Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə32/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   28   29   30   31   32   33   34   35   ...   41

91
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
dövründə  cavan  zoğların  kökləri  inkişaf  edir.  Payızda  bitkilərin
böyüməsi başa çatdıqdan və yarpaqlar töküldükdən sonra, zoğlar
ana  bitkidən  kəsilib  ayrılır  və  xüsusi  sahəyə  köçürülür.  Bir  ildən
sonra bu kollar daimi yerinə əkilir. Bu qayda üzrə bir ana bitkidən
25­30 yeni bitki almaq mümkündür.
Qovaq  və  söyüd  plantasiyalarında  torpaq  şəraiti  kifayət  qədər
rütubətli  və  münbit  olmalıdır.  Torpaq  payızda  35­40  sm  dərinlikdə
şumlanır. Qovaq və söyüd qələmləri payızda və yaxud erkən yazda
cərgəarası 1m, bitkiarası 50 sm olmaqla əkilir. Məhsuldar torpaqlarda
bitkilər nisbətən sıx, qumsal torpaqlarda isə seyrək əkilir. 25­30 sm
uzunluqda qələmlərin ucu maili kəsilir. Kəsik yeri əkin zamanı torpaqla
sıx  təmasda  basdırılır.  Torpaqda  möhkəmlənməmiş  qələmlər  zəif
inkişaf edir. Plantasiyaya qulluq qaydaları vaxtaşırı suvarma, torpağın
yumşaldılması və alaqetmədən ibarətdir. İlk əkin ilində torpaq 5­6,
sonrakı illərdə 3­4 dəfə alaqlardan təmizlənir və yumşaldılır.
Yaşıllaşdırılma tədbirləri
Şəhər və qəsəbələrdə yaşıllaşdırma tədbirlərinin xüsusi əhəmiy­
yəti vardır. Yaşıllaşdırma və meşəsalma işlərində ilk öncə gözlənilən
nəticələr müəyyən edilməlidir. Yaşıllaşdırma və meşəsalma tədbirləri
bir­birindən  fərqlənir.  Bu  sahədə  gənc  meşəçilərin  fəaliyyəti
ictimaiyyətin diqqət mərkəzində olaraq ətraf mühitin vəziyyətinin
yaxşılaşdırılması üçün önəmlidir. Yaşıllaşdırma işlərinin aparılması
üçün  yerli  idarəetmə  orqanlarının  razılğı  olmalıdır.  Belə  olduqda
yaşıllıq  salınan  sahələrin  sonradan  tikinti  və  ya  digər  məqsədlər
üçün istifadə edilməyəcəyinə əmin ola bilərsiniz.
Aşağıdakı suallara cavab verin:
1).  Yaşayış  yerlərində  bitkilərin  əkilməsi  hansı  məqsədlə
aparılır: tozun və ya səs­küyün qarşısını almaq üçün yoxsa
bəzək məqsədilə? Hər bir məqsəd üçün istifadə olunan bitki
növlərini sadalayın.
2).  Şəhər torpaqları müxtəlif zəhərli maddələrlə, bitkilər üçün
təhlükəli  tullantılarla  çirkləndirilir.  Əkilmiş  bitkilərin  həyat
şəraitini necə yaxşılaşdırmaq olar? Torpağın çirklənməsinə
davamlı bitki növləri hansılardır?
3).  Yol kənarında yaşıllaşdırma işləri hansı üsulla aparılmalıdır ki,
sürücülərə və yaşayış binalarının sakinlərinə mane olmasın?
4).  Yaşayış  məntəqələrinin  havası  zəhərli  qazlar  və  tozla
çirkləndirilir.  Bir  çox  ağac  növləri  isə  zəhərli  tüstülərə
həssasdır. Havadakı müxtəlif çirkləndiricilərə uyğun olaraq
yerli ağac cinsləri necə seçilməlidir?


92
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
Meşə  bitkilərinin  zəhərli  qazlara  qarşı  həssaslığı  müxtəlifdir
(cədvəl 4).
Cədvəl 4.
Meşə bitkilərinin qazların təsirinə həssaslığı
Zəhərli qazlara 
həssaslıq
Cinslər
Tüstüyə 
davamlılıq
İynəyarpaqlılar
Enliyarpaqlılar 
Çox yüksək
Şam, sərv
­
5
Yüksək
Eldar şamı
Ağ akasiya, at şabalıdı,
fıstıq, quşarmudu, qabaq,
ağcaqayın
4
Orta
Ardıc, küknar
Göyrüş, ağcaqayın,
əsməqovaq, cökə
3
Zəif
Ardıc, tuya,
giləmey­vəli
qaracöhrə
Palıd, qovaq, göyrüş,
qarağac, söyüd, alma,
armud, sarı akasiya,
yasəmən, şümşad
2
Çox zəif
­
Palıd, qızılağac, iydə və s.
1
Eyni  cinsli  ağaclardan  ibarət  yaşıllıq  sahəsi  müxtəlif  cinsli
ağaclığa  nisbətən  zəhərli  qazlardan  daha  çox  zərər  çəkir.  Sıx,
mürəkkəb quruluşlu cavan ağac və kollardan ibarət yaşıllıq sahəsi
isə  nisbətən  az  zərər  çəkir.  Tüstüyə  davamlı  cinslərin  seçilməsi
həm yaşıllaşdırma işlərində, həm da meşə bərpası işlərində böyük
əhəmiyyət kəsb edir (cədvəl 5).
Cədvəl 5.
Ağac cinslərinin tüstüyə davamlılığı
Zəhərli tullantılar
Növlər
Kükürd qazı
Qızılağac, gəndalaş, yemişan, palıd, yasəmən, ardıc,
qarağac, ağcaqayın
Azot oksidi
Palıd, ağcaqayın, tozağacı
Ammonyak
Palıd, cökə, ağcaqayın, tozağacı, söyüd
Xlor
Tozağacı, qarağac, ağcaqayın
Qaz qarışığı
Palıd, cökə, göyrüş, at şabalıdı, qarağac
Ağaclarin  ifraz  etdiyi  uçucu  maddələr  ­  fitonsidlər  havanı
mikroorqanizmlərdən  təmizləyib,  virusları  və  göbələk  sporlarını
məhv edir (cədvəl 6).


93
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
Cədvəl 6.
Bitkilərin fitonsidlik səviyəsi
Fitonsidlik səviyyəsi
Növ
Maksimal
Palıd, ağcaqayın
Güclü
Əsməqovaq, tozağacı, ardıc
Orta
Quşarmudu, yasəmən, göyrüş, akasiya
Yaşıllaşdırma qaydaları
1.  Yaşıllaşdırma  işlərinin  aparılması  üçün  seçilmiş  ərazinin
dəqiq  planı  tərtib  olunmalıdır.  Bundan  ötrü  ərazinin  foto­
şəkili  çəkilir,  sahənin  eni  və  uzunluğu  ölçülür,  yamaclar
və  hündürlüklər  təyin  edilir.  Sahənin  planı  dəqiq  tərtib
edildikdə son nəticəni düzgün planlaşdırmaq mümkündür.
2.  Yaşıllaşdırılacaq  ərazinin  tikinti  işləri  üçün  nəzərdə  tutul­
madığına tam əmin olmaq üçün şəhərin və ya qəsəbənin
idarəetmə orqanlarına müraciət edib məlumat almaq olar.
3.  Sahədə əkiləcək ağac və kolların 20­30 ildən sonrakı vəziy­
yətini təsəvvür edib, daha münasib bitki növlərini seçmək
mümkündür.
4.  Elektrik  xətlərinin  altında  hündür  ağacların  əkilməsi
məsləhət görülmür. 10­15 ildən sonra bu ağacların yuxarı
hissəsi  kəsilə  bilər.  Kol  bitkiləri  nəqliyyat  yollarından  bir
qədər aralı əkilməlidir. Döngələrdə xüsusilə hündür ağaclar
əkmək olmaz. Belə olduqda sürücü üçün narahatlıq yaranır.
5.  Ağacların  çətirinin  günəşin  daha  çox  işıqlandırdığı  istiqa­
mətdə  inkişaf  etməsi  yaşıllaşdırma  işlərində  nəzərə  alın­
malıdır.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə