KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə46/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

FƏXRİ VALEHOĞLU
daşı,  başkomandan  M ixail Nikolayeviçin  başçılığında şəhərə da­
xil  olur.  Rus m ənbələri  Qars uğrundakı döyüşlərdə 2500 tür-kün 
və 2300 rusun həlak olduğunu açıqlayır.
Bu  döyüşlərdə  türk  qadınları  da  kişilərdən  geri  qalmayaraq 
m ərdlik  və  m ətanət  örnəkləri  nümayiş  etdirirdilər.  Q.  Qradovs- 
ki:  «Qarsda  yerli  türk  qadınları  da  ölümdən  qorxmayaraq  ağla­
sığmaz  igidlik  v ə  cəsarətlə  öz  şəhərlərini  müdafiə  edirdilən).1 
Rus  yazarı  hətta  bir  qarslı  qadının  öz  dillərində  qarğışlar yağ­
dıraraq  onları  daşa  basdığını  da  qeyd  edirdi.  Qradovskinin yaz­
dığına görə,  Qara Fatma  adlı  bursalı gənc və zəngin bir qadın öz 
ətrafına 500 cəsur atlı  qadın  toplayıb kişi  libasında,  döyüşə hazır 
bir  vəziyyətdə  Muxtar  Paşanın  hüzuruna  gəlir.1
 2  Qars  sancağı 
bütövlükdə  düşmən  əlinə  keçdikdən  sonra  82  min türk öz dədə- 
baba yurdlarını tərk edib Anadolunun iç bölgələrinə köç edir.
Qarsın  işğalından  sonra  rus  komandanlığındakı  qarapapaq 
və  kürdlərdən  ibarət  Aleksandropol  süvari  qeyri-nizami  alayı, 4 
yüzlük kürd drujinası və 2 yüzlük qarapapaq  Şürəgəl drujinası 6 
yüzlük  Aleksandropol  süvari  qeyri-nizami  alayı  şəklində  yeni­
dən formalaşdırılır.3
Noyabrın  ortalarında  Ərzurum  çevrəsindəki  rus  ordusunda 
ərzaq  çatışmazlığı  problemi  yaranır.  Bu  problemi  aradan  qaldır­
maq üçün Rusiyanın Təbrizdəki baş konsulu S.  S. Krebelə ondan 
asılı  olan bütün  imkanlardan  istifadə edərək Cənubi Azərbaycan 
kəndlərindən  mümkün  qədər  çox  miqdarda  un  tədarük  etməsi 
tapşırılır  və  onun  düzgün  nəql  olunmasına  nəzarət  üçün  Krım 
savaşının  iştirakçısı,  general-leytenant  H ə s ə n   b ə y   A ğ a la ro v  
Təbrizə  ezam  olunur.4  Ona  göstəriş  verilir ki,  Cənubi  Azərbay­
candan  toplanmış  ərzağı  xüsusi  nəqliyyatla  təcili  Ərzurum  ya­
xınlığındakı Həsənqalaya göndərsin.
1  Qradovski, göstərilən əsəri, s.  182.
2  Yenə orada, s.  222.
3 П.  И.  Аверьянов. Курды  в войнах России с Персией  и  Турцией в течении 
XIX  столетия, Тифлис,  1900, с. 218.
4 Kişmişov, AGƏ,  s.  488.
184
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
M .Arif  bəy  Osmanlı  ordusundakı  çərkəzlərin  (Quzey  Qaf­
qazlıların)  əsgəri  nizam-intizamdan  uzaq  olduğunu  qeyd  edirdi. 
Bu  səbəbdən  iki  böyük  çərkəz  süvari  dəstəsindən  birinin  ko­
mandam  M usa  Paşa  Kunduxov  müharibənin  ortasında  istefa 
verir.  Onun  komandanlığındakı  dağlılar  iki  hissəyə  parçalanır. 
Onlardan birinə  Ə dhəm   Paşa,  digərinə  isə  M ustafa  Safhet  Pa­
şa rəhbərlik edir.
1877-ci  ilin  dekabrında kəskin  şaxtaların  düşməsinə  baxma­
yaraq,  rus  qüvvələri  Ərzurum  yaxınlığında  cəmləşir.  Əhməd 
Muxtar Paşa  Ərzurumun  şimal-qərbində  düşmənə qəfil  zərbələr 
endirmək  üçün  Mehralının  komandanlığında  tərkibinə  Ədhəm 
Paşa və  onun  tabeçiliyindeki  çərkəzlərin  də  daxil  olduğu  böyük 
bir  dəstə  göndərir.  Verilən  əmri  yerinə  yetirərkən  baş  vermiş 
döyüşlərdə  Mehralı  bəy  dabanından  yaralanır  və  bundan  sonra 
axsayır. Bu döyüşlərdən biri barədə rus zabiti A. Maslov yazırdı: 
«T ürklər  g ö rəcəy im iz  işlərdən  x ə b ər  tutdu  və  bizim   üçün 
qanqaralığına  səb əb   olan  bir  iş  gördü.  B izə  bəlli  idi  ki, 
Keçk  kəndi  çox  böyük  bir  kən d d ir  və  uzun  yoldan  sonra 
həm in  k ən d d ə  bir  neçə  batalyon  y erləşd irm ək   n əzərd ə 
tutulurdu.  T ə ə ss ü f ki,  kiçik  kazak  d əstəsin in   dekabrın  5-de 
bizə  verdiyi  x ə b ərə   görə,  m ə şh u r  q açaq   B o r ç a l ı   M e h r a ­
lı  60  atlı  ilə  bizdən  əvvəl  K eçkə  yetişm iş,  sakinləri  oradan 
çıxarm ış  v ə  kəndi  y an d ırm ışd ır» .1
Dekabrın  9-da  20  verstlik  yolu  arxada  qoyan  rus  qoşununun 
bir  hissəsi  Qarasu  ovasına  yetişir.  Burada  general  Tsıtoviç 
Dərbənt  alayının  III  batalyonu,  IV  Qafqaz  atıcı  batalyonu,  üç 
piyada rota (bölük) və  Orenburq kazak vzvodu  ilə Keçk kəndinə 
yerləşir.  Bu  erməni  kəndi  Hins  vadisinin  qısa  keçidində  yer­
ləşirdi.  Oradan  Ərzurum  ovasına  sərbəst  yol  açılırdı.  Keçk  yolu 
böyük  əhəm iyyət  daşıyırdı.  Keçkin  tutulmağı  ilə  demək  olar ki, 
Ərzurum  dəm ir mühasirə altına düşmüşdü.  Rusların  qalan  bütün 
süvariləri  və  ön  postları,  Dərbənd  alayının  bir  batalyonu,  3 
Orenburq vzvodu  isə Hınıs (Hins) və Tufanə (Tuvançı)  kəndləri
1 A.  H.  Масловъ. Год войны в Малой Азии, СПб.,  1879, с.  146.
185


FƏXRİ VALEHOĞLU
tərəflərə  yönəldilmişdi.  O  dövrün  rus  hərb  tarixi  yazarları  on­
ların  qoşunları  ilə  Mehralı  arasında  bu  kəndlər  uğrunda  baş 
vermiş döyüşləri aşağıdakı kimi işıqlandırırdılar: 

A.  Maslov:  «D ekabrın  10-da  general  Heyman  Keçkə  ge- » 
lə rə k  oradakı  q o şunu q ə rb ə ,  Hins  kən d i  yaxınlığına göndər­
di.  B aşıpozuqların  kom andanı  M e h r a l ı   qoşunun  bu hərəkə­
tini  m üşahidə  ed ən   kim i,  500  çərk əzlə  Hinsi  ələ  keçirdi  və 
D ərb ən d   batalyonları  ilə  qızğın  atışm aya  girişərək  bir-neçə 
saat  m övqeyini  ə ld ə n   verm ədi.  Hinsi  yenidən  ələ  keçirmək 
bizə  20 -d ən   çox  ə sg ə r  itirm ək   bahasına  başa  gəldi.  Ancaq 
onu  da  deyim   ki,  bu  d ö y üşdə  M e h r a l ı   özü  də  ayağından 
ağır  yaralandı  v ə   atdan  d ü şərk ən   yaralı  ayağını  sındırdı. 
D ekabrın  14-də  biz  onun  ölüm ü  b arəd ə  dəqiq  məlumat  al­
dıq.  M e h r a l ı n ı n   şəx sin d ə  tü rk lər  çox  təd b irli,  bacarıqlı və 
igid  b ir  p artizan larım   itird ilər.  Ə rzurum   civarı  kəndlər içə­
risində  Hins  ehtiyat  ərzaq  m əh su lların a  görə  birinci yeri  tu­
tu rd u » .1 1
General  S.  Kişmişov:  «B izim   qoşunların  Qarasu  ovasına 
yetişm əyi  Ə rzurum da  h ə y əc a n   yaratdı.  Ə hm əd  Muxtar Paşa 
dekabrın  10-da  qaladan  6000  (altı  m in)  n ə fə rlik   süvari  dəs­
təsin i  M e h r a l ı n ı n   kom andanlığı  altında  bizim   növbəti  hə­
rək ətlərim izi  izləm ək   m əq səd i  ilə  qoşunlarım ızın  yerləşdi­
yi  səm tə  göndərdi.
M e h r a l ı   h ə lə   bizim   hansı  m ən təq ələri  ə lə   keçirdiyim i­
zi  bilm ədən,  səh ə r saat  10-da  cəsa rətlə   Tuvançıya  yaxınlaş­
dı,  oradan  bizim  avanpostları  sıxışdırıb  çıxardı  və  onları 
qovub  tə q ib   etm əyə  başladı.  A təş  səslə rin ə   özlərini  ilk 
y e tirə n lə r  növbəti  süvari  d əstələri  oldu,  onların  arxasınca 
D ərbənd  polkunun  batalyonları  və  həm in  polkun  üç  rotası 
v ə  IV  Q afqaz atıcı  batalyonu  oldu.
Bizim  qoşunların  h ərək ətin i  görən  M e h r a l ı   geri  dönə­
rək   Tuvançı  kəndini  ə lə   keçirdi  və  daxm alarda  mövqeyini 
m öhkəm ləndirdi.
1 Yenə orada,  s.  149.
186
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
H ər  daxm a  uğrunda  ayrıca  döyüş  gərəkirdi,  k əndə  hü­
cum  zamanı  çox  tə lə fat  verməmək  m əqsədiylə  general  Tsı- 
toviç  qoşunu  bir  top  atəşi  m əsafəsində  saxladı  v ə  oradan 
atışm ağa  başladı,  üç  saatlıq  döyüşdən  sonra  nəhayət  ki, 
D ərbənd  alayı  kəndə  girə  bildi.  Döyüşdə  bizim   əsgərlərdən 
biri  öldü,  on  biri  isə  yaralandı.  Qarşı  tə rə fin   itkisi  nam ə­
lumdur,  ancaq  M e h r a l ı   öz  cəsarətinin  əvəzini  şəxsən 
ödəm əli  oldu.  B əzilərinin  dediyinə  görə  o  ayağından  yara­
lanm ış,  dig ərlərin in   dediklərinə  görə  isə  o  atdan  düşərkən 
ayağını  sındırm ışdı.
H ər  halda,  nə  də  olmasa,  bizim  qoşunları  bundan  sonra 
d a narahat edə  biləcəyi  ehtimal olunan belə  b ir igid süvarini 
itirm ək  Ə rzurum   qarnizonu  üçün  hiss  olunacaq  d ərəcəd ə 
m ühüm   hadisə  idi.  Tuvançıda  baş  vermiş  bu  döyüş  zamanı 
general  Heyman  H insdə  idi.  Bu  barədə  m əlum at  alan  kimi, 
o,  D əvəboynu  yaxınlığında  yerləşən  İrəvan  polkuna  Ərzu­
rum   ovasına doğru  irəliləm əyi  əm r etdi».1
Tanınmış  türk  tarixçisi  Ənvər  Konukçu  «Səlcuqlulardan 
C üm huriyyətə  Ərzurum»  əsərində  Mehralının  1877-ci  ilin 
dekabrında  Ərzurum  ətrafında  baş  vermiş  savaş  dönəmindeki 
bu  son  döyüşü  (yaralandığı  üçün)  haqqında  danışarkən  bunları 
yazır:  «Qazi  Ə hm əd  M uxtar  Paşa  Dumlu  ve  Tufanç  (G özə- 
lova)  tə rə fin ə   seçm ə  süvarilər  göndərdi.  B unlar  arasında 
ad ı  d a sta n la şa n   M e h r a l ı   da  bulunurdu.  Ü ç-dörd  alay  rus 
süvarisi  ilə  çatışm a  olm uş,  ikindidən  sonra  geri  çəkilm ə 
qərarı  verilm işdir».2
Yuxarıda  barəsində  bəhs  etdiyimiz  Tuvançı  kəndi  uğrunda 
döyüş  1877-78-ci  illər  türk-rus  müharibəsi  tarixinə  dair  ən  də­
yərli  mənbələrdən  biri,  general-leytenant  Çemyavskinin  redak­
təsi  ilə  1907-ci  ildə  çap  olunmuş  Qafqaz  Hərbi  Dairəsi  Qərar­
gahının  hərbi  tarix  şöbəsinin  nəşri  olan  «1877-1878-ci  illər  rus- 
türk  müharibəsinin  təsvirinə  dair  materiallar»  kitabının  III  cil­
1  Kişmişov, göstərilən eseri,  s. 491.
2 E. Konukçu.  Selçuklulardan Cumhuriyete Erzurum, Ankara,  1992,  s.  567.
187


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə