Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə14/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   10   11   12   13   14   15   16   17   ...   276

29

16

Mədəniyyət.Maarif.Təhsil

105  

illiyi

Cəbrayıl Hüseynov 

1913-1974

YANV

AR

Hüseynov  Cəbrayıl  Muxtar  oğlu 

1913-cü il yanvar ayının 16-da Şəki 

şəhərində  anadan  olmuşdur.  3  saylı 

orta məktəbi bitirdikdən sonra, bir il 

Ucar rayonunun Mollakənd pambıqçı-

lıq təsərrüfatında təlimatçı işləmişdir. 

Ağdam  Kənd  Təsərrüfatı  texniku-

munda təhsil almışdır. Təhsilini başa 

vurduqdan  sonra  1930-cu  ildə  Kiro-

vabaddakı (indiki Gəncə) Azərbaycan 

Kənd  Təsərrüfatı  İnstitutuna  daxil 

olmuş, 1934-cü ildə oranı fərqlənmə 

diplomu ilə bitirmişdir.

1934-1936-cı  illərdə  AKTİ-da 

assistent,  AETKİ-da  baş  elmi  işçi 

vəzifələrində çalışmışdır. Rəhbərliyin 

diqqətini  cəlb  etmiş,  Ümumittifaq 

elmi-tədqiqat  institutunun  aspirantu-

rasına  göndərilmişdir.  1939-cu  ildə 

aspiranturanı  bitirmiş,  namizədlik 

dissertasiyasını uğurla müdafiə edərək 

kənd  təsərrüfatı  elmləri  namizədi 

alimlik  dərəcəsi  almışdır.  SSRİ  EA-

nın  Azərbaycan  filialının  Rəyasət 

Heyətinin  sərəncamına  əsasən  EA-

nın  Azərbaycan  filialının  Torpaq-

şünaslıq  bölməsinin  baş  elmi  işçısı 

vəzifəsinə  təyin  edilmişdir.  1947-ci 

ildə  “Neft  emalı  sənayesinin  tullan-

tılarında gübrələr alınması və onların 

Azərbaycan  torpaqlarında  effektivli-

yi” mövzusunda dissertasiya müdafiə 

edərək kənd təsərrüfatı elmlər dokto-

ru elmi adını, 1948-ci ildə professor 

elmi rütbəsini almışdır.

C.Hüseynov  1944-cü  ildə  SSRİ 

EA-nın  Azərbaycan  filialının  Aqro-

kimya  institutunda  elmi  hissə  üzrə 

direktor  müavini  vəzifəsinə,  1945-

ci ildən isə Azərbaycan SSR EA-nın 

Torpaqşünaslıq və aqrokimya institu-

tuna rəhbər təyin olunmuşdur. 1952-

ci ilə dək burada çalışmışdır. 1952-ci 

il 26 aprel tarixində tutduğu vəzifədən 

çıxarılmış, bir müddət işsiz qaldıqdan 

sonra  Azərbaycan  EA-nın  Əkinçilik 

İnstitutunun 

labaratoriyalarından 

birində  baş  elmi  işçi  vəzifəsində 

işləməyə başlamış, beləliklə də, elmi-

tədqiqat fəaliyyətini davam etdirmiş-

dir.

Azərbaycan  Kənd  Təsərrüfatı 



Elmləri Akademiyasının  vitse  prezi-

denti, daha sonra Azərbaycan EA-nın 

Kənd  Təsərrüfatı  elmləri  şöbəsində 

akademik-katib  vəzifəsinin  icra-

çısı  təyin  edilmişdir.  1960-cı  ildə 

Azərbaycan  Elmlər  Akademiyasının 

həqiqi üzvü seçilmişdir.

C.Hüseynov  200  elmi  əsərin, 

o  cümlədən,  6  monoqrafiya  və  12 

müəlliflik  şəhadətnaməsinin  müəl-

lifidir. Onun rəhbərliyi altında 50-dən 

artıq  fəlsəfə  doktoru,  elmlər  dokto-

ru  elm  aləminə  vəsiqə  almışdır.  O, 

çoxsaylı  proseslərin  və  sənayedə 

tətbiq  olunan  ixtiraların  müəllifidir. 

C.Ə.Hüseynov  1959-cu  ildə  Sumqa-

yıt  şəhərindən  Azərbaycan  SSR  Ali 

Sovetinə deputat seçilmişdir.

Neft  sənayesi  tullantılarından 

üzvi  gübrələrin  alınması  və  kənd 

təsərrüfatında  istifadə  edilməsi  üz-

rə  elmi  işlərə  görə    1950-ci  ildə 

C.Hüseynov  SSRİ  Dövlət  (Stalin) 

mükafatına  ,  SSR-in  “Əməkdar  elm 

xadimi”  fəxri  adına  layiq  görülmüş-

dür. 1943-1951-ci illərdə 2 dəfə “Şərəf 

nişanı” ordeni, 5 müxtəlif medallarla  

təltif edilmişdir.

Akademik  Cəbrayıl  Hüseynov 

1974-cü il dekabr ayının 14-də Bakı 

şəhərində vəfat etmişdir.

Ə d ə b i y y a t

 

Hacıyeva, Z. Əfsanəvi 

insan: akademik Cəbrayıl 

Muxtar oğlu Hüseynovun 

100 illik yubileyinə həsr 

olunur /Z.Ə.Hacıyeva 

(ilkin materialları topl.); 

ilkin materialları topl. 

H.Ə.Bayramova; fondu 

yaratdı A.F.Rzayeva.-Bakı, 

2013.- 221, [3] s.

Hacıyeva, Z. Yaddaşlarda 

iz qoyan alim: Akademik 

Cəbrayıl Hüseynov Nobel 

Mükafatına layiq görülə 

bilərdi /Zemfira Hacıye-

va; müsahibəni apardı 

R.Niyazoğlu //Kaspi.- 

2013.- 24 yanvar.- S.11.

Seyidzadə, T. Cəbrayıl 

Hüseynovun 100 illik 

yubileyi qeyd olunub /

Tofiq Seyidzadə //Azad 

Azərbaycan.- 2013.- 29 

sentyabr.- S.7.

Zamanov, P. Böyük insan 

və alim /P.Zamanov //Elm.- 

2013.- 19 iyul.- S. 8.

Akademik



30

Mədəniyyət.Maarif.Təhsil

Mehdi Mehdizadə 

1903-1984     

YANV

AR

Mehdi Məhəmməd oğlu Mehdizadə 

1903-cü il yanvar ayının 18-də Cəbrayıl 

rayonunun Daşkəsən kəndində anadan 

olmuşdur. 1919-cu ildə Daşkəsən kənd 

ibtidai məktəbini bitirmiş və Daşkəsən 

kənd  qiraət  komasının  müdiri  kimi 

əmək fəaliyyətinə başlamışdır. 

1921-ci  ildə  6  aylıq  pedaqoji  kur-

su bitirərək I dərəcəli Daşkəsən kənd 

məktəbində  müəllim  işləməyə  başla-

mışdır.  1924-cü  ildə  isə  Azərbaycan 

Pedaqoji İnstitutunun fizika-riyaziyyat 

fakültəsinə  qəbul  olmuşdur.  1926-cı 

ildə Azərbaycan  Pedaqoji  İnstitutunu 

bitirmiş M.Mehdizadə Qaryagin (indi-

ki Füzuli) şəhərində II dərəcəli məktəbə 

fizika  və  riyaziyyat  müəllimi  kimi 

göndərilmişdir.  1927-ci  ildə  Cəbrayıl 

qəza Xalq Maarif Şöbəsi yanında Me-

todika bürosunun rəhbəri, 1930-cu ildə 

Azərbaycan SSR Xalq Maarifi Komis-

sarlığı İctimai Tərbiyə Baş İdarəsinin 

elmi katibi, daha sonra Xalq maarifi ko-

missarının birinci müavini Ayna Sulta-

novanın köməkçisi təyin edilən Mehdi 

Mehdizadə  Azərbaycan  Dövlət  Elmi 

Tədqiqat Məktəblər İnstitutunun aspi-

ranturasına daxil olmuşdur. Elə həmin 

vaxtdan Azərbaycan  Dövlət  Pedaqoji 

İnstitutunda  elmi-pedaqoji  fəaliyyətə 

başlamış,  pedaqogika  tarixinə,  mü-

asir  təlim-tərbiyə  məsələlərinə  aid 

məqalələrlə dövri mətbuatda çıxış et-

mişdir.  1956-cı  ildə  pedaqoji  elmlər 

doktoru alimlik dərəcəsi almış, 1967-ci 

ildə SSRİ Pedaqoji Elmlər Akademiya-

sının həqiqi üzvü seçilmiş, 1952-1980-

ci illərdə - 23 il Azərbaycan Respub-

likasının  Maarif  naziri  vəzifəsində 

çalışmışdır.  Akademik  Mehdi  Meh-

dizadənin 

“Azərbaycanda 

sovet 


məktəbinin  tarixinə  dair  xülasələr” 

(Azərbaycan  və  rus  dillərində.  Bakı, 

1959;  Moskva,  1962),  “Azərbaycan  

xalq  maarifi  yeni  yüksəlişdə”  (Bakı, 

1967),  “Azərbaycan  xalq  maarifinin 

sürətli  inkişafı”  (Azərbaycan  və  rus 

dillərində,  Bakı,  1980),  “Ümumtəhsil 

məktəblərində  təlim-tərbiyə  prose-

sinin  yolları”  (Bakı,  1982)  kimi  iri-

həcmli  monoqrafiyaları  və  yüzdən 

artıq  məqaləsi  Azərbaycan  pedaqo-

gika  elminin  inkişafında  sanballı  yer 

tutur. Azərbaycanın  maarif  sahəsində 

səmərəli  və  uğurlu  xidmətlərinə  görə  

1959-cu  ildə  SSRİ  maarif  əlaçısı, 

1960-cı ildə “Lenin”, 3 dəfə “Qırmızı 

Əmək Bayrağı” ordenləri (1966, 1971, 

1976),  böyüməkdə  olan  nəslin  təlim-

tərbiyəsinə görə 1973-cü ildə “Krups-

kaya”,  “Əmək  veteranı”  medaları, 

SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin 

Fəxri  Fərmanı  (1980,  1981)  ilə  təltif 

edilmişdir.  1982-ci  ildə  Azərbaycan 

SSR-in  “Əməkdar  elm  xadimi”  fəxri 

adına layiq görülmüşdür.

Mehdi  Mehdizadə  1984-cü  il  may 

ayının 1-də Bakıda vəfat etmişdir. 

Bakı    şəhərinin    mərkəzi  küçələ-

rindən biri akademikin adını daşıyır. 

Ə d ə b i y y a t

Azərbaycanda xalq 

maarifinin sürətli inki-

şafı /M.M.Mehdizadə, 

T.Ə.Allahverdiyev, 

Q.H.Əliyev; [tərc. ed. 

M.Əbdülov, A.Həsənov; red. 

B.Eyvazov].- Bakı: Maarif, 

1980.- 270, [5] s.

Ümumtəhsil məktəblərində 

təlim - tərbiyə prosesinin 

təkmilləşdirilməsi yolları 

/M.M.Mehdizadə; elmi red. 

Ə.Ağayev.- Bakı: Maarif, 

1982.- 381, [3] s

Akademik Mehdi Mehdizadə: 

biblioqrafiya /tərt. ed. və ön 

söz. müəl. H.Musayev; red. 

T.İsmixanova, F.Abdinzadə; 

Respublika Elmi-Pedaqoji Ki-

tabxanası.- Bakı: Öyrətmən, 

1992.- 60 s. 

Akademik Mehdi Mehdizadə 

ömrünün işığı: anadan olma-

sının 110 illiyi münasibətilə    

/nəşrə haz.: V.C.Xəlilov, 

H.A.Musayev; elmi red. 

Ə.Ağayev.- Bakı: Nərgiz, 

2012.- 443, [1] s.

Cəbrayıloğlu, Z. Akademik 

Mehdi Mehdizadə -110 /Za-

min Cəbrayıloğlu //İki sahil.-

2013.- 18 yanvar.- S. 21.

18

115 

illiyi

Akademik



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə