Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə22/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   18   19   20   21   22   23   24   25   ...   41

63
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
Vegetativ  üsulla  qələm  və  kök  pöhrəsi  ilə  artırılan  bitkilər
toxumla artırılan bitkilərə nisbətən xəstəliklərə qarşı davamsız və
qısa  ömürlü  olur.  Buna  görə  də  toxumla  nisbətən  çətin  artırılan
qovaq  və  söyüd  ağacları  istisna  olmaqla,  digər  meşə  bitkilərinin
toxumla çoxaldılması daha məqsədəuyğundur (cədvəl 3).
Cədvəl 3.
Ağac toxumlarının səpin qaydası
Ağacın 
növü
Səpin müddəti
Səpin üsulu
Səpin 
dərinliyi
Səpin 
norması 
q∕m2
Tozağacı
Payızın sonu­yaz 30­45 gün soyuqda
1 sm
1,4
Boyarışnik
Payız –erkən yaz 150­180 gün strat.
2­3 sm
17
Armud
Payız – yaz
75­90 gün strat.
2­3 sm
1,8
Palıd
Erkən yaz­payız
Hazırlıqsız
5­7 sm
125
Ağcaqayın
Payız – yaz
45­60 gün strat.
3­4
10
Fındıq
Yaz­payız sonu
120­150 gün strat.
4­5
40
Cökə
Yaz
Strat. 30­60 gün
4­5
40
Qızılağac
Erkən yaz
4­5 saat isladılmış
­
2,5
Quşarmudu
Yaz
Hazırlıqsız
0,5­1,5
1,8
Göyrüş
Yaz­payız
Str.60­90; 140­170
3­4
8
Qarağac
Yay
Hazırlıqsız
Çürüntü ilə
ört.
5
Şam
Yaz
Str. 30­60 gün
0,5­1,5
1,5
Alma
Payız­yaz
Str. 90­120 gün
2­3
2
Toxumları  çox  ehtiyatla  toplamaq  lazımdır.  Bu  zaman  ağac
və  kolların  budaqlarını  qırmaq,  quş  yuvalarını  dağıtmaq  olmaz.
Bəzi hallarda ağacların budaqlarını ehtiyatla silkələyib səpələnən
toxumları  yerdən  yığmaq  mümkündür.  Bu  halda  ağacın  altına
polietilen  örtük  sərib  tökülən  toxumları  rahat  toplamaq  olur.
Yığılmış toxumlar kətan torbalarda və ya taxta qutularda saxlanılır.
Toxumlar  quru  və  kölgə  şəraitdə  qurudulur.  Toxumları  günəşin
birbaşa şüalarından və qızdırıcılardan qorunmaq lazımdır. Ən yaxşı
qurudulma üsulu havası yaxşı dəyişdirilən örtülü otaq şəraitidir.
Məktəb tingliyində səpilmiş toxumlardan əmələ gələn cücərtiləri
1 ildən sonra (məs; palıd, şam) daimi yerinə köçürmək olar. Bu
zaman cücərtilərin kök sisteminin ucu bir qədər qısaldılır ki, yan
köklər yaxşı inkişaf etsin və bitki sonradan xəstəliyə yoluxmasın.


64
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
Tinglikdə  becərilən  cavan  ağac  və  kök  tingləri  də  2­3  ildən
sonra  daimi  sahəyə  köçürülə  bilər.  Bəzən  meşədə  bitən  kolların
budaqlarını  əyib  torpağa  basdırmaqla  kök  atdıqdan  sonra  yeni
cücərtilər əldə etmək olar. Budaqları kəsib başqa yerə köçürməklə
bu bitkiləri asanlıqla artırmaq olur.
Kiçik meşə zolağı salmaq üçün meşə bitkilərinin əkiləcəyi sahəni
qabaqcadan  hazırlamaq  olar.  Sahədə  0,5  m  dərinlikdə,  2­3  m
diametrdə  xəndək  qazılır  və  qışda  qarla  doldurulur.  Belə  çalada
əkindən  əvvəl  saxlanılan  tinglərdə  şirə  axını  və  tənəffüs  prosesi
zəifləyir,  bitki  daha  yaxşı  saxlanılır.  Bu  proses  2­3  gün  ərzində
aparılır.
Əkin üçün müəyyən avadanlıq tələb olunur: bel, vedrə, susəpən,
əl  arabası,  kətan  torbalar  və  s.  Əkin  üçün  seçilmiş  bitkilərin
kök  sistemini  qurumaqdan  qorumaq  üçün  torpaqda  çala  qazıb
basdırmaq  lazımdır.  Əkin  prosesində  çıxarılmış  bitkilərin  üzəri
kətanla və ya samanla örtülür.
Meşə tingliyində bitkilərin becərilıməsi
Təbiətdə  torpağa  səpələnən  bitki  toxumlarının  hamısı  inkişaf
etmir.  Cücərmiş  bitkilərin  əksəriyyəti  növbəti  ilə  salamat  qalmır.
Digər  bitkilərlə  rəqabət  şəraitində  rütubət  və  qida  maddələrinin
çatışmazlığı cücərtilərə təsir göstərir. Nəticədə yüzlərlə cücərtidən
biri böyüyüb yetkin ağaca çevrilir.
Buna görə də süni meşəsalmada daha çox əkin materialı kimi
toxmacarlar  və  tinglər  istifadə  edilir.
Əkin materialı bir neçə il ərzində xüsusi
tinglikdə  becərilir.  Çox  nadir  hallarda
bitkilərin  toxumları  bilavasitə  bərpa
oluna caq sahəyə səpilir. Məs: palıd, qoz,
fın dıq bitkisinin toxumları bərpa olunan
meşə  sahəsinə  birbaşa  səpildikdə  əl­
verişli torpaq şəraitinin və ot örtüyünün
seyrək olması nəzərə alınır.
Tinglikdəki  əkin  materialı  bir  və  bir
neçə ildən sonra daimi yerinə köçürülür.
Tez  boyatan  ağacların  toxmacarları  və
tingləri (məs; göyrüş, qovaq və s.) rəqa­
bətə  davamlı  olub  sürətlə  inkişaf  edir
və  şəhər lərin  yaşıllaşdırılmasında  geniş
istifadə olunur.
Şəkil 19. Ağac əkini


65
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
Qarışıq  əkin  sahəsində  bir  növdən  olan  ağacların  tinglərinin
arasında  digər  növdən  olan  ağacların  toxumları  və  ya  cücərtiləri
əkilir.  Məsələn  iki  və  üçillik  şam  tinglərinin  arasında  birillik  palıd
toxmacarları əkmək mümkündür.
Bitkilər toxumla artırıldıqda sahə
əvvəlcədən şumlanır və səpin üçün
hazırlanır. Toxumların səpini, alaq­
etmə,  suvarma,  əlavə  gübrələmə,
düz gün  və  vax tın da  köçürülmə
əsas aqro texniki qul luq qaydalarıdır.
Bütün  tədbirlər  vaxtında  və  ardı­
cıllıqla yerinə yetiril məlidir. Toplan­
mış  bitki  toxum ları  otaq  tem­
peraturunda  saxlan dıqda,  növbəti
ilin yazında səpildikdə cücərmir və
yalnız  ikinci  il  həmin  toxumlardan  cücərtilər  əmələ  gəlir.  Cökə,
ağcaqayın  və  digər  bitkilərin  toxumları  soyuq  temperaturda
saxlandıqda  daha  tez,  yəni  səpin  ilində  cücərir.  Toxumun  səpin
dərinliyi  düzgün  seçilmədikdə  cücərtilər  seyrək  və  zəif  olur.
Torpaqda  mineral  maddələrin  çatışmaması  da  cücərtilərə  mənfi
təsir göstərir. Bitkilər quraqlığa həssas olur. Birillik cücərtilərin qısa
kökləri torpağın dərin qatlarından rütubəti mənimsəyə bilmir. Buna
görə də quraqlıq şəraitində, xüsusən inkişafın ilk aylarında bir çox
ağacların cücərtiləri müxtəlif xəstəliklərin və zərəvericilərin təsirinə
məruz  qalır.  Şəraitdən  və  ağacların  növlərindən  asılı  olaraq
cücərtilər toxumdan bir və ya iki il ərzində inkişaf edir. İynəyarpaqlı
ağacların  toxmacarları  eyni  yerdə  iki  il,  enliyarpaqlı  ağacların
toxmacarları  bir  il  ərzində  becərilir.  Düzgün  aqrotexniki  qulluq
şəraitində cücərtilər daha yaxşı inkişaf edir.
Məktəb meşəçiliyi sahəsində tinglərin becərilməsi xüsusi qulluq
tələb edir. Alaq bitkiləri ilə mübarizə, suvarma və əlavə gübrələmə
tinglərin normal inkişafına kömək edir. Tinglər əsasən erkən yazda
və  payızda  daimi  yerinə  köçürülür.  Yazda  bitkilərdə  tumurcuqlar
inkişaf etməmiş, payızda isə bitkinin yerüstü inkişafı dayandıqdan
sonra  köçürmə  işləri  aparıla  bilər.  Bitkilər  vegetasiya  dövründə
köçürüldükdə tinglər qurumasalar da, inkişafdan geri qalırlar.
Tinglikdəki 3­4 illik ağacları nisbətən daha geniş əraziyə köçürmək
lazımdır.  Sıx  əkilmiş  bitkilərin  qida  sahəsinə  tələbatı  getdikcə
artdığına görə tingləri seyrəltmək lazımdır. Əkin materialı tinglikdə
müəyyən  qaydada  becərilir.  Toxumla  artırılan  bitkilər  səpildiyi
sahədə  iki  il  ərzində  inkişaf  edir.  Sonradan  tingliyə  köçürülərək,
Şəkil 20. Meşənin bərpası


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə