Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə27/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   23   24   25   26   27   28   29   30   ...   41

77
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
olmaqla ensiz şırımlar açılır və şırımlara nazik qum təbəqəsi əlavə
edilir. Dağlaləsi və süsənin toxumlarının səpin dərinliyi 0,5­1 sm­
dir. Toxumların əlverişli səpin müddəti iqlim şəraitindən asılı olaraq
sentyabr  ayının  sonu,  oktyabr  ayının  ikinci  yarısıdır.  Toxumun
səpinindən cücərməsinə qədər keçən müddət 119­126 gündür.
Süsənlərin  toxumları  qılafının  və  endosperm  qatının  bərkliyi
ilə fərqlənir. Torlu süsənin və prilipko süsəninin toxumları növbəti
il,  itikənarlı,  qurdqulağı,  qrossheym  süsəninin  toxumları  isə
ikinci  il  cücərir.  Toxumdan  inkişaf  edən  cücərtilər  fevral  ayının
sonu  mart  ayının  əvvəlində  torpağın  üzərinə  çıxaraq  bir  yarpaq
ayasından,  stolon  adlı  çıxıntıdan  ibarət  olur.  65­75  gün  davam
edən  vegetasiya  dövrünün  sonunda  dağlaləsi  növlərində  1  ədəd
soğancıq, süsənlərdə isə kökümsov əmələ gəlir. Toxumla artırılan
dağlaləsi növləri 4­5 il ərzində, süsən növləri isə 3­4 il ərzində tam
inkişaf edərək çiçəkləyir.
Sahədə  toxumla  çoxaldılmış  5­6  illik
süsənlərin  kökümsovlarını  üzərində  bir
gözcük  olan  kiçik  hissələrə  bölməklə
artır maq  olar.  Süsənlərin  kökümsovları,
hirkan  süsəni,  torlu  süsənin  və  dağ lalə­
sinin  soğanaqları  vegetasiya  dövrünün
sonunda çıxarılıb xüsusi kağız paketlərdə
saxlanılır.  Bitkilərin  soğanaq  və  köküm­
sovları  diametrindən  asılı  olaraq,  cərgə­
arası  20­25  sm,  bitkirarası  məsafə  10­
15  sm  olmaqla  oktyabr  ayında  sahədə
əkilir.  Soğanaqların  əkin  dərinliyi  15­
25  sm,  kökümsovların  əkin  dərinliyi  isə
10­15  sm  olmalıdır.  Növbəti  il  cücərmiş
bitkilərə aqrotexnik qaydada qulluq edilir.
Vegetasiya dövründə yarpaqların ınkışafı, qönçələmə və çiçəkləmə
zamanı  bitkilərə  3  dəfə  əlavə  gübrələr  (azot,  fosfor  və  kalium
gübrələri)  verilir  və  vaxtaşırı  suvarılır.  Düzgün  qulluq  edildikdə
vegetativ  üsilla  artirilan  bitkilər  2­3  il  ərzində  kütləvi  çiçəkləmə
dövrünə çatırlar. Şagirdlər təcrübə işlərini apararkən müşahidələrini
gündəlikdə  qeyd  edirlər.  Yerli  şəraitdə  əlverişli  əkin  və  səpin
müddətini  təyin  etmək,  əlavə  gübrələnmənin  bitkilərin  inkişafına
təsirini  müəyyənləşdirmək  üçün  təcrübələr  aparıla  bilər.  Gənc
meşəçilər təcrübə sahəsində artırılan bitkiləri təbiətdə tükəndikləri
ərazilərə köçürməklə və nadir bitkilərin sayını bərpa etməklə bitki
örtüyünün qorunmasına əvəzsiz töhfə verə bilərlər.
Şəkil 27. Prilipko süsəni


78
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
Otaq şəraitində bitkilərin becərilməsi
Ağacları  otaq  bitkiləri  ilə  birlikdə  örtülü  şəraitdə  becərmək
mümkündür.  Otaq  şəraitində  becərilən  bitkilərin  mövsüm  üzrə
inkişafı açıq şəraitdə bitən bitkilərlə uyğun olmalıdır. Məs; payızda
otaq  şəraitində  becərilən  bitki  dinclik  dövrünü  keçirmədiyindən
yazda açıq sahəyə köçürüldükdə məhv ola bilər. Lakin yazda otaq
şəraitində  əkilmiş  palıd  cücərtisi  payızda  sahəyə  köçürüldükdə
asanlıqla uyğunlaşır.
Otaq  bitkilərindən  fərqli  olaraq  ağac  cücərtilərinə  daha  çox
işıq  tələb  olunur.  Yarımkölgə  şəraitdə  aşağı  keyfiyyətli  cücərtilər
əmələ gəlir. Bitkiləri otaq şəraitində həm toxumla, həm də meşədə
ağacların altından toplanmış cücərmiş toxumlar vasitəsilə artırmaq
olar.  Hər  cücərti  ayrıca  dibçəkdə  əkiliməlidir  ki,  sonradan  kök
sistemini zədələmədən daimi yerinə köçürmək mümkün olsun.
İynəyarpaqlı  ağacların  toxumla  artırılması  üçün  150­200  ml,
enliyarpaqlılar üçün 500­700 ml, palıd üçün 700­1000 ml həcmində
torpaq tələb olunur. Torpaq tərkibinə görə yaxşı hava keçiriciliyinə
və  münbitliyə  malik  olmalıdır.  Bu  məqsədlə  tor paq  qarışığına
kompost da əlavə edilir. Cücərtilər müntə zəm suvarılmalı, mineral
gübrə lərlə  əlavə  gübrələnməlidir.  Dibçək dəki  cücərtilər  oktyabr
ayında daimi yerinə köçürülür.
Tinglikdə aqrotexniki qulluq qaydaları
Müxtəlif növlü ağaclara qulluq
qaydaları fərqlidir. Meşəçilik ting­
liyində  əsas  aqrotexniki  qulluq
tədbiri alaq otları ilə mübarizədir.
Cərgələrlə  əkilmiş  bitkilərin  və
cərgəarasının  alaqlardan  təmiz­
lənməsi  vaxtlı­vaxtında  həyata
keçi rilir.  Alaqetmə  və  belləmə
işləri  tez­tez  aparıldıqda  tinglik
sahəsi  alaqlardan  azad  olur.
Xüsu sən  də  qızılağac,  qovaq,
sö yüd  və  digər  nisbətən  xırda
toxum ları olan bitkilərin cücərtilərini alaqlardan qorumaq lazımdır.
Şam, sərv, ardıc və digər iynəyarpaqlı ağacların cücərtiləri həyatı­
nın birinci ilində alaq otları tərəfindən sıxışdırıla bilər. Buna görə
Şəkil 28. İynəyarpaqlı bitkilərin istixanada 
becərilməsi


79
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
də onların daim qayğıya ehtiyacı vardır. Palıd, qoz, şabalıd, fındıq
bitkilərinin toxumlarında kifayət qədər çox qida maddələri olduğuna
görə  alaqlara  qarşı  nisbətən  dözümlüdür.  Lakin  bütün  hallarda
alaqetmə işləri vaxtında aparılmalı və alaq otlarının cücərtilərdən
daha sürətlə inkişafının qarşısı alınmalıdır.
Meşəçilik tingliyində digər qulluq tədbirlərindən biri də suvar madır.
Torpağın  müntəzəm  olaraq  kifayət  qədər  rütubətlə  təmin  olunması
bitkilərin su və mineral maddələri yaxşı mənimsəməsinə şərait yaradır.
Torpağın  tipindən,  işıqlanma  səviyyəsindən  və  iqlim  şəraitindən
asılı olaraq suvarma norması müəyyən edilir. Orta hesabla quraqlıq
şəraitində  mövsumdə  1  kv.m  sahəyə  0,5­1  ton  su  tələb  olunur.
Suvarma  isti  və  quru  havada  aparılır.  Bu  zaman  torpağın  3­5  sm
dərinlikdə daim nəm qalmasına nəzarət olunur. İlk növbədə tingliyin
səpin sahəsindəki toxmacarlar və cücərtilər su ilə təmin olunmalıdır.
Quraqlıq mövsümdə bu bitkilər su çatışmazlığından məhv ola bilər.
Ümumiyyətlə, su çatışmazlığı bitkiləri məhv etməsə də, onların çox
zəif inkişafına və becərmə müddətinin uzanmasına səbəb olur.
Bitkilər boyatma dövründə bir neçə dəfə
mineral gübrələrlə əlavə qidalandırılır. Əlavə
gübrələnmə, xüsusilə ehtiyat qida maddəsi
nisbətən  az  olan  toxumlara  malik  və  tez
böyüyən ağacların inkişafı üçün əsas amildir.
Əgər erkən yazda hansı səbəbdənsə sahəyə
gübrə  verilməyibsə,  əlavə  gübrələnməyə
daha  çox  ehtiyac  yaranır.  Yüngül  qumsal
torpaqlarda da üzvü maddələr az olduğun­
dan əlavə gübrə lənməyə tələbat artır. Yayın
II yarı sın dan başlayaraq əlavə gübrələnmə
dayan dırılmalıdır. Belə olmadıqda bitkilərin
inkişafı davam edir və onlar qış mövsümünə
hazırlaşmağa imkan tapmırlar. Qışda həmin
bitkilər soyuğa və şaxtaya qarşı davamsız olur.
Tinglikdə  sıx  bitən  cücərtiləri  bəzən  seyrəltmək  lazım  gəlir.
Sıxlıq  şəraitində  bir­biri  ilə  rəqabət  aparan  bitkilərin  boy  artımı
və inkişafı fərqlənir. Adətən, cərgəyə səpilən toxumlardan inkişaf
edən cücərtilərin bir qaydada və eyni sıxlıqda böyüməsi mümkün
deyil. Buna görə də sahəyə səpilən toxumlardan çoxlu miqdarda
inkişaf edən cücərtilər seyrəldilərək başqa yerə köçürülür.
Meşə  tingliyində  əkilmiş  bitkilərin  sağlam  böyüməsi  üçün
zərərvericilərə və xəstəliklərə qarşı profilaktik tədbirlər aparılmalıdır.
Yenicə əkilmiş bitkilər daha çox göbələk xəstəliklərindən və ziyan­
Şəkil 29. İynəyarpaqlı 
bitkilərin artırılması


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə