Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə26/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

74
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
Sahədə  toxumlar  bitkiarası  7­12  sm,  cərgəarası  30­40  sm
olmaqla, 5 sm dərinliyə səpilir. Fındıq toxumları gec cücərir. Palıdda
olduğu  kimi  ilk  öncə  əsas  kök  inkişaf  edir,  sonra  yerüstü  hissə
əmələ gəlir. Toxmacarlar birinci il yaxşı inkişaf etdiyinə görə daimi
yerinə  köçürülə  bilər.  Köçürülmə  zamanı  bitkilərin  kök  sistemi
zədələnməkdən qorunmalıdır.
İynəyarpaqlı bitkilərin artırılması
Azərbaycanda iynəyarpaqlı bitki lər dən Eldar şamı, qarmaqvarı
şam, giləmeyvəli qaracöhrə, ardıc daha çox təsadüf olunur. Lakin
bu  bitkilər  orta  hesabla  meşələrin  0,6  %­ni  təşkil  edir  və  kiçik
sahələri ilə seçilir.
Şam ağacı daha işıqsevən bitkidir. Şam ağacları açıq sahələrdə,
xüsusən  də  meşə  yanğınları,  təbii  fəlakətlərdən  zərər  çəkmiş
ərazilərdə asanlıqla inkişaf edir. Lakin sıx meşəlikdə digər ağacların
çətiri  altında  şam  ağacının  cavan  pöhrə ləri  kölgəyə,  həmçinin
rəqabətə davam gətirməyərək məhv olur və yaxud da zəif inkişaf
edib, eybəcər forma alır.
Giləmeyvəli qaracöhrə isə gölgəyə davamlı olub, əsasən digər
meşə  bitkilərinin  çətiri  altında  məskən  salır.  Göstərilən  fərqli
əlamətlərə baxmayaraq meşəçilik sahəsində bütün iynəyarpaqlılar
eyni şəraitdə becərilir.
İynəyarpaqlıların  toxumları  erkən
yazda sahəyə səpilir. Toxumlar səpindən
əvvəl  soyuq  suda  isladılır  və  2­3  gün
soyuducunun  aşağı  gözündə  və  ya
soyuq yerdə saxlanılır. Bundan sonra su
süzü lür və toxumlar bir qədər qurudulur
ki,  bir­birinə  yapışmasın.  İynəyarpaqlı
ağaclardan  şam,  küknar,  sərv,  ardıc
toxum ları  diametrindən  asılı  olaraq
1­1,5 sm dərinlikdə və ya torpağın sət­
hinə  səpilir.  Torpağın  səthinə  səpilmiş
toxumların üzəri polietilenlə örtüldükdə
daha  tez  cücərir.  Bu  zaman  torpağın
rütubətli olmasına xüsusi nəzarət etməli,
torpağın  səthi  quruduqca  suvarılmalı
və  həddindən  artıq  rütubətdən  qorun­
malıdır.  4­5  mm­dən  dərinə  basdırılan
toxumların cücərmə qabiliyyəti zəif olur.
Şəkil 25. Bitkilərin tingliyə 
köçürülməsi


75
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
Toxumların  səpilməsi  üçün  sahədə  xüsusi  ləklər  (1x2  m²)
hazırlanır. Ləklərdə cərgəarası 10­12 sm olmaqla 0,5 sm dərinlikdə
şırımlar açılır. 1 m uzunluqda şırıma 100­150 ədəd şam, sərv və
ya  ardıc  toxumu  səpilir.  Toxumarası  məsafə  təxminən  3­5  mm
olmalıdır. Toxumlar səpildikdən sonra şırımların üzəri azca torpaq
qatı  ilə  örtülür  və  toxumlar  2­5  mm  dərinlikdə  qalır.  Əgər  ləkin
üzəri  polietilenlə  örtülübsə,  cücərtilər  əmələ  gəldikdən  sonra
dərhal açılmalıdır ki, bitkilərin inkişafına mane olmasın. Bu qayda
üzrə səpilmiş toxumlardan ilk dövrdə kifayət qədər inkişaf etmiş
həyat qabiliyyətli cücərtilər əmələ gəlir. Ləklərə səpilən toxumların
sayı  daha  çox  olduqda,  cücərtilərin  sayı  da  artır.  Lakin  nisbətən
xırda cücərtilər əmələ gəlir.
Yay  mövsümündə  cücərtilər  alaqlardan  təmizlənir  və  suya
tələbatı nəzərə alınaraq, quru hava şəraitində suvarılır. Payızda sahə
alaqlardan azad olmalıdır. Əgər cücərtilərin hündürlüyü birinci il 10­
15 sm­ə çatıbsa, növbəti ilin yazında daimi sahəyə köçürülə bilər.
Yaz əkini daha məqsədəuyğun hesab edilir. Tumurcuqlar inkişafa
başladıqdan sonra bitkilərin köçürülməsi məsləhət götürülmür. Bu
halda bitkilərin bir hissəsi məhv olur və ya inkişafdan qalır. Əgər
cücərtilərin hündürlüyü 10­12 sm­dən azdırsa, əlavə olaraq bir il
də  təcrübə  ləkində  saxlanılır.  Bəzi  hallarda  toxmacarlar  payızda
şaxtalar düşməmiş tingliyə köçürülə bilər. Bu zaman cücərtilər qışa
qədər yaxşı inkişaf etmiş kök sisteminə malik olmalıdır.
Köçürülmə  gün  ərzində  və  qısa  müddətdə  aparılmalıdır  ki,
bitkilərin kökləri qurumasın. İsti havada günəşim və küləyin təsiri
altında cücərtilərin kökləri bir neçə dəqiqiə ərzində məhv ola bilər.
Kök sistemi az zədələndikdə sonrakı illərdə bitki daha yaxşı inkişaf
edir. Bütün hallarda toxmacarlar tinglikdə 2 il ərzində becərildikdə
daha davamlı və normal inkişaf edir.
Məktəb  meşəçiliyində  meşə  təsərrüfatlarından  əldə  olunmuş
tinglərdən də istifadə etmək olar. Belə ikiillik tinglər xüsusi qayda üzrə
bitkiarası 5­15 sm, cərgəarası 15­25 sm olmaqla əkilir. Əkin dərinliyi
15­20  sm  olur.  Əkinlər  müntəzəm  olaraq  alaqlardan  təmizlənir  və
quru  hava  şəraitində  suvarılır.  Nisbətən  hündür  boylu  bitkilərdən
artıq növbəti ildə meşəsalma işlərində istifadə etmək mümkündür.
Nadir çiçəkli bitkilərin artırılması üsulları
Məktəbyanı  sahədə  nadir  və  nəsli  kəsilməkdə  olan  çoxillik
çiçəkli bitkilərin becərilməsi bitki ehtiyatlarının bərpa edil məsi üçün
əhəmiyyətlidir. Meşə ərazi lərində müxtəlif növ lü rənga rəng çiçək­


76
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
li bitki lərə təsa düf olu nur. Azər bay can flora sına daxil olan çiçək li
bitki lərdən 345 növü bər pa tumur cuqları torpaq da yerləşən soğan­
aqlı, kökümsovlu və kökyumrulu geofit bitkilərdir. Bu bitkilər yeraltı
orqanlarında  toplanan  qida  maddələri  ehtiyatı  hesabına  erkən
yazda sürətlə inkişaf edib yayin quraqlıq dövrünə qədər vegetasiya
müddətini başa çatdırırlar. Bu bitkilərə əsasən aşağı və orta dağlıq
qurşağın  daşlı­çınqıllı,  quru  otlu  yamaclarında, meşə  talalarında,
əkin sahələrinin kənarında 110 m­dən 2300 m­dək hündürlükdə
təsadüf  edilir.  Ölkə  ərazisində  geofit  bitkilərdən  dağlaləsinin  9,
süsənin isə 25 növünə rast gəlinir. Dağlaləsinin 6 növü və süsənin
9 növü Azərbaycanın “ Qırmızı Kitab”ına daxil edilmişdir.
Süsən  cinsinə  aid  endemik  növlərdən  Hirkan  süsəninə  Talış
meşələrində,  müsəlman,  qılıncyarpaq,  itikənarlı,  qurdqulağı,
prilipko, torlu, qrossheym süsəni növlərinə Naxçıvan MR, Şamaxı,
Qusar,  Dəvəçi,  Xaçmaz,  Qobustan,  Tovuz  və  digər  rayonların
ərazisində təsadüf edilir. Dağlaləsi cinsinə daxil olan nadir biberşteyn,
eyxler, yuliya və şmidt dağlaləsi növləri Naxçıvan MR­nın, Şamaxı,
Tovuz,  Dəvəçi,  Cəlilabad,  Qobustan  və  digər  rayonların  dağlıq
zonasında yayılmışdır. Kiçik Qafqazın dağətəyi yamaclarında, meşə
talalarında paradoksal və qafqaz süsəni bitir. Mükəmməl quruluşa,
gözəl  çiçəklərə  malik  olan,  mühitə  az  tələbkar  olan  bu  bitkilərin
sayı  antropogen  təsirin  altında  sürətlə  azalmaqdadır.  Meşələrin
qırılması, əkin sahələrinin genişləndirilməsi, əhali tərəfindən kütləvi
toplanması nəticəsində bu növlərin təbii ehtiyatları tükənməkdədir.
Dağlaləsi və süsən növlərinin
qorunub saxlanması üçün mütə­
xəs sislərin nəzarəti altında mək­
təb yanı sahələrdə toxum, soğa­
naq  və  kökümsovlar  vasi tə silə
artırılması təbiətdə sayı nın bərpa
edilməsi  üçün  əhəmiy yətlidir.
Gənc meşəçilər “Qırmızı Kitab”a
daxil olan bu növlərin toxumlarını
ehtiyatla,  yalnız  bitkilərin  sayca
çox  olduğu  ərazilərdə,  qutucuq
meyvəsi  yetişdikdən  sonra  may  və  iyun  aylarında  toplayırlar.
Toxumlar yığıldıqdan sonra tam yetişməsi üçün 2­3 ay vaxt lazımdır.
Toxumlar əvvəlcə 23­25°C, sonra 5­9°C temperaturda saxlanılır. 
Bitkilərin  əkilməsi  üçün  torpaq  sahəsi  payızda  30­40  sm
dərinlikdə şumlanır, peyin, qum və yarpaq çürüntüsü əlavə edilir.
Sahə  2x1m²  ölçüdə  ləklərə  bölünür.  Ləklərdə  cərgəarası  10  sm
Şəkil 26. Eyxler dağlaləsi


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə