Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə19/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   15   16   17   18   19   20   21   22   ...   41

54
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
Çaytikanı meşəliyi ­ Zəngilan rayonununda ümumilikdə 380
ha sahədə yayılmışdır. Samur çayı boyu­50 ha, Girdmançay boyu­
100  ha,  Göyçay  boyu­100  ha,  Qaraçay  boyu­50  ha,  Vəlvələçay
boyu­80 ha, Kiş və Çin çayları boyunca geniş yayılmışdır. Qiymətli
dərman bitkisi kimi xüsusi əhəmiyyətə malikdir (Təhməzov B.H.,
Yusifov E.F., Əsədov K.S., 2004).
Meşənin təsviri. Meşə taksasiyası
Meşəni  təsvir  etmək  üçün  meşə  sahəsinin  pasportu  tərtib
olunur. Meşə pasportunda meşənin ümumi vəziyyəti əks etdirilir.
Meşə  taksasiyasında  ağac  və  kolların  adı  ixtisarla  baş  hərflərlə
göstərilir.  Ş.­şam,  V­vələs,  P­palıd,  C­cökə,  A­ardıc  və  s.  Məs;
3Ş2C3P,V,Qr,Qv.  Bu  formul  göstərir  ki,  meşə  bitkiliyində  hər  10
ağacdan 3 şam, 2 cökə, 3 palıd, vələs, quşarmudu və qovaqdan
ibarətdir.  Mürəkkəb  meşələrdə  6P4V+F+C  tərkibi  meşənin  60%
palıddan, 40% vələsdən, tək­tək fısdiq və cökə ağaclarından ibarət
olduğu göstərilir.
Meşə  massivi  xüsusi  sahələrə  ­  kvartallara  bölünür.  Xüsusi
sxem üzrə kvartalların nömrələri şimaldan­qərbə doğru başlayır və
cənub­şərqə doğru artır. Buna görə də məhəllə sütununa əsasən
qütbləri  təyin  etmək  olar.  Kiçik  rəqəm  olan  hissə  şimala,  böyük
rəqəm olan hissə cənubu göstərir. Əgər öyrənilən sahədə müxtəlif
tipli meşələr varsa, hər bir kvartal 10­20 kiçik sahəyə bölünür.
Meşənin bərpası təbii və süni üsulla həyata keçirilir. Əgər yanğın
zamanı kiçik meşə sahəsi məhv olubsa, burada təbii özünübərpa
prosesi gedir. Yaxınlıqdakı sahədə bitən ağac və kolların toxumları
zərər çəkmiş meşə sahəsinin bərpa olunmasına imkan yaradır.
Əgər meşənin böyük bir hissəsi yanğın və ya digər təbii fəlakət
zamanı məhv olubsa, ilkin olaraq əsməqovaq, şam, söyüd və digər
sürətlə inkişaf edən ağacların toxumlarına məskən olur. Sonradan
həmin ərazidə palıd, ağcaqayın, vələs, fıstıq bitkiləri bərpa olunur.
Bu qayda üzrə meşənin təbii bərpa prosesi davam edir. Meşənin
təbii  bərpası  ­  təbii  yolla  meşə  bitkilərinin  yeni  nəslinin  əmələ
gəlməsidir.  Belə  bərpa  olunmanın  bir  sıra  mühüm  xüsusiyyətləri
vardır:

Daha yaxşı uyğunlaşmış bitkilər salamat qalır;

Çarpaz tozlanma nəticəsində genetik cəhətdən tam dəyərli,
davamlı bitkilər formalaşır;

Bu şəraitə uyğunlaşan bitkilərin salamat qalması ehtimalı
yüksək olur;


55
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL

Bitkilər müxtəlif rütubətlilik, işıqlanma və rəqabət şəraitində
inkişaf edib, ekosistemdə müvafiq mövqe tuturlar.
Süni bərpa olunma ­ tükənmiş ərazilərdə meşə bitkilərinin insan
tərəfindən qələm və toxumdan artırılması yolu ilə həyata keçirilir.
Meşənin bərpa olunması iki mərhələdə gedir: hazırlıq və sonrakı.
Hazırlıq  mərhələsində  meşə  örtüyünün  altında  xidməti  qırmalar,
tör­töküntünün təmizlənməsi həyata keçirilir. Sonrakı bərpaolunma
prosesi meşənin əvvəlki tipinə uyğun bitkilərin əkilməsi ilə aparılır.
Bərpaolunma 2 üsulla həyata keçirilir. Toxumla bərpaolunmada
bitki  toxumlarının  səpilməsi  yeni  bitkinin  inkişafına  kömək  edir.
Təbiətdə öz­özünə bərpa prosesi əsasən toxumla gedir. Toxumdan
inkişaf edən ağaclar hündürboylu və mühit amillərinə qarşı davamlı
olurlar. Buna görə də meşəbərpa işlərində digər üsullara nisbətən
bitkilərin toxumla artırılmasına daha çox üstünlük verilir. Toxumla
artırılan palıd ağacının həyatının ilk ilində kökü 1­1,5 m dərinliyə
gedir.  Gövdənin  hündürlüyü  2­5  sm  olur.  Qısa  müddət  ərzində
əsməqovağın toxumları 1­2 km, tozağacı 0,5­1 km, göyrüş 100­
150 m, şam 50 m ərazidə yayılır. Meşə bitkiləri vegetativ üsulla
kök,  gövdə  pöhrələri,  qələm  və  tinglər  vasitəsilə  çoxaldılır.  Çox
vaxt qırılmış ağacın kötüyünün ətrafında kökdən zoğlar inkişaf edir.
Gələcəkdə bu zoğlar cavan ağaclara çevrilir. Palıd, cökə, göyrüş,
qovaq, qızılağacın özünübərpası bu üsulla gedir. İynəyarpaqlılardan
yalnız giləmeyvəli qaracöhrə pöhrə verir.
Meşə mühiti
Meşə ­ biosferin əsas komponentidir. Meşə ətrafa atılan sənaye
tullantılarını  neytrallaşdırır,  torpaq  eroziyasını  aradan  qaldırır  və
onun münbitliyini artırır. Yaşıl bitki örtüyü havada olan tozu tutub
saxlayır, yaşayış məntəqələrinin ətrafında səs­küyü zəiflədir. Alimlər
haqlı olaraq göstərirlər ki, insanların sağlamlığının, torpağın, suyun,
havanın, faunanın, floranın qorunmasında bütün ekosistemlərdən
ən əhəmiyyətlisi məhz meşələrdir. Meşə istirahət və müalicə üçün
əvəzolunmazdır. Müəyyən edilmişdir ki, 1 ha palıd meşəsi 56 ton,
fistıq meşəsi il ərzində 68 ton, şam meşəsi 38 ton tozu öz çətirlərinin
arasından süzdürüb təmizləyir. 1ha meşə il ərzində havaya 2 ton
oksigen buraxır. Buna görə də şəfa mənbəyi olan meşələrə vurulan
yaraları sağaltmaq üçün insanlar da əllərindən gələni etməlidirlər.
Zərərçəkmiş  meşə  sahəsini  bərpa  edərkən  ilk  növbədə  qonşu
sahədə  yaşayan  bitki  və  heyvanları  da  nəzərə  almaq  lazımdır.
Bərpa olunan sahə ilə digər qonşu sahələr arasındakı təbii landşaft


56
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
elementlərini  qorumaq  və  bərpa  etmək  lazımdır.  Məsələn,  biri­
birindən  təcrid  olunmuş  meşə  sahələri  arasında  meşə  zolaqları
salmaqla  bir  çox  növlər  üçün  müvəqqəti  sığınacaq  yeri  və  ya
miqrasiya  zonası  yaratmaq  olar.  Bu  qayda  üzrə  bir­birindən  çox
aralıda yerləşən meşəlikləri vahid şəbəkədə birləşdirmək olar.
Hər bir canlıya yaşamaq və nəsil vermək üçün nə lazımdır? Əlbəttə
ki, hava, su, qida, yaşayış yeri və eyni növdən olan digər canlılarla
əlaqəsi təmin olunmalıdır. Digər mühüm amil yaşayış mühitidir.
Yer üzərində yaşayan bitki və heyvanların tükənməməsi üçün
onların  əlverişli  şəraitdə  yaşamaq  imkanı  qorunmalıdır.  Əgər
müxtəlif heyvan və bitki populyasiyalarının arasında irsi məlumat
mübadiləsi olmasa tənəzzülə doğru gedərək tükənə bilər. Hər bir
canlının yaşayış mühiti ətraf aləmin müxtəlifliyini əks etdirməklə
vahid canlı şəbəkəni təşkil edir.
Bir çox bitki və heyvan növləri üçün kifayət qədər böyük meşə
sahələri tələb olunur. Meşə sahəsində yanğın və ya digər əlverişsiz
təsirlər nəticəsində boşluqlar yarandıqda canlıların yaşayışı çətin­
ləşir. Çol heyvanları meşədə gəzə bilmədikləri kimi meşə heyvanları
da  açıq  şəraitdə  gizlənməkdə  çətinlik  çəkirlər.  Lakin  həm  meşə,
həm də çöl heyvanları üçün antropogen amil əsas təhlükə olaraq
qalır. Geniş əkin sahələri, otlaqlar, nəqliyyat yolları, elektrik xətəri,
yaşayış məntəqələri bu canlılar üçün keçilməz səddə çevrilir.
Təbii  şəraitdə  insan  tərəfindən  pozulmamış  landşaftda  ekoloji
şəbəkə formalaşır. Meşə zolaqları salınarkən flora və fauna növləri­
nin  həyat  şəraitini  yaxşılaşdırmaq  üçün  bir  sıra  şərtlər  nəzərə
alınmalıdır. Təbii meşə ekosistemlərində bəzi növlər edifikator, yəni
təyinedici növ hesab olunur. Palıd meşəsində şabalıdyarpaq palıd
ağacı ­ birinci yarusun, fındıq kolu ­ üçüncü yarusun, zümrüdçiçəyi
– dördüncü yarusun edifikatorudur. Ekoloji pozuntu baş verdikdə
ekosistemdə yad növlər meydana çıxır.
İlk  öncə  yaxınlıqda  olan  meşə  massivlərini  birləşdirmək  üçün
yerli  floradan  olan  bitkilərdən  ibarət  meşə  zolaqları  salınmalıdır.
Bunun üçün biri­birindən müəyyən məsafədə olan meşəliklərə yaxın
sahədə 5­8 cərgədən ibarət meşə zolağı salınır. Bu cərgələrin mərkəzi
hissəsindəki boş tala zaman ötdükcə təbii yolla bərpa olunur.
Meşə  zolağında  bitən  ağacların  arasında  müxtəlif  kol  bitkilərini
əkib zolağı genişləndirmək olar. Bu zaman mütəxəssislərin məsləhət­
lərindən faydalanmaqla bitki qruplaşmasında müxtəlif növlər arasında
qarşılıqlı əkaqəni nəzərə almaq lazımdır. Əkin sahələrinin kənarında
salınan meşə zolaqları məhsul yığımı və digər kənd təsərrüfatı işləri
zamanı  quşların  və  heyvanların  sığınacaq  yerinə  çevrilərək  onların
yaxınlıqdakı meşələrə miqrasiyasına kömək edir.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə