33
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 11
sentyabr 2014-ci il
//Azərbaycan.- 2014.- 13 sentyabr.- S.4.
Mədəniyyət və turizm fəaliyyətinə dair qanunlar toplusu /Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi; burax. məs. A.Əhmədzadə.-Bakı:
Səda, 2007.-197 s.
Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə
.-
Bakı: Qanun, 2006.-15 s.
Qarayev, Ə. Ölkəmizin dinamik inkişafı mədəniyyət və turizm sahələrində də əksini tapır /Əbülfəs Qarayev //Azərbaycan.-2015.- 30
yanvar.- S.5.
www.mct.gov.az
rizm Nazirliyi, Bakı, Gəncə, Sumqayıt şəhər tu-
rizm idarələri, Şəki Atçılıq Mərkəzi, Bakı Turizm
İnformasiya Mərkəzi, Lənkəran Uşaq düşərgəsi
daxildir.
Nazirlik Azərbaycan Respublikasında beynəl-
xalq və daxili turizmin inkişafının məqsədli proq-
ramlarını hazırlamaq, turizm infrastrukturunun və
sənayesinin inkişafına dair, ölkə ərazisində turizm
zonalarının və turizm xidməti sahələrinin yaradıl-
masına investisiyanın cəlb olunması sahəsində öz
səlahiyyətləri daxilində tədbirlər görmək funksi-
yalarını daşıyır.
Mədəniyyət və Turizm Nazirliyi təşkil olundu-
ğu ildən dövlət rəhbərliyi tərəfindən mədəniyyət
və turizmlə bağlı qəbul edilən qərarlar bu
sahələrin ahəngdar inkişafına, əldə olunan bir çox
nailiyyətlərə mühüm zəmin yaradıb. Ötən illərdə
imzalanmış prezident fərmanları və sərəncamları,
qəbul olunmuş qanunlar və dövlət proqramları
bunun bariz təsdiqidir. Nazirlik yarandığı gündən
etibarən mədəniyyət və incəsənətimizin dünyada
təbliği və tanıdılması, mədəni irsin qorunması,
nəşriyyat işi, mədəniyyət obyektlərinin, yeni ki-
tabxanaların tikintisi, yenidən qurulması və müa-
sir avadanlıqlarla təchiz olunması sahəsində konk-
ret tədbirlər görülür.
Bir çox uğurlu mədəniyyət proqramlarını re-
allaşdıran Heydər Əliyev Fondu ilə daha çox
müştərək tədbirlərin keçirilməsi böyük uğurların
əldə olunmasına səbəb olmuşdur.
2014-cü ildə Azərbaycan Respublikasının Pre-
zidenti cənab İlham Əliyev “Azərbaycan Respub-
likasının Mədəniyyət və Turizm Nazirliyi yanında
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətinin yaradılması haqqında” Fərman
imzalamışdır.
Mədəniyyət və Turizm Nazirliyinin apardığı
uğurlu siyasət nəticəsində mədəniyyətin və turiz-
min inkişafında böyük dəyişikliklər baş vermişdir.
Son illər respublikamızda kitab nəşri, kitabxa-
na işi, milli ədəbiyyatın təbliği sahəsində bir sıra
uğurlar əldə edilmişdir. Azərbaycan Respublika-
sı Prezidentinin sərəncamları ilə hər il görkəmli
mütəfəkkir və ədiblərin yubileyləri qeyd edilir, yerli
və beynəlxalq kitab sərgilərində, regionlarda kitab
bayramlarında nazirliyin iştirakı ilə Azərbaycan
kitabı uğurla təmsil olunur. Qeyri-maddi mədəni
irsin qorunması, təbliği və təşviqi məqsədilə
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata
keçirilən “2010-2014-cü illər üçün Xalq Yaradıcı-
lığı Paytaxtları” proqramı uğurla başa çatmışdır.
Nazirlik dövlətlərarası müqavilələrə uyğun ola-
raq Avropa, Asiya və İslam ölkələri, ABŞ və La-
tın Amerikası ölkələri ilə beynəlxalq mədəniyyət
proqramlarını həyata keçirir.
Çoxtərəfli əməkdaşlıq çərçivəsində BMT,
MDB, GUAM, Qaradəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı, Avropa İttifaqı, İslam Konfransı
Təşkilatı, YUNESKO, Dünya Turizm Təşkilatı,
TÜRKSOY, İSESKO və digər beynəlxalq qu-
rumlar vasitəsi ilə Azərbaycan mədəniyyətini
dünyada təbliğ edir, eyni zamanda dünya mədəni
sərvətlərinin ölkəmizdə tanıdılması sahəsində
əhəmiyyətli proqramlar həyata keçirir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin mətbu orqanları olan “Mədəniyyət”
qəzeti və “Mədəniyyət.az”, “Baku Guide” jur-
nalları vasitəsilə mədəniyyət, incəsənət və turizm
sahəsində bütün yeniliklər, mühüm məlumatlar
geniş ictimaiyyətin diqqətinə çatdırılır.