353
384
383
381-382
Texnika.Mühəndis işi
Texnika elmləri doktoru, professor, Əməkdar mühəndis Hacıyev Bəhmən Əbiş
oğlunun (02.12.1926-1998) anadan olmasının 90 illiyi
Texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi Abdullayev Kamal
Mehman oğlunun (19.12. 1936) anadan olmasının 80 illiyi
Texnika elmləri doktoru, professor Abdullayev Faiq Məmmədəli oğlunun
(26.12.1936) anadan olmasının 80 illiyi
Texnika elmləri doktoru, Əməkdar mühəndis Süleymanov Ələkbər Bağır
oğlunun (31.12.1916-2000) anadan olmasının 100 illiyi
Kitabxanaşünaslıq.Biblioqrafiya
Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının akademiki Xələfov Abuzər Alı oğlunun
(25.12.1931) anadan olmasının 85 illiyi
Tarixdə bu gün
QİÇS-ə Qarşı Mübarizə Günü (01.12.1988)
Bеynəlxalq Əlillər Günü (03.12.1992)
ATƏT-in Lissabon sammitində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində nizamlanması barədə bəyanat qəbul olunub
(03.12.1996)
Beynəlxalq Könüllülər Günü ((05.12.1985)
Bakıda ilk telefon rabitə qurğusu istifadəyə verilib (06.12.1881)
Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçilərinin Peşə Bayramı Günü
(06.12.2006)
Keçmiş SSRİ-i süqut etmişdir (08.12.1991)
“Müstəqil Dövlətlər Birliyi”nin (MDB) yaradılması haqqında müqavilə
bağlanmışdır (08.12.1991)
Azərbaycan İslam Konfransı Təşkilatına üzv qəbul olunmuşdur (09.12.1991)
İnsan hüquqları günü (10.12.1950)
Uşaqların Bеynəlxalq Tеlеviziya və Radiо Vеrilişləri Günü (12.12)
Azərbaycan Respublikası Pensiya Fondu (16.12.1991) yaradılmışdır
Naxçıvan MR Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31
dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması
barədə qərar qəbul edilib (16.12.1991)
Azərbaycanla Ermənistan arasında dəmir yolu nəqliyyatı tamamilə
dayandırılıb (19.12.1991)
Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması haqqında qanun qəbul
edilib (25.12.1991)
Xankəndinin işğalı günü (28.12.1991)
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında ümumxalq
referendumu keçirilib (29.12.1991)
Dünya Azərbaycanlılarının Həmrəylik Günü (31.12.1991)
380
354
Milli ədəbiyyat
70
illiyi
Ramiz Rövşən
1946
DEKABR
Ramiz Məmmədəli oğlu Əliyev
(Ramiz Rövşən) 1946-cı il dekabr ayı-
nın 15-də Bakının Əmircan kəndində
anadan olmuşdur. Orta təhsilini Sura-
xanı rayonundakı 208 saylı şəhər orta
məktəbində almışdır. 1964-1969-cu
illərdə Azərbaycan Dövlət Universiteti-
nin (indiki BDU) filologiya fakültəsində
təhsil almış, 1976-1978-ci illərdə Mosk-
vada Ali Ssenari kurslarını bitirmişdir.
Şairin “Bir yağışlı nəğmə” adlı şeirlər
kitabı 1970-ci ildə işıq üzü görmüş-
dür. 1971-ci ildə Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında,
“Mozalan” satirik kinojurnal studiya-
sında redaktor, 1974-1975-ci illərdə ki-
nostudiyanın ssenari emalatxanasında
ssenarist, 1979-1987-ci illərdə ssenari
redaksiya heyətinin üzvü, 1987-1992-
ci illərdə kinostudiyanın baş redakto-
ru işləmişdir. “Göy üzü daş saxlamaz”
(1987), “Kəpənək qanadları” (1999),
“Gedək biz olmayan yerə” (2006) adlı
kitabların müəllifidir.
Ramiz Rövşən şeirinin qüdrəti
onun sadəliyində, lokanikliyində,
fəlsəfiliyindədir. Onun hər bir şei-
ri sənətkarlıq, fikir dərinliyi, rəvanlıq
cəhətdən ana dilimizin zənginliyini,
gözəlliyini, incəliyini bir daha sübut
edən parlaq bir nümunədir. Şeirlərində
vətənpərvərlik, bəşəri məhəbbət, məslək
eşqi, dərin etiqad, vüqar və sadəlik,
xalq ruhuna yaxınlıq, dərin sənətkarlıq,
müdriklik, həyata və insana məhəbbətin
tərənnümü poetik şəkildə təcəssüm et-
mişdir. Özünəməxsusluq, bənzərsizlik
onun şeirlərinin qayəsindədir. O poezi-
yamızda yeni irs, yeni cığır açmış və bu
irsə öz möhürünü vurmuş, əvəzedilməz
təkrarolunmaz bir şairdir.
1992-ci ildən Azərbaycan Tərcümə
Mərkəzində çalışmış, S.Yeseninin
“Qara adam” poemasını və şeirlərini,
A.Blokun şeirlərini, V.Mayakovskinin
“Şalvarlı bulud” poemasından parça və
başqa əsərləri tərcümə etmişdir. 1985-ci
ildə R.Rövşən haqqında “Üç çinar yar-
pağı”, 1987-ci ildə “Burax gedim, ay
işığı”, 1993-cü ildə “Ağrı” adlı televizi-
ya verilişləri lentə alınmışdır. “Bağışla”,
“Bu qatarın dalınca baxma”, “Unuda-
caq” (F.Kərimova), “Novruz gəlir, yaz
gəlir” (A.Kazımova), “Ayrılıq” (Azərin),
“Yalquzaq” (Ş.Əlizamanlı) adlı mahnı-
ların mətnlərinin müəllifidir. “Divlərin
mahnısı” (Əzablı yollar), “Yaraşmıram
mən sənə” (İşarəni dənizdən gözləyin),
“Şimşimə” (Girişmə, öldürər), “Yağış
yuyur, gün qurudur” (Əlvida, cənub
şəhəri. Mehriban Zəki), “Dilin yansın,
dil yiyəsi” (Qala) adlı şeirləri filmlərdə
səsləndirilmişdir. “Babamızın babası-
nın babası” (1981), “Şəhərli biçinçilər”
(1986), “Süd dişinin ağrısı” (1987),
“Özgə vaxt” (1996), “Məkanın melodi-
yası” (2004), “Qala” (2008) kimi tam-
metrajlı bədii filmlərin, “Şəhidlərdən
şəhidlərə” (1990) qısametrajlı sənədli
filmin ssenari müəllifi; “Bulud niyə ağ-
layır?” (1973), “Pıspısa xanım və siçan
bəy” (1974), “Lovğa fil balası” (1987)
cizgi filmlərinin, “Əzablı yollar” (1982)
“Evlənmək istəyirəm” (1983), “Xüsusi
vəziyyət” (1986), “Kişi sözü” (1987),
“Araqarışdıran” (1987), “Gecə qata-
rında qətl” (1990), “Kamança” (1993),
“Etimad telefonu” (2001), “Hacı Qara”
(2002), “Küçələrə su səpmişəm” (2004)
tammetrajlı bədii filmlərində mahnı
mətnlərinin müəllifidir.
Şeir və hekayələri keçmiş SSRİ-nin
bir çox dillərinə tərcümə edilmiş, ABŞ-
da, Almaniyada, Fransada, Polşada,
Bolqarıstanda, Türkiyədə, İranda çap
olunmuşdur. Ramiz Rövşən 1981-ci
ildən Azərbaycan Yazıçılar Birliyi idarə
heyətinin və Azərbaycan Mətbuat Şura-
sının üzvüdür.
Ə d ə b i y y a t
Sevgi məktubu kimi:
şeirlər /R.Rövşən.-Bakı:
Mütərcim, 2009.-52 s.
Yağışlı nəğmə: şeirlər
/R.Rövşən.- Tehran,
2009.- 312 s.
Nefes - kitablar
kitabı: şiir-nesr-esse
/R.Rövşən.-Ankara:
Bengü, 2008.- 226 s.
Şeir /R.Rövşən
//Ədəbiyyat qəzeti.-
2015.- 13 fevral.- S.1.
Şeirlər /R.Rövşən
//Ədalət.-2014.- 21
iyun.- S.13.
Aytel, İ. Ramiz Rövşən
nəsri /İ.Aytel //Ədalət.-
2014.- 22 yanvar.- S.5.
Əliağaqızı, G. Ra-
miz Rövşən poeziyası
/G.Əliağaqızı //Kredo.-
2014.- 1-8 fevral.- S.16.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.azerbaycanevi.com
www.bakunights.net
www.legend.az
15
Şair
DEKABR
16