Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə24/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   20   21   22   23   24   25   26   27   ...   41

69
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
ilə  qədər  məktəb  tingliyində  saxlanıla  bilər.  İstənilən  halda  palıd
cücərtilərini  birbaşa  daimi  yerinə  əkmək  məsləhətdir.  Bu  zaman
bitkilərin kökləri zədələnmir və ağaclar daha yaxşı inkişaf edir.
Əkin  sahəsi  vaxtaşırı  alaqlardan  təmizlənir,  quraq  havada
suvarılır. Xəzan mövsümünə 1­1,5 ay qalmış suvarma dayandırılır.
Cücərtilər  vaxtlı­vaxtında  alaqlardan  təmizlənərək,  suvarılır  və
xəstəliklərə  qarşı  xüsusi  1:3  nisbətində  əhəng  məhlulundan
istifadə edilir. Toxmacarları bir yerdə iki il ərzində becərmək olar.
Lakin  ikinci  il  tingliyə  köçürülən  cücərtilərin  kök  sistemi  daha
güclü  və  davamlı  olur.  Toxmacarlar  tingliyə  yazda  köçürülür  ki,
kök  sistemi  bərpa  olunmağa  imkan  tapsın.  Tinglikdə  cərgəarası
25­30 sm, bitkiarası 12­15 sm olmalıdır. Palıd tingləri 20­25 sm
dərinlikdə əkilir. Bitkinin kökləri torpaqla örtülür və bərkidilir. İlk
həftədə köçürülən bitkilərin kökləri zədələndiyinə görə zəif inkişaf
edir.  Buna  baxmayaraq  yayın  birinci  yarısında  bitkilərin  inkişafı
bərpa olunur və payıza qədər daimi yerinə köçürülə biləcək iri (30­
50 sm hündürlükdə) tinglər inkişaf edir. Palıd tingləri daimi yerinə
köçürülən zaman əsas kök kəsilmir.
Şərq  çinarı  (Platanus  orientalis
­  tükənməkdə  olan  relikt  növdür.  Qəbə­
lə  (Qaraçay  vadisi),  Balakən  (Xın buqov­
çay vadisi), Zəngilan (Bəsitçay və Oxçu çay
höv zə ləri), Tərtərçay höv zəsin də yayıl mış ­
dır. Çay sahiləri, dəniz səviy yəsin dən 1000
m yüksəkliyə kimi dərə lər boyun ca kifayət
qədər rütübətli ərazi lər də bitir. Toxumla və
vegetativ yolla çoxalır. Nizam sız kəsilməsi,
mal­qaraya  otarılması  nəticə sində,  kiçik
ağacların tap dalanması, sahə lərin əkin yerinə
çevril məsi  sayının  azal ması  səbəb ləri dir.
Ölkə mizin  park  və  xiyaban larının  yaşıl laş­
dırıl masında geniş istifadə edilir. İşğal altında olan Bəsit çay qoruğunda
yaşı  1000­nə  qədər  olan  ağaclar  məhv  edil məkdədir.  Toxumlar
yetişdikdən sonra toplanır və payızda torpağa səpilir. Tinglikdə 1­2 il
ərzində becərilə bilər. Bitiki sürətlə inkişaf etdiyinə görə 1 ildən sonra
daimi yerinə köçürülür.
Akasiya  (Acacia  L.)  ağacı nın  Azərbaycanda  yayılmış  növ­
lərindən ağ akasiya, Lənkəran akasiyası meşələrimizin yaraşı ğıdır.
Lənkəran akasiyası (gülə brişin və ya ipək akasiya) (Albizia julibrissin)
Azərbaycanın III dövr relikt bitkisi olub, Talış meşə lərində yayılmışdır.
Ağacın hündürlüyü 18 m­ə qədər olur. Yarpaq ları ikiqat lələkvaridir.
Şəkil 22. Şərq çinarı


70
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
Çiçəkləri xıradadır və başcıq çiçək qrupunda toplanmışdır. Başcığın
kənarında  yerləşən  çiçəklər  yalnız  erkəkciklidir,  mərkəzdəkilər  isə
ikicinslidir. Erkəkciklər çoxsaylıdır və uzundur. Onların rəngi müxtəlif
olub  (açıq  çəhrayıdan  bənövşəyi  rəngə  qədər),  tac  funksiyasını
yerinə  yetirir.  Toxumu  6­7  mm  olub,  uzunsov,  hamar  və  qəhvəyi
rəngdə olur. Meyvəsi paxlameyvədir və oktyabr ayında yetişir.
Lənkəran akasiyasının dekorativ
əhəmiyyəti vardır, həm də yaxşı bal
verən bitkidir. Ağac qabığı müəyyən
miqdarda  aşı  maddələri  saxlayır,
həmçinin  yerli  əhali  tərəfindən
parça ların rənglənməsində də isti­
fadə  olunur.  Qurudulmuş  erkəkcik
saplaqlarından  xalq  təbabətində
öskürəyə qarşı istifadə edilir. Dəniz
səviyyəsindən  600  m  yüksəkliyə
kimi aşağı qurşağın dağlıq meşələrində yayılmışdır. Qruplarla çox
kiçik sahələrdə təsadüf edilir və təbiətdə sayı sürətlə azalır. Təbiətdə
toxumla, mədəni şəraitdə həm toxumla, həm də vegetativ üsulla
çoxaldılır.  Torpağa  az  tələbkardır,  rütubətli  və  münbit  torpaq­
larda  daha  yaxşı  inkişaf  edir.  Toxumlar  yetişdikdən  sonra  top­
lanır  və  payızda  torpağa  səpilir.  Tinglikdə  1­2  il  ərzində  becərilə
bilər. Şaxtaya həssas olduğuna görə soyuqdan qorunmalıdır. Bitiki
sürətlə inkişaf etdiyinə görə 1 ildən sonra daimi yerinə köçürülür.
Meşədə  ağacların  seyrəlməsi  zamanı  digər  enliyarpaqlı  bitkilər
sürətlə  inkişaf  edir  və  işıqsevən  akasiya  (güləbrişin)  cücərtiləri  köl­
gəli  mühitə  davam  gətirməyib  məhv  olur.  Kütləvi  olaraq  mal­qara
otarılmasından  və  göbələk  xəstəliyindən  zərər  çəkir.  Bakı,  Gəncə,
Astara, Lənkəran şəhərində və Kür­Araz, Samur­Dəvəçi ovalıqlarındakı
rayonlarda mədəni şəraitdə becərilir. Yüksək dekorativ xüsusiyyətlərinə
görə  digıər  bitki  növləri  ilə  buirlikdə  park  və  xiyabanların  landşaft
tərtibatında geniş istifadə olunur. Hirkan Milli Parkında mühafizə olunur.
Cökə (Tilia L.) ­ müxtəlif həyat şəraitinə asanlıqla uyğunlaşan
ağac  növüdür.  Cökə  həm  nəhəng  ağac  formasında,  həm  də  sıx
meşəlikdə kol formasında inkişaf edə bilir, yerüstü zoğlar vasitəsilə
cökə vegetativ yolla da çoxalır. Torpağa az tələbkar olsa da, rütu­
bətli  və  münbit  torpaqlarda  daha  yaxşı  inkişaf  edir.  Tinglikdə
1­2 il ərzində becərilə bilər. Payızda toxumlar yetişdikdə toplanır
və  dərhal  torpağa  səpilir.  Saxlanmaq  üçün  toplanmış  toxumlar
stratifikasiya edilmədikdə cücərmə qabiliyyəti zəifləyir və yalnız iki
ildən sonra cücərir.
Şəkil 23. Lənkəran akasiyası


71
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
Cökənin toxmacarları hava şəraitinə qarşı çox həssas olduğuna görə
şaxtaya  dözümsüzdür.  Toxmacarlar  köçürməyə  pis  uyğunlaşdığına
görə  yazda  köçürülməsi  məsləhət  görülür.  Yetkin  ağacların  altında
cücərmiş  toxumları  tapıb  toplamaq  və  tinglik  sahəsinə  səpmək
olar. Sərin və rütubətli hava şəraitində meşədə toplanan cücərtilər
köçürüldüyü sahəyə asanlıqla uyğunlaşıb inkişaf edir.
Toxumlar payızda birbaşa səpilir və yaxud 3­6 ay ərzində 0°C
temperaturda rütubətli soyuq şəraitdə stratifikasiya edilir. Bundan
sonra  toxumları  qurutmaq  olmaz,  dərhal  səpilməlidir.  Cücərtilər
quraqlığa  həssas  olduğuna  görə  quru  havada  suvarılır.  Kiçik
cücərtiləri  köçürmək  olmaz.  1­2  ildən  sonra  cökə  tingləri  inkişaf
edir.
Yazda yetkin ağacların altında çoxlu miqdarda cücərmiş toxumlar
tapmaq  olur  və  onları  nəm  torpağa  səpmək  olar.  Toxumlar  1  m
uzunluqda  cərgədə  100­300  ədəd  olmaqla  bir­birindən  15­20
sm aralı səpilir. Toxumun üzəri 0,5 sm qalınlığında nəm torpaqla
örtülür.  Cücərtiləri  şaxtadan  qorumaq  lazımdır.  Havalar  soyuq
keçdikdə  ilk  əmələ  gələn  cücərtilərin  üzəri  qısa  müddət  ərzində
polietilenlə örtülür. Təhlükə aradan qalxan kimi örtük açılır.
Növbəti  ilin  yazında  cücərtilər  məktəb  tingliyində  bitkiarası
5­10  sm,  cərgəarası  25­30  sm  olmaqla  əkilir.  Əlverişli  şəraitdə
cücərtilərin  hündürlüyü  15­50  sm­ə  çatır.  İkinci  ilin  payızında
tinglər daimi yerinə köçürülür.
Ağcaqayın  (Acer  L.)  ­  Azər­
baycanda  hündürlüyü  30  m­ə,
diametri  1  m­ə  çatan  sivriyarpaq
və  ya  çinarabənzər  ağcaqayın
(Acer  platanoides),  keçəl  ağca­
qayın  (Acer  laetum),  çöl  ağca­
qayını (Acer campestre), məx məri
ağcaqayın  (Acer  velutinum),  ağ
ağcaqayın (Acer pseudoplatanus),
trayt fet ter ağcaqayını (Acer traut­
vet teri),  Hirkan  ağcaqayını  (Acer 
hyrcanum)  vənyarpaq  ağca qayın
(Acer  negundo)  bitir.  Tor pağın  rütubət liliyinə  qarşı  cox  tələb kardır.
Ağcaqayın  toxumlarını  da  cökə  toxumları  kimi  ya  payızda,  axud  da
uzun  müddətli  stratifikasiyadan  sonra  səpirlər.  Yazda  ağcaqayın
ağaclarının altında meşədə cücərmiş toxumlar toplamaq mümkündür.
Toxumlar soyuq və rütubətli yerdə qısa müddətdə saxlanılıb, yaxşı
olar ki, dərhal kökləri qurumamış torpağa səpilsin.
Şəkil 24. İsmayıllı r. ETTM ­in ağcaqayın 
tingliyi


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə