Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə21/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   17   18   19   20   21   22   23   24   ...   41

60
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
muş  palıd  qozaları  suyun  üzərinə  çıxır  və  çıxdaş  edilir.  Sonra
palıd  qozaları  havası  dəyişdirilən,  kölgə  yerdə  qurudulur.  5­12
sm  qalınlıqda  düzülmüş  qozalar  müntəzəm  olaraq  çevrilir,  üzəri
samanla örtülür. Palıd qozalarını uzun müddət saxladıqda quruyur.
Buna  görə  də  qozaları  toplayan  kimi  dərhal  meşəçilik  sahəsində
səpmək lazımdır.
Ağcaqayın  və  göyrüş  toxumları  payızda  səpilir  və  yaxud  da
rütubətli şəraitdə 0° C temperaturda 3­6 ay ərzində saxlanılır. Soyuq
mərhələni keçməyən toxumlar yalnız iki ildən sonra cücərir. Göyrüş
ağacının  toxumu  may  ayının  sonunda  yetişir  və  yerə  tökülür.  Bu
zaman toxumlar toplanır, otaq temperaturunda, havası dəyişdirilən
yerdə  bir  qədər  qurudulur  və  səpilir.  Yaxşı  olar  ki,  belə  toxumlar
toplanan  kimi  dərhal  torpağa  səpilsin.  Qovaq  ağacının  toxumları
mayın sonunda toplanır və sahəyə səpilir. Cökənin toxumları qışlayır
və buna görə həm payızda, həm də qışın əvvəlində toplana bilər.
Cökənin toxumları əsasən payızda səpilir.
Quşarmudu, zirinc, mərcanı və digər bitkilərin lətli toxumlarını
şirəli meyvə lətindən təmizləmək lazımdır. Belə toxumlar toplan­
dıqdan  sonra  nazik  təbəqə  şəklində  yayıb  qurudur  və  yetişənə
qədər  saxlanır.  Sonra  meyvələri  bir  yerə  toplayıb  xüsusi  ağac
paya vasitəsilə əzirlər. Əzilmiş meyvələr su ilə yuyulur və toxum
meyvə  lətinin  qalıqlarından  təmizlənir.  Toxumlar  normal  otaq
temperaturunda  qurudulduqdan  sonra  səpin  üçün  hazır  olur.  Bu
qayda üzrə təmizlənmiş toxumlar daha yaxşı cücərir. Toxumların
keyfiyyətinə və miqdarına iqlim şəraiti də müəyyən təsir göstərir.
Quraqlıq dövründə cavan bitkilər də toxum verir. Əksinə, yağmurlu
yay mövsümündə vegetasiya üçün əlverişli şəraitdə toxum az və
keyfiyyətsiz olur.
İynəyarpaqlılardan  şam,  sərv,  ardıc  toxumları  qışın  sonuna
qədər  ağacın  üzərində  qalır.  Yazda  günəşin  təsiri  altında  qozalar
açılır və toxumlar ətrafa səpələnir. 100 ədəd şam qozasından 1000­
nə qədər toxum əldə etmək olar. Toplanmış qozalar otaq şəraitində
25­30° C temperaturda saxlanılır. Bir neçə gündən sonra qozalar
açılır  və  toxumlar  səpələnir.  Bitkilərin  toxumları  quru  və  soyuq
yerdə (məs: şüşə qabda, soyuducunun aşağı gözündə) saxlanılır.
Toxumun səpinə hazırlanması
Enliyarpaqlı bitkilərin əksəriyyətinin toxumlarını kətan torbada
və ya ağzı açıq şüşə qablarda saxlamaq lazımdır. Göyrüşün, ağca­
qayının  toxumları  strafikasiya  etmək,  yəni  cücərməni  sürət lən­


61
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
dirmək məqsədilə, 20 sm qalınlığında rütubətli qum əlavə edilmiş
taxta  yeşiklərdə  saxlanılır.  Əksinə  qovaq  və  söyüd  toxumları
cücərmə  qabiliyyətini  tez  itirdiyinə  görə  toplanan  kimi  dərhal
səpilməlidir.  Ümumiyyətlə,  ağac  və  kol  bitkilərinin  toxumlarının
cücərmə qabiliyyəti tez itirilir. Buna görə də toxumları 1 ildən artıq
saxlamaq məsləhət görülmür.
Toplanmış toxumları qış mövsümündən sonra “oyatmaq” lazım
gəlir.  Toxumların  səpin  üçün  bir  neçə  hazırlanması  üsulu  vardır.
İslatma  üsulunda  toxumlar  otaq  temperaturunda  olan  suda
saxlanılır. Şam toxumları 8­16 saat, qarağac və tozağacı toxumları
4  saat,  akasiya  toxumları  6­8  saat  suda  isladılır.  Bundan  sonra
toxumlar  yaxşıca  qurudulur.  Bəzi  bitki  növləri  payızda  səpilir  ki,
yazda yaxşı inkişaf etsin. Bəzi ağac və kol bitkilərinin toxumlarını
soyuq şəraitdə saxladıqda cücərmə qabiliyyəti artır.
Toxumların stratifikasiyası. Bir  çox  ağac və  kol  bitkilərinin
toxumları səpindən bir il sonra cücərir. Buna görə də toxumların
cücərməsini sürətləndirmək üçün stratifikasiya üsulundan istifadə
olunur.  Toxumların  stratifikasiyası  ­  toxumların  nəm  torpaqda
və  soyuq  yerdə  saxlanmasıdır.  Toxumlar  əlverişli  rütubət,  hava
və temperatur şəraitində təmiz yuyulmuş çay qumu və ya torfla
qarışdırılır.  Nəm  torpaq  və  toxum  qarışığı  xüsusi  qutularda  3­5°
C  temperaturda  saxlanılır.  Uzun  müddət  dinclik  dövrü  keçirən
belə toxumlar soyuq şəraitə düşdükdən sonra cücərmə qabiliyyəti
sürətlənir.  Stratifikasiya  zamanı  toxumla  qum  və  ya  torf  qarışığı
hər 10­15 gündən bir qarışdırılır və çürümüşləri çıxdaş edilir.
Yazda  toxumlar  qumdan  təmizlənir  və  sahəyə  səpilir.  Çoxlu
miqdarda  ağac  və  kol  toxumlarını  açıq  şəraitdə  də  stratifikasiya
etmək  mümkündür.  Bunun  üçün  80  sm  dərinlikdə,  1m  enində
və 2 m uzunluqda xəndək qazılır. Xəndəyin dibinə taxta lövhələr
qoyulub  5  sm  qalınlıqda  nəm  qum  və  ya  torf,  sonra  30­35  sm
qalınlıqda toxumla qum qarışığı əlavə edilir. Xəndəkdəki toxumları
payız  yağışlarından  qorumaq  üçün  üzəri  taxta  dirəklərlə  örtülür.
10  gündən  bir  toxum  və  qum  qarışığı  qarışdırılır.  Qışda  xəndək
70 sm qalınlığında samanla örtülür. Toxumlar ciddi nəzarət altında
saxlanılır.  Yaz  səpininə  qədər  toxumlar  artıq  cücərmiş  olur.  Əgər
səpinə qədər toxumlar cücərməyibsə, qarışığı səpindən 6­10 gün
əvvəl otaq temperaturunda saxlamaqla cücərməni sürətləndirmək
olar.  Otaqda  toxumlar  15­20  sm  qalınlığında  yayılıb,  eyni  qayda
üzrə qarışdırılır və normal rütubət şəraiti ilə təmin olunur.
Ağac və kol bitkilərinin toxumları növündən asılı olaraq müxtəlif
müddətdə stratifikasiya edilir (cədvəl 2).


62
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
Cədvəl 2.
Toxumların stratifikasiyası

Ağacın növü
Stratifikasiya müddəti (gün) Temperatur (°C)
1
Meşə armudu
90­100
3­5
2
Ağcaqayın
90
3­5
3
Fıstıq
120
3­5
4
Cökə
150­180
6­10
5
Çaytikanı
30
3­5
6
Quşarmudu
180­200
1­3
7
Meşə alması
90
3­5
8
Göyrüş
90
15­18
9
Doqquzdon
90
3­5
10
Qoz
50­60
3­5
11
Göyrüş
200­210
3­5
12
İtburnu
200­210
3­5
13
Fındıq
180­200
3­5
14
Quşarmudu
180­200
3­5
15
Gəndalaş
200­210
3­5
Toxum  səpini.  Payızda  səpilmiş  toxumlar  daha  yaxşı  inkişaf
edir  və  yaz  səpininə  nisbətən  7­10  gün  tez  cücərir.  Nisbətən
gec  cücərən  cökə,  itburnu,  alça,  zoğal  və  s.  toxumları  payızın
sonunda stratifikasiya edilməklə səpilir. Alma, armud, ağcaqayın,
doqquzdon  bitkisinin  toxumları  erkən  yazda  səpilir.  Şam,  ardıc,
giləmeyvəli qaracöhrənin toxumları noyabr ayında və yaxud mart
ayında səpilir. Ağ akasiya, palıd, Xəzər lələyinin toxumları erkən
yazda səpilir (cədvəl 5).
Səpin  sahəsi  vaxtaşırı  alaqlardan  təmizlənir  və  yumşaldılır.
Cərgəarası  təmiz  saxlanılır.  Birillik  toxmacarlar  5­6  dəfə,  ikiillik
toxmacarlar 3­4 dəfə alaqlardan təmizlənir. Yağışdan və suvarmadan
sonra  torpağın  üst  bərk  qatı  dərhal  yumşaldılmalıdır.  Bu  zaman
dırmıqla ehtiyatlı davranmalı, toxumlar zədələnməməlidir. Həddindən
artıq qızmar quru havada cücərtilərin üzəri samanla örtülə bilər və
yaxud  samanı  cərgəarasına  yerləşdirib  günəşin  və  küləyin  təsirini
zəiflətmək  olar.  Səpin  sahəsində  bitkilərə  quru  hava  şəraitində  1
kv.m sahəyə gündə 2­2,5 vedrə su verilir. Avqust ayının sonunda
suvarma dayandırılır ki, qışa qədər bitkilərin oduncağı qalınlaşsın.
2­3  illik  toxmacarlar  tinglik  sahəsinə  köçürülür.  Bitkilərin
köçürüldüyü sahə əvvəlcədən şumlanıb üzvü gübrələr və kompostla
gübrələnir.  Tinglikdə  bitkiarası  məsafə  orta  hesabla  35­50  sm,
cərgəarası 0,75­1 m olur.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə