52
100
illiyi
Cəmşid Əmirov
1918-1982
Cəmşid Cabbar oğlu Əmirov 1918-ci il fevral
ayının 10-da Naxçıvan şəhərində anadan olmuş-
dur. 1934-cü ildə Əzizbəyov adına Azərbaycan
Sənaye İnstitutuna daxil olmuş, son kursda institu-
tu tərk etmişdir. 1937-1940-cı illərdə “Azərbaycan
gəncləri” qəzetində məsul katib, 1940-41-ci illərdə
“Gənc işçi” qəzetində şöbə müdiri , 1941-ci ildə
“Bolşevik” qəzetində məsul katib, 1941-ci ilin may
ayından dekabra kimi “Əzizbəyovneft” şirkətində
mühəndis-geoloq vəzifələrində işləmişdir.
İkinci Dünya müharibəsi zamanı ön cəbhədə,
Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Pol-
şa, Çexoslovakiya, Avstriya uğrunda döyüşlərdə
iştirak etmişdir. Müharibədən sonra jurnalistlik
fəaliyyətilə məşğul olmuş, “Azərbaycan gəncləri”
qəzetində şöbə müdiri, “Sovet ticarəti” (Moskva)
qəzetində xüsusi müxbir, Azneftnəşrdə baş re-
daktor, “Azərbaycan neft təsərrüfatı” jurnalında
redaktor müavini, “Bakı” qəzetində şöbə müdi-
ri vəzifələrində işləmişdir. 1969-1972-ci illərdə
Bakı Maliyyə-kredit Texnikumunda direktor
vəzifəsində çalışmış və fərdi təqaüdə çıxmışdır.
Ədəbi yaradıcılığa 1940-cı illərdən oçerk, felye-
ton və hekayələrlə başlamışdır. Onun ilk mətbu
oçerki “Dəqiqələr, saniyələr...”, “Azərbaycan
gəncləri” qəzetində dərc edilmişdir. Sonralar “Sa-
hil əməliyyatı”, “Brilyant məsələsi”, “Qara Volqa”,
“Şəhər yatarkən” və s. detektiv əsərləri qələmə al-
mış və Azərbaycan ədəbiyyatında detektiv janrının
banisi kimi məşhurlaşmışdır.
“Vətən müharibəsı” (I dərəcəli), “Qırmızı ul-
duz” ordenləri, “Döyüşdə fərqlənməyə görə”, “Kö-
niqsberqin alınmasına görə”, “Berlinin alınmasına
görə”, “Almaniya üzərində qələbəyə görə”, “Ya-
poniya üzərində qələbəyə görə” medallarına layiq
görülmüşdür. 1962-ci ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvü olmuşdur.
Cəmşid Əmirov 1982-ci il dekabr ayının 29-da
vəfat etmişdir.
Sahil əməliyyatı: povest /C.Əmirov; tərt.: D.Əmirova, İ.Əmirova; red. A.Kənan.- Bakı: Azərnəşr, 2007.- 307 s.
Brilyant məsələsi /C.Əmirov. - Bakı: Azərnəşr, 2008.- 360 s.
10
Yazıçı
Yazıçı
Milli ədəbiyyat
70
illiyi
Mərkəz Qacar
1948-2013
FEVRAL
Quliyev Mərkəz Mikayıl oğlu (Mərkəz Qacar)
1948-ci il fevral ayının 14-də Füzuli şəhərində
anadan olmuşdur. Bakı Dövlət Univetsitetinin hü-
quq fakültəsini bitirmiş, 1976-cı ildən prokurorluq
orqanlarında çalışmışdır.
Mərkəz Quliyev prokurorluq orqanlarında
işləməklə bərabər, “Qacar” təxəllüsü ilə bədii ya-
radıcılıqla məşğul olmuşdur. Onun indiyə kimi 42
kitabı nəşr edilmişdir.
Əsərləri rus, ingilis, alman, ispan, fransız və
fars dillərinə tərcümə olunmuşdur. Yaradıcılıq
uğurlarına görə “Araz” ali ədəbi və “Qızıl qələm”
yaradıcılıq mükafatlarına layiq görülmüşdür.
Ümumiyyətlə, Mərkəz Qacarın 16 mindən yu-
xarı təmsili, 2000-dən artıq rübaisi, 2000-dən artıq
lirik şeiri, 1000-nə qədər bayatısı, 500-dən artıq
qəzəli, 10 alleqorik pyesi, 8 tarixi dramı və 9 poe-
ması çap edilmişdir. “Metroda terror” sənədli po-
vesti 2004-cü ildə ilk dəfə işıq üzü görmüşdür.
Mərkəz Qacar ağır xəstəlikdən sonra, 2013-cü
il noyabr ayının 13-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Dədə Süleyman: poema /M.Qacar.- Bakı: Ulduz, 2004.- 40 s.
Metroda terror: sənədli povest /M.Qacar.- Bakı: Adiloğlu, 2004.- 116 s.
Təqib: dram /M.Qacar.- Bakı: Ulduz, 2004.- 108 s.
Abbasov, İ. Gecikmiş yazı: (Mərkəz Quliyev haqqında) /İ.Abbasov //Ədalət.- 2013.- 18 dekabr.- S.7.
10
14
53
Milli ədəbiyyat
95
illiyi
İslam Səfərli
1923-1974
FEVRAL
İslam Əhməd oğlu Səfərli 1923-cü
il fevral ayının 12-də Naxçıvan Mux-
tar Respublikasının Babək rayonunun
Şəkərabad kəndində anadan olmuşdur.
Naxçıvandakı 1 saylı məktəbi bitirmiş-
dir. Onun “Nizami yurdunda” adlı ilk
şeiri 1940-cı ildə “Ədəbiyyat qəzeti”ndə
dərc olunmuşdur.
1941-ci ildə Azərbaycan Dövlət Pe-
daqoji İnstitutunun Naxçıvan filialına
daxil olmuşdur. 1942-ci ildə könüllü
olaraq Böyük Vətən müharibəsinə get-
miş, 456-cı Qızıl Bayraqlı atıcı divizi-
yasında kəşfiyyatçı olmuşdur. Müharibə
illərində “Qızıl əsgər” və “Qırmızı bay-
raq” cəbhə qəzetlərində oçerk, məqalə
və şeirlərini çap etdirmişdir. Müharibə
illərində qələmə aldığı biri-birindən ma-
raqlı poemaları diqqəti çəkmiş, yadda-
qalan olmuşdur.
Döyüşlərdə ağır yaralandıqdan sonra
ordudan tərxis olunmuş, “Şərq qapısı”
qəzetində ədəbi işçi, Naxçıvan radio
komitəsində əməkdaş, eyni zamanda
“Azərbaycan gəncləri” qəzetinin xüsusi
müxbiri vəzifələrində işləmişdir.
1946-1951-ci illərdə Azərbaycan
Dövlət
Universitetinin
filologiya
fakültəsinin jurnalistika şöbəsində
təhsilini davam etdirmişdir. 1951-1952-
ci illərdə “Ədəbiyyat qəzeti”ndə poezi-
ya şöbəsinin müdiri kimi çalışmışdır.
İslam Səfərli oçerk, novella, libretto
və kinossenari, dramaturq, məqalələr
müəllifi kimi də tanınmışdır. Onun “İki
qardaş” (1950), “Badamlı kəndinin qızı”
(1955) oçerkləri, “Təzə qəsəbədə gülüş”,
“Məzhəkli itki” (1973) novellaları, “İki
könül bir olanda”(1947) balet-librettosu,
“Şərqin qalibləri” (1960), “Bir stəkan
çay” (1971) kinossenariləri və xeyli
sayda məqalələri dövrünün nəbzini tut-
maq baxımından çox əhəmiyyətlidir. O,
dramaturq kimi də böyük uğurlar qazan-
mışdır. “Göz həkimi”, “Ana ürəyi”, “Yol
ayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş
əfsanəsi” və s. müxtəlif vaxtlarda, ayrı-
ayrı bölgələrdə tamaşaya qoyulmuş, ta-
maşaçı rəğbəti qazanmışdır.
İslam Səfərli tərcüməçilik fəaliyyəti
ilə də məşğul olmuşdur. O, A.S. Puşkin,
M.M. Svetlov, S. Marşak, M. Kərim,
M. Tursunzadə, K. Koladze, Y. Dolma-
tovski və başqa tanınmış sənətkarların
əsərlərindən müvəffəqiyyətlə tərcümələr
etmişdir.
Yüzlərlə şeirinə musiqi bəstələnmiş,
“Bakı, sabahın xeyir”, “Zərif gülüşlüm”,
“Bir könül sındırmışam”, “Qonaq gəl
bizə”, “Bakılı qız”, “Nə vaxta qaldı”,
“Ana”, “Ay qaşı, gözü qara qız”, “Ağ xa-
latlı həkimlər”, “Gəncliyimi gəzirəm”,
“Aylı gecələr” və s. bu kimi mahnıları
dillər əzbəridir. İslam Səfərlinin 18 ki-
tabı işıq üzü görmüşdür.
Azərbaycan ədəbiyyatı qarşısın-
da xüsusi xidmətlərinə görə üçüncü
dərəcəli “Şərəf nişanı ordeni”, dörd
medalla təltif edilmişdir. 1973-cü ildə
“Əməkdar incəsənət xadimi” fəxri adı-
na layiq görülmüşdür.
İslam Səfərli 1974-cü il noyabr ayı-
nın 6-da vəfat etmiş, Fəxri Xiyabanda
dəfn olunmuşdur.
Adını əbədiləşdirmək məqsədi ilə
Xəzər dənizində üzən gəmilərin birinə
“İslam Səfərli” adı verilmişdir. Bakının
mərkəzi küçələrindən biri, Naxçıvanda
təhsil aldığı 1 saylı orta məktəb şairin
adını daşıyır. Bakıda yaşadığı binaya
(Həsən Seyidbəyli, 30) barelyefi-xatirə
lövhəsi vurulmuşdur. 2013-cü ildə adı-
na poçt markası buraxılmışdır.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri
/İ.Səfərli; tərt. ed.
H.Səfərli; ön sözün müəl.
V.Yusifli.- Bakı: Lider
nəşriyyat, 2005.-224 s.
Bakı, sabahın xeyir!:
seçilmiş əsərləri /İslam
Səfərli; şerləri topl., tərt.
ed. Hidayət Səfərli; red.
Sevda Mikayılqızı.- Bakı:
Ziya-Nurlan, 2004.- 347
s.
Göz həkimi: pyeslər
/İ.Səfərli.- Bakı: Yazıçı,
1980.-175 s.
Seyidzadə, T. İslam Səfərli
yaradıcılığına kiçik
baxış /T.Seyidzadə //Azad
Azərbaycan.- 2017.- 11
yanvar.- S. 7.
12
Şair, dramaturq