KəRĠm ağa fateh



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix03.08.2018
ölçüsü1,12 Mb.
#60578
1   2   3   4   5   6   7

13 

 

bəyin oğlu  Bala  Hacı xan o davaların birində ölübdür. Hüseyn xan iyirmi il Şəki 



vilayətində  xanlıq edib. Axırı bir neçə vaxtdan sonra Hacı  Əbdülqadir bəy fürsət 

tapıb  Şəki  və  Ərəş  bəyləri  ilə  gedib,  Hüseyn  xanı  Nuxa  qalasında  dutub,  tarixi 

islamiyyə  min  yüz  doxsan  dörddə  olanda  Hüseyn  xanı  öldürüb,  Şəki  vilayətində 

xan olubdur. Hacı Əbdulqadir xan deyilibdir. 

Bir  neçə  vaxtdan  sonra  Hüseyn  xanın  Əhməd  ağa  adlı  bir  oğlu  varmış, 

onu  da  öldürür.  Məhəmmədhəsən  Hüseyn  xan  oğlu  Qarabağda  imiş.  Ordan  Cara 

gələr. Cardan qoşun götürüb gəlib Hacı  Əbdülqadir xan ilə dava elər, basılır gedər. 

Hacı Əbdülqadir xan üç il yarım Şəkidə xanlıq edib. 

Məhəmmədhəsən  xan  sonra  bir  də    Cardan  qoşun  cəm  edib,  gəlib  Hacı 

Əbdülqadir xan ilə dava edər. Bu dəfə Hacı Əbülqadir xan basılır. 

Qacar, Şirvan vilayətində  Mustafa xanın atası  Ağası xanın yanına gedər. 

Ağası  xan,  onu  tutub  Məhəmmədhəsən  xana  verir.  Tarixi  islamiyyə  min  yüz 

doxsan  səkkizdə  olanda    Məhəmmədhəsən  xan  onu  öldürüb,  Şəki  vilayətində  xan 

oldu  və    Məhəmmədhəsən    xan    Hacı  Əbdülqadir  xanın  yeddi  xırda  oğlunu 

öldürübdür. Onun oğul övladı qalmadı. 

Məhəmmədhəsən xan bir iki il xanlıq edəndən sonra, mənim atam  Fətəli 

xan  Məhəmmədhəsən xanın qardaşıdır, onun anası  Ərəş sultanının qızıdır.  Ərəş 

sultanı  Məlik    Əlinin  oğlanları  o  vaxtda    Ərəşdə  böyük  və  sikkəli  və  güclü 

bəylərmiş  ki,  Fətəli  xanın  anasının  qardaşlarıdır;  Məhəmmədhəsən  xan  ,  Fətəli 

xanın qohumları böyük və çox olmaq və özü də Hüseyn xanın  istəgi (istəkli) oğlu 

olmaq  səbəbindən  ehtiyat elər ki, bəlkə xarab eləyə

9

, tutub Fətəli xanın gözlərin 



çıxarıb, özü də evində dustaq elər. 

Bir  neçə  ildən  sonra    Səlim  xan  (Hüseyn  xanın  kiçik  oğludur), 

Məhəmmədhəsən  xan  buna  rütbə  varməz,  birütbə  saxlar.  Bəlkə  xarab  eləmək 

qəsdində olur. Səlim  xan, Məhəmmədhəsən xanın  yamanlıq qəsdindən qorxub bir 

para    Şəki  vilayətinin  bəylərindən  özünə  yoldaş  eləyib,  tarixi  islamiyyə  min  yüz 

doxsan doqquzda olanda Şəkidən qaçıb, Car vilayətinə gedər. Haman o ildə  İran 

şahı  Ağa  Məhəmməd  şah  qoşun  ilə  Qarabağ  vilayətinin    üstünə  gəlib,  orada 

əyləşdi.  Məhəmmədhəsən  xan,  şaha  qulluq  eləmək  və  ixlas

10

 göstərməkdən  ötrü 



Hacı  Seyid  adlı  bir  böyük,  külli  ixtiyar  nökəri  vardı,  bunu  padşahın  qulluğuna 

göndərdi.  Ağa  Hacı  Seyid  ürəyində  Məhəmmədhəsən  xandan  çox  incik  imiş.  Və 

(o)  şaha  ərz  elər  ki,  hərgah  istəsən  ki,  Şəki  vilayəti  sənə  qulluq    eləyə,  gərəkdir 

Məhəmmədhəsən  xanı  öldürəsən,  ya  gözlərin  çıxardasan.  Şah  öz  xanlarından  ki, 

(Dəvəli)  Mustafa  xan  ola,  sərdar  elər.  On  iki  min  qoşun  verib,  göndərər  ki,  get 

Şirvan vilayətin zəbt elə. Məhəmmədhəsən  xanı dutub, gözlərini çıxardıb, Təbriz 

vilayətinə götür (ötür) getsin. Dəvəli Mustafa xan qoşun ilə Kürdən keçib, Şirvan 

                                                           

9

 .Xəyanət edə. 



10

 .Səmimiyyət. 




14 

 

vilayətinə gəlir. Şirvan  xanı  Mustafa  xan   Fit dağı adlı bir bərk  yer  varmış, qaçıb 



orada sığnaq elər. Qızılbaş qoşunu Şirvanın çöllərindən ələ gələni çapar aparar. 

Məhəmmədhəsən  xan  on  iki  il  xanlıq  eləyib.  O  ildə  tarixi  islamiyyə  min 

iki  yüz  onda  idi,  Səlim  xan  Cardan  və  Avardan  bir  para  qoşun  cəm  edib,  gəlir. 

Göynük  kəndinin  yanında  dava  elədilər.  Məhəmmədhəsən  xan  basılıb,  gəlib 

Noxuya.  Səlim  xan  Car  və  Avar  qoşunu  ilə  daluncə  Noxuya  gəlib  daxil  olubdur. 

Dəvəli  Mustafa  xan  qoşunu  ilə  Şirvandan  Ağdaşa  gəlib,  bir  neçə  gün  Ağdaşda 

qalıb, sonra Xaçmaz mahalında Tərkəş adlı kəndin ayağında düşüb əyləşdi. 

Məhəmmədhəsən  xan,  Ağa  Məhəmməd  şaha  qulluq  elədiyinə  və  adamı 

şahın  yanında  olmağına  (arxayın)    olub,  Dəvəli  Mustafa  xandan  ötrü  gəlir  və  nə 

fikirdə  olmağından  xəbəri  olmayıb,  gəlib  Noxudan  çıxar  gedər  ki,  gedib  Dəvəli  

Mustafa xandan qoşun alıb, Səlim xanı Şəkidən çıxarıb (çıxara). Tərkəş ayağında 

Dəvəli  Mustafa  xanın  qoşununa  daxil  olan  kimi,  Mustafa    xan    Məhəmmədhəsən 

xanı  tutdurub,  tamam  nökərlərin  soydurub,  özünün  gözlərini  çıxarıb,  bir  neçə 

qızılbaş adına (adamına) verib, Təbriz vilayətinə göndərdi. 

Səlim  xan  Şəkidə  xan  olub  əyləşdi.  Bir  neçə  vaxtdan  sonra  

Məhəmmədhəsən  xanın  yeddi  xırda  oğlun  öldürübdür.  Səlim  xan  da  şaha  qulluq 

eləmiyib,  Qızılbaş  qoşunundan  ehtiyat  edib,  şəhəri  köçürüb,  Gələsən-görəsənə 

aparıb,  orda  sığnaq  elədi.  Ağa  Məhəmməd  şah  o  il  Qarabağı  ala  bilməyib, 

qoşunların  götürüb,  geri  qayıdıb  getdi.  Və  Dəvəli  Mustafa  xan  (ı)  da  Şirvanda 

öldürübdür.  O  bir  ildə  şah  genə  gəlib,  qoşunu  da  Məhəmmədhəsən  xanı  da 

Muğanda qoyub, özü qalan qoşunu götürüb, Qarabağ üstünə gəldi. 

Şirvanlı    Mustafa  xanı  və  Gəncəli  Cavad  xanı  şah  istəyib  yanına 

aparmışdı.  O il, çox aclıq olub, Qarabağ tab gətirməyib, İbrahim xan övladları ilə 

Car  vilayətinə  qaçdı.  Şah  Qarabağı  alıb,  özü  gedib  Şiş  (Şuşa)  qalasında  əyləşdi. 

Haman o ildə ki, tarixi islamiyyə min iki yüz on birdə idi. Şişə qalasında şahın öz 

pişxidməti ki, bəlkə şah məni öldürə, bir gecə şahı öldürür. Sabahdan qoşun əhli bu 

qəziyyəni  bilib,  tamam  qoşun  bir-birinə  dəyib,  çox-çox  məxşuşluq  olub,  Qızılbaş 

qoşunu  tamam  əkildi  getdi.  Və  Şirvanlı  Mustafa  xan  oradan  gəlib,  Muğandan 

Məhəmmədhəsən  xanı  da  götürüb,  Şirvana  gəldi.  Bir  neçə  gün  saxlayıb,  sonra 

Məhəmmədhəsən  xanı  götürüb,  Şəkiyə  gəldi  ki,  bunu  yenə  xan  eləyə.  Səlim  xan 

eşidib, çıxıb qaçdı.  Məhəmmədhəsən xanı Mustafa  xan gətirib, bir də xan eylədi. 

Mustafa  xan  və  Məhəmmədhəsən  xan  ikisi  dost  olub  dolandılar.  Səkkiz  il 

Məhəmmədhəsən xan genə xanlıq elədi. Sonra xan ilə araları yaman olub düşmən 

oldular. Mustafa xan Səlim xanı Qarabağdan gətirdi ki, gələ Məhəmmədhəsən xanı 

çıxarıb  Səlim  xanı  xan  eyləyə.  Və  Məhəmmədhəsən  xan  da  qoşun  götürüb, 

Qarabağa gedəndə, yolda işin yüzünə baxıb bildi ki, ölkədə bunu istəməyən kəslər 

çoxdur. Mustafa xan ilə dava eləyə bilməz. Naçar qoşunu dağıdıb, bir para adamla 

Mustafa xanın yanına gedər ki, bəlkə genə mənim ilə dost ola, xanlıq munda qalıb, 

qayıda genə Şəkiyə gələ. Gedən kimi Mustafa xan bunu dutdurub Şirvana göndərir. 

Və  Səlim  xanı  da  saxlar.  Bu  fikirdə  olar  ki,  öz  bəylərindən  birini  Şəkiyə  naib 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə