Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə18/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   14   15   16   17   18   19   20   21   ...   41

52
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
Meşənin  tərkibinə  ayı  fındığı,  palıd,  vələs,  cökə,  yunan  qozu  və
fıstıq  daxildir.  Ayı  fındığının  ayrı­ayrı  nümunələrinin  hündürlüyü
25  m­ə,  diametrləri  48­120  sm­ə  çatır.  Məhdud  ərazidə  yayımış
qiymətli bitki növü hesab edilir.
Palıd  meşəsi  ­  Qəbələ  rayonunun  Həzrə  kəndi,  “Həzrə”
ərazisində  4,0  ha  sahədə  yayılmışdır.  Yaşı  500  ildən  yuxarı  olan
ağaclardan  ibarət  təbii  şabalıdyarpaq  palıd  meşəsidir.  Ağacların
orta hündürlüyü 18 m, orta diametri 60 sm, orta yaşı isə 250 ildir.
Şabalıd meşəsi ­ Qəbələ rayonunda 935 ha sahəni əhatə edir.
Şabalıd  Qafqazın  üçüncü  dövr  relikt  florası  nümayəndələrindən
hesab edilir. Respublika ərazisində yeganə iri sahəli şabalıd meşəsi
olmaqla  bərabər  xüsusi  elmi­tədqiqat  əhəmiyyəti  kəsb  edir.
Ağaclar bol məhsul verir. 100 illik ağacların orta diametri 60 sm,
hündürlükləri 25 sm –dir.
Çinar  meşəliyi  ­  Qəbələ  rayonunun  Bum  kəndinin  qərbində
dəniz səviyyəsindən 700­800 m yüksəkilikdə 6,0 ha sahəni əhatə
edir. Şərq çinarı üçüncü dövrün relikt bitkisi hesab edilir. Ağacların
orta  yaşı  200  ildir.  Meşənin  tərkibində  qovaq,  qarağac,  vələs,
yemişan, çaytikanı və digər ağac­kol bitkilərinə rast gəlinir.
Qaracöhrə,  şabalıd  meşəliyi  ­  Qəbələ  rayonunun  Həmzəli
kəndi  ərazisində  dəniz  səviyyəsindən  850  m  yüksəklikdə  1,0  ha
sahədə  yayılmışdır.  Bu  meşəlik  nadir  və  yüksək  dəyərli  obyekt
olub  tərkibində  qaracöhrə,  şabalıd,  vələs  ağaclarının  nəhəng  və
qocaman nümunələrinə rast gəlinir. 700­1000 illik qaracöhrələrinin
bəzi nümunələrinin hündürlüyü 34 m­ə çatır.
Fıstıq meşəsi ­ Qəbələ rayonunun Dəmiraparan çayı hövzəsi
ərazisində 20,0 ha sahəni əhatə edir. Hirkan danayası meşəaltı ilə
örtülmüş qiymətli fıstıq meşəsidir.
Palıd meşəsi ­ Quba rayonu ərazisində Ağbil kəndi ərazisində
7,0  ha  sahəni  əhatə  edir.  Palıd  meşəsi  250­300  illik  təbii  palıd
meşəsidir. Tərkibində 200­350 illik vələs ağaclarına rast gəlinir.
Fıstıq meşəsi ­ Qusar rayonunun “Əlistan Baba Piri” ərazisində
7,0 ha sahədə yayılmışdır. 100­120 illik fıstıq ağaclarından ibarət
olub Qusar şəhərindən 12 km məsafədə yerləşir. Orta diametrləri
32­80 sm, hündürlükləri 20­35 m­dir.
Ardıc meşəliyi ­ Laçın rayonunda dəniz səviyyəsindən 650­1100
m  yüksəklikdə  1092  ha  sahədə  yayılmışdır.  Ardıc­üçüncü  dövrün
nadir reliktidir. Ardıc meşəsi Laçın şəhəri ətrafında, Həkəri çayının
sağ və sol sahillərində yayılmışdır. Ağacların orta yaşı 100­150 ildir.
Şümşad meşəliyi ­ Lənkəran rayonunun Rvo ərazisində 3,0 ha,
“Exlon” ərazisində 5,0 ha sahədə yayılmışdır. Hirkanda qaracöhrə


53
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
və şümşaddan ibarət ücüncü dövrün relikt meşəliyi saxlanmışdır.
Yaşı 300 il, hündürlüyü 14­17 m, diametri 15­30 sm olan ağaclara
rast gəlinir.
Şümşad meşəliyi ­ Lerik rayonunun “Babagil Piri” ərazisində
7,0  ha  sahədə  yayılmışdır.  Bu  meşəlik  ücüncü  dövrün  relikt
meşəliyi kimi qalmışdır. Həmişəyaşıl ağacların hündürlüyü 8­18 m,
yaşı 200­300 ildir.
Qaracöhrə meşəliyi – Lerik rayonunun Lələkçay ətrafı, Hamarat
kəndi ərazisində 3,0 ha sahədə yayılmışdır. Həmişəyaşıl giləmeyvəli
qaracöhrə, hirkan bigəvərindən ibarət qiymətli meşəlikdir.
Fıstıq meşəsi ­ Lerik rayonunda Lənkərançayın sol sahilindəki
yamaclarda 50,0 ha sahəni əhatə edir. Qiymətli fıstıq meşəliyindən
ibarətdir.
Şümşad  meşəliyi  ­  Masallı  rayonunun  Yenikənd  kəndi
ərazisində 1,0 ha sahədə yayılmış üçüncü dövrün relikt meşəliyidir.
Həmişəyaşıl ağacların yaşı 200­300 il, hündürlüyü 8­18 m­dir.
Biçənək  meşələri  –  Naxçıvan  MR­nın  Şahbuz  rayonu
ərazisində 200 ha sahədə yayılmışdır. Biçənək meşəliyi nadir ağac
və  kollardan  ibarətdir.  Tərkibinə  palıd,  vələs,  ağcaqayın,  ardıc,
yemişan, quşarmudu və s. bitkilər daxildir.
Çinar meşəsi ­ Oğuz rayonunun Ərmənət kəndi ərazisində 2,0
ha  sahədə  yayılmışdır.  Ərmənət  kəndindən  2  km  aralıda,  dəniz
səviyyəsindən  800  m  yüksəklikdə  yerləşir.  Çinarlar  qrup  halında
bitərək, hər qrupda 3­7 ağac olmaq şərti ilə 13 qrupdan ibarətdir.
Qrupdakı ağacların diametri 20­80 sm, hündürlüyü 12­25 m, yaşı
isə 50­200 ildir.
Palıd meşəsi ­ Şamaxı rayonunun Dədəgünəş kəndindəki “Dədə
Günəş  Piri”  ərazisində  dəniz  səviyyəsindən  1000  m  yüksəklikdə
8,0 ha sahəni əhatə edir. 100­350 illik təbii palıdlıqdan ibarətdir.
Şam meşəliyi ­ Tovuz rayonunun Böyük Qışlaq kəndi ərazisində
10,0 ha sahədə yayılmışdır. Bu meşəlik dəniz səviyyəsindən 1500
m yüksəklikdə yerləşir. Ağacların diametri 16­24 sm, hündürlüyü
10­14 sm, yaşı 60­130 ildir. Tərkibində fıstıq, gürcü palıdı, vələs və
s. ağaclara rast gəlinir.
Şam-vələs meşəliyi ­ Tovuz rayonunun Şamlıx kəndi ərazisində
12  ha  sahədə  yayılmışdır.  Şam­vələs  meşəliyi  Zəyəmçayın  sol
sahilində dəniz səviyyəsindən 1200 m yüksəklikdə yerləşmişdir. Meşə
ağaclarının 90%­i şam, 10%­i gürcü palıdı, fıstıq və vələsdən ibarətdir.
Araz palıdı ­ Zəngilan və Qubadlı rayonlarının ərazisində 10000
ha  sahədə  yayılmışdır.  Az  məhsuldar  meşələr  araz  palıdından
ibarətdir. Nəsli kəsilmək təhlükəsi altındadır.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə