Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə14/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

40
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
toxumlardan  meşənin  yeni  nəsli  yaranır.  Beləliklə,  eyni  növdən
olan  ağacların  bir  neçə  nəsli  inkişaf  edir.  Meşədə  müxtəlif  yaş
mərhələsində  olan  bitkilərin  sayı  artır.  Yıxılan  ağacların  yerində
küləklə və heyvanlar tərəfindən gətirilən yeni ağac­kol növlərinin
toxumları inkişaf etdikcə müxtəlif cinsli meşə formalaşır. Ömrünü
başa  vurmuş  qocaman  ağaclar  yeni  nəsillə  əvəz  olunur.  Bu
mərhələ təbii meşələrdə hər 150­200 ildən bir baş verir və 60­100
il müdətində davam edir.
Dağlarda  meşələrin  həddindən  artıq  qırılması  düzənlikdə  əkin
sahələrini sudan məhrum edir, çayların su rejimi pozulur, torpaqların
eroziyası  sürətlənir.  Meşəni  özünə  məskən  etmiş  quşların  və
heyvanların  məhv  edilməsi  ağac  xəstəliklərinin  və  ziyanverici
həşəratların geniş yayılmasına səbəb olur. Qabanlar və digər dırnaqlı
heyvanlar  torpağı  eşərək  ziyanverici  həşəratların  sürfələrini  tapıb
qidalanırlar.  Meşə  döşənəyinin  bu  cür  eşilməsi  ağac  toxumlarının
cücərib inkişaf etməsi üçün şərait yaradır. Quşlar da meşə sanitarları
rolunu ifa edərək ziyanvericilərin sayının tənzimlənməsində iştirak
edirlər.  Meşə  ekosistemində  müxtəlif  canlılar  mürəkkəb  qarşılıqlı
əlaqədə maddələr və enerji dövranında iştirak edirlər.
Meşədə çoxyarusluluğun əhəmiyyəti nədən 
ibarətdir?
Meşənin yaxşı inkişaf etmiş çoxmərtəbəli quruluşu ekosistemə
müsbət  təsir  göstərir.  Ot  bitkilərindən  ibarət  yarus  heyvanların
qidalanmasına  və  düşmənlərdən  qorunmasına  xidmət  edir,
torpaqdan rütubətin buxarlanmasının qarşısını alır, qida maddələri
ilə zənginləşdirir və quruluşunu yaxşılaşdırır.
Meşəaltı torpağın eroziyasının qarşısını alır, bitki tullantılarından
ibarət  üzvü  maddələrlə  zənginləşdirir,  küləyin  qarşısını  alır
və  torpağın  qurumasına  mane  olur.  Meşəaltı  digər  tərəfdən
həşəratların,  quşların  və  məməlilərin  sayının  artmasına  səbəb
olur.  Bəzi  oduncaqlı  bitki  növləri  meşə  zərərvericilərinin  sayının
artmasına mane olur. Palıd meşəsində mərcangilə kollarının artması
palıd bığlıcası, ağacoyan və digər zərərli həşəratların azalmasına
səbəb  olur.  Meşə  talasındakı  kollar  çöl  bitkilərinin  meşəyə  daxil
olmasının qarşısını alır və rütubəti qoruyub saxlayır.
Meşədəki əsas ağac növləri meşənin quruluşunu müəyyən edir
və  digər  növlərin  inkişafına  şərait  yaradır.  Hər  bir  meşə  tipinin
özünə  məxsus  kol  və  ot  bitkiləri  vardır.  Məsələn,  palıd  meşəsi


41
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
zəngin  bioloji  müxtəlifliyə  malikdir.  Palıd  ağacları  ilə  yanaşı  bu
meşədə ağcaqayın, cökə, göyrüş, vələs ağacları bitir. İkinci yarusda
yabanı alma, armud, quşarmuduna təsadüf olunur. Meşəaltı fındıq,
böyürtkən,  meşə  alçası,  yemişan  və  zirinc  kollarından  ibarətdir.
Enliyarpaqlı  meşələrin  ot  örtüyü  taxıllardan,  zümrüdçiçəyi,  fri­
kaliya, əsmə və s. ibarətdir.
Meşədə  iki  eyni  ağac  tapmaq  qeyri­mümkündür.  Eyni  növdən
olan  bütün  ağac  və  kollar  bir­birindən  fərqlənir.  Bir­birinə  oxşar
heyvanlar,  quşlar  olmadığı  kimi  meşə  bitkiləri  də  bir­birinə
bənzəmir. Bunun əsas səbəbi ətraf mühit şəraitindən asılıdır. Eyni
növlü  ağaclar  müxtəlif  şəraitdə  müxtəlif  səviyyədə  inkişaf  edir.
Meşədə palıd ağacı düz qamətli, hündür, nisbətən yığcam çətirli,
yer səthindən hündürdə inkişaf etmiş olur. Ağacın çətiri gövdənin
aşağı  hissəsindən  başlayaraq  yuxarıya  doğru  böyüyür.  Meşədən
kənarda  bitən  palıd  ağacı  çox  vaxt  güclü  küləklərin,  quraqlığın
təsirinə məruz qalır və gövdəsinin əyri olması ilə seçilir.
Bitkilərin  ətraf  mühit  şəraitinə  belə  uyğunlaşması  adaptasiya
adlanır. Bitkinin müxtəlif orqanları mühit amillərinin təsiri altında
dəyişərək boy atır. Bitkinin inkişafına təsir edən əsas abiotik amillər
­ torpağın münbitliyi, su keçiriciliyi, havanın temperaturu, küləyin
gücü, quraqlıqdır. Oxşar təbii şəraitdə böyüyən bitkilər tərkibinə,
xarici  görünüşünə  və  inkişaf  xüsusiyyətlərinə  görə  bir­birindən
fərqlənən bitki qruplaşması formalaşdırır.
Meşələrin  Yer  üzərində  yayılması  iqlim  və  torpaq  şəraitindən,
relyefdən və digər amillərdən asılıdır. Temperaturun aşağı düşməsi
meşələrin  şimala  doğru  yayılmasının  qarşısını  alır.  İstiliyin
çatışmaması  ağacların  boyatmasına,  meyvələrin  yetişməsinə,
toxumun cücərməsinə mane olur. Cənuba doğru quraqlıq şəraitdə
buxarlanmanın artması meşələrin çöl bitkiliyi ilə əvəz olunmasına
səbəb olur.
Meşə  torpaqlarının  məhsuldarlığı  bitkilərin  həyatında  böyük
əhəmiyyətə  malikdir.  Torpağın  tərkibi,  rütubətliliyi,  turşuluğu,
temperaturu və digər amillər iqlim amilləri ilə yanaşı təsir göstərir.
Torpaq üzvü və qeyri­üzvü maddələrin qarışığından ibarətdir. Üzvü
maddələr  canlı  orqanizmlərin  tullantılarından  və  qalıqlarından,
qeyri­üzvü maddələr isə dağ suxurları və minerallardan ibarətdir.
Meşə torpaqlarında çürüntü qatı neytral və turş humus tiplidir.
Yarpaqlardan  ibarət  meşə  döşənəyinin  çürüməsi  nəticəsində
neytral tipli humus qatı əmələ gəlir. Əsasən şam meşələrində turş
humus  qatı  yaranır.  Torpaqda  humus  qatının  miqdarından  asılı
olaraq məhsuldarlıq artır və ya azalır. Humus qatında qeyri üzvü


42
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
suxurların  hissəcikləri  birləşərək  havanın  keçməsinə  və  suyun
toplanmasına şərait yaradır.
Torpaq şəraitinin canlı indiqatorları bitkilərdir. Bəzi bitki növləri
yalnız  müəyyən  tipli  torpaqlarda  təsadüf  olunur.  Belə  bitki lərə
indiqator  bitkilər  deyilir.  Məs;  zəif  turşu  reaksiyalı  torpaq ların
indiqatoru  ­  cincilim,  çobanyastığı,  dəvədabanı,  çöl  sar maşı ğı dır.
Yüksək turşuluğa malik torpağın indiqatoru­ əvəlik, çöl qatır quyru­
ğu, mərcanı, inciçiçəyi və zanbaqkimilərdir. Qələvi xas səli torpaq­
larda quşəppəyi, xaş­xaş və s. bitir.
Azərbaycan meşələri
Azərbaycanın  dövlət  əhəmiyyətli  meşə  fondunun  ümumi  sahəsi
1213,7 min hektardır, o cümlədən meşə ilə örtülü sahə 1021 min ha,
ümumi oduncaq ehtiyatı isə 148,8 min m³­dir. Ümumiyyətlə, meşə
sahəsinə  və  oduncaq  ehtiyatına  görə  Azərbaycan  meşəsi  az  olan
ölkədir.  Burada  hər  adambasına  0,14  ha  meşə  sahəsi  və  18,4  m³
oduncaq düşür. Respublika ərazisinin 11,8%­ ni meşələr təşkil edir.
Şəkil 11. Böyük Qafqaz meşələri
Meşələrin əsas sahəsi Böyük Qafqazın cənub yamacları hissə­
sində dir ­ 311,1 min ha, Qarabağda 161 min ha, Talışda isə 139,7 min
ha­dır. Əgər dağ zonalarında meşəlilik 18­43% arasında dəyişirsə,


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə