Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə12/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   8   9   10   11   12   13   14   15   ...   276

25

Tarix

Teymur Bünyadov 

1928  

YANV

AR

Teymur  Əmiraslan  oğlu  Bünyadov 

1928-ci  il  yanvar  ayının  20-də  Qazax 

rayonunun  Şıxlı  kəndində  anadan  ol-

muşdur. 

Orta  məktəbi  qızıl  medalla  bitirib, 

1946-1951-ci illərdə Azərbaycan Dövlət 

Universitetinin tarix fakültəsində təhsil 

almış, sonra SSRİ Elmlər Akademiya-

sının  Maddi  Mədəniyyət  Tarixi  İnsti-

tutunun  aspiranturasına  daxil  olmuş-

dur.  Qafqazşünas  alim  Y.İ.Krupnovun 

rəhbərliyi  altında  namizədlik  disser-

tasiyası  müdafiə  edərək  tarix  elmləri 

namizədi alimlik dərəcəsi almışdır. 

1955-ci  ildə  vətənə  dönən  T.Bün-

yadov    elmi  fəaliyyətini  Azərbaycan 

Elmlər  Akademiyasının  Tarix  İnsti-

tutunda  davam  etdirir.  1960-cı  ildə 

irihəcmli  “Azərbaycan  arxeologiyası 

oçerkləri” adlı kitabı çap olunur. Res-

publikada bu mövzuda ilk dəfə  qələmə 

alınan  bu  monoqrafiyada  Azərbaycan 

xalqının dünyanın ən qədim və mədəni 

xalqlarından biri olduğu tutarlı dəlillərlə 

sübuta yetirilir. 

1968-ci  ildə  “Azərbaycanın  qədim 

və  orta  əsrlərdə  təsərrüfat  həyatı” 

mövzusunda  doktorluq  dissertasiya-

sı  müdafiə  edərək,  arxeologiya  və  et-

noqrafiya  elmləri  sahəsində  respubli-

kada  ilk  tarix  elmləri  doktoru  alimlik 

dərəcəsi almış, 1970-ci ildə isə profes-

sor  elmi  rütbəsinə  layiq  görülmüşdür. 

Taleyini  elmə  bağlayan  bu  zəhmətkeş 

alim 1989-cu ildə Azərbaycan EA-nın 

müxbir  üzvü,  2001-ci  ildə  isə  həqiqi 

üzvü seçilmişdir.

T.Bünyadov elmi fəaliyyətini 1993-

cü  ildən  Arxeologiya  və  Etnoqrafiya 

İnstitutunda davam etdirir.

Azərbaycan  arxeologiya  və  etnoq-

rafiya  elminə  aid  29  monoqrafiyanın, 

1000-ə  yaxın  məqalənin  müəllifi  olan 

akademik T.Bünyadovun əsərləri təkcə 

respublikamızda  deyil,  onun  hüdudla-

rından uzaqlarda - Türkiyə, İran, Rusi-

ya, Ukrayna, Norveç kimi ölkələrdə də 

çap edilmişdir. 

Akademik  T.Ə.Bünyadov  təkcə  ta-

rixçi-etnoqraf alim deyil, həm də folk-

lorşünas, nasir və şairdir. Onun 1991-ci 

ildə yüksək tirajla nəşr edilən “Göz yaş-

ları”  romanı,  “Xan  çinar  kölgəsində”, 

“Anam birdi, vətən tək”, “Başı çalmalı 

dağlar”  adlı  üçcildlik  bayatı  kitabları 

oxucuların  böyük  sevgisi  ilə  qarşılan-

mışdır. 


  Onun  rəhbərliyi  altında  7  elmlər 

doktoru, 25-dən çox elmlər namizədi-

fəlsəfə doktoru yetişmişdir.

T.Bünyadov  1995-ci  ildə  I  çağı-

rış  Azərbaycan  Respublikası  Milli 

Məclisinə    deputat  seçilmiş,  Elm  və 

Təhsil  Məsələləri  Daimi  Komissiyası-

nın  sədri,  eyni  zamanda  Azərbaycan-

İrlandiya parlamentlərarası komissiya-

sının sədri olmuşdur.

“AMEA-nın Xəbərləri (tarix, fəlsəfə 

və  hüquq  seriyası)”,  “Tarix  və  onun 

problemləri”, “İpək yolu”, “Təkamül”, 

“Müasir mədəniyyətşünaslıq” və “Qa-

rapapaqlar” jurnallarının redaksiya he-

yətinin üzvüdür.

Akademik Teymur Bünyadov 2005-

ci ildə Azərbaycan Respublikası Prezi-

denti cənab İlham Əliyevin sərəncamı 

ilə  “Şöhrət”  ordeni  ilə  təltif  edilmiş, 

2008-ci ildə isə “Əməkdar elm xadimi” 

fəxri adına layiq görülmüşdür.



Ə d ə b i y y a t

Anam birdi, Vətən tək...: 

2 cilddə /T.Bünyadov; 

tərt. ed. və red. 

Z.M.Hüseynova; AMEA 

Arxeologiya və Etnoqra-

fiya İn-tu, AMEA Folklor 

İn-tu.-Bakı: [Səda], 

2004.- C.1.- 341 s. 

Azərbaycan etnoqrafi-

yası: 3 cilddə /baş red. 

T.Bünyadov; red. hey.: 

M.Rəhimova və b.; AMEA 

Arxeologiya və Etnoqra-

fiya İn-tu.- Bakı: Şərq-

Qərb, 2007.- C.I- 543 s.; 

C.II.- 384 s.; C.III.- 567 s.

Yazan belə yazıbmış...:[15 

iyul Türkiyə hadisələri 

haqqında] /Teymur 

Bünyadov //525-ci qəzet.- 

2016.- 6 oktyabr.- S.7.

Cəbiyev, Q. Arxeologiya 

və etnoqrafiya elmimizin 

ağsaqqalı: Akademik Tey-

mur Bünyadov - 85 /Qafar 

Cəbiyev    //Xalq qəzeti.- 

2014.- 7 fevral.- S.5.

Musaqızı, L. Mübarizə

alın təri, yuxusuz gecələr... 

/Lalə Musaqızı //Kaspi.- 

2015.- 23 yanvar.- S.21.

20

90 

illiyi

Akademik


26

Mədəniyyət.Maarif.Təhsil

Abdulla Bəy Divanbəyoğlu

1883-1936    

Zərbəli Səmədov 

1908-1979 

YANV

AR

Abdulla  Vəlağa  oğlu  Sübhanverdixanov  (

Ab-

dulla bəy Divanbəyoğlu) 1883-cü il yanvar ayının 



1-də Qazax mahalının Hüseynbəyli kəndində ana-

dan olmuşdur. İbtidai təhsilini Qazaxda almış, 1898-

1903-cü illərdə Zaqafqaziya (Qori) müəllimlər se-

minariyasında oxumuşdur. Bir müddət Batum və 

Bakı ibtidai məktəblərində müəllimlik etmişdir.

Azərbaycan  Xalq  Maarifi  Komissarlığında 

müxtəlif vəzifələrdə çalışmış, 1923-1927-ci illərdə 

Azərbaycan  Dövlət  Arxivinin  müdiri  işləmişdir. 

1927-1930-cu illərdə A.Şaiq adına Pedaqoji Tex-

nikumunda  müdir  müavini,  1930-1935-ci  illərdə 

Azərbaycan  Dövlət  Sənaye  İnstitutunda assistent 

vəzifələrində çalışmışdır.

Bədii yaradıcılığa gənc yaşlarından başlamışdır. 

1923-1928-ci  illərdə ADU-nun  tarix  fakültəsinin 

Şərq şöbəsində təhsilini davam etdirmişdir. 1930-

cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət 

Elmi-Tədqiqat  İnstitutunun  tarix  və  etnoqrafiya 

şöbəsinin müdiri işləmişdir. Azərbaycan tarixinin 

öyrənilməsində,  folklor  və  etnoqrafiya  material-

larının  toplanması  və  tədqiqində  xidmətləri  var-

dır.  Dövri  mətbuatda  məqalələri  və  elmi-kütləvi 

əsərləri  dərc  olunmuşdur.  “Can  yanğısı”  (1958), 

“Şahzadə və Əbdül” (1966) və “Seçilmiş əsərləri” 

(1981) kütləvi tirajla nəşr edilmişdir.

Abdulla  bəy  Divanbəyoğlu  1936-cı  il  yanvar 

ayının 6-da vəfat etmişdir.

Zərbəli Mirzağa oğlu Səmədov 1908-ci il yan-

var ayının 1-də Bakı şəhərində anadan olmuşdur.  

1927-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirmiş, 

Bakının Binəqədi kəndindəki 2 nömrəli məktəbə 

təyinat  almışdır.  1934-cü  ildə  Əli  Sultanlının  

məsləhəti ilə Bakıdakı “Qırmızı bayraqlı nümunə 

məktəbinə”  göndərilmişdir.  1936-1941-ci  illərdə 

Azərbaycan  Dövlət    Pedaqoji  İnstitutunda  təhsil 

almışdır. 

Dərs deməklə bərabər respublika mətbuatında 

özünün  iş  təcrübəsindən  bəhs  edən  məqalələrlə 

çıxış etmişdir. Pedaqoji sahədəki çıxışlarına görə 

1945-ci ildə BXMŞ-nin dil və ədəbiyyat metodis-

ti vəzifəsinə təyin edilmişdir. Metodist işləməklə 

bərabər  Bakı  şəhəri  190  nömrəli  orta  məktəbdə 

də  dərs  demişdir.  Bununla  yanaşı  Azərbaycan 

DETPİ-nun  ştatdankənar  elmi  işçisi  olmuşdur. 

İnstitutun  dil-ədəbiyyat  şöbəsində  hazırlanan 

əsərlərin  müzakirəsində  fəal  iştirak  etmiş  və  la-

zımi  məsləhətlər  vermişdir.  Z.Səmədov  Rus 

məktəblərinin 9-cu sinifləri üçün “Azərbaycan dili” 

dərsliyinin  (1958-1978),  “Rusca-azərbaycanca 

danışıq  kitabı”nın  (1964,  1969),  “8-ci  sinifdə 

ədəbiyyat  dərsləri”  metodik  vəsaitinin  (1971) 

müəlliflərindən biridir. 

Pedaqoji  sahədəki  fəaliyyətinə  görə  1960-cı 

ildə  Azərbaycanın  “Əməkdar  müəllim”,1968-ci 

ildə  “Sosialist  Əməyi  Qəhrəmanı”  fəxri  adlarına 

layiq görülmüşdür. “Lenin”, 2 dəfə “Şərəf nişanı” 

ordenləri,  2  dəfə  “Əmək  igidliyinə  görə”  medalı 

ilə, “Qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif 

olunmuşdur.

Z.Səmədov 1979-cu il oktyabr ayının 4-də Bakı 

şəhərində  vəfat etmişdir.



Ə d ə b i y y a t

Seçilmiş əsərləri /A.Divanbəyoğlu; tərt.ed. və ön sözün müəl. İ.Bəktaşi.- Bakı: Şərq-Qərb, 2006.- 184 s.

Bəktaşi, İ. Abdulla bəy Divanbəyoğlu /İ.H.Bəktaşi; [red. T.Cəmilova; rəssamı N.Rəhimov].- Bakı: Gənclik, 1984. -157 s.

Umudlu, İ. Abdulla bəy Divanbəyoğlunun nəsil şəcərəsi /İsmayıl Umudlu //AMEA-nın Xəbərləri: Humanitar elmlər seriyası.- 2016.- № 

1.- S.57-61.

Ə d ə b i y y a t

Səmədov, Z. Bakı şəhərindəki 190 nömrəli məktəbin müəllimi, Sosialist Əməyi Qəhrəmanı Zərbəli Səmədovun çıxışı:[Müəllimlərin IX 

qurultayında] /Zərbəli Səmədov //Azərbaycan məktəbi.-2014.- № 1.- S.105-106.

1

135 

illiyi

110 

illiyi

Pedaqoq

Pedaqoq

1


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə