Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə23/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   19   20   21   22   23   24   25   26   ...   41

66
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
burada 2­3 il ərzində inkişafını davam etdirir. Meşəbərpası işlərin­
də  həm  birillik,  həm  də  ikiillik  bitkilərdən  istifadə  etmək  olar.
Bitkilər  köçürülən  zaman  kök  sistemi  torpaqdan  təmizlənir  və
zədələnməkdən qorunur.
Son illərdə əkin materialının becərilməsi üçün digər üsullardan
da istifadə olunur. Bitkilər xüsusi dibçəklərdə və ya konteynerlərdə
becərilir.  Çoxlu  miqdarda  xanalara  bölünmüş  xüsusi  konteyner­
qutulara torpaq qarışığı tökülür. Hər xanaya 2­3 ədəd bitki toxumu
səpilir.  Əgər  eyni  bir  xanada  bütün  toxumlar  inkişaf  edirsə,
bitkilər sonradan seyrəldilir. Bu üsulla artırılan cücərtilər çox vaxt
nisbətən kiçik ölçüdə olur (məs; şam ağacının cücərtiləri 12­15 sm
hündürlükdə olur). Buna görə də torpağın tərkibi xüsusi qaydada
hazırlanmalı  və  bitkilər  kifayət  qədər  mineral  maddələrlə  təmin
olunmalıdır. Toxmacarları daimi yerinə köçürərkən torpaqla qarışıq
çıxarıb əkirlər. Bu halda olduqda kök sistemi zədələnmir və tinglər
normal inkişaf edir. Təcrübə göstərir ki, xüsusi istixanalarda kifayət
qədər qida maddələri ilə zəngin dibçəklərdə və əlverişli mikroiqlim
şəraitində  iynəyarpaqlı  bitkilərin  birillik  cücərtiləri  sürətlə  inkişaf
edir və keyfiyyətli əkin materialı əldə edilir.
Uzaq  məsafəyə  köçürmək  üçün  bitkiləri  kiçik  ölçüdə  xüsusi
dibçəklərə  əkib  bir  neçə gün  və  ya  həftə ərzində  saxlamaq olar.
Lakin bu üsul kifayət qədər vəsait tələb etdiyinə görə nisbətən az
istifadə olunur.
Hazırlanmış  tinglər  yazda  və  payızda  daimi  yerinə  köçürülür.
Xüsusi  dibçəklərdə  və  ya  konteynerdə  əkilmiş  bitkilər  bir  qədər
gec, yəni, tumurcuqlar inkişaf etməyə başladığı zaman və yaxud
payızda hələ inkişafın dayanmadığı vaxtda köçürülə bilər. Lakin bu
işdə  həddindən  çox  yubanmaq  olmaz,  çünki  bitki  boy  artımında
geri qalıb və hətta məhv ola bilər.
Daimi  yerinə  köçürülmüş  bitkilərə  qulluq  müəyyən  şərtlərdən
asılıdır.  Bitkinin  yaşı,  ölçüsü,  əkin  materialının  keyfiyyəti,  əkin
sıxlığı,  torpaq  şəraiti  nəzərə  alınmalıdır.  Əlverişli  əkin  müddəti
seçildikdə  və  bitkilər  yaxşı  inkişaf  etdikdə  sonradan  qulluq  tələb
olunmur. Əgər əkin materialı sıx otlu və kollu sahəyə köçürülübsə
və  bu  zaman  zəif  inkişaf  etmiş  tinglərdən  istifadə  olunubsa,  ilk
illərdə müntəzəm alaqetmə və suvarılma işləri həyata keçirilir.
Qanunsuz  meşə  qırmaları  olan  sahələrdə  əkilən  ağaclar  digər
sürətlə boy atan enliyarpaqlı ağac pöhrələri ilə rəqabətdə olur. Belə
şəraitdə  şam  və  digər  iynəyarpaqlı  ağaclar  inkişafdan  geri  qalır.
Tarlalar və ya çəmənliklər arasında açıq sahələrdə salınan meşələr
üçün  ən  təhlükəli  amil  meşə  yanğınıdır.  Quraqlıq  hava  şəraitində


67
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
odla  ehtiyatsız  davrandıqda  və  ya  təsadüfən  baş  verən  yanğın
nəticəsində yeni salınan meşə zolağı məhv ola bilər. Buna görə də
meşə zolağının ətrafında yanğından mühafizə tədbirləri aparılmalıdır.
Bir  çox  hallarda  yeni  salınan  meşə  zolağında  bitkilər  sıx
cərgələrlə  əkilir.  Bu  üsulla  bitkilərin  tez  inkişaf  edib,  çətirlərinin
qovuşmasına  nail  olmaq  mümkündür.  Sonrakı  inkişaf  dövründə
ağaclar rəqabət şəraitində özünəməxsus qida sahəsinə malik olur.
Qoruyucu meşələrdə və bərpa olunan meşə ekosistemində xidməti
qırmalar aparılmır. Meşədəki bitki qruplaşmasının tərkibini təbiət
özü nizamlayır.
Enliyarpaqlı ağac növlərinin becərilməsi
Yeni  meşə  sahəsinin  salınmasında  ağac  cinslərinin  düzgün
seçilməsi vacibdir. Yerli iqlim və torpaq şəraitinə uyğunlaşmamış
ağacların əkilməsi heç bir nəticə verməyə bilər. Digər ölkələrdən
gəlmə  növlərin  əkilməsi  ekosistemin  bioloji  müxtəlifliyi  üçün
təhlükə  yaradır.  Məs;  vaxtı  ilə  Kanadadan  Avropaya  gətirilmiş
göyrüşyarpaq  ağcaqayın  bir  çox  ölkələrdə  bəzək  bitkisi  kimi
yayılaraq  yerli  növləri  sıxışdırıb  çıxarır.  Gəlmə  növlərin  əkilməsi
zaman müxtəlif zərəvericilərin və xəstəliklərin yayılması ehtimalı
da yüksək olur.
Bu  səbəblərə  görə  əkin  materialı  kimi  yaşayış  yerindən  500
km­ə qədər məsafədə bitən ağacların toxumundan istifadə etmək
daha məqsədəuyğundur. Dağ regionlarında isə 30­40 km uzaqda
yerləşən  bitkilərin  toxumlarının  toplanması  məqsədəuyğundur.
Əgər meşə tingliyi yaratmaq üçün toxumları əvvəlcədən toplayıb
saxlamaq  müyəssər  olmayıbsa,  yazda  cökə,  ağcaqayın  və  palıd
ağacının altındakı cücərmiş toxumlardan istifadə etmək olar.
Gənc  meşəçilər  toxum  və  digər  əkin  materiallarını  meşəçilik
təsərrüfatlarından da əldə edə bilərlər. Bu təsərrüfatlardakı xüsusi
tingliklərdə  müxtəlif  bitkilər  becərilir  və  meşələrin  bərpasında,
yaşıllaşdırma işlərində geniş istifadə olunur.
Palıd (Quercus L.) ­ Azərbaycanın uzunömürlü ağaclarından
biridir.  Müxtəlif  torpaq  şəraitində  bitsə  də,  münbit  torpaqlarda
daha yaxşı inkişaf edir. Digər ağaclardan fərqli olaraq palıd qozaları
uzun müddət qalmır və buna görə də dərhal torpağa səpilir. Nadir
hallarda 0°C temperaturda, yüksək rütubətli şəraitdə saxlanması
mümkündür. Meşə tingliyində palıd bitkisinin becərilməsinə 1­3 il
vaxt tələb olunur.  Buna görə də məktəb meşəçiliyində daha çox
payız səpininə üstünlük verilir.


68
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
Palıd qozaları sentyabr ayının
sonu­oktyabr  ayının  əvəlində
təda rük  edilir.  Səpindən  əvvəl
palıd  qozalarının  keyfiyyəti  qiy­
mət ləndirilir.  Qozanın  ölçüsü  iri
olmalı, sağlam ağacların ətrafın­
dan  toplanmalıdır.  Bunun  üçün
əvvəlcədən  sağlam  və  nəhəng
palıd ağacları seçilir. Əgər avqust
ayında ağacın budaqları arasında
qozalar görünmürsə, demək bura­
da məhsul az olacaqdır. Bir neçə qoza sındırılıb nəzərdən keçi ri lir.
Əgər qozanın özəyi qara və ya boz rəngdədirsə, deməli, rüşeym
məhv  olmuşdur.  Su  ilə  dolu  qaba  atdıqda  belə  qozalar  suyun
üzərinə çıxır, salamat qalan qozalar isə suda batır. Bəzən yazda qar
əridikdən sonra torpağın üzərində cücərmiş qozaları tapıb yığmaq
olar. Belə qozaları dərhal əkmək lazımdır. Bəzi hallarda belə qozaları
yüksək  rütubətli  şəraitdə  soyuqda  saxlayırlar  ki,  kökləri  tələf
olmasın. Palıd qozaları meşə tingliyində və ya daimi yerində əkilir.
Palıd qozaları bitkiarası 10­15 sm və 1 m uzunluqda cərgədə 15­
60 ədəd olmaqla sahəyə səpilir. Yaz səpini zamanı dərinlik 2­3 sm,
payız səpinində isə 3­6 sm olmalıdır. Əgər palıd qozaları daimi yerinə
səpilirsə, bitkiarası məsafə 15­25 sm olmalıdır ki, ağaclar sonrakı
inkişafında kifayər qədər qida maddələri və yaşayış sahəsi ilə təmin
olunsun.  1­1,5  aydan  sonra  palıd  qozalarından  cücərtilər  əmələ
gəlir. Quraqlıq şəraitdə cücərtilər suvarılır və alaqlardan təmizlənir.
Payızda  xəzan  başlanana  qədər  suvarma  dayandırılır.  Cücərtiləri
xəstəlikdən qorumaq üçün 1%­li mis kuporusu məhlulu ilə işlənilir.
Palıd  qozaları  gec  inkişaf  edir.  İlk  əvvəl  toxumdan  10­20  sm
uzunluqda  kök  inkişaf  edir.  Sonra  isə  gövdə  böyüməyə  başlayır.
Buna  görə  palıd  cücərtiləri  1­1,5  aydan  sonra  torpağın  səthinə
çıxır.  Əgər  səpilən  toxumların  cücərməsi  şübhə  doğurursa,  bir
neçə qozanı qazıb çıxararaq nəzərdən keçirmək lazımdır. Əgər kök
inkişaf edibsə, deməli, qozalar salamatdır və inkişaf davam edir.
Palıd  cücərtisinin  əsas  kökü  birinci  il  formalaşır,  ikinci  il  bitkilər
tingliyə köçürüldükdə yan köklər inkişaf etməyə başlayır. Bitkilər
erkən yazda köçürülür. Cücərtilərin əsas kökü 15­20 sm uzunluqda
saxlanmaqla ucu kəsilir və cərgəarası 10­15 sm, bitkiarası 25­30
sm olmaqla 2­3 sm dərinliyə əkilir. Kök kəsilməyə də bilər, lakin
bu  halda  ikiillik  tinglər  daimi  sahəyə  köçürüləndə  kök  sistemi
zədələnə bilər. Torpaq əllə bərkidilir. Nisbətən kiçik bitkilər növbəti
Şəkil 21. Palıd ağacı


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə