Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə17/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   13   14   15   16   17   18   19   20   ...   41

49
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
bitkilərdən  qarmaq vari  şama
(Pinus  Hamata  L.)  Kiçik  Qaf­
qazda, Goy­Göldə, Tovuz rayonu
ərazisində Şamlıq və Bö yük Qış­
laq  kənd ləri  ətrafı  meşə lərdə,
Böyük  Qafqazda  Qusar  rayonu
meşələrində təsa düf edilir. 
Eldar oyuğu adlanan 400 ha­a
yaxın  sahədə  kserofit  şəraitdə
Eldar  şamı  (Pinus  Eldarica  L.),
əsa sən  təzə  və  rütubətli  fıstıq
meşə lərində  qaraçöhrə  (Taxus 
Bacaata L.) enliyarpaqlı cins lər­
lə  qarışıq  halda  təsadüf  edi lir.
Belə meşəliklərə Böyük Qaf qaz­
da ­ Qəbələ rayonunda Həm zəli
kəndində, Pirqulu və Oğuz rayo­
nu  meşələrində,  Xızı,  Dahardibi
adlanan  meşələrdə,  Kiçik  Qaf­
qaz da ­ Göy­Göl, Gədə bəy meşə­
lərin də, Talış dağlarında ­ Lerik rayonu Hamazat kəndi ətrafı meşə­
lər də təsa düf edilir.
İynəyarpaqlı cinslərdən ən geniş ərazidə yayılmışı ardıc meşələridir.
Azərbaycan meşələrində ­ Qazax ardıcı (Juniperus Salina L.), uzunsov
ardıc (C. Oblonga), cırtdan ardıc (C. Pugmaca), alçaqboy ardıc (C. 
Depressa),  qırmızı  ardıc  (C.Polycarpos)  və  s.  növləri  bitir.  Ardıc
meşələrinin  ən  geniş  sahəsi  Bozdağda,  Naxçıvan  meşələrindədir.
Ardıcın çox da geniş olmayan sahələrdə seyrək meşələri də vardır.
Ardıc meşələri çox vaxt saqqız ağacı ilə qarışıq bitir. Belə meşələrdə
kol bitkilərindən doqquzdon, murdarça, qaratikan, cır nar, sarağan,
acılıq  və  s.  təsadüf  olunur.  Meşənin  ot  örtüyü  kserofit  bitkilərdən
tonqalotu, daraqotu, çobantoxmağı, yovşan və s. bitkilərdən ibarətdir.
Tuqay meşələri ağyarpaq qovaq, uzunsaplaq palıd, söyüd, qarağac
və s. bitkilərdən ibarətdir. Qanıx­Əyriçay vadisində qızılağac, yalan­
qoz, cökə, söyüd, qovaq və s. bitir. Talış dağlarında və böyük Qaf­
qazın  cənub  yamacında  Qəbələ  rayonu  ərazisində  üçüncü  dövrün
relikt bitkilərindən olan dəmirağacı yayılmışdır. Xaçınçayın Əyriçayla
qovuşduğu  sahədə  saqqızağacı  meşələri  vardır.  Şabalıd  ağacı
əsasən Böyük Qafqazın cənub yamaclarınfda Qəbələ, Qax, Zaqatala
rayonlarında  bitir.  Şərq  çinarınıln  təbii  meşəliyi  isə  yalnız  hazırda
işğal altında olan Zəngilan rayonu Bəsitçay dərəsi ərazisindədir.
Şəkil 16. Giləmeyvəli qaracöhrə


50
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006­cı il tarixli
sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında  bioloji
müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya
və  Fəaliyyət  Planı”nda  meşələrin  bərpası,  qorunub  saxlanması
və  davamlı  istifadəsi,  meşələrin  idarə  olunmasında  yerli  əhalinin
rolunun gücləndirilməsi, xüsusi mühafizə olunan təbiət ərazilərində
tədris­təcrübə işləri üçün lazımi şəraitin yaradılması, ekoturizmin
inkişaf etdirilməsi əsas fəaliyyət istiqamətləri kimi qəbul edilmişdir.
Azərbaycanın xüsusi əhəmiyyətli meşə sahələri
Hazırda  ölkəmizdə  ümumi  sahəsi  892546,49  hektar  olan
xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park,
11  dövlət  təbiət  qoruğu  və  24  dövlət  təbiət  yasaqlığı  fəaliyyət
göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə
ərazisinin 10,3 %­ni, o cümlədən, milli parklar 3,7%­ni təşkil edir.
Dövlət  qoruqları  bütün  təbiət  komplekslərini  təbiətin  etalonları
kimi saxlamaqla yanaşı, həm də təbiətə insanların təsirinin, təbii
proseslərin  elmi  cəhətdən  öyrənilməsini  həyata  keçirən  regional
elmi­tədqiqat idarələridir. Milli Parkların, qoruqların elmi­tədqiqat
fəaliyyəti il boyu müşahidələrin və çoxillik tədqiqatların təşkili yolu
ilə həyata keçirilir. Meşələrdə ekoloji şəraitin öyrənilməsi, təbiətin
mühafizəsinin  elmi  əsaslarının  hazırlanması,  canlı  orqanizmlərin
genofondunun  qorunub  saxlanılması,  təbii  ehtiyatların  bərpası
və  səmərəli  istifadəsi  məqsədi  ilə  ayrı­ayrı  təbiət  obyektlərinin,
təbii proseslərin öyrənilməsi qorunan ərazilərin əsas vəzifələridir.
Qorunan ərazilərin sayı artsa da, ölkənin hər yerində təbii sərvətlərin
davamlı istifadəsi və qorunması hər bir vətəndaşın borcudur.
Azərbaycanın xüsusi mühafizə olunan təbiət abidələri siyahısına
daxil edilmiş xüsusi əhəmiyyətli meşə sahələri də dövlət tərəfindən
qorunur.
Saqqız ağacı meşəliyi ­ Ağdam rayonunda, ümumilikdə, 732
ha sahəni əhatə edir. Yayıldığı məkan Ağdam rayonunda Qarabağ
düzü, Xaçınçayın sol sahilindəki Sultanbud ərazisidir. Saqqız ağacı ­
mezofil meşə formasiyalarına xas olan unikal növdür. Elmi­təcrübi
əhəmiyyət daşıyan bu saqqız ağacı ağaclarının diametri 25­32 sm,
hündürlüyü 8­12 m, yaşı isə 370­400 ildir.
Çinar meşəliyi ­ Ağdərə rayonunun Tərtərçay hövzəsində 5 ha
sahəni əhatə edir. Qarışıq palıd­fıstıq meşəliyidir.
Şümşadlıq ­ Astara rayonunun Maşxan ərazisində 3 ha, Alaşa
ərazisində 6 ha, Ovala, Böyük Ovala və Miki ərazisində 1,5 ha sahəni
əhatə edir. Şümşadlıq­Hirkan florasının ən qədim nümayəndələrindən


51
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
olub,  üçüncü  dövrün  relikt  meşəliyi  kimi  qalmışdır.  Həmişəyaşıl
hirkan şümşadının qaracöhrə, pirkal, danaya və bigəvər bitkiləri ilə
qruplaşması  əhəmiyyətlidir.  Şümşad  ağaclarının  hündürlüyü  8­15
m, diametri isə 10­36 sm, orta yaşı 200­300 ildir.
Çinar meşəsi ­ Balakən rayonunun əsasən Himbulçay sahili və
Qullar kəndi ərazisində 25 ha sahədə yayılmışdır. Üçüncü dövrün
relikti olan təbii çinar meşəsində ağacların gövdələrinin diametri
16­140 sm, hündürlüyü 8­12 m, yaşı 230­250 ildir.
Palıd­qarağac meşəsi ­ Bərdə rayonunun “Xan meşəsi” adlanan
ərazisində  62  ha  sahədə  yayılmışdır.  Palıd­qarağac  meşəsi  180­
200  illik  ağaclardan  ibarət  olan  təbii  meşədir.  Tərkibində  palıd,
qarağac, yunan qozu, yemişan üstünlük təşkil edir. Ağacların orta
diametri 30­32 sm, hündürlüyü18 m­dir.
Palıd  meşəsi  ­  Bərdə  rayonunun  Balabəy  meşəsi  adlanan
ərazisində  1,5  ha  sahədə  yayılmışdır.  180­200  illik  təbii  palıd­
qarağac  meşəsi  olub,  tərkibinə  palıd,  qarağac,  yunan  qozu,
yemişan və s. ağaclar daxildir. Ağacların gövdələrinin orta diametri
30­32 sm, hündürlüyü 18 m­dir.
Fıstıq-göyrüş, palıd, şam ağacları ­ Gədəbəy rayonunun Kollu
kəndi və Gödəkdərə kəndi ərazisində salınan süni meşəliklərdə 2 ha
sahəni, fıstıq ağacları “Şamlıq” ərazisində 2 ha, şam­küknar, şam­
palıd  meşəliyi  Qalakənddə  1  ha  və  fıstıq  “Qamış  meşə”  adlanan
ərazidə 1 ha sahəni əhatə edir. Bu meşəlik süni meşəlik olub 70­
80  il  öncə  15­200  meyilliyə  malik  dağ  yamaclarında  əkilmişdir.
Meşələr əsasən, göyrüş, fıstıq, palıd və şam ağaclarından ibarətdir.
Dağ  yamaclarındakı  süni  meşələrin  etalon  forması  kimi  xüsusi
əhəmiyyətə malikdir. Diametrləri 36 sm, hündürlükləri 27­30 m,
orta yaşları 80­90 ildir.
Pirkal  meşəliyi  ­  Xankəndində  Badarçay  hövzəsi  və  ”Yeddi
kilsə” ərazisində 20 ha sahəni əhatə edir. Pirkal meşəliyi­meşəaltı
pirkaldan ibarət fıstıq­palıd meşəsidir.
Azat  meşəliyi  ­  Xocavənd  rayonunun  Qarakənd  kəndi
ərazisində 0,5 ha sahədə yayılmışdır. Bu meşəlik üçüncü dövrün
relikt ağaclarıdır. Ağacların diametri 24 sm, hündürlüyü 12 m, orta
yaşı 100 ildir.
Sumaq meşəliyi ­ İsmayıllı rayonu ərazisində Zeyvə, Gülyan
və Mücü kəndində, ümumilikdə, 500 ha sahədə yayılmışdır. Sənaye
əhəmiyyətli meşə sahəsi hesab olunur.
Ayı fındığı meşəsi ­ Kəlbəcər rayonunda dəniz səviyyəsindən
1500­2100 m yüksəklikdə 968 ha sahədə yayılmışdır. Ayı fındığına
Azərbaycanın  digər  meşələrində  çox  nadir  hallarda  rast  gəlinir.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə