47
Musiqi.Opera.Balet
80
illiyi
Məmməd Quliyev
1936-2001
FEVRAL
Məmməd Mehdi oğlu Quliyev 1936-
cı il fevral ayının 9-da Göyçay rayonun-
da anadan olmuşdur.
1958-ci ildə Bakı Musiqi Texniku-
munu tar sinfi üzrə bitirərək Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Konservato-
riyasına - Qara Qarayevin sinfinə daxil
olmuşdur. 1963-cü ildə diplom işi kimi
təqdim etdiyi ilk irihəcmli əsəri - I sim-
foniyası, Dövlət imtahan komissiyası
tərəfindən yüksək qiymətləndirilmişdir.
XX əsrin 60-cı illərində yaradıcılıq yo-
luna qədəm qoyan bəstəkarın maraqlı,
orijinal və yüksək bədiiliyi ilə seçilən
əsərləri nəinki respublikamızda, habelə
onun hüdudlarından kənarda da musi-
qi ictimaiyyətinin diqqətini cəlb etmiş,
əsərləri Ümumittifaq müsabiqələrdə,
qurultay və plenumlarda uğurla səslən-
mişdir. Məmməd Quliyev 30 ildən
artıq pedaqoji fəaliyyətlə məşğul ol-
muş, A.Zeynallı adına Bakı Musi-
qi Kollecində alətşünaslıq, dirijorluq
fənlərini tədris etmişdir. İctimai musiqi
xadimi kimi Məmməd Quliyev 1966-cı
ildən Azərbaycan Bəstəkarlar İttifaqının,
İdarə Heyətinin üzvü, habelə “Simfonik
musiqi bölməsi”nin fəal üzvlərindən biri
olmuşdur.
Xalq mahnılarının melodiya və for-
masını götürüb özünəməxsus şəkildə
orkestrləşdirən M.Quliyev, ilk dəfə olaraq
Azərbaycan bəstəkarları arasında məhz
xalq mahnılarından ibarət “7 Azərbaycan
xalq mahnısı” (“Dəli ceyran”, “Süsən
sünbül”, “Yaxan düymələ” və s.) adlı
irihəcmli silsilə mahnı bəstələmiş və onu,
bu əsərin ilk ifaçısı, Əməkdar incəsənət
xadimi, müğənni R.Adıgözəlova ithaf
etmişdir. M.Quliyevin 20 pyesdən ibarət
olan “Fortepiano üçün albom” əsərində
bəstəkar hər muğamı bir pyes şəklində
təqdim etmişdir.
M.Quliyev “Aldanmış ulduzlar”
(M.F.Axundovun povesti əsasında) ope-
rasının, 7 simfoniyanın, instrumental
konsertlərin, irihəcmli xor əsərlərinin, o
cümlədən “Dədə Qorqud diyarı” (Fikrət
Qocanın sözlərinə) kantatasının, “Şəbi-
hicran” (Füzulinin sözlərinə) lirik po-
emanın, kamera-instrumental əsərlərin
müəllifidir. Xocalı qurbanlarına həsr
olunmuş faciəli “Simfoniya-rekviyem”
isə yaşanan ağrılı-acılı hisslərin ifadəsi
kimi dəyərləndirilir. Bəstəkar, şair
F.Qocanın sözlərinə yazdığı 5 solist,
qarışıq xor və simfonik orkestr üçün
“Azərbaycan” adlı III simfoniyasındakı
solo vokal partiyalarda qədim mərasim
mahnısı olan ağıdan bacarıqla və yaradı-
cı şəkildə istifadə etmişdir.
Yaradıcılığında daim muğam ənənə-
lərinə müraciət etmiş bəstəkar xüsusilə
simfonik yaradıcılığında bu üsuldan ge-
niş istifadə etmişdir. Onun 4 saylı “Mu-
ğam” simfoniyası, Kamera orkestri üçün
“Muğamsayağı” əsərini göstərmək olar.
Görkəmli bəstəkar 1992-ci ildə
“Azərbaycanın Əməkdar incəsənət xadi-
mi” fəxri adına layiq görülmüşdür.
Məmməd Quliyev 2001-ci il oktyabr
ayının 2-də Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t
“Dədə Qorqud diyarı”
-Azərbaycan [Notlar]:
bariton, soprano, xor və
simfonik orkestr üçün
bir hissəli oratoriya
/M.Quliyev.-Bakı, 2002.-
32 s.
Simfoniya-rekviyem
(Xocalı şəhidlərinə)
[Notlar] /M.Quliyev.-
Bakı, 1994.-22 s.
“Şəbi-hicran” [Not-
lar]: xor və simfonik
orkestr üçün romantik
poema /M.Quliyev; söz.
Füzuli.-Bakı, 2002.-19 s.
Yaxan düymələ: Xalq
mahnısı [Notlar] /M.
Quliyev .-Bakı, 1995.-
18 s.
İsmayılova, G. Milli
musiqi mədəniyyətimizin
görkəmli nümayəndəsini
xatırlarkən... Məmməd
Quliyev - 75// 525-ci
qəzet.- 2011.- 12 may.-
S.6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.heydar-aliyev-
foundation.org
www.musigi-dunya.az
9
Bəstəkar
48
105
illiyi
Bəhram Mansurov
1911-1985
FEVRAL
Bəhram Məşədi Süleyman bəy oğlu
Mansurov 1911-ci il fevral ayının 12-
də Bakıda anadan olmuşdur. Bəhram
Mansurov uşaqlıqdan evlərində təşkil
olunan musiqi məclislərinin şahidi
olub. Babası Məşədi Məlik bəy dövrü-
nün açıq fikirli şəxslərindən biri, həm
də istedadlı musiqişünas, mahir çalğıçı
idi. Onun tara, musiqiyə olan həvəsini
görən atası Məşədi Süleyman Bəhrama
həmişə deyərmiş: “Mən hiss edirəm ki,
sən tarı birdən-birə çalacaqsan. Sənə
öyrətmək lazım deyil”. Doğrudan da
Bəhram 8 yaşından tarı sinəsinə ba-
saraq uşaq arzularını tarın kövrək
tellərinə kökləyir.
Bəhram Mansurovun 19 yaşı olan-
da Müslüm Maqomayev onu ilk notlu
xalq çalğı alətləri orkestrinə, daha son-
ra isə Opera və Balet Teatrına solist-
tarzən kimi dəvət etmişdir.
1929-cu ildən Azərbaycan Dövlət
Şərq Orkestrində, sonralar 1931-ci
ildə Azərbaycan Radiosu Xalq Çalğı
Alətləri Orkestrində fəaliyyət göstər-
miş, Azərbaycan Dövlət Filarmoni-
yasının solisti olmuş, 1932-ci ildə isə
Opera və Balet Teatrında Hüseynqulu
Sarabski, Yavər Kələntərli, Hüseyna-
ğa Hacıbababəyov, Əlövsət Sadıqov,
Həqiqət Rzayeva kimi korifeylərlə
işləmişdir. Rübabə Muradova, Sara
Qədimova, Əbülfət Əliyev, Gülxar
Həsənova, Zeynəb Xanlarova, Mais
Salmanov, Bakir Haşımov, Qulu
Əsgərov, Arif Babayev, Baba Mirzəyev
və başqa sənətkarları müşayiət etmiş-
dir.
Bəhram Mansurovun ifasında “Ça-
hargah” (1970) və “Rast” (1978) mu-
ğamları nota köçürülmüş, 1971-ci və
1975-ci illərdə “Bayatı-Şiraz”, “Hu-
mayun”, “Şur”, “Bayatı-kürd”, “Çahar-
gah” muğamları ilk dəfə YUNESKO
xətti ilə vallara və CD-lərə yazılmış,
bütün dünyaya yayılmışdır.
Sadıqcandan sonra klassik Azərbay-
can muğamlarını qoruyub saxlayan və
təbliğ edən yeganə tarzən idi. Dəfələrlə
beynəlxalq simpozium və konsertlərdə
Azərbaycan musiqisini təmsil et-
mişdir. 1978-ci və 1983-cü illərdə
Səmərqənddə keçirilən Beynəlxalq
Muğam Simpoziumunda Azərbaycan
muğamlarını məharətlə dinləyicilərə
çatdırmışdır.
Onun ifasında bütün muğamlar,
dəraməd, diringə, təsnif və rənglər
bəstəkar Eldar Mansurov tərəfindən
nota salınmışdır.
Bəhram Mansurovun yaradıcılı-
ğı dövlət tərəfindən yüksək qiymət-
ləndirilmiş, 1956-cı ildə “Azərbaycanın
Əməkdar artisti”, 1978-ci ildə “Xalq
artisti” fəxri adlarına layiq görülmüş-
dür. 1959 və 1967-ci illərdə iki dəfə
“Şərəf Nişanı” ordeni, 1976-cı ildə
“Əmək veteranı” medalı və digər mü-
kafatlarla təltif edilmişdir.
Görkəmli tarzən Bəhram Mansurov
1985-ci il may ayının 14-də vəfat et-
mişdir.
Ə d ə b i y y a t
Bəhram Mansurov [Elektron
resurs]: Bəhram Mansuro-
vun 100 illik yubileyinə həsr
olunmuşdur /Heydər Əliyev
Fondu.- Bakı: Çaşıoğlu,
2011.-5 CD; 2 DVD. + Qoş-
ma kitab (23 s.)
Ömür qıysa..: xatirələr
/B.Mansurov; tərt.
M.Mansurova, E.Mansurov.-
Bаkı: Səda, 2003.- 161 s.
Xatirələr /tərt. ed.
E.Mansurov; red. İ.Dadaşov.-
Bakı: EQ, 2005.- 139 s.
Mansurov, E. Mansurovlar:
Azərbaycan Respublikasının
Xalq artisti, görkəmli tarzən
Bəhram Mansurovun anadan
olmasının 100 illiyinə ithaf
edilir /E.Mansurov; elmi red.
İ.Rəhimli.-Bakı: Çaşıoğlu,
2011.- 285 s.
Xəlilzadə, F. Havanı da mu-
ğamlardan alırdı /F.Xəlizadə
//Azərbaycan.- 2011.- 13
fevral.- S.6.
Sarıyeva, İ. Azərbaycan
musiqi mədəniyyətinin beşiyi
başında duran soyad - Man-
surovlar... /İ.Sarıyeva //Bakı
xəbər.- 2014.- 27 noyabr.-
S.12.
www.anl.az
www.heydar-aliyev-
foundation.org
www.musigi-dunya.az
12
Tarzən
Musiqi.Opera.Balet