Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə30/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   26   27   28   29   30   31   32   33   ...   41

85
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
bitki növlərini toxum və qələm
vasi təsilə artıraraq boş qal mış
sahələrdə meşə bərpası işlərini
həyata keçirmək mümkündür.
Tükənmiş  ərazilərdə  enli­
yar paqlı  və  qarışıq  meşələrin
bərpa  olunması  təklifi  ilə  əla­
qədar  təşkilatlara  müraciət  et­
mək olar. Açıq sahələrdə meşə
bərpası işləri apararkən əkil miş
ting lərin ətrafında 0,5 m məsafədə alaqlar müntəzəm təmizlənməlidir.
Mövsümdə 3­4 dəfə olmaqla bir neçə il ərzində alaqetmə işləri aparılır.
Yaxşı olar ki, palıd, cökə, ağcaqayın, göyrüş ağacları birlikdə əkilsin.
Ağacların  ətrafında  fındıq,  böyürtkən,  itburnu,  doqquzdon  kollarını
əkmək olar. Enliyarpaqlı ağacların inkişafına iynəyarpaqlılar bir qədər
məhdudlaşdırıcı təsir göstərir. Münbitliyi az olan torpaqlarda acı paxla
bitkisini becərməklə torpağın münbitləşməsinə şərait yaratmaq olar.
Acı paxla həm də alaq bitkilərinin yayılmasına mane olur.
Yaz mövsümündə bitki örtüyünün sürətlə inkişaf etdiyi zaman
meşə  talasında  və  meşə  döşənəyində  palıd,  göyrüş,  ağcaqayın
və  d.  bitkilərin  çoxlu  miqdarda  toxmacarlarını  tapmaq  olar.  Bu
cücərtilərin hamısı sıx meşəlikdə salamat qalmır. Digər ot bitkilərinin
təsiri alrında işıq çatışmazlığı və güclü rəqabət şəraitində cücərtilər
tam  inkişaf  edə  bilmir.  Şəhər  parklarında  çox  zaman  ot  bitkiləri
biçildiyinə görə belə toxmacarlar məhv olur. Həmin cücərtilərdən
əkin materialı kimi meşəsalma işlərində istifadə etmək mümkündür.
Meşə mütəxəssislərinin nəzarəti altında toxumdan inkişaf edən 
cücərtilər  kök  sistemi  zədələnmədən  torpaqla  qarışıq  çıxarılıb 
boş  qalmış  meşə  sahələrinə  köçürülə  bilər.  Mart­aprel  aylarında 
cücərtilərin  ilk  yarpaqları  inkişaf  etdikdən  sonra  köçürülmüş 
bitkilərin davamlılığı artır. Birillik cücərtilər əkin üçün daha yararlıdır. 
Lakin hər bir halda meşəyə ziyan vurmamaq üçün ehtiyatlı olmaq 
və  cücərtilərin  yalnız  mütəxəssislər  tərəfindən  müəyyən  edilmiş 
kiçik  bir  hissəsi  əkin  materialı  kimi  istifadə  olunmalıdır.  Meşədə 
təbii bərpa proseslərinin pozulmasına yol verilməməlidir. 
Meşənin salınması qaydaları
Meşə  salınması  və  meşə  bərpası  işlərində  iştirak  edən  gənc
meşəçilər bir sıra qaydalara riayət etməlidirlər. Ərazinin yerli flora
növlərini tanımaq və öyrənmək vacibdir. Bəzən meşə ekosistemində
Şəkil 30. Meşə əkini


86
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
canlılar  arasında  mürəkkəb  qarşılıqlı  əlaqəni  nəzərə  almayan
insanlar  meşə  salınarkən  gəlmə  növlərdən  istifadə  edirlər.  Digər
ölkələrdən gətirilən ağac və kol növləri yerli ərazidə iqlim şəraitinə
uyğunlaşdırılaraq  introduksiya  edilir.  Bu  növlərdən  meşələrin
bərpasında istifadə olunduqda digər yerli ərazinin heyvan və bitki
növləri ilə bioloji qruplaşma əmələ gətirmir. Belə ağacların ətrafında
ot örtüyü, digər ağac və kollar inkişaf etmir, demək olar ki, meşə
örtüyündə boşluq yaranır. Məs: amerika ağcaqayını, qara şam və
s. Əksinə yerli floraya mənsub olan əsməqovaq, cökə ağaclarının
ətrafında  palıd,  göyrüş  və  digər  ağacların  küləklə  və  ya  quşlar
vasitəsilə gətirilən toxumları sürətlə inkişaf edir. Eyni zamanda bu
bitkilər digər canlıların yaşayış evidir. Bir çox həşərat növləri məhz
yerli  flora  növlərinin  üzərində  uyğunlaşıb  yaşayır.  Gəlmə  bitki
növlərindən yaşayış yerlərinin yaxşılaşdırılmasında istifadə etmək
daha  məqsədəuyğundur.  Belə  olduqda  bəzək  bitkiləri  ilə  maraqlı
kompozisiya yaradan bu növlər təbiətə ziyan vurmur.
Meşə  bərpası  işlərində  faha  çox  yerli  tinglikdə  becərilən
tinglər, toxmacarlar və qələmlər istifadə olunmalıdır. Uzaq yerdən
köçürülən  əkin  materialı  fərqli  rütubət,  temperatur  və  torpaq
şəraitinə  uyğunlaşdığına  görə  yerli  ərazidə  nisbətən  zəif  inkişaf
edir.  Nəticədə  bitki  gec  boy  atır,  xəstəliklərə  və  ziyanvericilərə
qarşı davamsız olur.
Əkin üçün seçilmiş tinglərin ölçüsü bir sıra şərtlərdən və daha
çox ağacın cinsindən asılıdır. İri ağacları köçürən zaman kök sistemi
zədələnir və bitki xəstələnərək zəif boyatır. Həddindən artıq kiçik
tinglər müntəzəm qulluq tələb edir. Bu bitkilərin ətrafı müntəzəm
olaraq alaqlardan təmizlənməlidir.
Meşə bitkilərinin tinglərinin hündürlüyü orta hesabla 0,5 m­dən
1­1,5 m­ə qədər olmalıdır. Tingin ölçüsü böyük olduqda, onun kök
sistemini çıxararkən ehtiyatlı olmaq və torpaqla birlikdə köçürmək
lazımdır.
Bitkiləri  daimi  yerinə  köçürərkən  sahədə  adi  qaydada  çalalar
qazılır. İynəyarpaqlı ağaclar üçün əkin sahəsinə üzvü gübrə verilmir.
Ağacları çox sıx və ya həddindən artıq seyrək əkmək olmaz. Seyrək
əkilmiş  ağacların  çətiri  qovuşmur  və  xüsusi  meşə  mikroiqlimi
əmələ gəlmir. Bir çox ağaclar alçaqboylu olur və əyri bitir. Meşə
massivi salarkən 1 ha sahədə 1­1,5 min ting əkilir. Orta hesabla
ağaclar bir­birindən 2,5­3 m aralıda əkilməlidir. İşıqsevən ağacları
bir qədər uzaqda, bir­birindən 3,5­4 m aralıda əkmək lazımdır. Yol
kənarında, yarğan kənarında və çay sahilində ağacların arasında
1,5­2 m məsafə saxlanılır.


87
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
60­70 sm hündürlükdə ağacları əkmək üçün 40x40 sm və ya
60x60  sm  ölçüdə  sahə  bellənir.  Bellənmə  zamanı  alaq  bitkiləri
çevrilən  torpaq  kütləsinin  altında  qalaraq  əkinlərə  mane  olmur.
Sonra torpağı yumşaltmaq lazımdır. Belin eni qədər dərinlikdə çala
qazılır. Tingin kök sistemi ehtiyatla çalaya yerləşdirilir. Bu zaman
kökləri əllə düzəltmək lazımdır ki, yuxarıya qatlanmasın.
Əkin  zamanı  şagirdlər  tingləri  elə  tutmalıdırlar  kı,  kök  boğası
torpağın  səthinə  bərabər  səviyyədə  yerləşsin.  Çalaya  ehtiyatla
torpaq  əlavə  edilir  və  üzəri  bərkidilir.  (Kökün  ətrafındakı  boşluq
doldurulur ki, su keçiriciliyi və yeni köklərin inkişafı təmin olunsun).
Torpağı möhkəm bərkidərək tingi elə tutmaq lazımdır ki, kök boğazı
torpağın səthindən aşağı düşməsin. Sonra bitki suvarılır. Suvarma
zamanı kökün torpaqla təması daha yaxşı təmin olunur və kifayət
qədər  mineral  maddələr  mənimsənilir.  Əgər  torpaq  nəmdirsə,
bir əkinə 0,5­1 litr, qurudursa, 2­5 litr su tələb olunur. Suvarma
zamanı  tingin  əyilməməsi  üçün  yanında  taxta  dirək  basdırılır  və
bitki iplə bu dirəyə bağlanır. Dirəklər güclü külək zamanı bitkilərin
əyilməsinin qarşısını alır. Əkindən bir neçə həftə sonra tinglərin ətrafı
alaqlardan təmizlənir. Bu dövr əkin üçün sınaq dövrü hesab edilir.
Rəqabətə davamlı ağaclar daha tez inkişaf edərək möhkəmlənir.
Boyu  70  sm­dən  hündür  olan  tinglər  üçün  60x60  sm  və  ya
80x80 sm ölçüdə sahə bellənir. Bellənmiş sahədə hər bir bitki üçün
təxminən 20x20x20 sm ölçüdə çala qazılır. Eyni qayda üzrə tinglər
çalaya qoyulub bitkilərin kök boğazı yer səthinə bərabər səviyyədə
yerləşdirilir. Torpaq əlavə edilib bərkidilir və dirək basdırılır. Hündür
boylu ağacları suvarmaq üçün 2­7 litr su tələb olunur.
Əkilmiş tinglərə kifayət qədər su verilməlidir. Enliyarpaqlı ağac
cinslərinin yarpaqları inkişaf etməyə başladıqdan payızda tökülənə
qədər bitkilərə su tələb olunur. Həmin dövrdə ağacları köçürmək
olmaz, çünki tinglər məhv olar. İynəyarpaqlı bitlkilərdə bu dövrdə
cavan zoğlar əmələ gəlir və gövdə oduncaqlaşır.
Əkin materialı kimi toxumların cücərdilməsinə üstünlük verilir. Kök
pöhrələri vasitəsilə artırılan bitkilərdə kök sistemi zəif inkişaf edir və
ana bitkinin xəstəlikləri irsən keçir. Əgər əkin üçün kök sistemi daha
güclü inkişaf etmiş kök pöhrələri seçilibsə, becərilməsi mümkündür.
Qış mövsümündə cücərtilərin üzərini örtmək olmaz. Bu göbələk
sporlarının  yayılmasına  və  bitkilərin  məhvinə  səbəb  olur.  Meşə
bitkilərini  bataqlıq  sahələrdə,  elektrik  xətlərini  altında,  otlaqda,
çəmənlikdə əkmək olmaz.
Meşə döşənəyindəki tör­töküntünü və quru budaqları yığışdırmaq
olmaz. Bitki qalıqları torpağın məhsuldarlığını artıraraq bir çox bitki


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə