Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə13/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   9   10   11   12   13   14   15   16   ...   41

38
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
meşələrdə  bəzən  ot  bitkilərinə  çox  az  təsadüf  olunur.  Meşədən
kənarda  bitən  ağac  qruplarında  isə  az  miqdarda  kollar  və  meşə
növlərindən fərqli ot bitkilərinə təsadüf olunur. Beləliklə, meşənin
əsas xüsusiyyəti ­ bitkilərin müxtəlif yaruslarda yerləşməsi, bioloji
müxtəliflik,  ağac  və  kol  bitkilərinin  özünəməxsus quruluşa  malik
olmasıdır.
Meşədəki çoxmərtəbəlilik (yarusluluq) adi parklarda və bağlarda
olduğundan  fərqlidir.  Torpağın  səthindən  başlayaraq  ən  hündür
ağacların  çətirinə  qədər  müxtəlif  mərtəbələrdə  yerləşən  bitkilər
işığa tələbkarlığı ilə fərqlənirlər. Meşənin çoxmərtəbəli quruluşunda
boşluq tapmaq çətindir. Təbiət hər bir bitki növünü özünəməxsus
şəraitlə təmin edir.
Palıd­vələs  meşəsində  ilk  yarusda  palıd,  ikinci  yarusda  vələs,
alma, armud, quşarmudu, üçüncü yarusda qarağat, yemişan, fındıq
dördüncü  yarusda  zirinc,  böyürtkən,  itburnu,  zoğal,  gəndalaş,
beşinci yarusda ot bitkiləri yerləşir. Meşə döşənəyi­torpağın üzərin­
dəki  mamır,  mikroorqanizmlər,  xəzəl,  bitki  qalıqlarından  ibarət
olub,  torpağın  münbitləşməsində  böyük  əhəmiyyətə  malikdir.
Eyni  zamanda  meşə  döşənəyi  torpağın  su  və  hava  keçiriciliyinin
yaxşı laşmasına kömək edir, buxarlanmanın, güclü leysan yağışları
zamanı  sel  sularının  yaranmasının  qarşısını  alır.  Torpağın  su
keçiriciliyinin  artması  yeraltı  suların,  çay  və  bulaqların  bol  su  ilə
təmin olunmasına şərait yaradır.
Azərbaycan  meşələri  əsasən  5  yarusdan  ibarət  olub,  müxtəlif
hündürlüklü, ağac, kol və ot bitkiləri xüsusi meşə mühitini əmələ
gətirir. Eldar şamı və ya qarmaqvari şamın bitdiyi qarışıq meşələrdə
işıqlanma  səviyyəsi  toxumdan  əmələ  gələn  şam  pöhrələrinin
inkişafına  müəyyən  təsir  göstərir.  İşıqsevən  şam  meşəliyində
məhsuldar torpağa düşən palıd, vələs və digər bitkilərin toxumları
sürətlə  inkişaf  edərək  meşənin  ikinci  və  üçüncü  yarusunu  tutur.
Fıstıq və ya cökə ağacları gölgəyə davamlı olaraq sıx meşəlik əmələ
gətirir.  Şam  ağaclarının  toxumları  kölgəlik  şəraitində  zəif  inkişaf
edir  və  kifayət  qədər  işıq  düşmədiyinə  görə  alçaqboylu  ağaclar
əmələ gəlir. Bu halda şam meşəliyi tədricən palıd və digər ağaclarla
əvəz olunmağa başlayır. Akademik Həsən Əliyev Kiçik Qafqazın dağ
yamaclarında  qarmaqvari  şam  meşəsinin  zaman  keçdikcə  digər
ağac növləri ilə əvəz olunmasını bu səbəbdən izah edirdi.
Meşənin  birinci  yarusunda  yerləşən  ağaclar  müəyyən  əlamət­
lərə görə digər bitkilərdən fərqlənir. Əsasən meşə örtüyü üçün bu
bitkilkər  təyinedici  ­  edifikator  rolunu  oynayır  və  meşənin  ümu­
mi  ekoloji  vəziyyətini  əks  etdirir.  Birinci  yarusda  hündür  boylu


39
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
ağaclar (palıd, vələs) erkən yazda yarpaqlar əmələ gələnə qədər
çiçəkləyir.  Çiçəkləri  nisbətən  xırda  olub  əsasən  külək  və  həşərat
vasitəsilə tozlanır, yetişmiş meyvələrdəki toxumlar külək və quşlar
vasitəsilə  yayılır.  Meşənin  ikinci  və  üçüncü  yarusunda  yerləşən
nisbətən alçaqboylu ağac və kollar (fındıq istisna olmaqla) yazın
sonunda  çiçəkləyir.  Bu  bitkilərin  ağ  rəngli,  parlaq  çiçəkləri  toran
meşədə diqqəti cəlb edir və daha çox həşəratlarla tozlanır. Toxum
və meyvələri isə quşlar, heyvanlar vasitəsilə yayılır.
İnsan tərəfindən yaradılan süni meşədə əlverişli şəraitdə 100­
150  ildən  sonra  cərgə  ilə  əkilmiş  ağacların  altında  yeni  ağac
növləri, meşəaltı kollar və ot örtüyü əmələ gəlir. Yeni salınan meşə
zolaqlarının inkişafı təbii meşədən fərqli olaraq bir neçə mərhələdə
gedir.  Fərdi  inkişaf  mərhələsində  toxumdan  becərilən  cavan
ağacların çətiri tam inkişaf edib qovuşmur. Belə halda ağaclar ətraf
mühitin əlverişsiz təsirlərinə daha çox məruz qalırlar. Zəif inkişaf
etmiş bitkilər davam gətirməyərək məhv olur.
3­5  ildən  sonra  bitkilərin  kollanma  dövrü  başlayır.  Ağaclar
sürətlə  inkişaf  edib,  çətirləri  sıx  qovuşur.  Qonşuluqdakı  ağaclar
arasında rəqabət hər bir ağacın boyatma və inkişafını sürətləndirir.
10­25 ildən sonra yeni salınmış meşə sahəsi gur inkişaf etməyə
başlayır.  Güclü  rəqabət  şəraitində  buradakı  ağaclar  maksimal
hündürlüyə çatıb, budaqları və yarpaqları sıx inkişaf edir. Bu dövr
meşə massivinin gur inkişafı mərhələsidir. Ağaclar yağıntının çox
hissəsini  hopdurub  saxlayır  və  buxarlanmaya  çoxlu  miqdarda
rütubət sərf edir. Bu mərhələdə ağacların kök sistemi tam inkişaf
etməmiş və torpağın dərinliyinə sirayət etməmiş vəziyyətdədir. Bu
zaman sıx kollanma şəraitində bəzi xəstəliklərin asanlıqla yayılması
müşahidə olunur. Ağacların sıx çətiri arasından günəşin şüaları az
miqdarda keçdiyinə görə daha zəif ağaclar məhv olub quruyur və
nəticədə seyrəlmə baş verir.
Yetkinlik mərhələsi (20­60 il) ağacların meyvə əmələ gətirdiyi
dövrə təsadüf olunur. Kifayət qədər formalaşmamış kök sisteminə
malik zəif ağacların məhv olması və yaxud güclü qonşu ağaclarla
rəqabətə davam gətirməyərək inkişafdan qalması müşahidə olunur.
Kök sistemi yaxşı inkişaf etmiş ağaclar məhv olmuş bitkilərin yerini
tutur.  Yıxılan  ağacların  yerində  yaranan  boşluqlarda,  yəni  meşə
“pəncərələri”ndə inkişaf edən cavan pöhrələr yeni həyata qədəm
qoyur.
Növbəti daha uzun inkişaf mərhələsi bərpaolunma adlanır. Bu
zaman qocalmaqda olan yetkin ağacların davamlılığı azalır, onların
boy atması dayanır. Meşəaltı bitkilər gur inkişaf edir və cücərmiş


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə