Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə28/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   24   25   26   27   28   29   30   31   ...   41

80
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
verici  həşəratlardan  qorunmalıdır.  Bunun  üçün  ayrılmış  sahə
əvvəlcədən zərərverici həşəratların sürfələrindən təmizlənməlidir.
Xəstə və qurumaqda olan bitkilər dərhal sahədən çıxarılmalı, alaq
otları məhv edilməlidir. Faydalı həşəratyeyən quşların, gəmiricilərlə
qidalanan yırtıcı quşların cəlb olunması üçün xüsusi quş yuvaları
və  yem  təknələri  hazırlanır.  Müxtəlif  xəstəliklərə  qarşı  kimyəvi
məhlullardan  ehtiyatla  istifadə  etmək  lazımdır.  Yaxşı  olar  ki,  bu
xəstəliklərə qarşı sabunlu məhluldan, küldən və s. istifadə edilsin. 
Meşənin salınması
Təbii meşələrdə məhv olmuş ağacların yerini qısa bir müddətdə
ərzində  yeni  ağaclar  tutur.  Meşənin  alt  yaruslarında  yerləşən
kolların, ot bitkilərinin, mamır və şibyələrin həyat dövrü ağaclardakı
dəyişikliklərə uyğunlaşır. Təbii meşə ekosistemində ağacların təbii
nəsil növbələşməsi daimi bir proses olub davamlıdır. Bu prosesə
insanın müdaxilə etməsinə heç bir ehtiyac yoxdur. Yalnız meşənin
tükəndiyi  ərazidə  öz­özünə  bərpası  mümkün  olmadığı  hallarda
insan tərəfindən süni meşələrin salınmasına tələbat yaranır.
Meşə əkinləri meşə bərpası və meşə salınması istiqamətlərində
aparılır. Meşə bərpası işləri meşənin təbii bərpasına yardım etmək
və  ya  süni  meşə  əkinləri  salmaq  məqsədilə  həyata  keçirilir.
Meşə  yanğınlarından,  qanunsuz  meşə  qırmalarından  sonra
bitki  örtüyünün  bərpa  olunmasına  xüsusi  tələbat  yaranır.  Nadir
hallarda  zərər  çəkmiş  meşə  sahəsində  təbii  yolla  cavan  ağaclar
inkişaf  etməyə  başlayır.  Bərpa  prosesini  sürətləndirmək  üçün
həmin  ərazidə  bitən  bitkilərin  toxumlarından  becərilib  artırılmış
əkin  materialı  boş  qalmış  sahəyə  köçürülür.  Bu  zaman  meşənin
bioloji müxtəlifliyini də nəzərə almaq vacibdir. Süni meşələrdə təbii
meşədə olan növ müxtəlifliyi və zənginlik müşahidə olunmur.
Tükənmiş  sahələrdə  və  ya  uzun  müddət  meşəsiz  qalmış
sahələrdə  meşə  salınması  bir  çox  şərtlərdən  asılıdır.  Həmin
ərazilərdə  öz­özünə  meşə  yarana  bilməz.  Buna  görə  də  əkilmiş
bitkiləri yanğından, quraqlıqdan, küləkdən, mal­qaradan qorumaq
lazımdır. Meşələrin təbii yolla bərpasını sürətləndirmək üçün əlavə
tədbirlər də həyata keçirilir. Torpaq örtüyü yumşaldılır ki, ağac və
kol bitkilərinin toxumları asanlıqla kök atsın.
Meşələr daha çox torpaqların eroziyadan qorunması, sürüşmə­
lərin qarşısının alınması, çayların sahillərinin bərkidilməsi, yaşayış
məntəqələrinin  əlverişsiz  mühit  təsirlərindən  (quraqlıq,  külək  və
s.) mühafizə olunması məqsədilə salınır. Dəmir yolları və avtomobil
yollarının kənarında salınan meşə zolaqları tozdan, zəhərli tullantı­


81
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
lardan qorunmaq üçün ən yaxşı vasitədir. Yol kənarında bir sırada
əkilmiş ağaclar küləyin sürətini azaldır, şaxtalı havada yolların buz
bağlamasına mane olur.
Su  hövzələrinin  kənarında  salınan  meşələr  çayların  sahillərini
yuyulmaqdan mühafizə edir. Sahil boyu tuqay meşələri yazda qarın
əriməsini ləngidir və yağış sularının tədricən torpağa hopmasına,
çayların  suyunun  artmasına  şərait  yaradır.  Su  hövzələrindən
rütubətin  bir  hissəsini  buxarlandıraraq  quraqlığın  təsirini  azaldır
və əkin sahələrini quraqlıqdan qoruyur. Kiçik çayların, bulaqların
ətrafındakı meşə zolaqlarının böyük əhəmiyyəti vardır. İri çayların
suyunun həcmi məhz kiçik su hövzələrindən asılıdır.
Yaşayış məntəqələrinin ətrafındakı meşələr ətraf mühitin vəziy­
yətini  yaxşılaşdırır.  Belə  meşələr  havanı  geniş  miqyasda  çirk lən­
dirici  maddələrdən  təmizləyir.  Eyni  zamanda  su  dövranında  və
iqlim  şəraitinin  yaxşılaşmasında  rol  oynayır.  Yeni  salınan  meşələr
atmosferdə karbon qazının miqdarını xeyli azaldır. Bildiyiniz kimi,
sənayedə  və  nəqliyyatda  yanacağın  yandırılması  zamanı  əmələ
gələn karbon qazı planetdə iqlim dəyişmələrinə səbəb olan “istixana
effekti” yaradır. Bu prosesin təhlükəli nəticələri bir çox hadisələrə
səbəb ola bilər. Buna görə də BMT tərəfindən “İqlim dəyişmələri üzrə
beynəlxalq çərçivə” Konvensiyası və Kioto pro tokolu qəbul edilmişdir.
İqlim  dəyişmələrinin  qarşısını  almaq  üçün  ən  təsirli  vasitələrdən
biri  yeni  meşə  sahələrinin  salınmasıdır.  Meşələrin  sahəsi  artıqca,
udulan karbon qazının da miqdarı artır və atmosferdə qaz balansı
bərpa olunur. Yaşayış məntəqələrinin yaxınlığında salınan meşələr
əhalinin sevimli istirahət yeri olub, göbələk, meyvə, giləmeyvə və
dərman bitkilərinin tədarükündə əhəmiyyətlidir.
Meşəni bərpa edərkən biz onun təbii mənzərəsinə xələl gətir­
mədən müxtəlif yaşlı və cinsi bitkiliyi qorumağa çalışırıq. Zaman
ötdükcə əkdiyimiz ağaclar bar verib toxum əmələ gətirir və onların
ətrafında cavan pöhrələr əmələ gəlir. Əgər əkinlər bir­birindən çox
da uzaq məsafədə deyilsə (200­300 m), bir neçə ildən sonra onlar
bütov  meşə  massivinə  çevrilir.  Yerli  şəraitə  uyğunlaşmış  bitkilər
daha  sürətlə  inkişaf  edir.  Buna  görə  də  ərazinin  meşə  florasına
daxil olan növlərdən istifadə etmək daha məqsədəuyğundur.
Meşə  talasının  flora  və  faunası  çox  zəngindir.  Burada  həm
meşə, həm də çəmən bitkiləri yaxşı inkişaf edir. Yadda saxlamaq
lazımdır  ki,  meşə  talası  ətraf  mühitin  əlverişsiz  təsirlərinə  qarşı
çox həssasdır. Meşənin əsl mikroiqlimi meşə talasından 100­150 m
məsafədə formalaşır. Buna görə də belə əraziləri qorumaq lazımdır.
Palıd  meşəsinin  bərpası  çox  mürəkkəb  bir  işdir.  Cavan  palıd
ağaclarını digər ağac növlərinin­tozağacı, quşarmudu və s. himayəsi


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə