxbir  kimi  çalışmışdır.  Ordudan 

tərxis  ediləndən  sonra  1946-1964-cü 

illərdə “Azərbaycanfilm” kinostudiya-

sının  ssenari  redaksiya  heyətinin  baş 

redaktoru vəzifəsində işləmişdir.

Ədəbi  fəaliyyətə  1930-cu  illərdən 

başlamışdır. 

“Burulğan”, 

“Bakı 

gecələri”  (hekayələr),  “Ayna”  (ki-



nossenari),  “Hekayələr”,  “Balaca 

Nərgiz”,  “Hekayələr”,  2  cildlik  “Se-

çilmiş əsərləri”, “Qızıl qönçələr” və s. 

kitabları  işıq  üzü  görmüşdür.  Əsərləri 

keçmiş SSRİ və xarici ölkə xalqlarının 

dillərinə tərcümə olunmuşdur. “Şərqin 

səhəri”  (1947),  “Od  içində”  (1951) 

pyesləri və “Şirvan gözəli” (1957) lirik 

komediyası  tamaşaya  qoyulmuşdur. 

“Şirvan  gözəli”  Zaqafqaziya  teatr  ba-

harında birinci dərəcəli diploma layiq 

görülmüşdür.  1957-ci  ildə  onun Aka-

demik Dram Teatrında tamaşaya qoyu-

lan “Şərqin səhəri” əsəri SSRİ Dövlət 

mükafatına  layiq  görülsə  də  mükafat 

alanların  siyahısında  müəllifin  adı  ol-

mamışdır.

Ə.Məmmədxanlı  Avropa  və  rus 

klassik  yazıçılarından  tərcümələr  et-

mişdir.  Ssenariləri  əsasında  “Babək”, 

“Bəxtiyar”, “İntizar”, “Cazibə qüvvəsi” 

və s. filmlər çəkilmişdir. 

1938-ci ildən Azərbaycan Yazıçılar 

Birliyinin üzvü olmuşdur.

Sovet nümayəndə heyəti tərkibində 

Kubada (1967), Türkiyədə (1968), İs-

paniyada (1980) səfərlərdə olmuşdur. 

Azərbaycan  yazıçısı,  nasir,  kinod-

ramaturq,  ssenari  müəllifi,  tərcüməçi 

Ənvər 


Məmmədxanlı 

ədəbiyyat 

sahəsində  xidmətlərinə  görə  1963-

cü  ildə  “Əməkdar  incəsənət  xadimi”,  

1987-ci ildə “Xalq yazıçısı” fəxri ad-

larına layiq görülmüş, iki dəfə “Şərəf 

nişanı”  (1946-1949),  “Qırmızı  Əmək 

bayrağı” (1980-1983) və “İkinci Dünya 

müharibəsi” (ikinci dərəcəli) ordenləri, 

döyüş medalları ilə təltif olunmuşdur.

Ənvər Məmmədxanlı 1990-cı il de-

kabr ayının 19-da Bakıda vəfat etmiş-

dir.

Ə d ə b i y y a t

Seçilmiş əsərləri: 2 cilddə 

/Ə.Məmmədxanlı; [red. 

Z.Əsgərova].- Bakı: Yazıçı, 

1985.- C.I.- 291 s.; C.II.- 

323 s. .

Seçilmiş əsərləri 

/Ə.Məmmədxanlı.- Bakı: Av-

rasiya Press, 2005.- 416 s.

Seçilmiş əsərləri  /Ənvər 

Məmmədxanlı; Azərb. 

Resp. Mədəniyyət və Turizm 

Nazirliyi.- Bakı: Təhsil, 

2013.-183 s.

Uşaqlıq  /Maksim Qor-

ki; ruscadan tərc. ed. 

Ə.Məmmədxanlı.- [Bakı]: 

[Qanun], [2014].-295 s.

Həyatım ağrıyır: Ənvər 

Məmmədxanlı - 100 /Azərb. 

Resp. Mədəniyyət və Turizm 

Nazirliyi; toplayıb tərt. və 

red. S.Xəyal; ön sözün müəl. 

Anar.- Bakı: Təhsil, 2013.- 

463 s.

Hacızadə, N. Dayanmaz 

karvanın sənin!: (Xalq ya-

zıçısı Ənvər Məmmədxanlı 

haqqında) /N.Hacızadə       

//Kaspi.- 2013.- 16-18 

mart.- S.22-23.

29

Yazıçı



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə