KəRĠm ağa fateh



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix03.08.2018
ölçüsü1,12 Mb.
#60578
1   2   3   4   5   6   7

 

Yuxarıda göstərilən dəlillər əsərin müəllifinin Kərim ağa Şəkixanov Fateh 



olduğunu və yüz ildən bəri əsərin müəllifi sayılan Hacı Əbdüllətif əfəndinin əsərlə 

heç bir əlaqəsi olmadığını sübut edir.

4

  

Əsərin  əhəmiyyətinə  gəldikdə,  yuxarıda  qeyd etdiyimiz  kimi,  Kərim ağa 



Fatehin  yazdığı bu tarixcə  XIX  əsrdə  Azərbaycanın   ayrı-ayrı rayonları haqqında 

yazılmış həcm etibarilə kiçik, lakin olduqca qiymətli tarixi oçerklərdən biridir. 

Bu  əsər  Şəkinin  XVIII-XIX  əsrlər  siyasi  tarixinə  aid  ilk  mənbələrdən 

biridir.  Nuxanın  qədim  dövrünə  aid  olan  hissə  rəvayət  və  əfsanəyə  əsaslandığı 

halda,  əsərin  digər  hissələrində  XVIII  əsrin  ikinci  yarısı  və  XIX  əsrin  birinci 

rübündə  Şəkidə  baş  verən  tarixi  hadisələr  haqqında  çox  maraqlı  və  Şəki  xanlığı 

tarixini tədqiq edənlər üçün olduqca qiymətli məlumatlar vardır. 

Şəkinin,  Hacı  Çələbi  nəslindən  son  xanının  oglu  olan  Kərim  ağa  bütün 

siyasi  hadisələrin  şahidi  olaraq,  sarayda  gedən  mübarizə  və  fitnəkarlıqların  iç 

üzünü  bilirdi.  Bu  hadisələrdə  həyati  mənafei  və  onlarla  yaxından  əlaqədar 

olduğuna  baxmayaraq,  müəllif  saray  devrilişlərini,  xanlıq  üstə  gedən  qanlı 

mübarizələri,  hətta atasının öz qardaşı tərəfindən kor edildiyini tarixçiyə  xas olan 

soyuqqanlıqla və qərəzsiz bir şəkildə təsvir etmişdir. 

Bu əsərin tarixi əhəmiyyətindən başqa, filoloji əhəmiyyəti də vardır. 

“Şəki xanları və onların nəsilləri” əsəri ilk dəfə 1930-cu ildə Azərbaycan  

Elmi    Tədqiqat  İnstitunun  tarix-etnoqrafiya  şöbəsi  tərəfindən  nəşr  edilmişdir. 

Həmin nəşrin əsasını məşhur məxəzşünasımız S.Mümtazın tapdığı əlyazması təşkil 

edirdi.  S.Mümtaz  kitabın  müqəddiməsində  əlyazması    və  onun  müəllifi  haqqında 

belə məlumat vermişdir: 

“1909-cu  ildə  Şəkidə,  şəkili  Hacı  Yəqub  əfəndi  Əfəndizadənin 

kitabxanasında  əldə  etdiyim  bu  tarixcə  gələcəkdə  yazılacaq  Azərbaycan  tarixinin 

Şəki qismi üçün mühüm bir vəsiqə və dəyərli bir material ola biləcəkdir. Müsənnifi 

haqqında isə istər Hacı Yəqub əfəndinin, istər Calutlu  Molla  Abbasın verdikləri 

məlumat    bir-birlərinə  uyğun  və  mütabiqdir.  Onlarca  bu  tarixcənin  müsənnifi  

Seyid    Hacı    Əbdülhəmid  əfəndidir  ki,  hicri  1210-cu  (1795  –  96)  ildə  Şəki 

şəhərində  anadan  olaraq,  İmam    Hacı    Məhəmməd  əfəndi  ilə  müdərris    Hacı  

Abdulla əfəndilərdən də zamanının elmini təhsil etmişdir. 

Təhsilini bitirdikdən bir az sonra bir ara səyahətə çıxmış, Məkkə, Mədinə, 

Misir,  Qahirə,  İsgəndəriyyə,  Şam,  İstambul,  Trabzon  şəhərlərini  gəzərək,  Tiflisə 

gəlmişdir. 

Nəhayət,  bir  müddət    Qazax,  Gəncə  şəhərlərində  yaşadığı  kimi,  iki  il  də 

Şamaxı  şəhərində  sakin  olmuşdur.  Seyidlərin  nəcabətləri  təhqiq  olunan 

komisyonunda  da  birinci  calis  təyin  olunmaqla  bərabər  qırx  ildən  də  artıq  şəriət 

                                                           

4

 Bax: Сегаль. «Елизаветпольская губерния». Тифлис, 1902, səh. 11; B. II. Левиагов. 



«Очерки из истории Азербайджана в XYIII веке», Bakı, Azərbaycan SSR EA Nəşriyyatı, 1948. Səh 

7; A.B.Şükürzade. Об авторстве «Истории Шекинских ханов» Bakı Azərbaycan SSr EA-nın 

“Məruzələri”, 1951. N 1, səh. 43-45. 



 

məhkəməsində  yenə  birinci  calislik  vəzifəsini  ifa  ilə  o  məhkəməni  idarə  etmişdir. 



Bu xidmətlərinə çar hökümətindən mükafat olaraq üç qızıl saat, bir qızıl ənfiyədən, 

bir cəvahirli qızıl üzük və ildə də iki yüz manat məvacib ilə təltif edilmişdir. Seyid  

Hacı    Əbdülhəmid  əfəndinin  tərcümeyi-halı  ilə  yazdığı  tarixçəsi  də  bir-birləri  ilə 

rabitəli və əlaqədardır. 

Müsənnif  adi  bir  əfəndi  və  məruf  bir  ruhani  olmaqdan  həzz  almamış  və 

ona  görə  də  səyahətləri  ilə  özünü  narahat  edərək,  istirahətini  də  pozmağa  cürət 

etmiş və mövzui-bəhsimiz olan bu tarixcəni də yaman-yaxşı yaza bilmişdir”... 

Şübhəsiz  ki,  nəşr  etdiyimiz  bu  əsərlər  bir  sıra  başqa  mənbələrlə  birlikdə 

Azərbaycan tarixini daha dərindən tədqiq etməyə kömək edəcəkdir. 

F. BABAYEV 

    

Kərim    ağa    Fatehin  əsərini    1997-ci  ildə    Məmməd    Adilov    “Şəki 

xanlarının  əslü  nəcabəti  haqqında”  şərti  adı  ilə    “Tarix”  qəzetində  (N  18)    çap 

etdirmişdir. Mətnlər arasında müəyyən nüsxə və oxu fərqləri vardır. 



Redaksiyadan 

 

 




 

 



 


 

KƏRĠM    AĞA   FATEH 



ġƏKĠ XANLARININ 

MÜXTƏSƏR TARĠXĠ 

 

Noxuda bir keşiş varmış, amma nə tarixdə olduğu məlum  deyildir, adına 

Qara keşiş deyərlərmiş. Noxuda böyük imiş. Və bir keşiş də Kiş kəndində böyük 

imiş. Qara keşiş Kişdəki keşişin qızını oğluna istər ki ala. Kişdəki keşiş deyər ki, 

mənim qızım ağ su ilə pərvəriş tapıbdır, qara su olan yerə qızımı vermərəm. Sonra 

Qara keşiş deyər ki, Kiş çayından bir arx mən də evimin yanına gətirərəm. Kişdəki 

keşiş deyər ki, suyu gətir, sonra qızımı oğluna verim. Qara keşiş bu sudan bir arx 

gətirər. Sonra (Kişdəki keşiş) qızını bunun oğluna verər. Və Qara keşişin oğlunun 

adı    Candardır.  Candar  bir  neçə  vaxtdan  sonra  müsəlman  olub,  adına    Əlican 

deyibdirlər və Əlicanın oğlu  Qutul xandır. Qutul xanı  İran padşahının biri Şəkidə 

xan  edibdir.  Qutul  xanın  oğlunun  adı  Şəki  xandır.  Və  Şəki  xanın  oğlunun  adı  

Həsən  Sultandır. 

Amma  Həsən  Sultanın qəziyyəsini  “Aləm-ara” adlı bir tarix  kitabı var, 

o  kitabda  belə  yazıbdır  ki,  Həsən    Sultan  (ali)    -    Səfəviyyə  şahı  Şah  İsmayıla 

qulluq edərdi. Gürcü valisinin gücü və qüdrəti çox idi. Amma şaha qulluq eləmək 

səbəbi  ilə  Həsən  Sultana  gücü  çatmazdı.  Şah  İsmayıl  ölən  ildə    Gürcüstan  valisi 

Levond  xan  qoşun  götürüb  gəlib  və  Həsən  Sultan  da  qoşun  ilə  onun  qabağına 

gedib,  dava  elədilər.  Davada  Həsən  Sultan  öldü.  Sonra  Şəki  vilayətinin  böyükləri 

Həsən  Sultanın  oğlu  Dərviş    Məhəmməd  xanı  özlərinə  hakim  elədilər.  Və  Şah 

İsmayıl öləndən sonra oğlu Şah Təhmasib İranda şah oldu. 

Dərviş  Məhəmməd xan atası kimi şaha qulluq eləmədi. Şirvan vilayətinə 

şahın qoşunu  gəlib dava  edəndə, Dərviş Məhəmməd xan da  qoşun götürüb gedib 

Şirvanda  Qızılbaş  qoşununa  şəbxun  edibdirmiş.  Bu  qəziyyəni  də  Şah  Təhmasibə 

Şirvandakı  qoşun  böyükləri  məlum  elədi.  Şah  Təhmasib,  tarixi-islamiyyə  doqquz 

yüz əlli səkkizdə olanda, qoşun ilə gedib, Ərəş mahalına düşdü. Şah Ərəşə gələndə 

bu  ətrafda  olan  hakimlər  ehtiyat  elədilər.  Levond  xan  valiyi-Gürcüstan    Ərəşdə 

şahın  qulluğuna  gəlib,itaət  elədi    və  şah  ona  xələt  verdi  və  nəvaziş  elədi.  Şah, 

Dərviş  Məhəmməd xana fərman  göndərdi ki, gəl sən də qulluq elə; özünü xarab 

eləmə,  padşahın  sənə  şəfəqqəti  çox  olar.  Dərviş    Məhəmməd  xan  və    Şəkinin 

böyükləri yerlərinin möhkəmliyinə məğrur olub, qəbul eləmədilər. Şəki vilayətinin  

sərkərdələri,  bəzisi    Kiş  qalasını  bərkidib  onda  durdular  və  Dərviş      Məhəmməd 

xan özü bir para böyüklərlə  Gələsən-görəsən qalasına getdilər. 

Gələsən-görəsən qalası çox hündür və bərk olmasına görə onu heç kimsə 

ala  bilməmişdi.  Və  bir  para  adamlarda  Əbruz  (Elbrus)  dağı  ki,  Qafqazdır,  onun 

ətəklərində  sığnaq  elədilər.  Şah  Təhmasib  bu  işdən  çox  acıqlanıb,  qızılbaş 

xanlarının bir parasın Kiş qalasına almağa  müqərrər buyurdu. Və bir para xanları 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə