Kbt я25 uot (059) Baş redaktor


Riyaziyyat.Fizika.Astronomiya 110



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə17/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   13   14   15   16   17   18   19   20   ...   276

35

Riyaziyyat.Fizika.Astronomiya

110 

illiyi

Lev Davidoviç Landau 

1908-1968    

YANV

AR

Lev  Davidoviç  Landau  1908-ci  il 

yanvar  ayının  22-də  Bakıda  yəhudi 

ailəsində anadan olmuşdur. 

Landau 13 yaşında gimnaziyanı  bi-

tirmiş, universitetə yaşı çatmadığından, 

Bakı  İqtisadiyyat  Texnikumuna  qəbul 

olunmuşdur.  1922-ci  ildə  cəmi  14  ya-

şında  ikən  Bakı  Dövlət  Universitetinə 

daxil olmuşdur. Burada o, eyni zaman-

da  iki  fakültədə  -  fizika-riyaziyyat  və 

kimya  ixtisasları  üzrə  təhsil  almışdır. 

1924-cü ildə Leninqrad Universitetinin 

fizika fakültəsinə göndərilmiş və buranı 

1927-ci ildə bitirmişdir. Daha sonra Le-

ninqrad Fizika-Texniki İnstitutunda as-

pirant təhsilini davam etdirmiş və cəmi 

21  yaşında  doktor  dərəcəsini  almışdır. 

1929-cu ildə Landau ilk dəfə Avropaya 

getmək imkanı əldə etmişdir. Götingen 

və  Leypsiqdə  qısamüddətli  dayandıq-

dan  sonra  Kopenhagenə  yollanmış  və 

burada  Nils  Borun  Nəzəri  Fizika  İns-

titunda  çalışmışdır.  Kopenhagendən 

sonra o Kembridc və Zürixə yollanmış 

və yenidən Sovetlər Birliyinə qayıtmış-

dır.  1932-1937-ci  illər  ərzində  Landau 

Xarkov  Mexanika  və  Maşınqayırma 

İnstitutunun  Nəzəri  fizika  kafedrasına 

rəhbərlik etmişdir. 1936-1937-ci illərdə 

Lev  Landau  “Fazaların  ikinci  növ 

dəyişmələri”  və  “Yüksəkkeçiricilərin 

aralıq vəziyyəti” nəzəriyyələrini yarat-

mış, bu problemlərə həsr olunmuş elmi 

məqalələrlə  çıxış  etmişdir.  Elə  Xar-

kovda işlədiyi dövrdə dostu və keçmiş 

tələbəsi  Y.M.Lifçitzlə  birgə  on  cildlik 

məşhur “Nəzəri Fizika Kursu” kitabını 

yazmışdır.

1937-ci  ildə  bütün  ölkəni  bürü-

müş  repressiyalar  dahi  alimdən  də 

yan  ötməmişdir.  Əvvəlcə  Xarkovdan 

Moskvaya  gələn  alim  1938-ci  ilin  17 

aprel  tarixində  təhlükəsizlik  xidməti 

tərəfindən  saxlanılmış  və  1939-cu  il 

aprel  ayının  19-na  qədər  həbsdə  sax-

lanılmışdır.  Landaunun  həbsini  eşidən 

Nils  Bor  dəhşətə  gəlmiş  və  onun  fizi-

ka üçün, dünya elmi üçün nə dərəcədə 

əhəmiyyətli olduğu barədə İosif Stalinə 

məktub göndərərək azad edilməsini xa-

hiş  etmişdir.  Onun  və  həmkarı  Pyort 

Ksapitsanın  Stalinə  yazdığı  məktublar 

müqabilində Lev Landau 1939-cu il ap-

rel ayının 29-da azadlığa buraxılmışdır.

1946-cı ildə SSRİ EA-nın akademi-

ki  seçilmişdir.  1956-cı  ildə  “Sosialist 

Əməyi  Qəhrəmanı”  fəxri  adına  layiq 

görülmüşdür.

Landau  1962-ci  il  yanvar  ayının 

7-də ciddi avtomobil qəzasına uğramış, 

həmin  ilin  noyabrında  Nobel  mükafa-

tına  layiq  görülməsi  barədə  teleqram 

almışdır.  Nobel  Komitəsinin  tarixində 

ilk dəfə olaraq xüsusi hal kimi məşhur 

fizik  Lev  Landaunun  Stokholma  gedə 

bilməməsi  nəzərə  alınmış  və  İsveçin 

Moskvada  olan  səfiri  Nobel  mükafatı-

nı xəstəxanada ona təqdim etmişdir. O, 

bir  daha  tamamilə  sağala  bilməmiş  və 

əvvəlki fəaliyyətini dayandırmışdır. 

Dahi  fizik  1968-ci  il  aprel  ayının 

1-də Moskva şəhərində vəfat etmişdir.

Ə d ə b i y y a t

Nəzəri fizika 

/L.D.Landau, E.M.Lifşıs; 

rus dilindən tərc. ed. 

Ə.Q.Ağamalıyev.- Bakı: 

Elm, 2014.- Cild 1: Me-

xanika.- 208 s.

Mustafayev, O. Bakılı 

Nobel mükafatı laure-

atı: Lev Landau-Sovet 

fizika elminə əbədi şöhrət 

gətirmiş alim /Oruc 

Mustafayev //Azərbaycan 

müəllimi.- 2011.- 2 de-

kabr.- S.15.

Nobel mükafatı al-

mış yeganə bakılı 

balası:Amma mükafatı 

almağa gedə bilmədi...   

//Azadlıq.-2014.- 25 

sentyabr.- S.11.

Tumas, İ. Divanə və dahi 

Lev Landau /İlhamTumas 

//Azad Azərbaycan.-

2012.- 26 sentyabr.- S.6.

Сборник /Ландау.- М.: 

Наука, 1978.- 114 с.

22

Akademik



36

Kimya.Biologiya.Tibb

95  

illiyi

100 

illiyi

Zəhra Quliyeva 

1923-2005 

Mirvari Tağıyeva 

1918-1969

YANV

AR

Quliyeva  Zəhra Tahir qızı 1923-cü 

il  yanvar  ayının  18-də  Bakı  şəhərində 

anadan olmuşdur. 

1944-cü ildə Azərbaycan Tibb İnsti-

tutunu  (indiki ATU)  bitirmişdir.Həmin 

ildən  institutun  göz  xəstəlikləri  kafed-

rasında ordinator, assistent, dosent, pro-

fessor  və  kafedra  müdiri  vəzifələrində 

işləmişdir. 

1958-ci ildə namizədlik, 1967-ci ildə 

isə  doktorluq  dissertasiyasını  müdafiə 

etmişdir.Həmin illərdən institutda deka-

nın əvəzedicisi, tədris işləri üzrə prorek-

tor, 1972-1983-cü illərdə rektor, 1975-ci 

ildən Azərbaycan  Oftalmoloqları  Elmi 

Cəmiyyətinin  sədri,  “Sevil”  Qadınlar 

Məclisi  sədrinin  müavini,  Bakı  şəhər 

Sanitariya-təmizlik Məsələləri üzrə Ko-

missiyanın  sədri,  1998-2005-ci  illərdə 

isə  Azərbaycan  Respublikası  Qadın 

Problemləri  üzrə  Dövlət  Komitəsinin 

sədri vəzifələrində çalışmışdır.

Tədqiqatı,  əsasən,  traxoma,  gö-

zün  refraksiyası,  rəng  duyğusu  və  ona 

müxtəlif  amillərin  təsiri,  tor  qişa  və 

görmə  siniri  xəstəliklərində  görmə  or-

qanının  funksiyasının  öyrənilməsinə 

həsr olunmuşdur. 

150-dən artıq elmi işin, 3 monoqra-

fiya, dərslik və bir neçə dərs vəsaitinin, 

ixtira  və  səmərələşdirici  təkliflərin 

müəllifidir.SSRİ  Ali  Sovetinin  (8  və 

9-cu  çağırış)  və  Bakı  şəhər  Sovetinin 

deputatı olmuşdur. Amerika Bioqrafiya 

İnstitutu tərəfindən “2001-ci ilin qadını” 

seçilmişdir.  “Qırmızı  Əmək  Bayrağı”, 

“Şərəf nişanı”, Azərbaycan Respublika-

sının  “Şöhrət”  ordenləri  və  medallarla 

təltif edilmişdir. “Əməkdar elm xadimi” 

fəxri adına layiq görülmüşdür.

Görkəmli oftalmoloq və ictimai xa-

dim  Zəhra  xanım  Quliyeva  2005-ci  il 

noyabr ayının 28-də vəfat etmişdir.

Mirvari  Məmməd  qızı  Tağıye-

va  1918-ci  il  yanvar  ayının  20-də 

Xankəndində anadan olmuşdur. 

Azərbaycan  Tibb  İnstitutunu  bitir-

miş,  həmin  institutun  1-ci  hospital-

cərrahiyyə  kafedrasında  assistent,  do-

sent  vəzifələrində  işləmişdir.  1969-cu 

ildən  fakültə  və  hospital-cərrahiyyə 

kafedrasının professoru olmuşdur.

M.Tağıyeva  əsasən,  öd  yollarının 

fəsadlarına,  qara  ciyər  və  qarın  boş-

luğu  orqanlarının  cərrahi  müalicəsinə 

həsr olunmuş tədqiqatların müəllifidir.

Qaraciyər və öd yollarının diaqnostika-

sında ilk dəfə olaraq radioizoton üsu-

lundan M.Tağıyeva istifadə etmişdir.

1969-cu  ildə  tibb  elmləri  doktoru, 

1970-ci ildə isə professor elmi rütbəsinə 

layiq görülmüşdür.

Mirvari Tağıyeva 1969-cu ildə Ba-

kıda vəfat etmişdir.

Ə d ə b i y y a t

Göz xəstəlikləri: 

Tibb İnstitutu üçün 

dərslik /Z.Quliyeva, 

P.H.Zairova.- Bakı: 

Maarif, 1987.- 280 s.

Şahsevənli, Z. Onun 

böyük ürəyi /Zülfü-

qar Şahsevənli //Azad 

Azərbaycan.- 2013.- 1 

dekabr.- S.7.

Ə d ə b i y y a t

Оcложнения желчно-каменной болезни /М.Тагиева.- Б., 1978.

Tağıyeva Mirvari Məmməd qızı //Azərbaycan Sovet Ensiklopediyası.- Bakı, 1986.- С. 9.- S.122.

18

18

Oftalmoloq

Cərrah

20



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə