355
DEKABR
16
Milli ədəbiyyat
100
illiyi
Süleyman Vəliyev
1916-1996
DEKABR
Süleyman Vəli oğlu Vəliyev
1916-cı il dekabr ayının 21-də Bakı
yaxınlığındakı Ramana qəsəbəsində
anadan
olmuşdur.
Ramana
məktəbində səkkizillik təhsil aldıq-
dan sonra, təhsilini məşhur “Qulam
şqolası”nda davam etdirmişdir.
“Əmanət kassası” adlı ilk
hekayəsi 1932-ci ildə “Hücum”
jurnalında çap olunmuşdur. Ədəbi
mühitə çox tez gələn Süleyman
Vəliyev 1937-ci ildə hərbi qulluğa
çağırılana qədər Lökbatanda çıxan
aztirajlı “Neft uğrunda” qəzetində
jurnalistlik fəaliyyətinə başlamış-
dır. Yazıçının 1937-ci ildə yazıb çap
etdirdiyi “Bığlı ağa” povesti həmin
ildə Azərnəşrdə ayrıca kitabça
şəklində çapdan çıxmışdır. Bu ki-
tab onu həmişəlik ədəbiyyata bağ-
lamış, ədəbi mühitdə tanıtmışdır.
Bir müddət “Azərbaycan gəncləri”,
“Kommunist” qəzetlərinin müxbiri
olmuş, “İnqilab və mədəniyyət” jur-
nalında ədəbi işçi kimi çalışmışdır.
1937-ci ilin payızında hərbi xidmətə
çağırılmış, 2 il Ukraynada hərbi
xidmətdə olmuşdur. 1940-cı ilin
oktyabrında Xalq şairi S.Vurğunun
köməyi ilə Azərbaycan Yazıçılar
İttifaqının Hərbi vətənpərvərlik
şöbəsinin müdiri vəzifəsində çalış-
mışdır.
İkinci Dünya müharibəsi illərində
Almaniya, Yuqoslaviya və İtali-
yada müqavimət hərəkatında işti-
rak etmişdir. 1946-1949-cu illərdə
M.F.Axundov adına Pedaqoji İnsti-
tutda (indiki Azərbaycan Dövlət Pe-
daqoji Universiteti) təhsil almışdır.
1958-1963-cü illərdə C.Cabbarlı
adına “Azərbaycanfilm” studiya-
sında redaktor vəzifəsində çalışmış,
1963-1987-ci illərdə Azərbaycan
Yazıçılar Birliyində məsləhətçi
işləmişdir.
Onun yaradıcılığında Stalin
repressiyaları, müharibə möv-
zusu, azərbaycanlı döyüşçülərin
Avropa müqavimət hərəkatında
iştirakı mövzuları əsas yer tutur.
“Mübahisəli şəhər”, “Şor cüllü-
tü”, “Əncir ağacı”, “Qanadı qırıq
quş da uçarmış”, “Bir səhəng su”,
“Düyünlər” əsərlərinin müəllifidir.
Müasir nəsrimizdə müharibə
mövzusunun görkəmli nümayəndəsi
olan yazıçının əsərləri keçmiş SSRİ
və xarici ölkə xalqlarının dillərinə də
tərcümə olunmuşdur. Bədii yaradı-
cılığında S.Marşak, A.Qaydar, M.Q.
Mixaylovski, V.Vasilyevskayadan
tərcümələr etmişdir.
1976-cı ildə əmək veteranı, 1981-
ci ildə müharibə veteranı olmuşdur.
1967 və 1986-cı illərdə Azərbaycan
SSR Elmlər Akademiyasının Fəxri
fərmanına, 1977-ci ildə “Azərbaycan
Əməkdar mədəniyyət işçisi”, 1987-
ci ildə “Əməkdar incəsənət xadi-
mi” fəxri adlarına layiq görülmüş,
1984-cü ildə “Xalqlar dostluğu”
ordeni və bir sıra medallarla təltif
olunmuşdur.
Süleyman Vəliyev 1996-cı il
mart ayının 7-də Bakı şəhərində, 80
yaşında vəfat etmişdir. Məzarı İkin-
ci Fəxri Xiyabandadır.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri:
iki cilddə: romanlar
/S.Vəliyev.- Bakı: Yazıçı,
1983.
Daşlı bulaq: [romanlar]
/S.Vəliyev; ön sözün
müəl. C.Əhmədov.-Bakı:
Yazıçı, 1987.- 686 s.
“Qanadı sınmış quş”
da uçarmış: Sənədli
nəsr, roman, povest və
hekayələr /S.Vəliyev;
red. Z.Əsgərov.- Bakı:
Gənclik, 1989.- 427 s.
Mənə “sən” de
/S.Vəliyev.- Bakı:
Gənclik, 1985.- 325 s.
Süleyman Vəliyev
//Əhmədov T. Azərbaycan
yazıçıları (XX-XXI
yüzillikdə):ensiklopedik
məlumat kitabı.- Bakı,
2011.-S.875.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.kataloq.net
21
Yazıçı
356
Şair, publisist
Milli ədəbiyyat
75
illiyi
Şahmar Əkbərzadə
1941-2000
DEKABR
Şahmar Əkbər oğlu Əkbərzadə
1941-ci il dekabr ayının 28-də Ağ-
dam rayonunun Çəmənli kəndində,
ziyalı ailəsində anadan olmuşdur.
1958-ci ildə Mahrızlı kənd orta
məktəbini bitirdikdən sonra Şuşa
Pedaqoji Texnikumuna daxil ol-
muş, 1960-cı ildə oranı bitirmişdir.
Elə həmin il M.F.Axundov adı-
na Dillər İnstitutunun rus dili və
ədəbiyyatı şöbəsinə daxil olmuş,
1965-ci ildə rus dili müəllimi ix-
tisası üzrə təhsilini başa vurmuş-
dur. Bir neçə il Çəmənli kənd orta
məktəbində müəllim işləmiş, 1968-
ci ildə Bakı şəhərinə köçmüşdür.
Burada Azərittifaqın əməyin elmi
təşkili mərkəzi laboratoriyasında
tərcüməçi, 1968-1973-cü illərdə
Azərbaycan Kənd Təsərrüfatı Na-
zirliyinin Nəşriyyat şöbəsində
redaktor, 1973-1978-ci illərdə
“Azərbaycan gəncləri” qəzeti re-
daksiyasında publisistika şöbəsinin
müdiri, 1978-1990-cı illərdə “Kom-
munist” qəzeti redaksiyasında
Mədəniyyət şöbəsinin böyük ədəbi
işçisi vəzifələrində çalışmışdır.
1990-cı ildə “Mədəniyyət”
qəzetini təsis etmiş və ömrünün
sonunadək qəzetin baş redaktoru
olmuşdur.
Bədii yaradıcılıqla
1985-ci ildən
məşğul olmuş, dövri mətbuatda
vaxtaşırı olaraq şeir, məqalə və
tərcümələrini çap etdirmişdir.
“Anama layla” (1978), “Sevgi borc
verilməz” (1982), “Ona yanıram ki”
(1988), “Haqqa pəncərə” (1998),
“Sev məni” (2000) kitabları işıq
üzü görmüşdür.
Əsərləri keçmiş SSRİ və xa-
rici ölkə xalqlarının dillərinə
tərcümə edilmişdir. 1978-ci ildə
Azərbaycanın yaradıcı gənclərinin
tərkibində Çexoslovakiyada, 1984-
cü ildə Azərbaycan Jurnalistlər İt-
tifaqının xüsusi qrupu tərkibində
Türkiyədə olmuşdur.
1983-cü
ildə
Azərbaycan
Jurnalistlər İttifaqının mükafatına,
1986-cı ildə “Qızıl qələm” müka-
fatına, 1996-cı ildə şeirlərinə görə
“Araz” ali ədəbi mükafatına layiq
görülmüşdür.
Görkəmli şair, publisist Şahmar
Əkbərzadə 2000-ci il avqust ayının
30-da, Bakı şəhərində vəfat etmiş-
dir.
Şairin adına beynəlxalq ədəbiyyat
mükafatı təsis edilmiş, “Şah-
mar Əkbərzadə adına Beynəlxalq
Ədəbiyyat Mükafatı laureatlarının
şeir antologiyası” kitabı çap olun-
muşdur.
2014-cü il fevral ayının 10-da
“Şahmar Ədəbi Məclisi” (ŞƏM)
təsis olunmuşdur.
Ə d ə b i y y a t
Haqqa pəncərə: [şeirlər]
/Ş.Əkbərzadə.- Bakı: Dünya,
1998.- 304 s.
Sev məni: [şeirlər]
/Ş.Əkbərzadə; red.
T.Zahidoğlu.-Bakı:
Azərbaycan, 2000.- 64 s.
Şeir /Ş.Əkbərzadə
//Azərbaycan.- 2012.- 26
fevral.- S.10.
Abbaslı, T. Şahmar:
“Səndən zülümlər görsəm -
Zülümdən gözəl nə var?..”
/T.Abbaslı //Mədəniyyət.-
2012.- 31 avqust.- S.7.
Gülayə. Ölüm ondan
ötrü ölümə getdi /Gülayə
//Kaspi.-2013.- 27-29 iyul.-
S.17.
Məmmədzadə, R. Şahmar
Əkbərzadə ilə bir gecəlik
görüş /R.Məmmədzadə
//Ədalət.- 2011.- 8 yanvar.-
S.16.
Yusifli, V. Şahmarı unutmaq
olar?! /V.Yusifli //525-ci
qəzet .-2011.- 3 sentyabr.-
S.20.
İ n t e r n e t d ə
www.anl.az
28